This media is not supported in your browser
VIEW IN TELEGRAM
Moskva Siti qüllələrindən birinin yeraltı dayanacağında partlayan avtomobilin ilk görüntüləri. Həmin ərazidə dayanan digər avtomobillərin sürücüləri də onları sürətlə küçəyə çıxarıblar.
Kanaldan meyiti tapılan şəxs hərbçi imiş
🔴 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib

AQTA-dan verilən məlumata görə, baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub.

Bildirilib ki, pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq - Stafilokok bakteriyası müəyyən edilib. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🟥 İstanbulda zəlzələ 13 saniyə davam edib, 51 afterşok qeydə alınıb.
İstanbulda zəlzələyə görə məktəb və universitetlərdə 2 günlük tətil elan edilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 24-də İspaniya Krallığına səfər edəcək.
Bu barədə Axar.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, A.Paşazadə BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə “BMT Sivilizasiyalar Alyansı” və “Dinlər Sülh Uğrunda” təşkilatlarının “Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa Hörmət üçün Çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edəcək.

Aprel 25-26-da İspaniyanın tarixi Gernika şəhərində faciəli bombardmanın 88-ci ildönümündə dini liderlərin iştirakı ilə keçiriləcək dəyirmi masa və anım tədbirinin məqsədi sülh çağırışını təşviq etmək, beynəlxalq hüquqa hörməti dəstəkləmək, müharibələrə qarşı qınağı gücləndirməkdir.
Türkiyə DİN: “Saat 17:55-ə qədər 127 təkan baş verib ki, bunların ən böyüyü 5,9 bal gücündə olub olub”.
Lökbatan ərazisində “Mersedes Sprinter” markalı sərnişin avtobusunun aşması nəticəsində ağır qəza baş verib.
Axar.az Bakupost-a istinadla xəbər verir ki, hadisə nəticəsində xeyli sayda şəxs yaralanıb.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇹🇷İrəvanın Respublika meydanında qondarma "erməni soyqırımının 110-cu ildönümü"nə həsr olunmuş məşəl yürüşü keçirilib

ermənilər növbəti dəfə barbarlıqlarını nümayiş etdirərək Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə aprelin 25-də görüşə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
“Flightradar” izləmə xidmətinin də təsdiqinə görə, Uitkoffun olduğu “Qolsftrim G650” təyyarəsi Parisdən Rusiyaya doğru istiqamət alıb.