🟢 Ölən adam haqda pis danışmaq
📖 Hədis
عَنْ أَنَسٍ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: مَرُّوا بِجِنَازَةٍ فَأَثْنَوْا عَلَيْهَا خَيْرًا، فَقَالَ النَّبِيُّ ﷺ: وَجَبَتْ. ثُمَّ مَرُّوا بِأُخْرَى فَأَثْنَوْا عَلَيْهَا شَرًّا، فَقَالَ: وَجَبَتْ. فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ رَضِيَ اللهُ عَنْهُ: مَا وَجَبَتْ؟ قَالَ: هَذَا أَثْنَيْتُمْ عَلَيْهِ خَيْرًا، فَوَجَبَتْ لَهُ الْجَنَّةُ، وَهَذَا أَثْنَيْتُمْ عَلَيْهِ شَرًّا، فَوَجَبَتْ لَهُ النَّارُ، أَنْتُمْ شُهَدَاءُ اللهِ فِي الْأَرْضِ.
Ənəs ibn Malik (r.a) deyir: "Bir cənazə Peyğəmbərin ﷺ yanından keçirildi. İnsanlar onun haqqında xeyirli sözlər dedilər.
Peyğəmbər ﷺ buyurdu: «Vacib oldu».
Sonra başqa bir cənazə gətirildi. İnsanlar onun haqqında pis danışdılar.
Peyğəmbər ﷺ buyurdu: «Vacib oldu».
Ömər ibn Xəttab (r.a) soruşdu:
«Ya Rəsuləllah, nə vacib oldu?»
Peyğəmbər ﷺ buyurdu:
«Birinci barəsində xeyir söylədiniz, ona cənnət vacib oldu. İkinci barəsində şər söylədiniz, ona cəhənnəm vacib oldu. Siz Allahın yer üzündə şahidsiniz»."
📚 Mənbə: Səhih Buxari, Cənazə kitabı, hədis № 2642; Səhih Müslim, Cənazə kitabı, hədis № 949.
🔴İmam Nəvəvi bu hədisin şərhində dedi :
“Bu hədisdə dəlil var ki, möminlərin şahidliyi Allah dərgahında keçərlidir. Əgər möminlər bir ölünü yaxşı yad edərlərsə, bu, onun cənnət əhlindən olmasına bir işarədir. Əgər pis yad edərlərsə, bu da onun pis aqibətinə işarədir.”
(Şərh Səhih Müslim, 7/19)
2. İbn Həcər əl-Əsqəlani demişdir :
“Əgər bir insan zahirdə zalım və ya fasiq kimi tanınıbsa, camaat da onun haqqında pis danışırsa, bu – qeybət sayılmır. Çünki məqsəd şəxsən təhqir yox, ibrət və xəbərdarlıqdır.” (Fəthul-Bari, 3/242)
3. İbn Teymiyyə demişdir :
“Zalımların və bidətçilərin adını çəkmək, onların zülmünü açıqlamaq – camaata haqqı göstərmək və ibrət vermək üçündür.
Bu, qeybət deyil, bəzən isə vacib olur.” (Məcmuul-Fətava, 28/221)

🔺Əgər murciələri islam tarixi boyunca yerləşdirib baxsaq, belə nəticə görərik:
1. Əməvilərin dövründə olsaydılar:
Hüseyn ibn Əlini, Səid ibn Cubeyri və Abdullah ibn Zübeyri – o dövrün hakimlərinə beyət etmədikləri və onlara qarşı xuruc etdikləri üçün – xavaric adlandırardılar.
2. Abbasilərin dövründə olsaydılar:
Əhməd ibn Hənbəli azmış və insanları azdıran birisi hesab edərdilər. Çünki o, xəlifə Məmunun “Quran məxluqdur” fikrinə qarşı çıxmışdı.
3. Monqolların dövründə olsaydılar:
Hulakoya itaəti vacib görərdilər və İbn Teymiyyənin sözlərini dinləməkdən insanları çəkindirərdilər. Çünki İbn Teymiyyə Məmlük sultanının icazəsi olmadan insanları monqollara qarşı cihada çağırırdı.
4. Salahəddin Eyyubi dövründə olsaydılar:
Qüdsün fatehi Salahəddin Eyyubinin xaçlılara qarşı savaşında ona yardım etməyi və onun dəstəsinə qoşulmağı qadağan edərdilər. Çünki o, əşari məzhəbinə mənsub idi.
◾️Muhammad Al-Gazvini

✅ Demokratiya və İslam ( 1-ci hissə )
İslamın demokratiyaya baxışı mürəkkəb bir mövzudur .
➖Demokratiya seçki sistemi kimi islama yaxındır.
