Əxlaq Məktəbi
2.38K subscribers
2.19K photos
18 videos
21 files
4.62K links
Əxlaq, əqaid və təfsir dərsləri
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları
@Rza_iravan
Download Telegram
🕋 Zikrin təsirləri.

3⃣ Qəlbin aramlığı.

💠 Zikrin üçüncü təsiri — qəlbin aramlığı, daxili sakitlik və ruhun sabitliyidir;

📖 Qurani-kərim Rəd surəsinin 28-ci ayəsində buyurur:

الَّذِینَ آمَنُوا وَ تَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللَّهِ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

"Onlar iman gətirənlərdir və qəlbləri Allahı yad etməklə aram tapır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar."

🔰 “Qəlb” sözü “təqəllüb” kökündəndir və dəyişmək, çevrilmək mənasını verir. İnsan ruhu — qəlb — daim haldan-hala düşən bir varlıqdır.

📝 Həzrət Muhəmməd (s) buyurur:

مَثَلُ الْقَلْبِ مَثَلُ رِیشَةٍ بِأَرْضٍ تُقَلِّبُهَا الرِّیَاحُ

"Qəlbin misalı yerdə olan bir lələk kimidir ki, küləklər onu ora-bura çevirir."

🔵 Demək, qəlb bir lələk kimidir,
Çöllərdə şiddətli küləyin əsiridir.
Külək bu lələyi səhrada bir o yana, bir bu yana aparır. Qəlb də belədir — davamlı hərəkət və dəyişmə içindədir.

🟠 Başqa bir bənzətmədə qəlb, qaynar qazanda qaynayan suya oxşadılır. Qəlbimiz də bu qaynayan su kimidir: bəzən sevgi və nifrət, bəzən sevinc və kədər, bəzən daralma və genişlənmə halındadır.

🌍 İnsanların tarix boyu ən böyük axtarışı bu qəlbi sakitləşdirmək olmuşdur. İnsanların müxtəlif vasitələrə üz tutması — sərvətə və var-dövlətə güvənmək, güc və hakimiyyətə arxalanmaq, zahiri gözəllik və görünüşə bağlanmaq — əslində, bu daxili narahatlığı aradan qaldırmaq üçündür.

🟣 Hətta bəzi dəb və zahiri həyat tərzləri də insanın daxilindəki bu təşvişin əlamətidir; insan qəlbini sakitləşdirmək istəyir, amma çox zaman yanlış yola yönəlir.
Halbuki qəlbin həqiqi aramlığı yalnız bir yerdə tapılır: Allahın zikrində.

📓 “İtminan” (aramlıq) — fırtınadan sonra yaranan sakitlik deməkdir. Ərəblər deyirlər: «السُّكُونُ بَعدَ الاِنْزِعاج» — yəni təlatümdən sonra gələn durğunluq.
Necə ki, dalğalı dənizdə gəmi möhkəm lövbər ataraq sabit qalır, buna “gəmi aram tapdı” deyilir («اِطمَئَنَّتِ السَّفینةُ»).

İnsanın varlığı da həyatın tufanları içində belə bir lövbərə möhtacdır və bu lövbər yalnız Allahın zikridir.

أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

"Bilin ki, qəlblər yalnız Allahı yad etməklə aram tapar."

⚠️ Bunu bilməliyik ki, zikrdən başqa hər bir şey qəlbə yalnız müvəqqəti təsəlli verir. Qəlbin yanğısını və ruhun yarasını həqiqətən sağaldan yalnız Allahın yadıdır.

📌 Digər tərəfdən, insanın narahatlığı çox vaxt məqsədi tanımamasından qaynaqlanır. İnsan hara getdiyini və nə üçün yaşadığını bilmədikdə, daxilən sarsılır. Zikr isə insana həm həqiqi hədəfi göstərir, həm də onu özünüdərkə aparır.

🌐 Müasir insanın çaşqınlığı çox vaxt xəyallardan və mənfi baxışlardan doğur. Amma Allahı yad edən insan nə pis baxış sahibi ola bilər, nə də ümidsiz.
Belə insan hətta zahirdə çətinlik və məhrumiyyət içində olsa belə deyər:

ما رَأیتُ اِلّا جَمیلاً

"Mən gözəllikdən başqa heç nə görmədim."

@axlaq
11👍3👏2
18👏3👍2🙏1
💠 Şükür — hikmətin bəhrəsi.

Şükür və minnətdarlıq ruhiyyəsi həqiqi hikmətin qəlbindən doğur.

📖 Qurani-kərim Loğman surəsinin 12-ci ayəsində buyurur:

وَ لَقَدْ آتَیْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلهِ وَ مَنْ یَشْكُرْ فَإِنَّمَا یَشْكُرُ لِنَفْسِهِ وَ مَنْ كَفَرَ فَإِنَّ اللهَ غَنِیٌّ حَمِیدٌ

"Biz Loğmana hikmət verdik [və dedik:] “Allaha şükür et!” Kim şükür edərsə, yalnız öz xeyrinə şükür etmiş olar. Kim nankorluq edərsə, [bilsin ki] Allah ehtiyacsız və həmdə layiqdir."

🕋 Bu ayədə “hikmət” dedikdə ilahi hikmət nəzərdə tutulur.

