Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.7K subscribers
25.1K photos
14.7K videos
5 files
27.1K links
Download Telegram
Rusiyalı müğənni Filipp Kirkorov Moskvada xəstəxanaya yerləşdirilib.

Kult.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Kirkorov özəl klinikalardan birinin təcili cərrahiyyə şöbəsindədir.

Bildirlib ki, müğənnidə Sankt-Peterburqdakı konsertdə yanıqdan sonra ağırlaşmalar başlayıb:

“Yanıqların sağalma prosesi ləngiyib, şəkər xəstəliyinə görə onun əllərinin birində fəsad yaranıb. O, artıq iki həftədir ki, xəstəxanadadır”.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Lökbatan dairəsində avtomobil yanır
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
📢 Bakının Əbdülvahab Salamzadə küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Rusiyanın Oryol vilayətinin Uritski rayonunun Narışkino kəndi yaxınlığında helikopter qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS-a Uritski rayonunun Vahid Növbətçi Dispetçer Xidmətindən məlumat verilib.

Helikopterin hansı quruma məxsus olması barədə məlumat yoxdur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Məhkəmə Türkiyənin tanınmış aktyorları Halit Ergenç ilə Rza Kocaoğlu barəsində azadlıqdan məhrumetmə qərarı çıxarıb.

Kult.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, məhkəmə Halit Ergenci 1 il 10 ay 15 gün, Rza Kocaoğlunu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.

Məlumata görə, onlar “Gəzi parkı” hadisələri ilə əlaqədar cəzalandırılıblar.

Qeyd edək ki, Halit Ergenç "Möhtəşəm yüzil", "Min bir gecə" və "Babil" kimi nüfuzlu seriallarda əsas rolları ifa edib.

Rza Kocaoğlu isə "Quzey Güney", "Karadayı" və "Ezel" kimi ekran işlərində rol alıb.
Azərbaycan polisi Əfqanıstan vətəndaşını axtarışa verib.
Azərbaycanın rayonlarında mayın 24-dən 25-i gündüzədək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
🇦🇿🇹🇷 "Anadolu Ankası - 2025" təlimi başa çatıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Santuş istefa xəbərlərinə gülərək cavab verdi
Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döyüb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yeni-Sudur kəndində baş verib.

Kənd sakini, 1962-ci il təvəllüdlü Cəfər Məmmədov axşam saatlarında spirtli içki qəbul edərək evinə gəlib. O, evdə yenidən spirtli içki qəbul edib və gəlininə paltarlarını təmizləməyi əmr edib. Gəlin isə onun içkili vəziyyətdə evə gəlməməsini tapşırıb və onu evdən çıxarmaq istəyib. Nəticədə aralarında yaranmış münaqişə nəticəsində C.Məmmədov gəlinini döyərək ona xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Mayın 24-ü axşam və 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Culfa, Ordubad, Siyəzən, Şabran, Xaçmaz, Xızı, Qusar, Qobustan, Neftçala, Salyan, Naftalan, Gəncə, Goranboy, Göygöl, Yevlax, Hacıqabul, Daşkəsən, Mingəçevir və Şəkidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
‼️Ermənistan "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsini alqışlayır

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan X sosial şəbəkəsində yazıb.

"Mən “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə qərarı alqışlayıram. Qeyd etmək vacibdir ki, Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib", - o vurğulayıb.

Qeyd edək ki, bu gün Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta “X” sosial şəbəkəsindəki səhifəsində 2026-cı ildə “Avropa Siyasi Birliyi”nin sammitinin Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini bildirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❗️ Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Koreyanın yeni təyin olunmuş səfiri Kimqu Kanqı qəbul edib

Görüş zamanı səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

Səfir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün bütün səylərini səfərbər edəcəyini diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində iqtisadiyyat, investisiyalar, humanitar, təhsil, turizm və s. istiqamətlər üzrə əməkdaşlığın vəziyyətinin müzakirə edildiyi görüş zamanı həmçinin kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və digər potensial istiqamətlərin mövcudluğu vurğulanıb.

Eyni zamanda iki ölkə arasında beynəlxalq platformalar, xüsusilə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə(AQEM) ölkənin sədrliyi dönəmində əməkdaşlığın vacib olduğu diqqətə çatdırılıb. Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə Koreya tərəfinin yaxından iştirakı barədə qarşı tərəfdən məlumat verilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴 İlk qələbə darmadağınla gəldi

Sloveniya – Azərbaycan 0:4

Qollar: Elvin Əlizadə 8, Mirmehti Rzayev 10, Xətai Bağırov 24, Kamran Abdullazadə 39
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-də yazıb.
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-də yazıb.
⚡️Bu gün Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

● Bildirilib ki, beş il ərzində dövlət başçısı işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını edib.

● 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib.

● Azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

● Hazırda 11 kvartalda 66 binanın tikinti işləri davam etdirilir.

● Məhəllədə ümumilikdə 60 yaşayış, 6 qeyri-yaşayış binası olmaqla, 1268 mənzilin, həmçinin qazanxananın, uşaqlar üçün əyləncə mərkəzinin, idman meydançalarının inşası nəzərdə tutulur.
⚡️Mayın 26-da Fransanın XİN rəhbəri Ermənistana səfər edəcək

Onun bir sıra yüksəksəviyyəli görüşlər keçirəcəyi, mətbuat konfransında iştirak edəcəyi gözlənilir