Əxlaq və Mərifət
2.72K subscribers
1.82K photos
17 videos
21 files
4.18K links
Əxlaq, əqaid və təfsir dərsləri
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları
@Rza_iravan
Download Telegram
🌍 Dünyanın tələsi

📖 Qurani-kərim Hədid surəsinin 20-ci ayəsində buyurur:

اعْلَمُوا أَنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ ۖ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَكُونُ حُطَامًا ۖ وَفِي الْآخِرَةِ عَذَابٌ شَدِيدٌ وَمَغْفِرَةٌ مِنَ اللَّهِ وَرِضْوَانٌ ۚ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ

"Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünyaya aldananları) axirətdə şiddətli əzab, (dünyaya uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (hiylədən) başqa bir şey deyildir."

🪰 Bir milçək yoldan keçənlərdən xahiş etdi ki, məndən min manat alıb məni bu pətəyə gətirin, onu çox istəyirəm. Heç kim milçəyə etina etmirdi. Nəhayət, yoldan keçən bir nəfər min manat adı eşidəndə milçəyin yanına gəlib onu ilişib qaldığı şirninin üstündən götürərək pətəyə qoyur.
Yaxşı, axı bu, arı pətəyidir, bu milçək ona qovuşduqda onun şirəsinə ilişib qaldı orda, indi isə çıxmaq istəyir, amma çıxa bilmir. İndi fəryad edir ki, məndən on min manat alın və məni burdan xilas edin!

🌐 Dostlar, bəli, dünya həyatı belə aldadıcıdır, bir tələdir, ağlı olan o tələni görür ancaq ağılsız adamlar o tələni yox, o tələyə qoyulmuş əti (pulu, vəzifəni, şöhrəti...) görür.

Müəyyən bir mənsəb və məqama çatmağa cidd-cəhdlə çalışan bir çox insan var, o, min bir zəhmət bahasına ora çatanda ilişib qalır! Ondan qopa, aralana bilmir.

🔴 Bu adam əslində həmin milçəkdir ki, pətəyə girmək üçün min manat verib, pətəyə girəndə ilişib qalıb.
Dünya çox böyük və geniş tələyə bənzəyir, o tələnin üstünə min cür rəngarəng dünya nemətləri düzülüb ki, insanı ora ilişdirib yaxalasın və insanı əbədi xoşbəxtlikdən, kamillikdən və İlahi-qürbə çatmaqdan saxlasın.

📖 Qurani-Kərim Əraf surəsinin 16 və 17-ci ayələrində buyurur:

قَالَ فَبِمَا أَغْوَيْتَنِي لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ
ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ

"(İblis) dedi: (ey Allah!) “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb dərgahından çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə çatmaqda) mane olacam!
Bununla yanaşı onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (onların fikir və düşüncələrinə vəsvəsə edəcəyəm) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”

⚠️ Deməli, biz ya ağıl və vəhyə tabeyik, ya da şeytana və onun qoşunlarına.

t.me/axlaq
⚫️ Nadanlığın əlamətləri.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

انَّ قُلُوبَ الْجُهَّالِ تَسْتَفِيُّهَا الْاطْمَاعُ وَ تَرْتَهِنُهَا الْمُنى وَ تَسْتَعْلِقُهَا الْخَدَائِعُ

"Nadan insanların qəlbini tamahkarlıq tərpədir, uzun arzular girov götürür, dünyanın bərbəzəkləri əsir edir."

📚 əl-Kafi 1-ci cild "əql və cəhl kitabı" 16-cı hədis

⭕️ Deməli, nadan və cahil şəxslərin üç əlaməti vardır:

1. Onların qəlbini oynadan və bərkləşdirən tamahdır.
"Tamah" bir kəsdən yersiz təvəqqə gözləmək mənasını daşıyır. Məsələn, on manatlıq iş gördüyü halda, yüz manat almaq təvəqqəsində olan şəxs tamahkar adlanır.

2. Qəlbin daşlaşmasına və rəhmsizliyə səbəb olan uzun arzular nadan şəxslərin qəlbini girov götürür. Təbii ki, girov götürülmüş şəxs öz vəzifələrini icra etməyə qadir olmadığından uyğun əksüləməllər və reaksiyalar da göstərə bilməyəcək.
Odur ki, nadan şəxslərin müxtəlif hadisələr müqabilində reaksiyaları düzgün olmur.

3. Nadanın üçüncü əlaməti bütün diqqətini dünyadakı zahiri bərbəzəklərə yönəltməsi, dünya malına valeh olması və nəticədə həqiqətlərdən qəflət etməsidir.

🔰 Elmli mömin həqiqətləri görür, odur ki maddi dünyanın bərbəzəklərinə əsir olmur. Nadan isə, daim xəyallara qapılır və dünya zinətlərinə aldanır. Buna görə də, həqiqətlərin dərki əsasında çəkilən alimin yolu doğru, nadanın yolu isə əyridir.

Sual: Nə üçün alim həqiqəti görür, nadan isə xəyallara qapılaraq zahiri bərbəzəklərə aldanır?

Cavab: Hədisə əsasən "Elm aydınlıq, cəhalət isə qaranlıqdır."

🔆 Təbii ki, aydınlıqda gəzən şəxs həqiqətləri görəcək, qaranlıqda addımlayan şəxs isə xəyallara qapılacaq. Həm də nadan və cahil həmişə nəfsi istəklərə giriftar olur və bu da onun haqqı göstərən gözünü kor edir.

t.me/axlaq
🔲 Duası qəbul olmayanlar.

📝 İmam Cəfər Sadiq əleyhissalam buyurur:

أَرْبَعٌ لا يُسْتَجَابُ لَهُمْ دُعَاءٌ رَجُلٌ جَالِسٌ فِي بَيْتِهِ يَقُولُ يَا رَبِّ ارْزُقْنِي فَيَقُولُ لَهُ أَ لَمْ آمُرْکَ بِالطَّلَبِ وَرَجُلٌ كَانَتْ لَهُ امْرَأَةٌ قَدْ غَالَبَهَا (فدعا عليها) فَيَقُولُ أَلَمْ أَجْعَلْ أَمْرَهَا بِيَدِکَ وَرَجُلٌ كَانَ لَهُ مَالٌ فَأَفْسَدَهُ فَيَقُولُ يَا رَبِّ ارْزُقْنِي فَيَقُولُ لَهُ أَلَمْ آمُرْکَ بِالاِْقْتِصَادِ أَلَمْ آمُرْکَ بِالاِْصْلاحِ ثُمَّ قَرَأَ وَالَّذِينَ إِذا أَنْفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكانَ بَيْنَ ذلِکَ قَواماً وَرَجُلٌ كَانَ لَهُ مَالٌ فَأَدَانَهُ بِغَيْرِ بَيِّنَةٍ فَيَقُولُ أَلَمْ آمُرْکَ بِالشَّهَادَةِ

"Dörd dəstə insanın duası qəbul olunmaz.

1⃣ Birincisi o kəsdir ki, evdə oturub (ruzi dalınca getmir), deyir ki, ay Allah, mənə ruzi yetir. Allah həmin bəndənin cavabında buyurur ki, məgər ruzi qazanmaq üçün iş dalınca getməyi sənə əmr etmədimmi?

2⃣ İkincisi budur ki, həmişə həyat yoldaşının əlindən narahat olan (əzaba məruz qalan) adam onun şərindən qurtarmaq üçün Allaha dua edir. Allah cavabında buyurur ki, məgər sənə talaq (boşanma) haqqı vermədimmi?

3⃣ Üçüncüsü malını hədər yerə israf edib xərcləyən, lakin Allahdan ruzi istəyən kəsdir. Allah cavabında buyurur ki, məgər sənə israf etməməyi, orta yol tutmağı, hesab-kitab aparmağı tövsiyə etmədimmi?
Sonra İmam (ə) "Furqan" surəsinin 67-ci ayəsini oxudu:
"Onlar Allah yolunda xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yolu tutarlar."

4⃣ Dördüncüsü isə budur ki, malını şahid olmadan başqasına borc verən adamın (borc verdiyi adam borcu inkar edib qaytarmasa və borc verən dua etsə ki, Allah onun qəlbinə borcunu qaytarması üçün rəhm salsın) cavabında buyurar ki, məgər sənə şahid tutmağı əmr etmədimmi?”

📚 Biharul-ənvar 100-cü cild 12-ci səhifə

@axlaq
💠 İnsanların ən yaxşısı kimdir?

🕋 İbadət sevgisi son hədəf deyil, əksinə, Allahı sevməyin bir yoludur.

👉 Yəni kamil insan Allahı sevdiyi üçün ibadəti sevir, həm də ibadət insanda Allah sevgisini yaratdığı və artırdığı üçün ibadəti sevir.

✌️ Bu iki halda o, insanların ən yaxşısına çevrilir. Bunun nəticəsində hər gün gecə namazına qalxır və Allahı sevdiyi üçün gecə namazını sevir. Allahı sevdiyi üçün Quran oxumağı da sevir.

@axlaq
🌍 Fürsəti əldən verməyək.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

إِضَاعَةُ الْفُرْصَةِ، غُصَّةٌ

"Fürsəti əldən vermək qəm-qüssədir".

♻️ "Fürsət" dedikdə "hər hansı bir yaxşı işi görmək üçün lazımi şəraitin mövcud olması" başa düşülür.

🔶 Hər bir iş, xüsusilə də daha əhəmiyyətli işlərin bir sıra müqəddimələrə ehtiyacı vardır. Bu müqəddimələr bəzi hallarda insanın özündən asılı deyil.

🔷 Buna görə də lazımi şərait mövcud olduqda fürsətdən istifadə edib həmin işləri görmək lazımdır. Çünki fürsət həmişə ələ düşmür. Getdisə, bir daha qayıtmaya bilər.

🟢 İnsanın gəncliyi, iş qüvvəsi, boş vaxtı, sağlamlığı - bütün bunlar onun ixtiyarıda olan fürsətlərdir. Çox tez bir vaxtda əldən çıxıb bir daha geri qayıtmır.

📖 Qurani-Kərimin Qəsəs surəsinin 77-ci "Dünyadakı nəsibini də unutma!" ayəsinin təfsiri ilə bağlı Əmirəlmöminin Əlinin (ə) belə buyurduğu nəql edilmişdir:

لا تَنْسَ صِحَّتَکَ وَقُوَّتَکَ وَفَراغَکَ وَشَبابَکَ وَنِشاطَتَکَ أنْ تَطْلُبَ بِها الاْخِرَةَ

"Sağlamlıq, bacarıq, asudəlik, gənclik, iş qabiliyyətini əsla unutma.
Bunların vasitəsilə axirət səadətini əldə et!"

📚 Camiu əhadisuş-şiə 14-cü cild 316-cı səhifə

🔴 Məlum məsələdir ki, kədərlənmək, təəssüflənmək, ağlamaq heç bir fürsəti geri qaytarmır. Buna görə də diqqətli olmaq lazımdır ki, fürsət əldən çıxmasın.

Həzrət Muhəmməddən (s) nəql edilmiş məşhur bir hədisdə deyilir:

إنَّ لِرَبِّکُمْ فى أیّامِ دَهْرِکُمْ نَفَحاتُ ألا فَتَعَّرضوا لَها

"Allah-taala həyatınızda ixtiyarınıza səadət yelləri buraxır. Bu yellərdən istifadə edin!"

📚 Biharul-ənvar 68-ci cild 221-ci səhifə

Bu səadət yelləri hamının həyatda ara-sıra qarşısına çıxan həmin fürsətlərdir.

📝 Əmirəlmöminin Əlidən (ə) nəql edilmiş başqa bir hədisdə isə belə deyilir:

أیُّهَا النّاسُ الاْنَ الاْنَ مِنْ قَبْلِ النُّدَمِ وَ مِنْ قَبْلِ (أَنْ تَقُولَ نَفْسٌ یَا حَسْرَتَا عَلَى مَا فَرَّطْتُ فِى جَنْبِ اللهِ)

"Ey camaat! Elə indicə, indicə ayağa qalxın, (fürsətlər əldən çıxmazdan və) peşman olmazdan və bir kəs "Allaha itaətlə bağlı işlətdiyim təqsirlərə görə vay halıma! (Zumər/56)" deməzdən qabaq (fürsətdən istifadə edin)!"

📚 Mizanul-hikmət 15791-ci hədis

t.me/axlaq
🌍 Zamanı tanımağın əhəmiyyəti.

📝 İmam Cəfər Sadiq əleyhissalam buyurur:

اَلعالِمُ بِزَمانِهِ لا تَهجُمُ عَلَیهِ اللَّوابِسُ

"Zamanını tanıyan şəxsə şübhələr hücum etməz."

📚 əl-Kafi 1-ci cild 27-ci səhifə

☑️ Yəni şübhələrə aldanmır və heç bir iş ona qaranlıq və naməlum olmur.

