Əxlaq və Mərifət
2.71K subscribers
1.84K photos
18 videos
21 files
4.2K links
Əxlaq, əqaid və təfsir dərsləri
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları
@Rza_iravan
Download Telegram
🕋 Allahı kim yaradıb?

🪐 Dostlar, bu sual səbəb-nəticə (səbəbiyyət) qanununun səhv başa düşülməsi üzündən yaranır.

🌐 Səbəbiyyət qanunu bildirir ki, ola və ya olmaya bilən hər şey bir səbəb tələb edir.

🕋 Lakin Allah bu qanundan ayrıdır, yəni səbəb-nəticə qanunu Allaha aid edilə bilməz;👇

👉 Çünki Allah mövcud olması mümkün olan deyil, əksinə, Onun həmişə mövcud olması vacibdir; Yəni Allahın varlığı zəruridir və olmaya bilməz. Məsələn, bütün parçaların (daşların) ard-arda düşdüyü bir domino təsəvvür edin. Heç kim birinci parçanı yerindən tərpətməsəydi, o biriləri düşməzdi.
Deməli, səbəbə ehtiyacı olmayan bir başlayan (təşəbbüskar) olmalıdır; Hər şeyi başlayan isə yalnız Allahdır.

@axlaq
Dostluq böyük bir nemətdir.

🔰 Qədimdən belə bir söz vardır: Min dost azdır, bir düşmən isə çox.

🟢 Dost insanın yalnızlıqlarında həmdəmi,
pis və yaxşı gününün şəriki,
ehtiyac zamanı köməkçisi,
çətinliklər zamanı dayağı və şəkk-şübhə zamanı insana məşvərət verənidir.

⭕️ Bəzi insanlar malik olduqları özünüsevmək, dardüşüncəlik, çox və yersiz tələbkar olmaq və bunun kimi digər mənfi xislətlərinə görə özlərinə dost seçərək, tənhalıqdan canlarını qurtara bilmirlər.

⚫️ Bəzi insanlar isə nadanlıq və qanmazlıq səbəbilə elə bilirlər ki, tənhalıq yaxşı şeydir, bəziləri hətta heç bir dostunun olmamasını özünə iftixar sayırlar.

💠 Təqvalıların imamı Əli əleyhissalamın təbiri ilə desək dostu olmamaq, bir növ, insanın acizliyinin əlamətidir.

💎 Həm dost tapmaq hünərdir, həm dostu saxlamaq və həm də korlanmış dostluqları yenidən bərpa etmək.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

أَعْجَزُ النَّاسِ مَنْ عَجَزَ عَنِ اكْتِسَابِ الْإِخْوَانِ، وَ أَعْجَزُ مِنْهُ مَنْ ضَيَّعَ مَنْ ظَفِرَ بِهِ مِنْهُمْ

"Ən aciz insan dost tapa bilməyəndir. Ondan daha aciz olan isə qazandığı dostlarını saxlaya bilməyəndir".

📚 Biharul-ənvar 71-ci cild 278-ci səhifə

🌀 İnsanın dostlarını itirməyinə və yalqız qalmağına, yaxud da elə əvvəldən dost tapa bilməməyinə səbəb olan xislətlər, işlər, rəftarlar barəsində düşünməyi zəruridir.

t.me/axlaq
🔆 Sizi uğurlu və müvəffəqiyyətli edəcək 6 vərdiş:

1. Yeni ideyalar üçün: Hər gün sübh tezdən piyada gəzin.

2. Özünəinam və özgüvəni artırmaq üçün: Vacib namazları əvvəl vaxtında qılın.

3. Enerjinizi artırmaq üçün: qəzəbdən uzaq olun.

4. Çox fikir çəkməmək üçün: Kitab oxu və yazı yaz.

5. Stressi aradan qaldırmaq üçün: Qurani-kərimi avazla oxu.

6. Diqqəti artırmaq və zehin açıqlığı üçün: Gecə namazı qıl.

t.me/axlaq
💠 Möminin iftixarı.