🌍 Bu gün hikmət daha çox əqli elmlər kimi başa düşülür. Lakin Quranda bəhs edilən hikmət, daha çox əməli hikmət, yəni həyatın real yollarını göstərən ilahi istiqamətdir; sadəcə nəzəri biliklər deyil.

📖 Qurani-kərim Bəqərə surəsinin 269-cu ayəsində buyurur:

وَ مَنْ یُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِیَ خَیْرًا كَثِیرًا

"Kimə hikmət verilərsə, demək, ona çoxlu xeyir verilmişdir."

🕋 Əgər Allah buyurursa ki, Loğmana hikmət verdik, bu o deməkdir ki, Loğman bu nemətin şükrünü də yerinə yetirməlidir. Yəni şükür hikmətdən doğur və onun bəhrəsidir.
Bu çox mühüm bir həqiqətdir:👇

وَ مَنْ شَكَرَ فَإِنَّمَا یَشْكُرُ لِنَفْسِهِ

"Kim şükür edərsə, yalnız öz xeyrinə şükür etmiş olar."
(Loğman/12)

🌐 İnsan hər bir nemətə düzgün yanaşarsa, həmin nemət onun üçün davamlı olar. Allah-taala şükürün təsirini belə qərar verib: "kim şükür edərsə, əslində özü bundan faydalanar. Kim nankorluq edərsə, ilk növbədə özü zərər görər" — bu, ilahi bir qanundur.

👉 Ayədəki «یَشْكُرُ» felinin indiki zaman formasında gəlməsi göstərir ki, şükür davamlı və daimi olmalıdır; nemətlərdən düzgün istifadə etmək bir həyat mədəniyyətinə çevrilməlidir.

Əmirəlmömin Əli əleyhissalam buyurur:

اِحْذَرُوا نِفارَ النِّعَمَ فَما كُلُّ شارِدٍ بِمَردودٍ

"Nemətlərin əldən çıxmasından qorxun; çünki hər qaçan geri qayıtmır."

📚 Nəhcül-bəlağə 246-cı hikmətli kəlam.

@axlaq
11👍3👏2😢1
🌙 İnsana aramlıq və sakitlik bəxş edən İlahi nemət.

📖 Qurani-kərim Zuha surəsinin 2-ci ayəsində buyurur:

وَ اللَّيْلِ إِذَا سَجَى

"And olsun sakitləşməkdə olan gecǝyǝ!"

🌔 Bu mövzuda mühüm olan Nemət gecənin sakit və aram olmasıdır.

🌖 Gecənin aramlığı bir növ insanın ruhunu oxşayır və eyni zamanda insanı da aramlaşdırır.

💠 Belə olan halda, insanın əsəbləri də sakit olur. Əsəblər sakit olduqda isə insanın ruhu dincəlir.

Bəli, məhz belə gecələrin sayǝsində insan sabah və növbəti sabahlar barəsində aramlıqla düşünə bilir, növbəti həyat fəaliyyətinin davamiyyəti üçün özünü hazırlayır.

🕋 Bu baxımdan gecə olduqca böyük nemətdir. Buna əsasən, gecə çağı and içilməyə layiqdir.

@axlaq
11👍3👏2😢1
🕋 Allahın əzəmətini dərk et ki, gözündə hər şey kiçilsin!

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

عِظَمُ الْخَالِقِ عِنْدَكَ، يُصَغِّرُ الْمَخْلُوقَ فِي عَيْنِكَ

"Yaradanın sənin nəzərindəki əzəməti gözündə yaranmışları kiçildər".

🌎 Əgər insan uşaq vaxtı həyətində kiçik hovuz olan evdə yaşasa və böyüyəndən sonra onu böyük hovuzun yanına aparsalar, həmin böyük hovuz ona çox əzəmətli görünər. Amma əgər o, dəniz kənarında böyüsə və sonra onu hovuz kənarına aparsalar, hovuz ona çox kiçik görünər.

🌐 Həmçinin yoxsul ailədə böyümüş kəslər azacıq sərvət əldə edən kimi özlərini varlı sayırlar. Amma əgər həmin sərvət zəngin ailədə böyümüş şəxsin əlinə düşsə, onu cüzi bir şey sanar.

🟢 Buna görə də Allahın pak zatının əzəmətini dərk edənlər Onda sonsuz qüdrət, böyüklük, elm və səltənət görürlər və həmin şəxslər yaradılmışların qüdrətinə baxanda onu dərya qarşısında bir damla, hətta ondan da az görürlər.

💠 Buna görə də əgər dünyada zahid həyatı yaşamaq, maddi məqama, sərvətə, dünyanın bərbəzəyinə etina etməmək istəyiriksə, Allah-taala barəsindəki idrakımızın səviyyəsini artırmalıyıq. Gözümüzdə yaradanın əzəmətinin artması - mütləq və mütləq - yaradılmışların kiçilməsi ilə nəticələnəcək.

📝 Əmirəlmöminin Əli əleyhissalam Nəhcül-bəlağənin 224-xütbəsində buyurub:

وَاللهِ لَوْ أُعْطيتُ الاَْقاليمَ السَّبْعَةِ بِما تَحْتَ أفْلاكِها، عَلى أنْ أعْصِىَ اللهَ في نَمْلَة أسْلُبُها جُلْبَ شَعيرَة ما فَعَلْتُهُ

"And olsun Allaha, əgər dünyanın yeddi iqlimini (qədimdə dünyanı yeddi hissəyə bölürdülər və hər iqlimin öz adı vardı) səmanın altında olanlarla birlikdə mənə versələr ki, bir qarışqaya zülm edim və arpa qabığını onun ağzından çəkib çıxarım, belə bir iş tutmaram."

🔰 İmam Əlinin (ə) bu kəlamının dəlili o Həzrətin (ə) Allahın əzəmətini dərk etməsidir. Buna görə də bütün dünya onun gözünə arpa qabığından, ya çəyirtkənin ağzında olan yarpaqdan da dəyərsiz görünür.

t.me/axlaq
11👍6👏1
14👍4👏4
🕋 Qibləyə yönəlməyin hikməti.

Sual: İnsan niyə qibləyə tərəf namaz qılmalıdır, məgər Allah hər yerdə deyilmi?

Cavab: Qibləyə üz tutmaq, yəni Kəbə evinə yönəlmək heç bir halda Allahın pak zatını müəyyən bir səmtlə məhdudlaşdırmaq mənasına gəlmir.

🌍 Lakin insan maddi bir varlıq olduğu və istər-istəməz namaz qılarkən hansısa bir tərəfə dönməli olduğu üçün, müsəlmanların sıralarında vəhdət və həmahənglik yaransın, xaos və pərakəndəliyin qarşısı alınsın deyə hər kəsin eyni tərəfə yönəlməsi əmr edilmişdir.

💠 Bununla yanaşı, qiblə olaraq təyin edilən nöqtə müqəddəs bir məkandır. Bura tövhidin (Allahın birliyinin) ən qədim mərkəzlərindən biridir və oraya yönəlmək insanda tövhid xatirələrini və mənəvi duyğuları oyadır.

@axlaq
11👍4👏2
🌴 İstəyirəm yaxşı dost olum.
Demək olar ki, tənhalığa qapılmış birisiyəm, bir nəfər də olsa səmimi dostum yoxdur.

🔰 Cavab:

1⃣ Şad və şən olun.

🔷 Başqa insanlar kimi sizin dostlarınızın da kifayət qədər narahatlıq və çətinlikləri vardır, buna görə də fikirləşməyin ki, onları gördükdə bütün problem, giriftarçılıq və gərginlikləriniz barədə onlara danışmalısınız və onlar da hövsələ ilə sizə qulaq asmalıdırlar!!

🔶 Qətiyyətli və qüvvətli şəxsiyyət olmağa çalışın, özünüzə məxsus zarafatlarınızla gülərüzlülük və mehribanlığınızı cəmiyyətə təqdim edin. Bu hərəkətiniz həm ruhiyyənizi yaxşılaşdıracaq həm də sizi elə yeni dostlarla tanış edəcək ki, həyatın gündəlik çətinlikləri qarşısında ən yaxşı tərzdə sizin yanınızda olacaq və sizi tək qoymayacaqlar.

2⃣ Qulaq asın.

⭕️ Həmişə yalnız siz danışmalı deyilsiniz.

🔷 Qoyun, onlar da əqidə, nəzər, problem, uğur, məğlubiyyət, narahatlıq, giriftarçılıq və maraqları barədə sizinlə danışsınlar.

♻️ Bir az hövsələ, sükut və diqqətlə dinləmək bacarığı sizi başqalarına yaxşı dost edəcəkdir.

➡️ Əlbəttə, əgər görsəniz ki, danışmaqda həddi aşır, ağ yalanlar deyir və ya əxlaqa zidd söhbətlər edir onda yuxarıdakı birinci qeyddən istifadə edin, özünüzə məxsus şuxluq və zarafatla söhbəti dəyişin yaxud tamamlayın.

3⃣ Yeni dost tapanda xəsislik etməyin.

🔷 Nə üçün yeni tapdığınız dostu dostlarınıza təqdim etmirsiniz?

💢 Yoxsa dostlarınızın ondan xoşları gəlməyəcəyini və ya yeni dostunuzun sizi onlarla dostluq etməkdən çəkindirəcəyindən ehtiyatlanırsınız?!

🔶 Əgər siz möhkəm və sarsılmaz dostlara maliksinizsə arxayın olun ki, yeni dostunuzu köhnə dostlarınızla tanış etməklə halınız və ruhi vəziyyətiniz daha yaxşı olacaq.

💎 Baş verməmiş və bəlkə də heç vaxt olmayacaq pis hadisələri xəyalınızda canlandlrmaqla özünüzü nigaran etməyin.

4⃣ Dilinizi qorumağı bacarın.

🔷 Dostlarınızdan heç kimin sirri barədə o birisinə danışmayın, çünki
əvvəla bu hərəkət, yəni sirr açmaq əxlaq və mərdliyə ziddir,
ikincisi adətən, bu hallarda gec-tez sirrini saxlamadığınız adam sizin bu pis işinizdən xəbər tutur və o bir daha sizə etimad edib sirrini danışmayacaq,
üçüncüsü başqaları da sizi sirr saxlaya bilməyən, əmanətə (söz əmanətinə) xəyanət edən adam kimi tanıyacaqlar.

Bununla da siz öz səmimiyyət və etibarınızı sizi tanıyanların arasında itirmiş olacaqsınız. Nəticədə əsil uduzan və məğlub tərəf siz olacaqsınız.

🌍 Dost tapmaq üçün illərlə əziyyətlər çəkilir, ancaq bir pis hərəkət və ədəbsizlik ilə bütün dostları bir gündə itirmək olur.

