APA
25.3K subscribers
24.2K photos
4.64K videos
12 files
59K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇪Gürcüstanda etirazçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar

apa.az
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🇹🇷CHP başqanı Özgür Özel AŞPA-da çıxışında Azərbaycana dəstək verib

@apa_az
🇮🇳🌎Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

APA xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun hesabatında deyilir.

Hazırda bu ölkədə 1 milyard 442 milyon insan var.
İkinci yerdə 1 milyard 425 milyonla Çindir.

apa.az
Bu gün Başlıbel faciəsinin ildönümüdür

1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 31 il ötür.

apa.az
Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, 2 nəfər xəsarət alıb

apa.az
AQEM-in Baş katibi: "Azərbaycanın uğurlu hərbi əməliyyatı nəticəsində Qarabağ münaqişəsi tarixə qovuşdu"

APA xəbər verir ki, bu fikirləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi Kayrat Sarıbay deyib.

Ətraflı: apa.az
🇺🇸ABŞ Dövlət Departamenti Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə münasibət bildirib

APA xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ABŞ-nin 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmanın tərəfi olmadığını diqqətə çatdırıb.

O, Rusiya sülhməramlı kontingentinin "daha dinc və sabit Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görmədiklərini" vurğulayıb.

"Bununla belə, biz Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesin asanlaşdırılması üçün yardımımızı davam etməyə hazırıq".
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı müəyyən olunub
Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pulunun ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

apa.az
Amaras monastırında monitorinqlər aparılıb

👉 apa.az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib
❗️Sülhməramlılar Azərbaycanı niyə vaxtından əvvəl tərk elədilər?

Azərbaycanda müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının ölkəmizi vaxtından əvvəl tərk eləməsinin əsas səbəbləri:

✔️ Münaqişə başa çatıb, sülhməramlıların bölgədə qalmasını zəruri edən situasiya aradan qalxıb.

✔️ Münaqişə bitdiyi üçün ikitərəfli münasibətlərdə hərbi və sülhməramlı komponenti yoxdur. Belə məqamda Rusiyanın burda hərbi kontingent saxlamağı mənasızdır.

✔️ Münasibətlərdən hərbi komponentin çıxarılması Rusiya Azərbaycan arasında gələcək əməkdaşlıq üçün müsbət və effektli şərait yaradır.
APA pinned «❗️Sülhməramlılar Azərbaycanı niyə vaxtından əvvəl tərk elədilər? Azərbaycanda müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının ölkəmizi vaxtından əvvəl tərk eləməsinin əsas səbəbləri: ✔️ Münaqişə başa çatıb, sülhməramlıların bölgədə qalmasını zəruri…»
❗️SON DƏQİQƏ: Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılacaq.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Burkina Faso üç fransız diplomatını persona non qrata elan edərək, onlardan 48 saat ərzində ölkəni tərk etməyi tələb edib.

Bu barədə France 24 Burkina-Faso Xarici İşlər Nazirliyinin Fransanın bu ölkədəki səfirliyinə notasına istinadən məlumat yayıb.
APA
❗️SON DƏQİQƏ: Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılacaq. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷Türkiyə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk: Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır
Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

apa.az
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

👉apa.az
🇷🇺Rusiya XİN: Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Kanadanın Ermənistandakı Avropa İttifaqı missiyasına qoşulmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistandakı Avropa İttifaqı missiyasının mövcudluğu səmərəsizdir.

“Bu missiyanın yerdəki insidentlərinin qarşısını ala bilməməsinə, Aİ-nin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hansısa müsbət töhfəsinin olmamasına biz hər gün daha çox əmin oluruq. Əksinə Aİ-nin nümayəndələri müxtəlif növ təxribatlarla, kəşfiyyat fəaliyyəti və təbliğatla məşğul olur. Başa düşdüyümüz qədər Kanadanın Ermənistandakı Aİ missiyasına qoşulması praktiki müstəviyə keçib. Bu günlərdə Kanadadan “ekspertlər” Ermənistana səfər edib. Bu qərarın əlavə dəyəri nədir, anlaşılan deyil. Qoyun, ermənilər özləri bunu şərh etsinlər. Çox güman ki, burada söhbət ondan gedir ki, Vaşinqton avropalı müttəfiqlərini NATO qüvvələrini Cənubi Qafqaza sürükləmək üçün istifadə edir. Aydındır ki, Atlantikanın o tayında təkcə yerdə vəziyyətə nəzarət etmək üçün imkanlarını genişləndirmək istəmirlər, həm də avropalı müttəfiqlərini izləmək istəyirlər. NATO-nin simasında xarici oyunçuların Cənubi Qafqazdakı səyləri regionda etibarın azalmasını, eskalasiyanı, silahlı qarşıdurmanı qaçılmaz edir. Azərbaycan-Ermənistan nizamlanmasına real yardım Aİ və NATO-nin məqsədlərində yoxdur. Qərb Cənubi Qafqazı növbəti geosiyasi qarşıdurma arenasına çevirərək, yerli sakinlərin maraqlarını rədd edərək onu hərbiləşdirməyə davam edir. Faktiki olaraq, Qərb yaxın vaxtlarda regionun dinc yolla inkişafı vəzifələrinin həyata keçirilməsinin üstündən xətt çəkir”.
Rusiyalı ekspert: Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir

“Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı münasibətləri yeni dövrə qədəm qoyur”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı siyasi ekspert Aleksey Naumov bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açılır.

Ətraflı: apa.az
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib

İsrailin nüvə mərkəzləri müəyyən edilib və bütün hədəflər haqqında lazımi məlumatlar var.

APA “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Nüvə Mərkəzlərinin Mühafizəsi və Təhlükəsizliyi Korpusunun komandanı general Əhməd Haq Tələb bildirib.

O qeyd edib ki, İsraildən hücum olarsa, həmin hədəflər İranın ixtiyarında olacaq.

General əlavə edib ki, İran özünün nüvə doktrinasını nəzərdən keçirə bilər.