📝 İmam Cəfər Sadiq əleyhissalam buyurur:

ثَلَاثَةٌ هُنَّ فَخْرُ الْمُؤْمِنِ وَ زِینَتُهُ فِی الدُّنْیا وَ الْآخِرَة
الصَّلَاةُ فِی آخِرِ اللَّیلِ
وَ یأْسُهُ مِمَّا فِی أَیدِی النَّاسِ
وَ وَلَایةُ الْإِمَامِ مِنْ آلِ مُحَمَّدٍ ص‏

"Möminin dünya və axirətdə qürur və zinət mənbəyi olan üç əsas vardır: Gecənin sonunda namaz qılmaq, insanların əlində olanlardan gözünü çəkmək və həzrət Muhəmmədin (s) ailəsindən olan İmamın (ə) vilayətini qəbul etmək."

📚 Əl-Əmali (Şeyx Səduq) 544-cü səhifə

1⃣ Gecə namazında xüsusi şəkildə insanın ruhi vəziyyətinin yüksək səviyyədə olduğu (ekstazı) üçün Qurani-kərim Müzzəmmil surəsinin 6-cı ayəsində buyurur:

إِنَّ ناشِئَةَ اللَّیلِ هِی أَشَدُّ وَطْئاً وَ أَقْوَمُ قیلاً

"Gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir."

🕋 Allah-taala ilə münacat və zümzümə etmək üçün gecənin sonu çox gözəl bir fürsətdir, belə ki həmin şəxs həm istirahətini edib həm də ona mane ola biləcək kənar müdaxilələr yoxdur. Çünki həmin həmin vaxt iş vaxtı deyil, insanların da əksəriyyəti yuxudadır.
Gecə namazı sevimli Peyğəmbərimizə (s) vacib idi, bizə isə müstəhəbdir. Bu bizim iftixarımız, həm də zinətimizdir.

2⃣ Möminin ikinci iftixarı və zinəti onun camaatın əlində olanlara nisbətdə ümidsizliyidir. Yəni mömin ümidini insanların əlində olanlara bağlamayıb və camaatın heç nəyinə göz dikmir.

Axı biz nə üçün başqalarının əlində olanın bizə çatması üçün həris olmamalıyıq? Əgər istəyiriksə, cidd-cəhdlə çalışaq və mənbəyindən istəsək, onu həmin şəxsə verən Allah bizə də verəcək.
Bizim yolumuz Allaha daha yaxındır, nəinki həmin sərvəti olan adama.

Axı insan nə üçün başqaları tərəfindən işlədilən və artıq qalan şeylərə həris olmalıdır?!

3⃣ Möminin üçüncü iftixarı budur ki Əhli-beyt əleyhimussalamın vilayətindədir, yəni Qurani-kərimə, həzrət Muhəmmədə (s) və o həzrətin Əhli-beytinə (ə) tabedir.

🟢 Əhli-beytə (ə) tabe olmağın mənası budur ki biz onların İmamətini qəbul edək, göstərişlərinə can-başla təslim olaq və Əhli-beyti (ə) özümüzə nümunə və ideal bilək, onlara bənzəməyə çalışaq...

t.me/axlaq
🕋 Möminlərə tövsiyə...

📝 İmam Cəfər Sadiq əleyhissalam belə buyurur:

"Sənə 9 şeyi tapşırıram və bunlar mənim Allah yolunun yolçularına tövsiyəmdir.
Allahdan istəyirəm ki, bunlara əməl etməkdə sənə müvəffəqiyyət bəxş etsin.
Bunlardan 3-ü nəfsin ədəb və tərbiyəsində, 3-ü səbir və dözümdə, son 3 hissəsi isə elm və bilik barəsindədir.
Bunları yadında saxla və məbada bunlara əməl etməkdə süstlük göstərəsən!"

✔️ Ünvan Bəsri deyir: "Qəlbimi o Həzrətin (ə) sözləri üçün (başqa xatirələrdən) boşaltdım".

📝 İmam Cəfər Sadiq əleyhissalam buyurdu:
"Nəfsin tərbiyəsinə aid tö bunlardır:

1. Məbada (hec vaxt olmasın, əsla) iştahan çəkmədiyi şeyi yeyəsən! Bu, axmaqlıq və əbləhlik gətirər.

2. Yalnız ac olduğun vaxt ye!

3. Yeyərkən Allahın adı ilə başlayıb halal yemək ye! Və Həzrət Muhəmmədin (s) kəlamını yadına sal: "Adəm övladı hec bir qabı qarnından pis doldurmamışdır. Odur ki əgər yeməkdən başqa çarəsi qalmamışsa, o zaman qarnının bir hissəsini yemək, bir hissəsini su, bir hissəsini də tənəffüz (nəfəs almaq) üçün saxla".

Səbirə aid 3 tövsiyə bunlardır:

1. Əgər bir nəfər sənə desə ki, bir söz desən, on bərabərini eşidərsən, ona de: əgər onunu mənə desən, birini də eşitməzsən. (Yəni məni qəzəbləndirə bilməzsən).

2. Əgər kimsə səni söysə, sən ona belə de: "Əgər dediklərində doğrusansa, Allahdan istəyirəm ki, məni bağışlasın. Yox əgər yalan deyirsənsə, Allahdan istəyirəm ki, səni bağışlasın".

3. Əgər kimsə səni söyüşlə hədələsə, sən ona nəsihət et, ona qarşı öz tərəfindən xeyirxah və mülayim rəftar vədi ver (yəni ona bildir ki, sənə qarşı kinim yoxdur).

Elmə aid 3 tövsiyə isə bunlardır:

1. Bilmədiyini alimlərdən soruş. Amma məbada onları sınağa şəkmək üçün nəsə soruşasan.

2. Məbada öz rəyinlə və özbaşına bir iş görəsən. Ehtiyat mümkün olan bütün işlərində ehtiyatdan kənara çıxma!

3. Yırtıcı şirdən qaçdığın kimi, hökm verməkdən (yəni öz rəyinlə kiməsə hökm və göstəriş verməkdən) uzaq qaç. Muğayat ol ki, öz boynunu camaatın keçəcəyi körpü etməyəsən."

t.me/axlaq
Audio
İnsana məxsus xüsusiyyətlər...
💢 İnsanı qəflət yuxusundan oyadan itki.

💠 İnsanın qəflət yuxusundan oyanmasına səbəb olan nemət itkiləri əslində, zərər və ziyan sayılmır.

📝 İmam Cəfər Sadiq əleyhissalam dostlarından birinə yaxınını itirdiyinə görə başsağlığı verəndə belə buyurub:

إنْ كانَ هذَا الْمِيِّتْ قَدْ قَرَّبَكَ مَوْتُهُ مِنْ رَبِّكَ أوْ باعَدَكَ عَنْ ذَنْبِكَ فَهذِهِ لَيْسَتْ مُصيبَةٌ وَلكِنَّها لَكَ رَحْمَةٌ وَعَلَيْكَ نِعْمَةٌ وَإنْ كانَ ما وَعَظَكَ وَلا باعَدَكَ عَنْ ذَنْبِكَ وَلا قَرَّبَكَ مِنْ رَبِّكَ فَمُصيبَتُكَ بِقَساوَةِ قَلْبِكَ أعْظَمُ مِنْ مُصيبَتِكَ بَمَيِّتِكَ إنْ كُنْتَ عارِفاً بِرَبِّكَ

"Əgər itirdiyin bu şəxsin ölümü səni Allaha yaxınlaşdırıbsa, günahlardan uzaqlaşdırıbsa, o, müsibət deyil, (ilahi) rəhmətdir. O, sənin üçün böyük nemət sayılır. Amma əgər bu müsibət sənə öyüd verməyibsə, günahdan uzaqlaşdırmayıbsa, Rəbbinə yaxınlaşdırmayıbsa, bu daşürəkliyin müsibəti əldən çıxan həmin şəxsin müsibətindən daha böyükdür, (əlbəttə,) əgər Allahı tanıyırsansa!"

📚 Biharul-ənvar 82-ci cild 88-ci səhifə

Bu mənalı hədisdə gördüyümüz kimi, insanın hətta ən əziz adamını itirməsi - onun qəflət yuxusundan oyanmasına səbəb olacağı təqdirdə - müsibət deyil.

☑️ Hətta əgər insan maddi ziyana düşsə və bu hadisədən səbir və şükür etməkdən başqa heç nə əldə etməsə və şükür edənlərin mükafatını qazansa, yenə mal itkisinə məruz qalmış sayılmır.

t.me/axlaq
🟡 Yalançı ümid.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

"Əməlsiz axirət xoşbəxtliyinə ümid bəsləyənlərdən olma".

🌍 İnsan dəyərsiz dünya malı əldə etmək istəsə, amma çalışmasa, tənbəllik eləsə, heç vaxt öz məqsədinə çatmaz.

🌐 Əgər dəyərsiz dünya malına çatmaq mümkün deyilsə, çalışmadan, səy göstərmədən Allahın axirətdəki bənzərsiz, heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi, heç bir zehindən keçməmiş o böyük nemətlərinə neçə çatmaq olar?"

📖 Qurani-Kərim Nəcm surəsinin 39-cu və 40-cı ayələrində belə buyurur:

وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ
وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَىٰ

"İnsana yalnız çalışıb səy göstərdiyi aiddir. Onun səy göstərdiyi tezliklə görünəcək."

📖 Qurani-Kərim həmçinin Bəqərə surəsinin 214-cü ayəsində buyurur:

أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَأْتِكُمْ مَثَلُ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِكُمْ ۖ مَسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّىٰ يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ مَتَىٰ نَصْرُ اللَّهِ

"Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı sanırsınız?! Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və ona iman gətirənlər: "Allahın köməyi nə vaxt gələcək?!" - dedilər."

📝 Həzrət Muhəmməd (s) hədislərin birində belə buyurub:

"Camaat! Allahla heç kəsin arasında yaxşı əməldən başqa Allahın, vasitəsi ilə ona xeyir verəcəyi və Ondan şəri dəf edəcəyi bir şey yoxdur. (Xeyir əldə etməyin və şəri dəf etməyin yeganə vasitəsi yaxşı əməldir. Buna görə də) heç kəs (yaxşı) əməldən və Allahın mərhəmətindən başqa nicat tapacağını iddia etməsin və arzulamasın. Hətta əgər mən özüm Allaha itaətsizlik etsəm, məhv olaram".
Həzrət Muhəmməd (s) daha sonra bu cümləni üç dəfə təkrar etdi: "Allahım, mühüm məlumatı çatdırdım!"

📚 Əlamul-vəra 134-cü səhifə

Nicat və qurtuluş vasitəsinin yalnız yaxşı əməl olması barədə nəql edilmiş hədislər çoxdur. Bu, həyatları günaha batmış olsa da, kəlmeyi-şəhadət demək, İslamı qəbul etmək, namaz qılmaq, oruc tutmaq, bəzi dualar oxumaq, təvəssül, hətta İmam Hüseyn əleyhissalamın əzadarlıq məclislərində iştirak etməklə nicat tapacağını zənn edənlərə cavabdır.

t.me/axlaq
🌍 Çətin anlarda özümüzə söyləməli olduğumuz yeddi cümlə:

1. Həyatda heç bir şey daimi deyil.

2. Yaralarımız gücsüzlük deyil, güc əlamətidir.

3. Başqaları mənfi olanda mən pozitiv qala bilirəm.

4. Əzab-əziyyətlərin içindən keçmək məni daha müdrik edir.