☑️ Yəni hər kəs zamanını tanıyarsa düşmənlərin, dinsizlərin və zülmkarların hilylə və kələklərindən xəbərdar olar, buna görə də onların qurduqları tələyə düşməz. Camaata şübhəli və naməlum olan işlər onu çaşdırmaz və azdırmaz.

🌐 Zamanı tanıyan şəxs düşmənlərin planlarını da tanıyır və bütün hadisələrdə onların gizli əllərini görür.

🌐 Zamanı tanıyan şəxs düz yolu əyri yoldan seçir, fitnə və fəsada düçar olmur.

🔷 "Zamantanına" insana agahlıq və bəsirət verir

🔶 Zamantanıyan o şəxsdir ki, dövrünün bütün xüsusiyyətlərini tanıyır. Bəsirət və agahlıq qaranlıqlarda insanın yolunu işıqlandırır.

⚫️ Qaranlıq və zülmət yolda hərəkət etmək çox təhlükəlidir. Hər addımda düşmənlərin tələsi ola bilər və ya qazdıqları quyu ola bilər, yaxud da vəhşi heyvanların hücumuna məruz qala bilər.

🔆 Zamanı tanımaq və günün məsələlərinə agah olmaq, insanın aldanmamasına səbəb olur və pislər ondan sui istifadə edə bilmirlər.

♻️ Bu qabiliyyət, həm insanın şəxsi məsələlərində, həm də ictimai və və camaatla əlaqələrində insanın köməyinə çatır.

⛔️ Nə qədər insanlar var ki, sadəlik, agahsızlıq və bəsirətsizlik səbəbindən azğınlığa düçar olublar, düşmənlərin tələlərinə düşüblər, abır və imanlarını itiriblər.

🌐 Zamantanıma, həqiqətdə, şübhələr və fitnələrin hücumları qarşısında möhkəm bir səddir.

t.me/axlaq
🌐 Dövran çox dəyişib.

🏢 Evlər böyüyüb ailələr isə kiçilib.

📚 Elmi səviyyə yüksəlib, ağıl və dərk aşağı düşüb.

🌅 Mənasız həyat yaşayırıq, amma Nuh ömrü arzulayırıq.

📕 Az mütaliə edirik, amma hər şeyi bildiyimizi iddia edirik.

🔥 Yalana nifrət edirik, amma yalan danışmadan yaşaya bilmirik.

🖤 Zahirimizə diqqətliyik amma batinimizə etinasız.

🔍 Tələsməyi öyrənmişik, səbir etməyi yox.

🗣 İddialarımız çox, lakin faydalı əməlimiz azdır.

@axlaq
😳 Xəsis adama təəccüb edirəm.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

عَجِبْتُ لِلْبَخِيلِ يَسْتَعْجِلُ الْفَقْرَ الَّذِي مِنْهُ هَرَبَ وَ يَفُوتُهُ الْغِنَى الَّذِي إِيَّاهُ طَلَبَ، فَيَعِيشُ فِي الدُّنْيَا عَيْشَ الْفُقَرَاءِ وَ يُحَاسَبُ فِي الْآخِرَةِ حِسَابَ الْأَغْنِيَاءِ

"Xəsis adama təəccüb edirəm ki, qaçdığı yoxsulluğun pişvazına gedir, axtardığı zənginliyi əldən çıxarır. O, dünyada yoxsullar kimi yaşayır, amma axirətdə varlılar kimi hesabat verməlidir".

⭕️ Xəsis adamlar təkcə başqalarına qarşı xəsis olmurlar. Onlar çox vaxt özlərinə qarşı da xəsisdirlər və sərvətlərinin olmasına baxmayaraq, çətin şəraitdə, yoxsul həyatı yaşayırlar. Onlar gələcəkdə yoxsul olmaq qorxusundan indidən yoxsul həyatı yaşayırlar.

🌐 Onlar gələcəkdə daha çox mal və sərvət toplamağa can atırlar, halbuki bu gün malik olduqları zənginlikdən istifadə etməməklə onu əldən çıxarıblar.

🌍 Digər tərəfdən, onlar dünyada yoxsullar kimi yaşasalar da, Qiyamət günü zənginlərin sırasında dayanmalı və mallarının hesabatını verməli dirlər. Yəni onlar zənginlərin çətinlikləri ilə üzləşirlər, hərçənd vaxtında zənginliklərindən düz-əməlli yararlanmayıblar.

Belə insanların həyatı təəccüb doğurmurmu? Bu cür adamları ağıllı hesab etmək olarmı?

⚫️ Xəsislik xəstəliyi Qurani-Kərim ayələri və hədislərdə çox məzəmmət edilmiş xüsusiyyətlərdəndir. O cümlədən hədislərin birində Həzrət Muhəmməd (s) belə buyurub:

اَلْبَخیلُ بَعیدٌ مِنَ اللهِ، بَعیدٌ مِنَ النّاسِ، قَریبٌ مِنَ النّارِ

"Xəsis Allahdan və insanlardan uzaq, Cəhənnəm oduna yaxındır."

📚 Biharul-ənvar 70-ci cild 308-ci səhifə

📝 İmam Rza əleyhissalam buyurur:

إیّاکُمْ وَالْبُخْلُ فَإِنَّهُ عاهَةٌ لا یَکُونُ فى حُرّ وَلا مُؤمِن إنَّهُ خِلافُ الاْیمانِ

"Xəsislikdən çəkinin. O, nə azad, nə də mömin insanda mövcud olmayan bir bəladır. Çünki xəsislik imanla ziddiyyət təşkil edir (xəsis şəxsin Allahın bəxşiş və səxavətinə möhkəm imanı yoxdur)."

📚 Biharul-ənvar 75-ci cild 346-cı səhifə

📝 Başqa bir hədisdə İmam Cəfər Sadiq (ə) xəsisliyin alicənablıq ilə zidd olduğunu, eləcə də şərəfli olmaq istəyən adamın xəsislikdən uzaq olmasının vacib oldiğunu vurğulayıb belə buyurub:

مَنْ بَرِءَ مِنَ الْبُخْلِ نالَ الشَّرَفَ

"Xəsislikdən uzaqlaşan şəxs şərafət və böyüklük əldə edər."

📚 Biharul-ənvar 75-ci cild 229-cu səhifə

t.me/axlaq
🔆 Qurani-kərimdə iztirab və ruhi narahatlığın əlacının 8 yolu

1⃣ Səbir və müqavimət

🟨 Stress və onun fəsadları ilə mübarizədə ən əsas üsullardan biri səbirli olmaqdır. Allahın səbirli insanlarla olduğunu qəbul edən insan aramlı və rahat olar.

2⃣ Namaz

🕋 Allah-taala ilə rabitə və bağlılığın ən yaxşı vasitəsi namazdır. Namaz insanın diqqətini Allaha yönəldir, namaz qılan insan çətinlik və sıxıntıları kiçik sayır, problemlər onu məyus və ümidsiz etmir.

3⃣ Dua və münacat

🟦 Duanın əhəmiyyəti barədə bunu demək kifayətdir ki, Allah-taala buyurur: "Ey Peyğəmbər (s), bəndələrimə de ki, əgər sizin duanız olmasaydı, Rəbbim sizə heç bir etina etməzdi.

4⃣ Qurani-kərimdən faydalanmaq

📖 Qurani-kərim özünü bütün növ cismi və mənəvi xəstəliklərin şəfa vericisi olaraq təqdim edir. Hər gün Qurani-kərim ilə ünsiyyətdə olan şəxs aramlı və rahatlıq içində olur.

5⃣ Təqva

🟥 Qurani-kərim təqvanı çətinliklərdən çıxış vasitəsi olaraq təqdim edir, həmçinin yoxsulluq sıxıntısına məruz qalmış insanlar üçün xilas və qurtuluş qapısıdır, təqva insanları narahatlıq və iztirabdan çıxarır.

6⃣ Allaha təvəkkül

🟪 Allaha təvəkküldən məqsəd budur ki, çalışqan insan öz işini Allaha tapşırsın, öz işində Allahı nəzarətçi və qoruyucu qərar versin, çətinliklərin həllini yalnız Ondan istəsin.

7⃣ Tövbə və istiğfar

🟫 Allahın əfv edən və bağışlayan olmasına diqqət etməyin mənası budur ki, "bütün günahlar bağışlana bilər". Həqiqi istiğfar edən insanın qəlbi həmişə aramdır.

8⃣ Təvəssül

🕌 Allahın vəlilərinə, yəni Peyğəmbərlərə, İmamlara və Övliyaya təvəssül etmək insanın ruhunun aramlıq və rahatlığına səbəbdir.

t.me/axlaq
İnsanların ən yaxşısı

📝 Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) buyurur:

خير الناس من انتفع به الناس

“İnsanların ən yaxşısı insanlara daha çox xeyir və fayda verəndir”.