Peyğəmbərin vəfatından sonra ilk xəlifələrin seçilməsi müəyyən mənada müasir dövrümüzün seçki prinsipi ilə baş verirdi.
Hz.Əbu Bəkrin seçilməsi "Səqifə" hadisəsində baş tutdu. Burada ilk növbədə ənsarlardan olan bir qrup səhabə , daha sonra isə qalan digər səhabələrin beyəti ilə Əbu Bəkr xəlif seçildi .
Bu hadisə, müasir dövrdəki bülleten, seçki qutusu və rəsmi seçki komissiyaları ilə aparılan seçkilərdən fərqli olsa da, mahiyyətcə eyni məqsədə - xalqın və ya cəmiyyətin rəhbərliyə gətiriləcək şəxsi razılıq və beyət (yəni ictimai qəbul) yolu ilə müəyyən etməsinə xidmət edirdi.
Hz. Ömər isə Hz.Əbu Bəkr tərəfindən namizəd kimi göstərilmiş (məsləhət bilinmiş), ancaq yenə müsəlmanların razılığı (beyəti) ilə qəbul edilmişdi.
Hz. Ömər ağır yaralandıqdan sonra vəfatından öncə xilafət məsələsində ixtilaf yaranmaması üçün eynən Hz.Əbu Bəkr kimi özündən sonra 6 nəfəri məsləhət kimi irəli sürdü .
Bunlar :
1. Əli ibn Əbi Talib (r.a.)
2. Osman ibn Affan (r.a.)
3. Zübeyr ibn Əvvam (r.a.)
4. Talha ibn Ubeydullah (r.a.)
5. Səd ibn Əbu Vəqqas (r.a.)
6. Əbdürrəhman ibn Avf (r.a.)
Hz. Ömər şuraya belə göstəriş verdi:
6 nəfərlik şura bir qərara gələ bilmədiyi üçün Əbdürrəhman ibn Avf məsuliyyəti öz üzərinə götürdü və dedi :
İbn Sə'd və Tabəri bu hadisəni belə nəql edirlər:
Beləliklə Hz.Osman xalq tərəfindən xəlif seçildi .
Bu hadisənin özüdə bir növ müasir seçki formasını əks etdirirdi.
Hz. Osman hicrətin 35-ci ilində (təqribən miladi 656) Mədinədə üsyançılar tərəfındən şəhid edildikdən sonra Mədinədəki əhalinin çoxu Hz. Əliyə gəlib dedilər:
Bunun üzərinə Hz. Əli Mədinə məscidinə çıxaraq xalqa dedi:
Sonra camaat toplaşdı və hamı ictimai şəkildə ona beyət etdi.
(Tarix İbn Əsir, "Əl-Kamil fit-tarix", c.3, s. 207)
İbn Kəsir yazır:
Amma Şam valisi Muaviya ibn Əbu Süfyan və bəzi səhabələr Osmanın qatilləri cəzalandırılmadığı üçün beyət etmədilər.
Bu da sonradan Cəməl və Siffın hadisələrinə səbəb oldu.
Bütün bu hadisələr göstərir ki, İslamın ilk dövrlərində rəhbərin seçilməsində əsas meyar cəmiyyətin razılığı və ədalətli rəhbər prinsipi idi.
Sonrakı dövrlərdə bu sistem dəyişdi. Xəlifəlik və rəhbərlik daha çox miras yolu ilə ötürülməyə başladı. Əməvilər dövründən etibarən İslam dünyasında monarxiya, yəni saltanat üsulu formalaşdı. Artıq rəhbər seçilməsi müsəlmanların qərarı ilə deyil , ailə və ya sülalə sisteminə bağlandı.
Bu, islam prinsiplərinə zidd olsada siyasi sabitlik məqsədilə məcbur qəbul edilmişdi.
Ardı var...

Hz. Ömər dedi:
"Bunlar Rəsulullah (s.ə.s.)-ın vəfatı vaxtı onlardan razı olduğu altı nəfərdir." (İbn Kəsir, "Əl-Bidayə və'n-nihayə", c.7, s. 142 )
Hz. Ömər şuraya belə göstəriş verdi:
"Bu altı nəfər bir yerə toplanıb üç gün ərzində qərar versinlər. Əgər üç nəfər bir tərəfdə, üç nəfər digər tərəfdə olarsa, Əbdürrəhman ibn Avf hansını seçərsə, o tərəf qalib sayılacaq."
(Səhih Buxari, Kitabül-Əhkam, hədis 3700)
6 nəfərlik şura bir qərara gələ bilmədiyi üçün Əbdürrəhman ibn Avf məsuliyyəti öz üzərinə götürdü və dedi :
" Xalq və səhabələrlə məsləhətləşib sizin ikinizdən (Hz.Osman və Hz.Əli) hansının daha münasib olduğunu müəyyən edəcəyəm."
(Tarix at-Tabari, c.3, s. 296)
İbn Sə'd və Tabəri bu hadisəni belə nəql edirlər:
"Əbdürrəhman ibn Avf üç gün boyunca Mədinənin küçələrini gəzdi, kişilərlə, qadınlarla, gənclərlə və hətta qullarla danışdı, hamısından soruşdu: 'Əli, yoxsa Osman?' Çoxu Osmanı istədiyini bildirdi."
(İbn Sə'd, "Təbaqatül-Kübra", c.3, s. 63; Tarix at-Tabari, c.3, s. 297)
Beləliklə Hz.Osman xalq tərəfindən xəlif seçildi .
Bu hadisənin özüdə bir növ müasir seçki formasını əks etdirirdi.
Hz. Osman hicrətin 35-ci ilində (təqribən miladi 656) Mədinədə üsyançılar tərəfındən şəhid edildikdən sonra Mədinədəki əhalinin çoxu Hz. Əliyə gəlib dedilər:
"Ey Əbu Talibin oğlu! Sən Peyğəmbərin ən yaxınlarından, elm baxımından ən biliklilərindəndin. Sənə beyət etmədən biz rahat ola bilmərik."(Tarix at-Tabari, c.3, s. 298)
Bunun üzərinə Hz. Əli Mədinə məscidinə çıxaraq xalqa dedi:
"Əgər mənə beyət edəcəksinizsə, bu iş sizin ixtiyarınızladır. Mənə gizlicə yox, camaatın qarşısında beyət edin."
Sonra camaat toplaşdı və hamı ictimai şəkildə ona beyət etdi.
(Tarix İbn Əsir, "Əl-Kamil fit-tarix", c.3, s. 207)
İbn Kəsir yazır:
"Hz. Əliyə Mədinədə olan səhabələrin əksəriyyəti beyət etdi. Əbu Əyyub əl-Ənsari, Əmmar ibn Yasir, İbn Abbas, Əl-Miqdad, Malik Əştər, Talha və Zübeyr də beyət etdilər."
(Əl-Bidayə və'n-nihayə, c.7, s. 186)
Amma Şam valisi Muaviya ibn Əbu Süfyan və bəzi səhabələr Osmanın qatilləri cəzalandırılmadığı üçün beyət etmədilər.
Bu da sonradan Cəməl və Siffın hadisələrinə səbəb oldu.
Bütün bu hadisələr göstərir ki, İslamın ilk dövrlərində rəhbərin seçilməsində əsas meyar cəmiyyətin razılığı və ədalətli rəhbər prinsipi idi.
Sonrakı dövrlərdə bu sistem dəyişdi. Xəlifəlik və rəhbərlik daha çox miras yolu ilə ötürülməyə başladı. Əməvilər dövründən etibarən İslam dünyasında monarxiya, yəni saltanat üsulu formalaşdı. Artıq rəhbər seçilməsi müsəlmanların qərarı ilə deyil , ailə və ya sülalə sisteminə bağlandı.
Bu, islam prinsiplərinə zidd olsada siyasi sabitlik məqsədilə məcbur qəbul edilmişdi.
Ardı var...
🇸🇾❗️Suriya Əsəd diktaturasının devrilməsini qeyd edir.
8 dekabr 2025 - Suriyanın fəthinin birinci il dönümündə hərbi forma geyinən Colani, Əməvi məscidini ziyarət edib, fəcr namazını burada qılıb.
Suriya prezidenti Əhmad əş-Şara :
▫️ Ey suriyalılar! Mən Allahın əmrlərinə itaət etdikcə siz də mənə itaət edin. Heç kəs — nə qədər güclü olursa-olsun — bizim yolumuzu kəsə bilməz və heç nə addımımızı dayandıra bilməz. Allah istəsə, biz bütün sınaqları birlikdə aşacağıq.
▫️ Allah bizə açıq və aydın bir qələbə nəsib etdikdən sonra ilk xarici səfərimiz Səudiyyə Ərəbistanına oldu. Biz Müqəddəs Kəbəni ziyarət edib umrə etdik.
▫️ Şimaldan cənuba, şərqdən qərbə — inşaAllah, biz Suriyanı yenidən güclü bir dövlət kimi quracağıq, dirçəldəcəyik, keçmişinə və bu gününə layiq şəkildə onun mirasını ucaldacağıq. Biz onu Allahın əmrlərinə uyğun şəkildə inşa edəcək, məzlumlara sahib çıxacaqlq.

🟢 Rəhbərin vəzifədən kənarlaşdırılması (əzl edilməsi)
Əl-İyci (rahiməhullah) belə demişdir:
وللأمة خلع الإمام وعزله بسبب يوجبه، وإن أدى خلعه إلى الفتنة احتمل أدنى المضرتين
“Ümmətin, bunu zəruri edən bir səbəb mövcud olduqda, imamı (rəhbəri) vəzifədən uzaqlaşdırmaq və taxtdan salmaq haqqı vardır.
Əgər onun kənarlaşdırılması fitnəyə (daha böyük qarışıqlığa) səbəb olarsa, bu halda iki zərərdən daha yüngül olanı seçilər.”
📚 əl-Məvaqif, Ədudəddin əl-İyci, c. 3, s. 595
Bu sözləri şərh edən Seyid Şərif əl-Cürcani rəhbərin vəzifədən kənarlaşdırılmasını zəruri edən səbəbi belə izah edir:
“Əgər sultan (rəhbər) istər səhlənkarlıq və laqeydlik səbəbilə, istərsə də acizlik və zəiflik üzündən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirmirsə, onu dəyişdirmək və yerinə sultanlıq vəzifələrini icra edə biləcək başqa birini gətirmək zəruri olar.
Çünki rəhbərin təyinindən və ona itaətdən məqsəd olan mənafeləri qorumaq yalnız bu yolla mümkündür.”
Bu Xüləfayi-Raşidinin tətbiqatı ilə də təsdiqlənir.
Huzeyfədən (r.a.) rəvayət olunur:
📚Müsənnəf İbn Əbi Şeybə, 13/278
Bütün bunlardan aydın olur ki:
Rəhbər də müsəlmanlardan biridir.
Onların sahib olduğu hüquqlara sahibdir və onların daşıdığı məsuliyyətləri o da daşıyır.
Onun məsumluğu, toxunulmazlığı və ya hesabdan kənar xüsusi bir mövqeyi yoxdur.
Nə zaman zülm edərsə və ya yanlış edərsə, sorğu-suala çəkilər və hesaba tutulur.
Çünki rəhbər: şəxsi mülk sahibi kimi davranan bir ağa deyil,
əksinə, ümmət tərəfindən işə götürülmüş bir xidmətçidir (əcirdir).
Bu mənanı Əbu Müslim əl-Xövlani Muaviyə ibn Əbi Süfyanın (r.a.) yanına daxil olarkən çox açıq şəkildə ifadə etmişdir.
O dedi:
“Salam olsun sənə, ey əcir (işçi)!”
Camaat etiraz edib dedi:
— ‘Əmir’ de!
O isə yenə təkrar etdi:
“Salam olsun sənə, ey əcir!”
Muaviyə (r.a.) dedi:
“Əbu Müslimi buraxın. O, nə dediyini yaxşı bilir.”
Əbu Müslim sözünə davam etdi:
“Sən sadəcə bir əcir (xidmətçisən). Bu sürünün sahibi səni ona çobanlıq etmək üçün işə götürüb.
Əgər sən xəstələrini müalicə etsən, zəiflərini qorusan və sürünü düzgün idarə etsən, sahibi sənə haqqını tam verər.
Yox, əgər bunları etməsən, sahibi səni cəzalandırar.”
📚əs-Siyasətuş-Şəriyyə, s. 17

“Buna misal olaraq, rəhbərdə elə bir halın ortaya çıxmasını göstərmək olar ki, bu, müsəlmanların işlərinin pozulmasına və din işlərinin zəifləməsinə səbəb olsun.
Necə ki, din işlərini nizamlamaq və onu uca tutmaq məqsədilə onu rəhbər təyin etmək haqqına sahib idilərsə, eyni şəkildə bu məqsəd aradan qalxdıqda onu vəzifədən uzaqlaşdırmaq haqqına da sahibdirlər.”
“Əgər sultan (rəhbər) istər səhlənkarlıq və laqeydlik səbəbilə, istərsə də acizlik və zəiflik üzündən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirmirsə, onu dəyişdirmək və yerinə sultanlıq vəzifələrini icra edə biləcək başqa birini gətirmək zəruri olar.
Çünki rəhbərin təyinindən və ona itaətdən məqsəd olan mənafeləri qorumaq yalnız bu yolla mümkündür.”
Bu Xüləfayi-Raşidinin tətbiqatı ilə də təsdiqlənir.
Huzeyfədən (r.a.) rəvayət olunur:
“Ömərin yanına daxil oldum. O, evində bir ağac kötüyünün üzərində oturmuş, öz-özünə danışırdı.
Dedim: Ey möminlərin əmiri, səni narahat edən nədir?
Əli ilə işarə etdi. Yenə soruşdum.
Sonra dedim: Allaha and olsun, əgər səndən bəyənmədiyimiz bir iş görsək, səni düzəldərik.
Ömər dedi: Özündən başqa ilah olmayan Allaha and olsun, əgər məndən bəyənmədiyiniz bir iş görsəniz, məni düzəldərsiniz?
Dedim: Bəli, Allaha and olsun, düzəldərik.
Buna çox sevindi və dedi:
Həmd olsun Allaha ki, Muhəmmədin (s) səhabələri arasında məndən yanlış gördükdə məni düzəldəcək kimsələri yaratmışdır.”
📚Müsənnəf İbn Əbi Şeybə, 13/278
Bütün bunlardan aydın olur ki:
Rəhbər də müsəlmanlardan biridir.
Onların sahib olduğu hüquqlara sahibdir və onların daşıdığı məsuliyyətləri o da daşıyır.
Onun məsumluğu, toxunulmazlığı və ya hesabdan kənar xüsusi bir mövqeyi yoxdur.
Nə zaman zülm edərsə və ya yanlış edərsə, sorğu-suala çəkilər və hesaba tutulur.
Çünki rəhbər: şəxsi mülk sahibi kimi davranan bir ağa deyil,
əksinə, ümmət tərəfindən işə götürülmüş bir xidmətçidir (əcirdir).
Bu mənanı Əbu Müslim əl-Xövlani Muaviyə ibn Əbi Süfyanın (r.a.) yanına daxil olarkən çox açıq şəkildə ifadə etmişdir.
O dedi:
“Salam olsun sənə, ey əcir (işçi)!”
Camaat etiraz edib dedi:
— ‘Əmir’ de!
O isə yenə təkrar etdi:
“Salam olsun sənə, ey əcir!”
Muaviyə (r.a.) dedi:
“Əbu Müslimi buraxın. O, nə dediyini yaxşı bilir.”
Əbu Müslim sözünə davam etdi:
“Sən sadəcə bir əcir (xidmətçisən). Bu sürünün sahibi səni ona çobanlıq etmək üçün işə götürüb.
Əgər sən xəstələrini müalicə etsən, zəiflərini qorusan və sürünü düzgün idarə etsən, sahibi sənə haqqını tam verər.
Yox, əgər bunları etməsən, sahibi səni cəzalandırar.”
📚əs-Siyasətuş-Şəriyyə, s. 17
Ardı var...
🟢 NOVRUZ SURİYADA BAYRAM OLDU ?
Son günlərdə sosial mediada Suriyada Novruzun bayram elan olunması ilə bağlı xəbərlər paylaşılır .
Amma əslində vəziyyət tam fərqlidir.
Novruz Suriyada rəsmi bayram elan olunmayıb. O, sadəcə rəsmi tətil günü kimi təsdiqlənib.
Bu, hüquqi baxımdan mühüm fərqdir: bayram dövlətin mədəni və milli əhəmiyyətli gün kimi tanıdığı tarixdir, tətil isə sadəcə iş və təhsil müəssisələrinin bağlanması deməkdir.
Bu qərarın arxasında da əsasən beynəlxalq təzyiqlər və daxili basqılar dayanır. Çünki uzun illərdir bölgədə yaşayan kürd və digər icmalar Novruzu öz milli-mədəni kimliklərinin bir parçası kimi qeyd edirlər.
Onların hüquqlarının tanınması istiqamətində beynəlxalq təşkilatlar və regional güclər Suriyaya təzyiq göstərirdilər.
Hakimiyyət də bu təzyiqləri yumşaltmaq üçün Novruzu tətil günü elan etməklə kompromis addımı atdı.

🟢 YENİ MÖVZU : ŞƏRİƏT NƏDİR ?
Şəriət İSLAM hüququnun əsasını təşkil edən qanunlar toplusudur.
O, insanın Allaha və kitabına imanını, vacib olan badətləri, ailə həyatını (nikahı, talaqı, mirası və ər-arvad hüquqları) , insanlararası münasibətləri, satış və borc kimi iqtisadi məsələləri, idarəetmə və siyasət qaydalarını, dövlətlərarası münasibətləri, ictimai və şəxsi əxlaqı , qısacası insanın demək olar ki bütün həyatını əhatə edən qanunlar toplusudur .
Yəni, şəriət həyatımızın hər bir hissəsində yer alır .
Lakin termin olaraq nəzərdə tutduqda, əsasən dövlət idarəçiliyi və onun qanunları nəzərdə tutulur .
🔴 Quranda və Sünnədə bizə nazil olan konkret neçə “qanun” var?
Qurani-Kərim təxminən 6200 ayədən ibarətdir. Lakin bu ayələrin: yalnız 200–250-yə yaxını hüquqi xarakterlidir;
onlardan da birbaşa, konkret hüquqi hökm bildirənlər daha azdır.
Bu hökmlər əsasən aşağıdakı sahələri əhatə edir:
◾️ibadətlər (namaz, oruc, zəkat, həcc – ümumi çərçivədə),
◾️ailə hüququ (nikah, talaq),
◾️miras, faiz (riba) qadağası,
◾️bəzi ağır cinayətlər və onlara tətbiq edilən cəzalar.
Sünnə (hədislər) isə bizə bu hökmləri izah edir və detallaşdırır, bəzi hallarda əlavə qaydalar gətirir.
Buna baxmayaraq, Quran və Sünnədəki konkret hüquqi mətnlərin sayı məhduddur.
Quran və Sünnədən bizə çatan hüquqi anlayışlarda nə müasir dövlət anlayışı,
nə həbsxana sistemi,
nə yol hərəkəti qaydaları,
nə də müasir iqtisadi münasibətlər haqqında birbaşa hökmlər mövcuddur.
Bu, təbii ki bir boşluq deyil. Bu, şəriətin şüurlu dizaynıdır.
İslam hüququ bu reallığı əvvəlcədən qəbul edir:
Buna görə də İslam hüququnda üç əsas anlayış formalaşıb:
1. Hədd (ḥadd)
Quranda və Sünnədə birbaşa müəyyən edilmiş qanunlar
Sayları azdır - Dəyişdirilə bilməz
🔺Məsələn :
▪️Zinakarın cəzası - "Zina edən qadın və zina edən kişinin hər birinə yüz çubuq vurun..." (ən-Nur, 2).
◾️Qəzf (insana zina böhtanı atmaq) - İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun ( Nur ,4 )
◾️Oğurluq - Oğru kişinin və oğru qadının gördükləri işin cəzası kimi... əllərini kəsin!" (əl-Maidə, 38)
◾️Quldurluq , Riddə və sairə
Gördüyünüz kimi, hədd cəzasında Allah sübhənə və təalə bizə Quran və Peyğambəri vasitəsi ilə cəzanın dərəcəsini bizə çatdırır .
Bu cəza insan tərəfindən dəyişdirilə və ya ləğv edilə bilməz .
2. Qisas
İslam hüququnda (Fiqh) "eyni ilə qarşılıq vermə" prinsipinə əsaslanan cəza növüdür. Bir insanın digərinə qarşı qəsdən törətdiyi fiziki zərərə (öldürmə və ya yaralama) qarşı tətbiq edilən hüquqi sanksiyadır.
🔺Qisasın Əsas Növləri
▪️Cana qarşı qisas: Bir şəxs digərini qəsdən öldürdükdə, qatilin də eyni şəkildə cəzalandırılması.
◾️Üzvə qarşı qisas: Bir şəxs digərinin bədən üzvünə (məsələn, göz, diş, əl) qəsdən zərər verdikdə, eyni zərərin cinayətkara da tətbiq edilməsi.
🔴 İslam hüququ qisası bir haqq kimi tanısa da, bağışlamağı daha üstün tutur.
🔺Qisasın tətbiq olunmadığı hallarda iki yol qalır:
▪️Diyə (Qan bahası): Zərərçəkmiş və ya onun ailəsi qisasdan imtina edib maddi təzminat tələb edə bilər.
▪️Əfv: Zərərçəkmiş tərəf heç bir qarşılıq gözləmədən cinayətkarı bağışlaya bilər (bu halda dövlət islah məqsədilə təzir cəzası verə bilər).
3.Təzir (taʿzir)
Quranda və Sünnədə dəqiq cəzası göstərilməyən əməllərə deyilir .
Cəzanı dövlət başçısı və qazi (hakim) müəyyən edir . Şəraitə, zamana və ictimai faydaya görə dəyişdirilə bilər .
Əslində gündəlik həyatımızı tənzimləyən qanunların böyük əksəriyyəti təzir kateqoriyasına daxildir.
İslam tarixində bu məsələnin ən açıq nümunəsi Xəlifə Ömər ibn əl-Xəttabdır.
Ömərin xilafəti dövründə
o, ilk dəfə həbsxana institutunu yaratdı, Mədinədə bir binanı alaraq onu həbsxana kimi istifadə etdi.
Bu, tamamilə ictimai zərurətə əsaslanan siyasi-hüquqi qərar idi.
Hz.Ömər fırıldaqçılıq, bazarda aldatma, ictimai asayişi pozan davranışlar və sairə əməllərə görə təzir cəzalarını tətbiq edirdi .

Ramazan ayının hilalı Səudiyyə Ərəbistanın Tumeyr bölgəsində müşahidə olunub.
Sabah — çərşənbə günü Ramazan ayının ilk günüdür.

✅ Ayın (Hilalın) görünməsində əhli sünnət məzhəblərinin rəyləri
🔅 Astronamik təqvimə əsaslanaraq günlər öncə hansısa dövlətin ,qurumun qabağcadan ramazanın başlaması və bitməsini elan etməsi etibara alınmaz !
Bu haqda icma var . ( https://t.me/antibidah/104 )
🛑 Lakin bəs əgər əgər bir ölkədə yaşayan müsəlmanlar ayı şəri baxımdan izləyərlərsə və görməzlərsə ancaq digər ölkədəki müsəlmanlar ayı izləyib görərlərsə bu halda nə etmək lazımdır ?
▪️CUMHUR ÜLƏMA bu haqda deyib:
إذا رأى أهلُ بلدٍ الهلالَ، فإنَّه يجِبُ الصَّومُ على الجميعِ مطلقًا، وهو مذهَبُ الجُمهورِ: الحَنَفيَّة ، والمالكيَّة ، والحَنابِلة
Əgər bir ölkənin əhalisi (ramazanın başlama və yaxud bitmə) hilalını görərsə oruc tutmaq ( və yaxud bayram etmək) HAMIYA VACİB OLAR .
Bu Hənəfi,Maliki və Hənbəli məzhəbinin rəyidir
📘Mənbə : dorar.net , Haşiya ibn abidin 2/393 ; əl insaf limərdəvi,3/193
Buna dəlil isə Uca Allahın bu sözünün ümumiliyidir :
“Kim sizdən aya (Ramazan ayına) şahid olarsa, onu (həmin ayı) oruc tutsun.” (Bəqərə, 185)
Bu xitab bütün ümməti əhatə edir. Əgər ayın (Ramazanın) daxil olması bir ölkədə sübuta yetərsə, hamıya onu oruc tutmaq vacib olar.
Həmçinin Əbu Hüreyrə (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur:
“Onu (ayı) gördüyünüz zaman oruc tutun.”
Bu hədis, müəyyən bir məkanla məhdudlaşdırmadan, mütləq görməyə əsaslanaraq bütün müsəlmanlara orucu vacib etmişdir.
◾️İkinci rəy : Şafi məzhəbindəki mötəməd rəyə görə isə digər ölkə yaxınlıqda (qonşu ölkə) olmalıdır . Uzaqda yerləşərsə onların görməsi kifayət etməz.
Digər az sayda alimlər isə hamının öz ölkəsi ilə getməsi baradə rəy bildirmişlər .
📘Mənbə: Əl Məcmu li nəvəvi ,
https://ferkous.com/home/?q=ahkam-6
Bu səbəbdən daha güclü və etibarlı olan hamının ( bütün müsəlmanların) eyni anda oruca başlamasıdır .
Ay görünübsə məkandan asılı olmayaraq hamı oruc tutmalıdır

Əfqanıstan İslam Əmirliyinin Mərkəzi Hilal Müşahidə Komitəsi hilalin göründüyünü və sabahın (Çərşənbə günü) Ramazanın ilk günü olduğunu elan edib.
🟢 İŞİD haqda qısa ...
İŞİD-ə (və ya İŞİDÇİLƏRƏ) görə:
🔴 Taliban mürtəddir
🔴 Həmas mürtəddir
🔴 HTŞ (Suriya höküməti) mürtəddir
🔴 Müsəlman Qardaşları mürtəddir
🔴 Dünyadakı bütün müsəlman hökumətlər istisnasız mürtəddir
🔴 Bütün bu qrupları dəstəkləyən və ya onlara qarşı açıq şəkildə çıxmayan hər kəs mürtəddir
🔴 Hətta onlara qarşı çıxanlar belə, əgər IŞİD-i aktiv şəkildə dəstəkləmirlərsə, yenə mürtəd sayılırlar
➖ İŞİD faktiki olaraq özünü “haqq üzərində olan yeganə qrup” kimi təqdim edir və özündən başqa demək olar ki, bütün müsəlmanları dindən çıxmış hesab edir.
Sonra da deyirlər bizə niyə xavaric deyirsiz 🤔
Əgər bu xəvariclik deyilsə bəs nədir ?

✅ Son 10 gecənin başlanğıcı
📙 Bu gün Ramazanın son 10 gecəsinin birincisidir.
📚 İmam İbn Qudamə belə demişdir:
Bu gecələrdə edilən dualardan biri də Aişə (Allah ondan razı olsun) vasitəsilə rəvayət olunmuşdur. O demişdir:
— Ey Allahın Elçisi, əgər mən Qədr gecəsinə rast gəlsəm, hansı dua ilə Allaha yalvarım?
Peyğəmbər ﷺ buyurdu:
اللَّهُمَّ إِنَّكَ عَفُوٌّ تُحِبُّ العَفْوَ فَاعْفُ عَنِّي
Oxunuşu:
Allahummə innəkə ‘afuvvun, tuhibbul-‘afvə, fə‘fu ‘anni.
Mənası:
Ey Allah! Həqiqətən Sən Bağışlayansan və bağışlamağı sevirsən. Məni də bağışla.
📖 Mənbə: “əl-Muqni”

“Qədr gecəsi Ramazanın son on gecəsində axtarılır. Tək gecələrdə onu tapmaq ehtimalı daha çoxdur. Onların içində isə ən çox ümid edilən gecə Ramazanın 27-ci gecəsidir.”
Bu gecələrdə edilən dualardan biri də Aişə (Allah ondan razı olsun) vasitəsilə rəvayət olunmuşdur. O demişdir:
— Ey Allahın Elçisi, əgər mən Qədr gecəsinə rast gəlsəm, hansı dua ilə Allaha yalvarım?
Peyğəmbər ﷺ buyurdu:
اللَّهُمَّ إِنَّكَ عَفُوٌّ تُحِبُّ العَفْوَ فَاعْفُ عَنِّي
Oxunuşu:
Allahummə innəkə ‘afuvvun, tuhibbul-‘afvə, fə‘fu ‘anni.
Mənası:
Ey Allah! Həqiqətən Sən Bağışlayansan və bağışlamağı sevirsən. Məni də bağışla.
📖 Mənbə: “əl-Muqni”
✅️ PEYĞAMBƏRİN HƏYATI ( 1-ci bölüm )
DÜNYANIN COĞRAFİ VƏZİYYƏTİ
➖️ Peyğəmbərin həyat və missiyasını əhatə edən sira, yalnız hadisələrin xronologiyası kimi deyil, həm də tarixi, sosial və mənəvi kontekstin dərindən anlaşılması tələb edən bir sahədir.
Cahiliyyət dövrünü (bilgisizlik və mənəvi qaranlıq dövrünü) anlamadan İslamın gətirdiyi nurun əsl dəyərini dərk etmək mümkün deyil.
Qurani-Kərim ənənəsi bu qanunu bizlərə dəfələrlə nümayiş etdirir:
Bəs son peyğambər gəlməmişdən öncə dünya necə idi ?
Bizans imperiyası Roma ənənələrini davam etdirərək ...
Ardı WATSAP KANALIMIZDA
↘️↘️↘️↘️↘️↘️↘️
https://whatsapp.com/channel/0029Vb8uHNYJf05gO3p91l1P/100

Musa peyğəmbərin missiyasından əvvəl Fironun despotik hakimiyyəti və cinayətləri ətraflı şəkildə təsvir olunur.
Bəs son peyğambər gəlməmişdən öncə dünya necə idi ?
Bizans imperiyası Roma ənənələrini davam etdirərək ...
Ardı WATSAP KANALIMIZDA
↘️↘️↘️↘️↘️↘️↘️
https://whatsapp.com/channel/0029Vb8uHNYJf05gO3p91l1P/100
✅️ PEYĞAMBƏRİN HƏYATI ( 2-ci bölüm )
ƏRƏB YARIMADASI
Məkkə İbrahim və İsmayıl peyğambərləri tərəfindən əsası qoyulmuş bir şəhər idi .
Ardı WATSAP KANALIMIZDA
↘️↘️↘️↘️
https://whatsapp.com/channel/0029Vb8uHNYJf05gO3p91l1P/101

🟩 *Kərbala hadisəsi !*
Muaviyənin ölümündən sonra oğlu Yezid xilafət məqamına gətirildikdə *bəzi önəmli sahabələr bu seçimlə razılaşmadılar* və Yezidə beyət etməkdən boyun qaçırdılar.
Bunların ən məşhurları *Abdullah ibn Ömər, Abdullah ibn Zübeyr və Hüseyn ibn Əli idi, Allah hər üçündən razı qalsın.*
Kufəlilər Hüseynə məktublar yazaraq onu Kufəyə dəvət etdilər.
ardı burada ⬇️⬇️⬇️
https://whatsapp.com/channel/0029Vb8uHNYJf05gO3p91l1P

🟩 Hz.Hüseynin döyüş öncəsi xütbəsi !
Əbu Mixnəf, Uqbə ibn Əbi-l-Ayzardan rəvayət edir ki, Hz.Hüseyn əl-Beyzə məntəqəsində öz səhabələri və əl-Hurrun (əsgərləri) qarşısında çıxış etdi.
O, Allaha həmd-səna etdikdən sonra dedi:
ardı ⬇️⬇️⬇️