5. Həyat mübarizələrində mən yalnız irəli gedirəm.

6. Qorxu heç nəyi dəyişmir və heç bir problemi həll etmir.

7. Ən yaxşı seçim davam etməkdir.

t.me/axlaq
💠 Əgər aramlıq və rahatlıq istəyirsənsə...

1⃣ Başınıza gələnləri heç kimə demə.

2⃣ Özünü heç kimlə müqayisə etmə.

3⃣ Bütün hallarda şükür edən və minnətdar ol.

4⃣ Ətrafındakı insanlara bacardığın qədər kömək et.

5⃣ Heç bir gözlənti olmadan hamıya qarşı mehriban ol.

6⃣ Həyatını planlaşdır, bir məqsəd və hədəfin olsun.

7⃣ Çalış həmişə öz işinlə məşğul ol.

8⃣ Heç kimdən asılı olma.

@axlaq
🌐 İnsan öz əqli və mənəvi cəhətlərini islah edərək təkmilləşdirməklə yanaşı, arzuladığı məqsədlərə çatmaq üçün onun böyük məqsədləri yolunda kamillyə yolunun səfər yoldaşları və dostları məsələsinə ciddi yanaşmalıdır. Yəni özünə həqiqi dostlar seçməlidir ehtiyatlı olmalıdır ki, bu seçimdə səhv etməsin.

Çünki kimlərlə dostluq və yoldaşlıq etməyin, kimlərlə oturub-durumağın çox təsirlidir.

🕋 Odur ki, Qurani-kərimdə və Məsumların (onların hamısına Allahın salamı olsun) sözlərində bu məsələyə xüsusi diqqət yetirilmiş və yaxşı bir dost üçün çoxlu xüsusiyyətlər deyilmişdir.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

و مجالسة اهل الهوى منساة للايمان و محـضرة للشيطان

"Nəfsin istəklərinə tabe olan adamlarla oturub-durmaq imanı insana unutdurur və şeytanın yaxına gətirir."

📲 İndiki zamanda dostluğun bir forması da sosial şəbəkələrdəki dostluqlardır.
Həmçinin insan kimlərin videolarına, roliklərinə, verlişlərinə baxırsa və onları izləyirsə, bu, onlarla oturub-durmaq sayılır.

t.me/axlaq
Səbirli olmağın nəticəsi zəfərdir.

📝 İmam Cəfər Sadiq əleyhissalam buyurur:

"Möminlərdən kim düçar olduğu hər bir çətinlik və bəlada səbri və dözümlülüyü əlindən verməsə, ona min şəhidin mükafatı veriləcək".

📚 əl-Kafi 2-ci cild 92-ci səhifə

🌍 İnsanın dünya həyatı çətinliklərlə doludur. Əgər onlara sinə gərib müqavimət göstərsə, qələbə qazanacaqdır. Yox, əgər səbirli olmasa və hadisələrin qarşısında diz çöksə, öz məqsədinə çata bilməyəcək.

🪐 Səbir dedikdə məqsəd çətinliklər və müxtəlif hadisələr müqabilində dözümlülük göstərməkdir.
Bunun əksi isə dözümsüzlük, müqaviməti itirmək və çətinliklər qarşısında təslim olmaqdır. Maddi həyatdan əlavə, mənəvi həyatda da bu məsələlər mövcuddur.

⭕️ Əgər insan üsyankar nəfsin və günahların, dünyanın zər-zibasının, cazibəsinin qarşısında tab gətirməsə, Allahı tanımasa və Onun fərmanlarına itaət yolunda bu çətinliklərlə mübarizə aparmasa, istədiyi məqsədə heç vaxt çatmayacaq.