📚 Müstədrəkul –vəsail 12-ci cild 78-ci səhifə

🌍 Həyatın gözəlliyi başdan başa özündən başqalarına xidmətdən ibarətdir.

🔵 ÇAY öz suyunu özündə saxlamır, onu başqalarına ötürür.

🌳 AĞAC meyvələrini özü yemir, başqalarına təqdim edir.

☀️ GÜNƏŞ işığını özündə saxlamır, kainata bəxş edir.

🌧 BULUD rütubətini göydə saxlamır onu su və yağış olaraq yerə və insanlara təqdim edir.

🌐 Bəli, insanlara faydalı olan hər bir şəxs sevimli Peyğəmbərimizin (s) buyurduğu kimi doğrudan da insanların ən yaxşısı olacaq.

t.me/axlaq
Həzrət Muhəmmədin (s) "Alimlərin üzünə baxmaq ibadətdir" hədisinin izahında
İmam Cəfər Sadiq (ə) buyurdu:

"Məqsəd o alimdir ki, onun üzünə baxdıqda axirət sənin yadına düşsün. Bunun əksi olan (dünyapərəst) alimin üzünə baxmaq isə fitnə (azğınlıq) yaradar."

📚 Tənbihul-xəvatir 1-ci cild 84-cü səhifə

@axlaq
💎 Müstəqil olmaq istəyirəm.

Biz müstəqilliyi ətrafımızdakılardan və ya sevdiklərimizdən uzaqlaşmaqla səhv salmamalıyıq.

🏢 İşləmək və ya təhsil almaq, eləcə də evlənmək və ailəniz tərəfindən görülən kiçik təkmilləşdirmələr ailədəki mövqeyinizi yaxşılaşdıracaq. Buna görə də mövqelərinizdən geri çəkilməyə və ya qaçmağa çalışmayın. Bəzən bu eyni vəziyyətlər tərəqqimizi sürətləndirməyə kömək edir.

@axlaq
🕋 İlahi mərifətin əxlaqi kamilliyə təsiri.

📝 Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

مَن كانَ بِاللّهِ أعرَفَ كانَ مِنَ اللّهِ أخوَفَ

"İlahi mərifəti (Allahıtanıması) daha çox olan şəxs Allaha qarşı çıxmaqdan daha çox qorxar."

📚 Biharul-ənvar 67-ci cild 393-cü səhifə

🟢 İlahi mərifətə sahib olan insan bir çox imtiyazlar əldə edir, onlardan biri də pis və mənfi xasiyyətlərdən uzaqlaşmaqdır.

1⃣ İlahi mərifətin sayəsində insan Allahın əzabından qaçmağın mümkünsüz olduğunu dərk edir.

🕋 İlahi mərifətin nəticələrindən biri budur ki, insan günahla qarşılaşdıqda Allahın əzabından amanda qalmağın mümkün olmadığını bildiyinə görə Allah-taalaya qarşı çıxmaqdan qorxur. Bu qorxu pis xüsusiyyətləri onun qəlbindən çıxarır və onu günahdan saxlayır.

📖 Qurani-Kərim Qiyamət surəsinin 36-cı ayəsində buyurur:

أَيَحْسَبُ الْإِنْسَانُ أَنْ يُتْرَكَ سُدًى

"Yoxsa insan elə güman edir ki, başlı - başına buraxılacaq (və heç bir vəzifəsi və hesabı yoxdur)?"

2⃣ İlahi mərifətin sayəsində insan Allahın əzəmət və böyüklüyünü dərk edir.

🕋 Allah-taalanın əzəmətini dərk edən insan günah ilə üzbəüz qaldıqda Allahın qüdrət, əzəmət və böyüklüyü həmin insanı pis xasiyyətlərdən və günah etməkdən saxlayır.

3⃣ Şükürün dərki.

🕋 Hər bir insan əgər Allahın ona bəxş etdiyi sonsuz nemətləri daima xatırlayaraq Ona şükür edərsə, bu dərketmə onun qəlbindən pis xasiyyətləri çıxarar və insanı günahdan saxlayar. Çünki insan günah qarşısında olduqda Allahın sonsuz nemətlərini yada salır və bu dərketmə nəticəsində həmin şəxs günah etmir.

4⃣ Həyanı dərk etmək.

