This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib🎥
☑️Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib. Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir. @apa_az
☑️Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib. Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir. @apa_az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🏠 Ermənilər kəndi atəşə tutub, evlərə zərər dəyib @apa_az
❗️Ermənilər Tovuzun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub
⚠️Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Bu barədə APA-ya Müdafiə Nazirliyinindən məlumat verilib. Bildirilib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib. @apa_az

SON DƏQİQƏ: Düşmən Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub
⚠️ Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA-ya bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib. @apa_az

BMT Baş katibi Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırıb
✔️APA xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlama verib. “Baş katib hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır və iştirak edən tərəfləri vəziyyətin həlli istiqamətində addımlar atmağa, eləcə də təxribatçı ritorikadan çəkinməyə çağırır”, - məlumatda belə deyilir. Təşkilat rəhbəri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin “bu təhlükəli vəziyyətin həllində və uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yolların axtarılmasında” göstərdiyi səyləri tam dəstəklədiyini bildirib. @apa_az

🏢İyulun 20-dən sonra sərt karantin rejimi tətbiq olunan bölgələrdə buraxılış və qəbul imtahanları keçirilə bilər
✔️DİM-dən APA-ya verilən məlumata görə, imtahanlarla əlaqədar tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən son bir ayda ölkə ərazisində buraxılış (qəbul) imtahanları keçirilir. Belə ki, xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyun tarixində Nazirlər Kabineti yanında Operativ Qərargaha pandemiya şəraitində imtahanların keçirilməsi ilə əlaqədar tədbirlər planı təqdim olunub və Operativ Qərargah tərəfindən iyunun 10-dan etibarən imtahanların keçirilməsinə icazə verilib. @apa_az

🇵🇰Pakistan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu sərt şəkildə pisləyib
✔️APA-nın məlumatına görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Pakistan tərəfi həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləyir. “Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə uzunmüddətli nəticələrə gətirib çıxara biləcək ciddi təhdid törədir”, - deyə bəyanatda vurğulanır. Bəyanatda qeyd olunur ki, son təxribat hərəkəti Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mane olmaq cəhdidir: “Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir”. @apa_az

❗️Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub
✔️İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub. APA-nın məlumatına görə, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu düşmən təxribatının qurbanı olub. Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür. Beynəlxalq ictimaiyyət, ATƏT MQ həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdırlar. @apa_az

❗️Müdafiə Nazirliyi: Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib🎥
⚠️Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib. @apa_az

⚠️Nazir müavini: "Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub"
✔️“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”. APA-nın məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib. K.Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib: “Səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar". @apa_az

Kərim Vəliyev: "Şəhidlərimizin və yaralılarımızın qanı yerdə qalmayacaq”
✔️APA-nın məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib. K.Vəliyev qeyd edib ki, hazırda döyüşlər davam edir: "Düşmənin canlı qüvvəsi, texnikası, komanda məntəqələri vurulur və məhv edilir. Düşməndən fərqli olaraq bizim zabitlərimizin əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə nazirliyinin rəhbərliyi adından şəhidlərimizə rəhmət diləyirik. Sizi əmin edirəm ki, şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmayacaq”. @apa_az

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub
✔️Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən bir neçə hərbçi şəhid olub. APA-nın xəbərinə görə, Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, döyüşlər nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları - mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu, müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu qəhrəmancasına şəhid olublar. @apa_az

Kreml Ermənistan-Azərbaycan sərhədində vəziyyətə münasibət bildirib
✔️Kreml Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərindən narahatdır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Biz Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərin narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq”, - deyə o qeyd edib. @apa_az

⚠️Müdafiə Nazirliyi ön xətdə yaranmış vəziyyətlə əlaqədar bəyanat yayıb
✔️İyulun 12-dən başlayaraq düşmən Tovuz istiqamətində vəziyyəti gərginləşdirməyə cəhd göstərib.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, Müdafiə Nazirliyi yaranmış vəziyyətlə əlaqədar bəyanat yayır. Bəyanatda deyilir: “Hazırda ön xətdə şiddətli döyüşlər gedir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı ön xətdə olan general-mayor Polad Həşimov və digər hərbi qulluqçular qəhrəmancasına şəhid olublar. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə komandanlıq tərəfindən görülmüş cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqələri, dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib”. @apa_az

⚠️Xarici İşlər Nazirliyi: Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir
✔️APA-nın məlumatına görə, açıqlamada bildirilir ki, 14 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. Ermənistan tərəfindən azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir. Ermənistanın hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə və azərbaycanlı mülki şəxslərin Ermənistanın məqsədyönlü qanlı təxribatının qurbanı olması faktına beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə və Ermənistanın bu qanunsuz əməllərini qınamağa çağırırıq.
Azərbaycanlı mülki şəxsin qətl edilməsinin məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. @apa_az

❗️Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir
⚠️İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüşlərdə yaralılar da var. Onlara dərhal tibbi müdaxilə edilib və həyatları üçün təhlükə yoxdur. Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutur. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. @apa_az

Ermənistanın artilleriya atəşi nəticəsində Tovuzda ev və həyətyanı sahələrə ziyan dəyib
✔️Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində Dondar Quşçu kəndinin ərazisinə mərmilər düşüb. APA-nın məlumatına görə, 1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib.
1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evi mərmi atəşinə məruz qalaraq, ziyan görüb. Bundan başqa, mərmi düşməsi nəticəsində 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahəsinə ziyan dəyib.
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. @apa_az

Ermənistan döyüşdəki itkilərini etiraf etməyə başlayıb, mayor və kapitanın öldüyü açıqlanıb
⚠️Ermənistan döyüşdə verdiyi itkiləri açıqlamağa başlayıb. APA-nın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan ölüb. Q. Ambartsumyan mühəndis-istehkam bölüyünün komandiri olub. @apa_az

⚠️Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. APA-nın “koronavirusinfo” saytına istinadən məlumatına görə, ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.
🔺Binəqədidə yoluxma 12.7%
🔺Yasamalda 12.0%
🔺Xətaidə 12.1%
🔺Sabunçuda 12.2%
🔺Nəsimidə 10.3%
🔺Nərimanovda 8.7%
🔺Suraxanıda 8.4%
🔺Nizamidə 8.3%
🔺Qaradağda 6.1%
🔺Səbaildə 4.6%
🔺Xəzər rayonunda 4.2%
🔺Pirallahıda 0.3% qeydə alınıb. @apa_az
🔺Binəqədidə yoluxma 12.7%
🔺Yasamalda 12.0%
🔺Xətaidə 12.1%
🔺Sabunçuda 12.2%
🔺Nəsimidə 10.3%
🔺Nərimanovda 8.7%
🔺Suraxanıda 8.4%
🔺Nizamidə 8.3%
🔺Qaradağda 6.1%
🔺Səbaildə 4.6%
🔺Xəzər rayonunda 4.2%
🔺Pirallahıda 0.3% qeydə alınıb. @apa_az
🇦🇿Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır
✔️Baş Prokurorluğunun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutub, nəticədə Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, o cümlədən cəbhə bölgəsindəki Tovuz rayonu Ağdam kənd sakini həlak olmaqla ümumilikdə mülki əhaliyə mühüm ziyan dəyib. Hərbi cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görüləcəkdir. Düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbi qulluqçularımızın qəhrəmancasına göstərdiyi yüksək əzmi və şücaəti hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. @apa_az