📕 Bəzi tarixi mətnlərdə qeyd olunmuşdur ki, padşah Nuşirəvan bir gün vəziri Bozorqmehrə qəzəblənir. Əmr edir ki, onu qaranlıq bir zindana salsınlar.
Bir neçə gün sonra Ənuşirəvan bir adam göndərir ki, onun halından xəbərdar olsun. Padşahın göndərdiyi adam onu şad və aram bir halda görür və ondan soruşur: "Belə bir vəziyyətdə necə olur ki, belə şad və rahatsan?"
Bozorqmehr deyir: "Mən hər gün altı qarışıqdan ibarət olan bir iksir qəbul edirəm. O da məni gördüyün kimi yaxşı vəziyyət də saxlayır".
Elçi deyir: "Əgər mümkündürsə, o iksiri mənə də tanıt ki, çətinliklərdə ondan istifadə edəm".
Bozorgmehr deyir:
"Birincisi, Allaha təvəkküldür.
İkincisi, (bilməlyik ki) onsuz da olan olacaq və səbirsizlik baş verən bir çətinliyi həll etmir.
Üçüncüsü, səbir və dözümlülük ən yaxşı şeydir və ilahi imtahanlarda insanın köməyinə gəlir.
Dördüncüsü, əgər səbir etməyimsə, bəs nə edim? Beləliklə, başa düşürəm ki, özümü səbirsizliklə həlak etməməliyəm.
Beşincisi, mənim düçar olduğum vəziyyətdən daha çətinləri də mövcuddur. Allaha şükür olsun ki, onlara düçar olmamışam.
Altıncısı, hər günün öz hökmü var".
Bu söhbət Ənuşirəvana çatır və onu azad edərək mükafatlandırır".

t.me/axlaq
Hər kəs özünə uyğun olan dost seçir.

🌍 Hər kəsin dostları başqalarının onun əxlaqı, şəxsiyyət və fikirləri barəsində nəticə çıxartmaları üçün bir ölçüdür. Belə ki, hər bir şəxs özünün əxlaqına, şəxsiyyətinə və əqidəsinə uyğun olan insanlarla dostluq edir.

🟠 Bundan başqa, insanın dostlarının onun üzərində olan təsiri bütün yaş düşüncəsinə istər uşaqlıqda, istər gənclikdə, istərsə də orta yaşlarında həddindən artıq çoxdur. Bu səbəbdən münasib dostun seçilməsi, insanın əxlaq və rəftarının gözəlliyinə kömək edir.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

"Dost yamaq kimidir. Onu seçən zaman özünə münasibini seç!".

☑️ Yəni, paltara vurulan yamağı o paltarın rənginə, cinsinə və digər xüsusiyyətlərinə uyğun olaraq seçirlər. Dost da bu cəhətdən yamağa bənzəyir. Belə ki, dostu da seçən zaman insan öz xüsusiyyəti ilə münasib olanını seçməlidir.

🌐 İnsanlar arasında olan qəlbi və batini bağlılıq ictimai və xarici rabitələrə gətirib çıxardır. İctimai rabitələr də, öz növbəsində, fərdlərin əxlaqına və ruhiyyələrinə təsir qoyar. Nəticədə, nəfsin islahını və şəxsiyyətinin kamilləşməsini istəyənlər, məcburdurlar ki, dost seçimində İslam məktəbinin bu barədə tövsiyə etdiyi meyarları nəzərə alsınlar və dostlarından aldıqları "şeylərə" diqqət etsinlər..

✔️ Dostlar hər hansı bir şəxsin şəxsiyyətini müəyyən etmək üçün bir meyardır. İnsanlar da öz qəzavətləri və şəxsiyyəti qiymətləndirmələri zamanı bu meyarı əsas tuturlar.

📝 Həzrət Muhəmmədin (s) bu mətləb barəsində dediyi sözlər necə də gözəldir:

"Əməli saleh dost əttara (ətir satana) bənzəyər. O, sənə (satdığı) ətirdən verməsə belə, iyi sənə çatacaqdır. Pis dost isə dəmirçinin sobasına bənzəyər. Sobanın atəşi səni yandırmasa da, iyi sənə çatacaqdır".

📚 Mizanul-hikmət 9-cu cild 50-ci səhifə

t.me/axlaq
Dost seçmək üçün meyarlar.