APA
26.2K subscribers
25.9K photos
5K videos
12 files
60.7K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📽️Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar

APA-nın Qarabağ bürosu xəbər verir ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”un 30 nəfərlik geniş heyəti işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfər edib.

t.me/apa_az
🇬🇪❗️Gürcüstan yenə çalxalanır-Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı- TƏHLİL

Gürcüstanda "Xarici təsir haqqında" qanun layihəsi ilə bağlı yaşanan gərginlik davam edir. Bir neçə gündür ki, bu layihə ətrafında siyasi polemikalar, bəyanatlar, müxalifətin aksiyaları, aksiyalarda toqquşmalar, həbslər yaşanır. Qanun layihəsi artıq ikinci oxunuşda da qəbul edilib və 2 həftədən sonra bununla bağlı yekun səsvermənin keçirilməsi nəzərdə tutulur.

Bu qanun layihəsində nə var ki, belə təlatüm yaradıb? “Xarici təsir haqqında” qanun layihəsinə əsasən, maliyyəsinin 20%-dən çoxu xarici mənbələrdən olan QHT, KİV, hüquqi və fiziki şəxslər Gürcüstanda xarici agent kimi qeydiyyatdan keçməlidirlər.

Qanuna əməl etməməyə görə inzibati cərimə ilə yanaşı, 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulur.

Hakim “Gürcü Arzusu” partiyası, partiyanın parlamentdəki fraksiyası və hökumət üzvləri qanun layihəsinin qəbul olunmasında sona qədər qətiyyətlidir.

“Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili qanunun qəbulunu onunla əsaslandırır ki, hazırda xarici maliyyədən Gürcüstanda xeyriyyə işlərindən daha çox QHT-lərin özlərini gücləndirməsi, bu yolla onların gələcəkdə hakimiyyətə gətirilməsi, yeni inqilabın planlaşdırılması üçün istifadə olunur.

Ölkənin əsas müxalif partiyası olan “Vahid Milli Hərəkat” partiyası və Qərb ölkələri isə "Xarici təsir haqqında" qanun layihəsinə qarşı çıxır, onu Gürcüstanda demokratiyaya zərbə adlandırır, vətəndaş cəmiyyətinin hakimiyyəti tənqid etməməsi üçün susdurmaq metodu sayır. Bu zaman istər müxaliflər, istərsə də Qərb mediası qərarın Rusiyanın təsiri ilə qəbul edildiyini iddia edirlər.
Gürcüstanda mütləq əksəriyyət QHT və digər təşkilatların Qərbdəki müxtəlif maliyyə institutlarından, fondlardan maliyyələşdiyi sirr deyil. İqtidar isə qərarı vətəndaş cəmiyyəti və QHT sektorunda xarici maliyyə mənbələrinin şəffaflaşdırılması hesab edir.

Aydın məsələdir ki, qanun layihəsinin qəbul edilib-edilməməsi Gürcüstanın daxili işidir. Məsələnin qəribə olan tərəfi Qərb ölkələrinin "Xarici təsir haqqında" qanun layihəsinə kəskin reaksiyası və etirazıdır.

✍️TƏHLİL: apa.az
Müsavat Partiyasının qurultayı keçirilir, İsa Qəmbər başqanlığa yeganə namizəddir

apa.az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📽️Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

apa.az
🇦🇿🇹🇷Türkiyə parlamentinin komitə sədri ABŞ-da Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

apa.az
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunu təsdqləyib.
Tovuzda zəlzələ olub

Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub.
Xankəndi Şəhər Prokurorluğu yaradılıb

apa.az
Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub.

APA xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında bildirib.

Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğunu qeyd edən NATO rəsmisi tərəflər arasında fəal siyasi dialoqun olduğunu vurğulayıb: "O vaxtdan bəri biz fəal siyasi dialoq və praktiki əməkdaşlıq vasitəsilə qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq. Xüsusilə Azərbaycanın NATO missiyalarına, enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə töhfələrini alqışlayırıq".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇲🇦🇿Azərbaycanla delimitasiyanın əleyhinə çıxanlar İrəvana yürüşə başlayıb, yürüşə keşiş rəhbərlik edir

@apa_az
🇷🇺🇺🇦⚡️Rusiya DİN Zelenskini axtarışa verib

“Vladimir Aleksandroviç Zelenski, 25 yanvar 1978-ci il. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”.

Onun hansı cinayətə görə axtarışda olduğu açıqlanmayıb.
❗️TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib

👉 apa.az
Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib.

apa.az
🇪🇺Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktoru Gert Jan Koopman Ağdamda minatəmizləmə prosesi ilə tanış olub.

apa.az
🇦🇿🇲🇦Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

apa.az
APA
Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib. apa.az
Şəkidə dəhşətli qətlin təfərrüatları❗️

APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində Şəkinin Baş Şabalıd kəndində iki nəfəri amansızcasına odlu silahla qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Belə ki, qətlə yetirilən 58 yaşlı Azər Sədi oğlu Sədiyev və 67 yaşlı İsrafil Əhmədiyyə oğlu Məmmədsoya məxsus mal-qara hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Namik Əbil oğlu Məmmədova məxsus torpaq sahəsinə girib və təsərrüfata ziyan verib.

Bu da qohumluq əlaqəsi olan şəxslər arasında mübahisəyə səbəb olub.

Daha sonra Namik Məmmədov ov tüfəngi ilə əvvəlcə İsrafil Məmmədsoyu, bir qədər sonra isə Azər Sədiyevi güllələyərək öldürüb.

İki nəfər qohumunu güllələyərək qətlə yetirdikdən sonra Namik Məmmədov ov tüfəngi ilə intihara cəhd edib.
Ceyhun Bayramov İƏT-in sammitində çıxış edib

Nazir çıxışında İslam dünyasındakı çağırışların, o cümlədən ən təhlükəli olan islamofobiyanın effektiv həlli üçün İƏT-ə üzv dövlətlərin həmrəyliyinin zəruriliyini vurğulayıb.

Fələstin məsələsi də daxil olmaqla, Azərbaycanın İƏT coğrafiyasında münaqişələrin sülh yolu ilə həllinə sadiqliyi bir daha vurğulanıb.

Münaqişədən sonrakı regional reallıqlar, yenidənqurma və sülh səyləri ilə bağlı çağırışlar və perspektivlər diqqətə çatdırılıb.
❗️İƏT Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb

İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə Azərbaycanın bütün ərazilərində öz suverenliyini bərpa etməsinin məmnunluqla qarşılandığı qeyd olunub.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Kommunikedə dəyişməz olaraq Azərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşma prosesinə dəstək ifadə olunub, bu istiqamətdə Ermənistana öhdəliklərinin yerinə yetirilməsinə dair çağırış edilib.