#SONDƏQİQƏ!

Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncamına dəyişiklik edib.
#SONDƏQİQƏ!

“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, parlamentin iclasında bununla bağlı mövqeyini bildirib: “Lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır. Bu, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.

N.Paşinyan söyləyib ki, indi sülh gündəliyi ilə bağlı konkret mandat var: “Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Və bizim beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacımız var”.
#sondəqiqə Bakıda marketlərin birində silahlı atışma olub.

Məlumata görə, hücumun inkassatorun maşınına olduğu bildirilir.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib: “Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.
#SONDƏQİQƏ!

Xətai rayonunda yerləşən hipermarketlərin birində cinayət əməlini törətməkdə şübhəli bilinənənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.
#SONDƏQİQƏ!

Biləsuvar rayonunda zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda qeydə alınıb.

Maqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ ətraf rayonlarda 3 maqnitudaya qədər hiss olunub.
#SONDƏQİQƏ!

Preizdent İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 29 dekabr 2015-ci il tarixli qanunun tətbiqi barədə” 15 fevral 2016-cı il tarixli fərmanında dəyişiklik edib.

Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda qiymətli metalların və qiymətli daşların hasilatı sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması və mühafizəsi qaydalarının pozulması ilə əlaqədar işlərə baxılması səlahiyyəti Energetika Nazirliyindən alınaraq İqtisadiyyat Nazirliyinə verilib
#SONDƏQİQƏ!

26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd edilib ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.
#SONDƏQİQƏ!

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.

Bu barədə XİN sosial şəbəkədə paylaşım edib.

“Moskvada “Krokus siti holl” konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini pisləyir”, – xarici siyasət idarəsi qeyd edib.
#SONDƏQİQƏ!

Azərbaycanda müntəzəm sərnişindaşımalarla məşğul olan avtobuslara rəng tələbi qoyulub.

Bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Qərara əsasən, Azərbaycanda müntəzəm şəhərlərarası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası və şəhərdaxili sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.

Bu tələb iyulun 1-dən qüvvəyə minir.
#SONDƏQİQƏ!

Azərbaycanda taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminallar quraşdırılacaq.

Bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Qərara əsasən, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.
#SONDƏQİQƏ!

Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin fərqləndirici nişanının və taksi fənərinin forması müəyyənləşdirilib.

Bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Qərara əsasən, taksilərin üzərində sarı-qara və ağ-qara damalı zolaq, həmçinin qara hətrflərlə taksi sözü yazılmış taksi fənəri quraşdırılacaq.
#SONDƏQİQƏ!

Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində gediş haqqı lövhəsinin nümunəvi forması müəyyən edlib.

Bu, Nazirlər Kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Qərara əsasən, gediş haqqı lövhəsində km üçün hər km-ya görə,km-dan artıq hər km-ə görə sifariş haqqı əks olunacaq. Həmçinin, sifariş müddətində boş dayanmanın hər dəqiqəsinə görə sifariş haqqı əks olunacaq.
#SONDƏQİQƏ!

Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində istifadə olunan məlumat lövhəsinin forması müəyyən edilib.

Bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Qərara əsasən, məlumat lövhəsində sürcününü soyadı, adı , ünvanı, əlaqə nömrəsi, fotoşəkili avtonəqliyyat vasitəsinin buraxılış kartının nömrəsi əks olunacaq.
#SONDƏQİQƏ!

Azərbaycan teatr və kino aktyoru, əməkdar artist Rahib Əliyev vəfat edib.

Bu barədə aktyorun oğlu Rəşad Əliyev məlumat verib.

O qeyd edib ki, əməkdar artist bu gün 78 yaşında vəfat edib. O, sabah Qurd qapısı qəbirstanlığınbda dəfn ediləcək.

Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq fəaliyyət göstərib.
#SONDƏQİQƏ Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
#SONDƏQİQƏ Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib
#SONDƏQİQƏ!

Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, A.Əliyev VI çağırış Milli Məclisin vitse-spikeri olub.
#SONDƏQİQƏ!

Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə o, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
#SONDƏQİQƏ!

Azərbaycan Ordusunun hərbi qulluqçuları həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitlərinin aşkar edilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.