Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.7K subscribers
25.1K photos
14.6K videos
5 files
27.1K links
Download Telegram
İsrailin müdafiə naziri İsrail Katz Tel-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüşüb.
🥀 Tovuzda FHN əməkdaşı vəfat edib

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1997-ci il təvəllüdlü Sərxan Aşurovun bu gün səhər saatlarında yaşadığı evdə səhhəti qəfildən pisləşib. Dərhal təcili yardım çağırılıb, müayinə zamanı onun dünyasını dəyişdiyi məlum olub.

İlkin ehtimala görə, S.Aşurov ürək tutmasından ölüb. Mərhum subay olub.
Bakının ən böyük qəsəbələrindən biri də Binədir. Son illərdə qəsəbə sakinlərinin sayı dinamik sürətdə artmağa davam edir. Lakin tıxac problemini və əhalinin sıxlığını nəzərə alsaq, Binə sakinlərinin şəhərə gəliş-gedişi xeyli çətinləşib. Bu məqamda ağlımıza alternativ nəqliyyat yolu kimi vaxtilə mövcud olmuş dəmir yolu gəlir.

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, 2026-2028-ci illərdə Bakıxanov-Binə-Qala dəmiryol xəttinin bərpası nəzərdə tutulur.

Bəs görəsən, "2026-2028-ci illərdə Bakıxanov-Binə-Qala dəmiryol xəttinin bərpası" dedikdə tam olaraq nə nəzərdə tutulur? Qəsəbə sakinləri Binədən hansı istiqamətlərə gedə biləcəklər?

Axar.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.az-a açıqlamasında hazırda Bakıxanov-Binə-Qala dəmiryol xətti yükdaşımaları üçün istifadə olunduğunu bildirib:

"Gələcəkdə bu xətt həm də sərnişindaşıma məqsədilə istismar olunacağı təqdirdə, sərnişinlər Binədən Bakıxanov, Koroğlu, Keşlə stansiya və dayanacaqlarına və Bakı Dəmiryol Vağzalına gedə biləcəklər. Eyni zamanda, Bakıxanov dayanacağından Sabunçu, Zabrat-1, Zabrat-2, Məmmədli, Pirşağı, Görədil, Novxanı və Sumqayıt istiqamətinə səfər edə biləcəklər".
🚨🚨🚨İrəvanda Prezident İqamətgahının yaxınlığında partlayış və yanğın baş verib

Bu gün Ermənistan paytaxtının Sarmen küçəsində, prezidentin rəsmi iqamətgahının arxa tərəfində ciddi hadisə baş verib. Şahidlərin verdiyi məlumata görə, betonqarışdıran yük maşını idarəetməni itirərək aşıb, nəticədə alışaraq partlayıb. Partlayışın təsirindən yaxınlıqda dayanan digər avtomobil də yanmağa başlayıb.

🔴🔴🔴Hazırda ərazidə yanğın və partlayış səsləri davam edir. Fövqəladə Hallar Xidmətinin əməkdaşları hadisə yerində operativ şəkildə müdaxilə işlərini davam etdirirlər.

Hələlik ölən və ya xəsarət alan şəxslərlə bağlı rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, hadisənin Prezident iqamətgahına bu qədər yaxın ərazidə baş verməsi ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Ukraynadakı müharibə Moskvanın şərtləri ilə başa çatarsa, Kreml NATO sərhədlərinə, ilk növbədə Finlandiya, Norveç, Polşa və Baltikyanı ölkələrə qoşun yeridə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri mənbələrə istinadən məlumat yayıb.

“Moskva artıq qoşunların köçürülməsi üçün infrastrukturu hazırlayıb, irimiqyaslı “Qərb-2025” təlimlərindən ordunun Belarusa yeridilməsi və AB sərhədlərinə yaxınlaşması məqsədilə pərdə kimi istifadə edə bilər. Rusiya 2021-ci ildə analoji şəkildə Ukrayna sərhədləri yaxınlığında qoşun yerləşdirib. İndi Litva və ya Polşa Kremlin mümkün hədəfinə çevrilə bilər. Müharibə davam edərsə, təlim təlim olaraq qalacaq. Ancaq atəşkəs Rusiyanın şərtlərinə uyğun gələrsə, onlar yeni müharibənin başlanğıcı ola bilər, bu dəfə bizə qarşı”, - mənbə bildirib.
🇺🇸🇺🇦🇷🇺❗️Tramp Putin və Zelenski ilə planlaşdırılan danışıqlardan sonra ictimaiyyətə açıqlamalar verəcək, - Ağ Ev
Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günü münasibətilə AZAL rəhbərliyi və əməkdaşlar pilotun İkinci Fəxri xiyabanda məzarını ziyarət ediblər
⚡️⚡️⚡️Putin və Tramp arasında telefon danışığı olub. (KİV)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚠️Hazırda yollardakı vəziyyət:

1. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
7. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
9. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
10. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
13. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
17. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
18. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
19. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
20. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
21. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
22. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️⚡️⚡️Tramp və Putin arasında telefon danışığı başlayıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
İran XİN rəhbəri Abbas Araqçı bildirib ki, İranda uranın zənginləşdirilməsi davam edəcək.
🇷🇺🇺🇸Putin Trampla danışıqdan sonra jurnalistlərə açıqlama verib:

🟢Telefon danışığı 2 saat davam etdi;

🟢Tramp danışıqlarda atəşkəslə bağlı mövqeyini bildirib;

🟢Rusiya hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır, lakin sülhə doğru ən təsirli yolları inkişaf etdirmək lazımdır;

🟢Rusiya Ukrayna ilə atəşkəs də daxil olmaqla memorandum üzərində işləməyə hazırdır;

🟢Rusiya və Ukrayna birbaşa danışıqların bərpasından sonra düzgün yoldadırlar;

🟢Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İrəvanın Silva Kaputikyan küçəsində 3-ü sərnişin, biri betonqarışdıran olmaqla, 4 avtomobil toqquşub. Toqquşmanın ardınca yanğın başlayıb.
🇺🇸🇷🇺Tramp Putinlə danışıq barədə açıqlama verib:

🟢Rusiya və Ukrayna tezliklə atəşkəs və münaqişəyə son qoyulması ilə bağlı danışıqlara başlayacaq;
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚽️ Qurban Qurbanov “Legends Cup”da penaltini vura bilmədi

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı öncəsi ölkə futbolunun əfsanələri arasında matç baş tutub.

Milli Gimnastika Arenasında keçirilən “Legends Cup”da “Premyer Liqa məşqçiləri” “Neftçi veteranları” ilə üz-üzə gəlib.

Matçın penaltilər seriyası oynanılıb. Bu zaman təcrübəli Qurban Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM