Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, 22-dən 23-nə keçən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi UFC turniri ilə bağlı paylaşım edib.

Axar.az xəbər verir ki, Bakıdakı turnirdə döyüşəcək Təğir Ulanbekovun məşqçisi olan 36 yaşlı rusiyalı idmançı bu barədə İnstaqram hesabında paylaşım edib.

“Qonaqpərvər Azərbaycana Təğir Ulanbekov ilə birlikdə gələcəyik. Yalnız qələbə”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, UFC turniri iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.
⚡️⚡️🇦🇿 Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bu barədə  Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Əlcəzair tərəfindən isə Xarici İşlər Nazirliyinin Baş katibi Lounes Maqraman rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, ticarət və parlamentlərarası əlaqələrin hazırki vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında neft-qaz, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan Peterburqda Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü barədə danışıb.

Qeyd edib ki, Azərbaycanın da Ermənistanla münasibətlərin tez bir zamanda normallaşmasında maraqlı olduğunu hesab edir.
Media is too big
VIEW IN TELEGRAM
MTK-ların fırıldağı: müqavilədə 100 kv.m, çıxarışda 85... - Video
Mingəçevirdə vətəndaşa hədə-qorxu gələn şəxslər tutulublar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ötən gün Tərtərdə dəm qazının qurbanı olan ailənin fotoları yayılıb.
Moskva İrəvanın AB-yə daxil olmaq istəklərindən narahatdır. Qərb onu geosiyasi oyunlarına cəlb edərsə, Ermənistan Aİİ-nin faydalarını itirmək riski ilə üzləşər.

Axar.az xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko deyib.

“Təbii ki, Ermənistanın AB-yə daxil olmaq istəkləri narahatlıq doğurur, çünki bu cür arzular bu ölkənin Aİİ-yə üzvlüyü ilə bir araya sığmır və biz erməni həmkarlarımızla çoxsaylı təmaslarımızda bu barədə danışırıq. Hamıya məlumdur ki, Aİİ-də iştirakı sayəsində Ermənistan dinamik mərhələlərlə inkişaf edir və İrəvan üçün bütün əsas sahələrdə iqtisadi artım müşahidə olunur. Və bu, Qərbin Ermənistanı Rusiyadan və digər müttəfiqlərindən qoparmaq cəhdi ilə onu geosiyasi oyununa cəlb edəcəyi təqdirdə İrəvanın itirmək riski ilə üzləşdiyi böyük bir sərvətdir”, - o bildirib.
Sabah keçiriləcək Azərbaycan Kubokunun "Sabah" - "Neftçi" matçı üçün artıq 4 min bilet satılıb
🇦🇿🇨🇳Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
ANAMA: Qazaxın azad edilmiş kəndlərində 74.3 ha ərazi minalardan təmizlənib.