Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.6K subscribers
25.4K photos
14.8K videos
5 files
27.3K links
Download Telegram
Masallı rayonu Qəzvinoba kəndində küçə qaz xəttinin təmir edilməsi məqsədilə “Tüklə” qazpaylayıcı stansiyasından qidalanan Boradigah qəsəbəsi, Bədəlan, Babaser kəndləri və Türkoba kəndinin bir hissəsi də daxil olmaqla ümumilikdə 2 700 abonentin qaz təchizatının mayın 29-da saat 10:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

Həmçinin, rayonun Qəriblər kəndində yeni inşa edilmiş qaz kəmərinin mənbəyə qoşulması ilə əlaqədar Qəriblər, İsilər və Məmmədrzaküçə kəndləri üzrə 700 abonentin qaz təchizatının mayın 30-da saat 10:00-dan işlər yekunlaşanadək dayandırılması nəzərdə tutulur.
Prezident: İşğaldan azad olunmuş ərazilərdə bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb.

Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar.
Prezident İlham Əliyev Laçının Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib
1000-ə qola çatmaq istəyən Ronaldo özünə komanda axtarır.

O, 64 qol daha vurarsa, bunu bacaracaq.

Portuqaliyalı ulduza klub məsləhət görün ✍🏻
Ukrayna ordusu antidron tapançadan istifadə edəcək - Foto
Mayın 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Naxçıvan MR, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabad, Quba, Xızı, Siyəzəndə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xaçmaz, Qusar və Şabranda da şərq küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək