❗️Azərbaycan XİN:
•Bu gün biz bəşər tarixinin ən dəhşətli vəhşiliklərindən birinin - Holokostun qurbanlarını yad edirik
•Biz dini və etnik nifrət, soyqırım və insanlığa qarşı cinayətlərə qarşı həmrəyik.

⚡ Tovuzda ər və arvad dəm qazından boğularaq ölüb
Bozalqanlı kənd sakinləri 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüblər.

Media is too big
VIEW IN TELEGRAM
SON DƏQİQƏ❗️Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və xəsarət alan var, hücum edən şəxs tutulub
Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.
APA-nın diplomatik kanallar vasitəsilə əldə etdiyi məlumata görə, hücum edən şəxs saxlanılıb.

APA
SON DƏQİQƏ❗️Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və xəsarət alan var, hücum edən şəxs tutulub Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı…
XİN: Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər yaralanıb
Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Allah şəhidimizə rəhmət eləsin!

Çavuşoğlu Azərbaycan səfirliyinə hücumla bağlı İrana çağırış edib
"Türkiyə olaraq edə biləcəyimiz bir şey varmı deyə soruşduq. Müxtəlif məlumatlar gəlir. Biz buradan İrana çağırış edirik ki, hücum edənlər tutulsun və həqiqət ortaya çıxsın”

Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücumun şəxsi zəmində baş verdiyi barədə məlumat verib.
Lakin APA-nın diplomatik kanallardan əldə etdiyi məlumata görə, Tehranın polis rəisinin dedikləri tamamilə əsassızdır, səfirliyə hücum terror aktıdır.
Tehranın polis rəisinin dediyi kimi, guya hadisəni törədən şəxsin əraziyə iki uşaqla gəlib, bir müddət maşında gözləməsi yalandır, ümumiyyətlə belə şey olmayıb.
İran dövləti məsuliyyətdən boyun qaçırmaq üçün hadisənin mahiyyətini təhrif edir, baş vermiş terrorun guya ailə-məişət zəminində insident kimi təqdim olunmasına çalışır.

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycanın İrandakı səfirliyinə hücum anının GÖRÜNTÜLƏRİ
Ayxan Hacızadə: Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəmində olduğunu düşünmürük. Hücumla bağlı bütün məsuliyyət İran tərəfinin üzərinə düşür. Son aylarda İran mediasında anti-Azərbaycan təbliğatı geniş yer alıb. Bunun hücuma rəvac verdiyini düşünürük. Azərbaycan İranla hər zaman yaxşı qonşuluq tərəfdarı olub, İranın da buna müsbət cavab verəcəyini gözləyib. Lakin bu təxribatlar mənfi təsir göstərir.
@apa_az
@apa_az
ABŞ səfirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı başsağlığı verib
ABŞ səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyində çalışan həmkarlarına və onların ailə üzvlərinə Azərbaycanın Tehrandakı səfirliyində baş verən faciəvi insidentlə bağlı dərin kədərini bildirir. İnsident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralılanlara şəfa diləyirik.
ABŞ səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyində çalışan həmkarlarına və onların ailə üzvlərinə Azərbaycanın Tehrandakı səfirliyində baş verən faciəvi insidentlə bağlı dərin kədərini bildirir. İnsident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralılanlara şəfa diləyirik.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hadisə anından daha bir video
İsrail XİN: Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik rəisinin qətlə yetirilməsi ilə nəticələnən xain hücum bizi sarsıdıb və kədərləndirib. Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu barədə bəyanat
İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.
İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.
Baş vermiş terror hücumu nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Yerli media nümayəndələri və televiziyalar hazırda İranın Azərbaycandakı səfirliyinin qarşısında İran rəsmilərindən açıqlama tələb edir.