🕋 İlahi mərifəti dərk etmiş insan pis xüsusiyyətlərə malik olduğunu gördükdə və ya günah qarşısında olarkən Allah-taalanın onu gördüyünü nəzərə alaraq Allahdan həya edir. Həya hissi insanı günah etməkdən saxlayır.

5⃣ Allahın məhəbbətini dərk etmək.

🕋 İlahi mərifətə yiyələnmiş insan bilir ki, Allah-taala onu sevir, onu varlıqların ən üstünü qərar verib, ona saysız-hesabsız nemətlər bəxş edib...
Odur ki, ilahi məhəbbət hissi insanı onu sevənə qarşı çıxmaqdan və günah etməkdən saxlayır. Belə bir insan pis xüsusiyyətləri qəlbindən çıxarır.


6⃣ Yaradılışın hikmətini dərk etmək.

🕋 İlahi mərifətin sayəsində insan bilir ki, bu dünya Allahın yaratdığı son aləm deyil, bu aləmdən daha yuxarı olan, əbədi naz-nemətin və ləzzətlərin bol olduğu, heç bir əzab-əziyyəti olmayan başqa bir aləm, yəni cənnət vardır.
Əbədi və sonsuz nemətlərə sahib olmaq istəyən şəxs pis xasiyyətləri qəlbindən çıxarır və bu dünyanın müvəqqəti və əzab-əziyyətlə qarışıq olan mal-dövlətinə ürək vermir.
Onun əxlaq və təqvası onu günah etməkdən saxlayır.

t.me/axlaq
🗣 Xeyirxahlıq iddiaçıları.

🖥 Ağzını açıb nəsihət, xoş sözlər deyən, yaxud əlinə qələm alıb nəsihətlər yazan hər kəs xeyirxah insan deyil.

⚫️ Xeyirxahlıq qələmini əlinə alan və ya dilini nəsihətə açan, özünü xeyirxah niyyətli kimi göstərən, əslində isə insanları azdırmaq və yanlış istiqamətə yönəltmək niyyətində olanlar az deyil.

👉 Məsələn, bəzi kanallar, sosial şəbəkələrdə bəzi səhifələr, eləcə də bəzi yazıçı, psixoloq və filosoflar, hətta bəzi dostlar, ... özlərini bizə xeyirxah insan kimi göstərsələr də, əslində belə deyil.

Bəs biz haradan bilək ki, kimlər bizim xeyrimizə danışır və kimlər bizi aldatmağa çalışır? Bunun bir göstəricisi varmı?
Əlbəttə, var👇

🔔 Mütləq görməliyik ki, onların dedikləri Allahın sözünə, yəni Qurani-kərimin, Həzrət Muhəmmədin (s) və Əhli-beytin (ə) sözünə uyğundur, ya yox?! Yəni o iddiaçıların dediklərini Qurani-kərim, Peyğəmbər (s) və Əhli-beyt (ə) də deyirmi?!

⚠️ Çünki insanı süqut və məhvə aparan yollardan biri vəsvəsə və yalan sözlərlə başlayır.

Yalançı xeyirxahlıq iddiaçılarının tarixi nümunəsi, Şeytanın həzrət Adəm və Həvva ilə hadisəsidir!

⬛️ Şeytan onların etimadını qazanmaq üçün xeyirxah olduğunu iddia etdi və xeyirxahlardan biri olduğuna and içdi👇

وقاسماهما انِي لكما لمنَ النَّصْحينَ
(Əraf/21)

"Həm də onlara: "Mən sizin xeyrinizi istəyənlərdənəm.” - deyə and içdi."

Buna görə də Adəm və Həvva şeytanın yalançı xeyirxahlıq andına aldandılar, nəticədə süqut etdilər və peşman oldular.

📖 Qurani-kərim Əraf surəsinin 22-ci ayəsində buyurur:

فَدَلَّاهُمَا بِغُرُورٍ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَنْ تِلْكُمَا الشَّجَرَةِ وَأَقُلْ لَكُمَا إِنَّ الشَّيْطَانَ لَكُمَا عَدُوٌّ مُبِينٌ

"Beləliklə, onları hiylə-kələklə (məqamlarından) endirdi. Həmin ağacdan daddıqda ayıb yerləri göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbləri onlara xitab edərək buyurdu: — “Məgər sizə bu ağacı qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir deməmişdimmi?"

t.me/axlaq