APA
25.5K subscribers
24.4K photos
4.69K videos
12 files
59.3K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
Macarıstan Baş naziri Viktor Orban Donald Trampa dəstəyini ifadə edib.

APA xəbər verir ki, bu barədə Macarıstan hökumət başçısı "X" hesabında paylaşım edib.

"Mən Prezident Donald Trampı şərəfli bir insan kimi tanıyıram. Prezident kimi o, həmişə Amerikanı ön planda tutub, dünya çapında hörmətə rəvac verib və bu hörmətdən sülhün qurulması üçün istifadə edib. Buraxın, xalq öz hökmünü bu noyabrda versin! Mübarizəni davam etdirin, cənab Prezident!", - o paylaşımında bildirib.

Xatırladaq ki, Nyu-York məhkəməsinin münsiflər heyəti ABŞ-nin keçmiş lideri Donald Trampı keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organization” şirkətinin maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilib.

Tramp münsiflər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş Amerika prezidenti olub.

Donald Trampın hökmü iyulun 11-nə təyin edilib.
🇮🇷 Əli Laricani prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib

apa.az
Qusarın icra başçısı vəzifəsindən azad edilib

APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

apa.az
Naxçıvan səhiyyə təhsil naziri təyin olunub
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb

2022/2023-cü tədris ilində xarici ölkələrdən olan tələbələrin sayı 6223 nəfər, 2023/2024-cü tədris ilində isə artaraq 6 680 nəfər olub.

Qeyd edək ki, bu sırada ilk üçlükdə 3 021 tələbə ilə Türkiyə, 1 069 tələbə ilə İran, 609 tələbə ilə Rusiya dayanır.
Dövlət orqanlarının təsnifatı genişləndirilir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
📢 İyunun ilk gününün hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.
İyunda Milli Məclisin növbədənkənar sessiyası olacaq
🇦🇿🇹🇷 Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub

apa.az
Astarada sürüşmə aktivləşib, 10-a yaxın ev üçün təhlükəli vəziyyət yaranıb

APA-nın cənub bürosunun verdiyi məlumata görə, son zamanlar cənub bölgəsində normadan artıq yağışların yağması, Astarada müəyyən sürüşmə zonalarını aktivləşdirib. Rayonun Şiyəkəran kəndində, “Məscid məhəllə” deyilən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ev üçün təhlükəli vəziyyət yaranıb. Sakinlərin sözlərinə görə, 3-5 metr cərgədə əkilən sitrus və digər meyvə ağaclar, torpaq sürüşməsi ilə birlikdə çaya tökülüb.

apa.az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇲 Ermənistanda Xarici İşlər Nazirliyinin girişində qarşıdurma yaranıb, əlavə polis qüvvələri cəlb olunur
🇷🇺🇺🇦 Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qarşılıqlı olaraq 75 hərbi əsir dəyişdirilib.

"Əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 75 Rusiya hərbçisi Kiyev rejiminin nəzarətində olan ərazilərdən geri qaytarılıb, əvəzində isə Ukrayna Silahlı Qüvvələrinin 75 hərbi əsiri təhvil verilib", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

MN-dən o da bildirilib ki, Birləşmiş Ərəb Əmirlikliləri Rusiya hərbi əsirlərinin qaytarılmasında humanitar vasitəçilik edib.
 Həftəsonu güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək

 XƏBƏRDARLIQ
İdmançı Kamil Zeynallıya və başqalarına qarşı dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

İdmançı Kamil Zeynallıya və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda son sözlə çıxış edən təqsirləndirilən E. Ağayev məhkəmədən ona bəraət verilməsini xaiş edib.

Daha sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
APA
🇦🇲 Ermənistanda Xarici İşlər Nazirliyinin girişində qarşıdurma yaranıb, əlavə polis qüvvələri cəlb olunur
Media is too big
VIEW IN TELEGRAM
İrəvanda XİN-in binasının qarşısında polislə etirazçılar arasında toqquşmalar başlayıb
Məhkəmə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana bəraət verib.

APA Armenia Today-a istinadən xəbər verir ki, o, "dizel işi" üzrə dövlətə 1 milyon dollara yaxın zərər vurmaqda ittiham olunurdu.
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan Ordusu Naxçıvanda təlim keçirib
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sarayda minik və yük maşınları toqquşub, iki nəfər ölüb
🇮🇷🇪🇺Aİ İranın müdafiə nazirinə, SEPAH-ın "Qüds" Qüvvələrinin komandanına və digərlərinə sanksiya tətbiq edib

apa.az
Tovuzda 14 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb

apa.az
APA
Tovuzda 14 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb apa.az
Tovuzda yeniyetmənin ildırım vurmasının bəzi təfərruatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Ağdam kənd sakini 2010-cu il təvəllüdlü Səbuhi Abdullayev düzənlik ərazidə mal-qara otaran zaman onu ildırım vurub. Yeniyetmə hadisə yerində ölüb.