🌐 Odur ki, sirr saxlamağı baracın, heç kimin sirrini başqasına danışmayın. Bu işdə müstəsna hal yoxdur, birmənalı olaraq sirr saxlayan olun.

t.me/axlaq
10👍6👏2
💠 Şükür — imtahanda uğurun amili.

📖 Qurani-kərim Nəml surəsinin 40-cı ayəsində buyurur:

فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِنْدَهُ قَالَ هذَا مِنْ فَضْلِ رَبِّی لِیَبْلُوَنِی ءَأَشْكُرُ أَم أَكْفُرُ وَ مَنْ شَكَرَ فَإِنَّمَا یَشْكُرُ لِنَفْسِهِ وَ مَنْ كَفَرَ فَإِنَّ رَبِّی غَنِیٌّ كَرِیمٌ

"(Süleyman) onu (taxtı) yanında hazır durmuş görən kimi dedi: "Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, öz xeyrinə şükür etmiş olur, kim də nankor olsa, (öz zərərinə olur,) Rəbbim ehtiyacsız və kərimdir!"

Həzrət Süleyman (ə) bir məclis qurdu və dedi: “Səba mələkəsinin taxtını kim mənim yanıma gətirə bilər?”

Cinlərdən bir ifrit qalxıb dedi:

قَبْلَ أَنْ تَقُومَ مِنْ مَقَامِكَ

yəni bu məclis bitməmiş onu gətirərəm.
Süleyman (ə) isə daha qısa zaman istədi. Bu zaman belə deyildi:

قَالَ الَّذِی عِنْدَهُ عِلْمٌ مِنَ الْكِتَابِ أَنَا آتِیكَ بِهِ قَبْلَ أَنْ یَرْتَدَّ إِلَیْكَ طَرْفُكَ

Kitabdan bir elmi olan şəxs dedi: “Mən onu gözünü qırpıb-açmamış sənə gətirərəm.”

🌐 Süleymanın (ə) hakimiyyət mərkəzi ilə Səba ölkəsi (bugünkü Yəmən) arasında böyük məsafə var idi — buna baxmayaraq, bu məsafə bir göz qırpımında qət edildi.

"Yanında" ifadəsi göstərir ki, bu şəxs bu biliyi haradansa öyrənməmişdi, bu elm onun yanında idi və ona hakim idi. Bu şəxs — Asif ibn Bərxiya — bu elmi məqam sayəsində Süleymanın (ə) canişini olmağa layiq oldu. Necə ki, peyğəmbərlərin canişinləri də ümmət içində bu cür məqama sahib olmuşlar.
Süleyman (ə) gözünü qırpıb açdı və taxtı qarşısında gördü. Lakin bu işə görə qürurlanmadı, əksinə dedi:

هذَا مِنْ فَضْلِ رَبِّی

Bu, Rəbbimin lütfündəndir.
Böyük insanlar Allah onlara nemət — istər hakimiyyət, elm, gözəllik və ya kamal — verdikdə bunu bir yük kimi hiss edirlər. Çünki anlayırlar ki, bu, böyük məsuliyyətdir.
Necə ki deyiblər: “Damı böyük olanın qar yükü də çox olar.”

♻️ Süleyman (ə) da bu nemətin bir imtahan olduğunu bilirdi. Yəni Allah onu sınayır, daxili həqiqətini üzə çıxarmaq istəyirdi. İnsan şəxsiyyəti əslində məhz bu cür hallarda — əldə etdikləri və itirdikləri ilə — aşkar olur.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

فی تَقَلُّبِ الاَحوال عِلمُ جَواهِرِ الرِّجالِ

"Zamanın dəyişməsində insanların həqiqi mahiyyəti üzə çıxar."

🌎 Bəzən insanın şəxsiyyəti mövqe dəyişdikdə — bu tərəfdən o tərəfə keçdikdə — tamamilə dəyişir.
Süleyman (ə) dedi: Allah mənə bu lütfü verib ki, məni imtahan etsin. Əgər şükür edə bilsəm, bu imtahandan uğurla çıxaram və daha uca məqama yüksələrəm:

لِیَبْلُوَنِی ءَأَشْكُرُ أَم أَكْفُرُ وَ مَنْ شَكَرَ فَإِنَّمَا یَشْكُرُ لِنَفْسِهِ

“Məni sınasın: görüm şükür edəcəyəm, yoxsa nankorluq? Kim şükür edərsə, yalnız öz xeyrinə edər.”

🕋 Şükür edən insan bunun bəhrəsini özü görür. Bu ilahi nemət yenə onun özünə qayıdır. Şükür — bəndə ilə Rəbb arasında məhəbbət bağını gücləndirən bir haldır. Şükür etdikcə bəndənin Allaha bağlılığı artır, nankorluq isə onu Allahdan uzaqlaşdırır:

وَ مَنْ كَفَرَ فَإِنَّ رَبِّی غَنِیٌّ كَرِیمٌ

"Kim nankorluq edərsə, (bilsin ki) mənim Rəbbim ehtiyacsız və kərimdir."

@axlaq
13👍3👏2
22👏4👍3
💎 Ağlımız nə qədərdir?

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

خلیل المرء دلیل علی عقله

"Hər bir insanın dostu onun ağlının (səviyyəsinin) göstəricisidir."

📚 Uyunul-hikəm vəl-məvaiz 1-ci cild 242-ci səhifə

Yəni hər bir şəxsi onun dostarının kimlərdən ibarət olmasına baxmaqla həmin şəxsin ağlının nə qədər olduğunu bilmək olur. Əgər onun dostları nadan, cahil ya avaradırlarsa bu, onun ağılsızlığından xəbər verir.

🟢 Amma əgər onun dostları ağıllı, əxlaqlı və təqvalı insanlardırlarsa bu, onun ağıllı və mərifətli olduğunun əlamətidir.

📝 Odur ki, sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

المرء علی دین خلیله و قرینه

"İnsan öz dostu və yoldaşının dinindədir."

📚 əl-Kafi 2-ci cild 375-ci səhifə

💡 Hədisin mənası budur ki, cahil, nadan və nəfspərəst insanlarla dostluq və yoldaşlıq etmək, onlarla mütəmadi ünsiyyətdə olmaq insana çox ciddi mənfi təsir qoyur.
Yəni hər insanın dini və əqidəsi onun dostunun dini və əqidəsi, eləcə də baxışları və əxlaqı ilə həmahəngdir.

🟠 Əgər saleh əməlli, gözəl əxlaqlı və təqvalı dostları varsa deməli, o şəxs düzgün yoldadır. Yox, əgər cahil, nalayiq və təqvasız dostları varsa deməli, o şəxs də həmin yanlış yolun yolçusudur.

💠 Əxlaqlı və təqvalı dostlarımızın qədrini bilək, onları özümüzdən uzaqlaşdırmayaq, onları qoruyaq. Özümüzə layiqli, əxlaqlı və təqvalı dostlar seçək, pis dostlardan uzaqlaşaq.

📝 Sevimli peyğəmbərimiz həzrət Muhəmməd (s) buyurur:

وَ مَنْ تابَ وَ لَمْ يُغَيِّرْ رُفَقَائَهُ فَلَيْسَ بِتائبٍ

"Tövbə edən, lakin dostlarını dəyişməyən şəxsin tövbəsi qəbul deyil."

📚 Biharul-ənvar 6-cı cild 35-ci səhifə

t.me/axlaq
11👍3👏1
Yağışdan çıxıb yağmura düşməyəsən.

🥀 Bəzən insan zəiflik, ümidsizlik, acizlik və hövsələsizlik ucbatından özünə ölüm arzulayır; o, zəmanənin çətinlikləri və keşməkeşləri qarşısında səbir və dözümünü itirdiyi üçün ölümü özü üçün bir rahatlıq və qurtuluş məkanı kimi görür.

⚠️ Belə bir kəs yaxşıca düşünməlidir:👇
👉 görəsən, onun əməlləri elədirmi ki, ölüm onun üçün həqiqətən də rahatlıq və qurtuluş mənbəyi olsun? Yoxsa o, sadəcə düşdüyü çuxurdan çıxmağa çalışır, halbuki bu "çıxış" daha dərin bir quyuya yıxılmaqla nəticələnə bilər?!

Məhz buna görə də əmirəlmöminin Əli əleyhissalam buyurur:

وَأَكْثِرْ ذِكْرَ الْمَوْتِ وَمَا بَعْدَ الْمَوتِ، وَلاَ تَتَمَنَّ الْمَوْتَ إِلاَّ بِشَرْطٍ وَثِیقٍ

"Ölümü və ondan sonrakı vəziyyətləri çox yad et, lakin (Allahın razılığına dair) möhkəm bir təminatın olmadan heç vaxt ölümü arzulama."

📚 Nəhcül-bəlağə 69-cu məktub.

@axlaq
11👍3👏1
Əgər Allah-taala insana anadan daha çox mərhəmətlidirsə, necə olur ki, bəndələrinin illərlə əzab çəkməsinə razı olur?

Şübhəsiz ki, Allah-taala Öz bəndələrini sevir. O, bəndələrinə qarşı hətta anadan da şəfqətlidir.

🟢 Əslində, ata və ananın övladına mərhəməti İlahi rəhmət və inayətin bir təzahürüdür. Çünki ata və ananın batninə bu qədər sevgi və məhəbbəti instinktiv olaraq yerləşdirən Allahdır ki, onlar öz övladlarının böyüməsi üçün bütün gücləri ilə çalışsınlar.

🕋 İlahi məhəbbətlə bəşəri məhəbbət arasındakı əsas fərq.

👉 İlahi sevgi ilə digər insanların sevgisi arasında böyük bir fərq var:

👉 Hissi yanaşma:
Ata-ananın və digər insanların məhəbbəti çox vaxt sadəcə duyğulardan ibarətdir. Hətta bəzi hallarda bu sevgi ağılın, haqqın və ədalətin əksinə olub övladın zərərinə ola bilər.

👉 Hikmətli rəhmət: Allahın lütf və rəhməti isə heç vaxt Onun ədalətindən, hikmətindən və yaradılış sistemindəki hikmətli qanunlarından ayrı deyil.

🔆 Allahın mərhəməti sonsuz və əzəmətli olsa da, bu, heç vaxt "mütləq (kor-koranə) mərhəmət" deyil. Allah-taala Rəhman və Rəhim olduğu kimi, həm də Cəbbar (qüdrətli) və Müntəqimdir (intiqam alan).

🔰 Lakin tövhid maarifinə əsasən inanırıq ki, Allahın rəhməti qəzəbindən öndədir. Necə ki, hədislərdə deyilir:

یا من سبقت رحمته غضبه

“Ey rəhməti qəzəbini qabaqlayan!"

📚 Səhifeyi-Ələviyyə 312-ci səhifə

🕋 Allah-taala Öz mərhəmətini hikmət və ədalətə zidd şəkildə, yersiz yerə büruzə verməkdən çəkinir. Beləliklə, demək olar ki, Allahın mərhəmətinin dərk olunan və kamil mənası budur ki:
"Bəzi haqsız, zalım və asi bəndələri cəzalandırır ki, məzlum və itaətkar bəndələrin haqqını və ədaləti qorumuş olsun."
Əgər Allah-taala Rəhimdirsə, eyni zamanda Həkim (hikmət sahibi) və Adildir.

Əslində, Allahın məhəbbəti həm dünyada, həm də axirətdə özünü belə göstərir:👇

👉 İnsana əbədi xoşbəxtliyə çatması üçün lazım olan bütün vasitələri verib. İnsanın daxilində ağıl və vicdan, xaricində isə peyğəmbərlər göndərməklə hidayət yolunu aydın şəkildə göstərib. Xoşbəxtlik yolunda heç bir şeyi əsirgəməyib.

@axlaq
12👍3👏2
19👍6👏3
🔰 Qurani-kərimin tərbiyə üslublarından biri.

📕 Qurani-Kərim ictimai, əxlaqi və dini həqiqətləri həm də sual formasında təklif edir ki, onun tərəf müqabili bütün variantları azad şəkildə öz ixtiyarı ilə seçə bilsin.

♻️ Birbaşa tərəf müqabili hədəfə almayan bu üslub, olduqca böyük tərbiyəvi təsirə malikdir. Çünki insan daim müxtəlif sahələrdə özünə aid hər şeyi özü seçməyə daha çox əhəmiyyət verir.

➡️ Məsələn, insan səthi olmasına baxmayaraq, qəti və birbaşa hədəfə alan mövzunu onun üzərində tətbiq etmək istədikdə buna qarşı sərt reaksiya verir.
Amma eyni mövzunu tərəfsiz və sual formasında tətbiq etdikdə, suala daxilən vicdanı ilə cavab taparaq onu öz fikri kimi qəbul edir. Həmçinin bu fikrin taniş bir layihə olaraq icrasına başlayır. Həmçinin ona qarşı sərt reaksiya vermir və özünü bu fikirdən qorumaq üçün heç bir enerji sərf etmir. Bu yöndə olan tərbiyə metodu inadkar adamlar və uşaqlar üçün daha keçərlidir.

🔰 Qurani-kərimdə bu tərbiyə metodundan olduqca çox istifadə olunmuşdur. Onlardan bir neçə nümunəni aşağıda qeyd edirik:

1⃣ 📖 Qurani-kərim Zumər surəsinin 9-cu ayəsində buyurur:

هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ

"Bilənlərlə bilməyənlər eynidirmi?

Elə isə bəs nə üçün elm və mərifət öyrənməkdə bu qədər tənbəllik və süstlük edirik?!

2⃣ 📖 Qurani-kərim Ənam surəsinin 50-ci ayəsində buyurur:

قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَى وَالْبَصِيرُ أَفَلَا تَتَفَكَّرُونَ

"De: "Kor ilə görən bir olarmı? Məgər düşünmürsünüz?"

🟢 Elə isə bəs nə üçün bəsirətli və müdrik olmağa səy etmirik?!

3⃣ 📖 Qurani-kərim Rəd surəsinin 16-cı ayəsində buyurur:

هَلْ تَسْتَوِي الظُّلُمَاتُ وَالنُّورُ

"Zülmətlə nur eynidirmi?"

💡 Elə isə nə üçün cahillik, nadanlıq və mərifətsizlik zülmətindən xilas olmağa çalışmırıq?!

t.me/axlaq
9👍1👏1
Sual: Nə üçün “Təthir ayəsi”ndə Allah-taala buyurur ki, “təki sizi (Əhli-beyti) pak etsin"...
Məgər bundan əvvəl Əhli-beyt (onların hamısına Allahın salamı olsun) pak deyildilər?

Cavab:
Allah-taala Qurani-kərimin
Əhzab surəsinin 33-cü ayəsində buyurur:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Allah günah və çirkinliyi yalnız siz Əhli-beytdən uzaqlaşdırmaq və sizi tamamilə tərtəmiz etmək istəyir (iradə edir)."

🔰 Əgər Quranda “يُرِيدُ” (iradə edir) ifadəsinin işlənməsinə diqqət yetirsəydiniz, bu cür irad yaranmazdı.
Çünki bu söz Quranda çox vaxt elə işlər üçün işlədilir ki, Allahın iradəsi keçmişdən bu günə və bu gündən gələcəyə qədər davamlıdır.

Başqa sözlə, bu ifadə çox zaman bir şeyin davamlılığını və sabitliyini göstərmək üçün işlədilir.

📖 Məsələn, Allah-taala Qurani-kərimin Ali-İmran surəsinin 108-ci ayəsində buyurur:

مَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِّلْعَالَمِينَ

"Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz."

👆 Bu ayənin mənası o deyil ki, Allah-taala keçmişdə zülm etmək istəyirdi, indi isə bu istəkdən dönüb.
👇

⚠️ Əksinə, məqsəd budur ki:
Allah-taala heç vaxt – nə keçmişdə, nə indi, nə də gələcəkdə – heç kimə zülm etməyi istəməmişdir.

📓 Yaxud, Nisa surəsinin 60-cı ayəsində buyurur:

يُرِيدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا

"Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istəyir."

🔘 Bu da o demək deyil ki, şeytan əvvəllər insanları azdırmaq istəmirdi.
👇

⚠️ Əksinə, mənası budur ki:
şeytan keçmişdən gələcəyə qədər daim insanları azdırmaq istəyir.

🌐 Deməli, “Təthir ayəsi”ndəki “يُرِيدُ” (iradə edir, istəyir) kəlməsi bu mənadadır:👇

🕋 Allah-taalanın iradəsi budur ki,
Əhli-beyt (ə) həmişə – keçmişdən bu günə və gələcəyə qədər – pak və məsum olsunlar.

@axlaq
13👍4👏1
Allahdan qorxaq, yoxsa Onu sevək?

🕋 Əgər Allahdan qorxmağın və Onu sevməyin həqiqi mənasını düzgün anlasaq, bu iki hal arasında heç bir ziddiyyət görmərik.
Çünki qorxunun və sevginin yönəldiyi məqamlar fərqlidir.

💠 Uca Allah bizə saysız-hesabsız nemətlər bəxş etmişdir ki, insan onları saymaqdan acizdir;
- insanın varlığı
- ona verilən şərəf və dəyər
- bütün maddi aləmin insanın xidmətinə verilməsi
- mələklərin insanın işlərini tənzimləmək üçün vəzifələndirilməsi
- insanın səadət yolunu göstərmək üçün ən seçilmiş bəndələrin göndərilməsi...

👉 Bütün bunlar insanda şükür hissini oyadır və nəticədə insan bütün varlığı ilə bu Yaradanı sevməyə başlayır.

🔆 İnsan fitrətən gözəlliyə və kamala aşiqdir.
Allahı tanıdıqca, insan öz Rəbbinə qarşı məhəbbətlə dolur və Ona vurğun olur.

Hətta belə deyir:

إِلَهِی كَفَى بِی عِزًّا أَنْ أَكُونَ لَكَ عَبْدًا
وَ كَفَى بِی فَخْرًا أَنْ تَكُونَ لِی رَبًّا
أَنْتَ كَمَا أُحِبُّ

“İlahi! Mənim üçün izzət olaraq kifayətdir ki, Sənin bəndən olum,
fəxr olaraq kifayətdir ki, Sən mənim Rəbbim olasan.
Sən eləsən ki, mən Səni sevirəm.”
(Əmirəlmöminin Əli əleyhissalamın münacatı)

📚 Biharul-ənvar 74-cü cild 402-ci səhifə

İnsan Allahdan qorxursa, bu qorxu onun öz əməllərinin naqisliyindən və
öz qüsurlarını dərk etməsindən qaynaqlanır.
Yəni insan öz vəziyyətini Allah dərgahında anlayanda, təbii olaraq bir növ qorxu hissi keçirir.

@axlaq
16👍2👏2
17👍4👏3
🕋 Övliyalar Allahdan niyə qorxur? Axı onlar günah işlətmirlər?

"Allah qorxusu" Qurani-kərimdə müxtəlif sözlərlə ifadə olunur: xof, vəcəl, xəşyət, rəhbət və heybət. Bu qorxu növlərinin hər biri fərqli mənşəyə malikdir.
Bu sözlərin istifadəsi fərdlərin mənəvi məqamına görə fərqlənir:

🔰 Xof günahkarlar, xəşyət alimlər, vəcəl təvazökarlar, rəhbət abidlər, heybət isə ariflər üçündür.

1⃣ "Xof" günahlara görədir.

Allah-taala buyurur:

وَ لِمَنْ خافَ مَقامَ رَبِّهِ جَنَّتانِ

"Rəbbinin hüzurunda durmaqdan qorxan kimsəni iki cənnət gözləyir." (Rəhman, 46)

2⃣ "Xəşyət" insanın özünü təqsirli görməsindən qaynaqlanır.

Allah-taala buyurur:

إِنَّما یَخْشَى اللَّهَ مِنْ عِبادِهِ الْعُلَماءُ

"Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar (xəşyət duyar)." (Fatir, 28)

3⃣ "Vəcəl" xidmətdə (vəzifələrin icrasında, bəndəlikdə, hansısa öhdəliyi yerinə yetirməkdə) tərkə yol verməkdən qorxmaqdır.

Allah-taala buyurur:

الَّذینَ إِذا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ

"O kəslər ki, Allah zikr olunduqda qəlbləri qorxuya düşər (titrəyər)." (Ənfal, 2)

4⃣ "Rəhbət" insanın öz tənbəllik, səhlənkarlıq və çatışmazlığını hiss etməsindən doğur.

Allah-taala buyurur:

وَ یَدْعُونَنا رَغَباً وَ رَهَباً

"Onlar Bizə ümid və qorxu ilə dua edirdilər." (Ənbiya, 90)

5⃣ "Heybət" tövhid əhlinin (ariflərin) sirləri kəşf edərkən Haqqın şühuduna (hüzuruna) çatması zamanı yaranır.

Allah-taala buyurur:

وَ یُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ

"Allah sizi Özündən (calalından, əzəmətindən) qorxudur." (Ali-İmran, 28)

@axlaq
14👍2👏1
🕋 Şükür etmək və nemətin artması.

📖 Qurani-kərim İbrahim surəsinin 7-ci ayəsində buyurur:

وَ إِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لَأَزِیدَنَّكُمْ وَ لَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِی لَشَدِیدٌ

"[Yad edin] o zamanı ki, Rəbbiniz elan etdi: “Əgər şükür etsəniz, nemətimi sizə artıraram; əgər nankorluq etsəniz, şübhəsiz ki, əzabım şiddətlidir.”

📓 Ayədəki “təəzzənə” sözü “izn” kökündəndir. “Əzan” — qulağa çatan uca səs deməkdir. Namaz vaxtının yüksək səslə elan olunmasına görə ona “əzan” deyilir. Allah-taala bu ayədə bəndələrinə açıq şəkildə bildirir: əgər şükür etsəniz, nemətləriniz artar; əgər nankorluq etsəniz, nemət əlinizdən çıxar.

🔰 Bu ayə çox dərin bir məna daşıyır: 👉 Allahın bizə verdiyi hər bir nemət — istər maddi, istər mənəvi, istər yerin ən aşağı mərtəbəsindən göyün ən yüksək qatlarına qədər — əgər ilahi göstərişlərə uyğun istifadə olunarsa, davamlı və bərəkətli olar; əks halda isə əldən gedər.

🔰 Ayənin başqa bir incə tərəfi də budur:👇
👉 hər bir nemətdən düzgün istifadə edildikdə, onun yalnız zahiri deyil, daha dərin qatları və həqiqəti də insana açılır.

🌍 İnsan, təəssüf ki, öz təcrübi elmini həmişə Allahın nemətlərinə şükür istiqamətində istifadə etmir. Əgər bunu etsə, Allah-taala ona varlığın sirlərini açar. Buna görə də ilahi höccətin (ə) zühurundan sonra elmlər çoxalacaq, düşüncələr inkişaf edəcək; çünki şükür artacaq.

🌐 İnsanlar elmdən düzgün istifadə etməyi öyrəndikdə, həmin elmin həqiqəti də onlara aşkar olar — bu, maddi elmlərdə belədirsə, mənəvi elmlərdə daha yüksək şəkildə təzahür edər.

💠 Göz və qulaq Allahın insana verdiyi iki böyük nemətdir. Əgər insan onları zahiri baxımdan qoruyub düzgün istifadə edərsə, sağlam qalacaq. Lakin daha yüksək mənada — əgər insan göz və qulağını Allahın istədiyi kimi istifadə edərsə, bu nemətlərin batini və yüksək həqiqətləri ona açılar.

📝 Necə ki, tarix boyu o böyük şəxsiyyət — Əbu Talibin oğlu (İmam Əli əleyhissalam) — “müttəqilərin xütbəsində” buyurur:

غَضُّوا أَبْصَارَهُمْ عَمَّا حَرَّمَ اللهُ عَلَیْهِمْ وَ وَقَفُوا أَسْمَاعَهُمْ عَلَى اَلْعِلْمِ اَلنَّافِعِ لَهُمْ

"Onlar gözlərini Allahın haram etdiyi şeylərdən çəkər, qulaqlarını isə yalnız özlərinə faydalı olan elmə yönəldərlər."

🟢 İnsan gözünü və qulağını Allahın istədiyi istiqamətdə istifadə edərsə, bu nemətlərin artımı ona nəsib olar:
لَئِنْ شَكَرْتُمْ لَأَزِیدَنَّكُمْ
"Əgər şükür etsəniz, nemətimi sizə artıraram."

🔆 Bu halda onun baxışı genişlənər və sanki bərzəxi bir gözə sahib olar. Necə ki, həzrət Muhəmmədin (s) səhabələrindən biri belə demişdi:
“Ey Allahın Rəsulu! Mənim yəqinim elə bir həddə çatıb ki, məni kədərləndirib, gecələrimi yuxusuz, gündüzlərimi isə susuz - orucla keçirir. Dünyadan və içindəkilərdən bezmişəm. Sanki Rəbbimin ərşini görürəm ki — hesab üçün qurulub və insanlar orada toplaşıb, mən də onların arasındayam. Sanki cənnət əhlini görürəm ki — nemətlər içindədirlər, bir-biri ilə ünsiyyətdədirlər və rahatlıq içindədirlər. Həmçinin sanki cəhənnəm əhlini görürəm ki — əzab içində fəryad edirlər və mən elə bil cəhənnəmin səsini qulağımda eşidirəm.”

💎 Şükür elə bir məqamdır ki, onun sayəsində pərdələr qalxır, həqiqətlər aşkar olur və üfüqlər açılır. Elə bu mərhələdə insanın yəqini elə bir səviyyəyə çatır ki, artıq ona heç nə əlavə olunmaz.

🔵 Şükür bir prosesdir — birdəfəlik deyil. Şükür edən insan daim bu yolda hərəkət edir. Bu həqiqət ailə münasibətlərində, ictimai həyatda, həyat yoldaşı ilə davranışda, övlad tərbiyəsində və bütün sahələrdə özünü göstərir.

🌍 Əgər həqiqi şükür həyatımıza hakim olsa, insan həyatın şirinliyini dadar.
Bu prinsip həm maddi və zahiri nemətlərə, həm də mənəvi və batini nemətlərə aiddir.

@axlaq
12👍4👏1
16👍5👏5