Əli Novruzovun kanalı
Pelevinin trilogiyasının ikinci romanını da bitirdim. Birincidən daha çox bəyəndim. Pelevin yenə müasir Qərb kulturasını ölümcül ironiya atəşinə tutur, hətta dozanı artırır. Eyni dozada ölümcül ironiya anti-Qərb narrativləri də sağ buraxmır. Rusiya hökumətinin…
Bıkovun KGBT+ haqqında tənqidini də paylaşaq, tam mənzərə üçün. Bıkovun tənqidinin konteksti budur ki, Pelevin Rusiya-Qərb davasında tərəf tutmaqdan aşkar imtina edir, hər ikisini eyni bezin qırağı saydığı üçün. Buna görə Bıkov da Pelevinə dəhşət acıqlıdır, əsəbidir.
Главные новости в России и мире - RTVI
«Не то беда, Виктóр Пелевин, что ты не Сталин и не Ленин». Рецензия писателя Дмитрия Быкова на книгу Пелевина KGBT+
Писатель Дмитрий Быков рассказывает (без спойлеров) для RTVI, почему о новом произведении Пелевина, «обладающего даром хорошо писать всякую ерунду», в настоящее время «невозможно говорить всерьез».
ABŞ-da respublikaçıların praymerizində (ilkin seçkilərdə) Ron DeSantis seçki yarışını tərk elədi və öz tərəfdarlarını Trampa səs verməyə çağırdı. Onsuz da bir şansı yox idi, həm də siyasi ianələr toplaya bilmirdi. DeSantis haqqında deyirdilər ki, onun ən çılğın fanatı da onu ilk dəfə canlı görəndən sonra Trampa səs vermək qərarına gəlir. Seçkidə qaldı Tramp və Heyli. Niki Heyli də dayanmadan quş bıraxır və bu da seçicilərin acığına gəlir. Çox naşı, kal, yaşıl adam təsiri bağışlayır insanlara. Məsələn, onsuz da bir ovuc qaradərili respublikaçı qalıb, Heyli isə quldarlıq və irqçilik haqqında ehtiyatsız sözləri ilə onları özündən uzaqlaşdırır.
Keçən dəfə də soruşmuşdular ki, Ayovada vəziyyət yaxşı görünmür, nə fikirləşirsiz? Heyli də qayıdasan ki, Ayovanın nəticələrini Nyu Hempşirdə düzəldərik. Bu da ayovalıların xətrinə dəydi. Axı Ayova seçkiləri xüsusidir, insanlar qarda, soyuqda, şaxtada isti evlərindən çıxıb seçki məntəqələrinə gəlir, orada ictimai müzakirə aparır, yarım gün əsl xalq yığıncaqlarında namizədləri götür-qoy edib öz seçimini edir. Bəli, sayları lap 100 min olsun, amma kaliforniyalı tənbəllər kimi poçtla bülleten göndərmirlər. Xalq yığıncağında seçirlər namizədi. Ona görə Niki xanım Ayovada batırdı, üçüncü oldu.
İndi də bir qısa video-rolik gördüm, Nyu-Hempşirdə qocalarla dolu zalda Heyli soruşur ki, istəyirsiniz seçkidə bizim iki namizədimiz də 80 yaşlarında adamlar olsun? Əvvəlcə zala müdhiş sükut çökdü, sonra utancaq bir NOOO! eşidildi, qəfil kameraya düşməyən bir qadının səsi eşidildi, təxminən bu formada ki, ay qız, bir çön bura bax, we have senior citizens here, özünü düz apar, diqqətli ol, hörmətli ol! Niki xanım da dərhal götürdü malakeşi, amma nə qədər elədisə, nə üz, nə astar divara yapışmadı...

ABŞ-da respublikaçıların praymerizində (ilkin seçkilərdə) Ron DeSantis seçki yarışını tərk elədi və öz tərəfdarlarını Trampa səs verməyə çağırdı. Onsuz da bir şansı yox idi, həm də siyasi ianələr toplaya bilmirdi. DeSantis haqqında deyirdilər ki, onun ən çılğın…
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Sabah Nyu-Hempşirdə qətliam olacaq. Niki Heyli möcüzə göstərə bilməsə (bilməyəcək), seçki yarışında qalmağının da heç bir mənası yoxdur. Tramp bütün ştatları götürəcək, hətta Heylinin vaxtilə qubernator olduğu Cənubi Karolinanı da. Respublikaçıların müxalifətdə olanda keçirdiyi heç bir ilkin seçkilər belə alternativsiz olmamışdı.
MSNBC-nin ilkin ekzitpolu. Yekun ekzitpola görə respublikaçıların ilkin seçkisində səs verənlərin cəmi 49%-i respublikaçı (!!!) çıxdı, yerdə qalanları—bitərəflər və hətta demokratlar (!!!). Bir sözlə, Trampın qarşısını almaq üçün Nyu-Hempşir camaatı əlindən gələn hər şeyi elədi, indi gecələr rahat vicdanla yata bilərlər. Bitərəflər və demokrat kimi qeydiyyatdan keçməyən demokratlar axın-axın respublikaçıların ilkin seçkisinə getdilər, seçkidə rekord seçici fəallığı qeydə alındı, onlarla məntəqəyə əlavə bülleten göndərməli oldular, Tramp yenə də tank kimi əzdi keçdi. Amma Tramp üçün bir dənə pis xəbər var, Dartmut kollecinin yerləşdiyi Hanover rayonunda Heyli 85% ilə əzici qələbə qazanıb. Bundan əvvəl Ayova universitetinin yerləşdiyi qraflığı da uduzmuşdu. Yəni işlər belə getsə, tələbələr prezident seçkisində Trampa səs verməyəcək.
Əli Novruzovun kanalı
MSNBC-nin ilkin ekzitpolu. Yekun ekzitpola görə respublikaçıların ilkin seçkisində səs verənlərin cəmi 49%-i respublikaçı (!!!) çıxdı, yerdə qalanları—bitərəflər və hətta demokratlar (!!!). Bir sözlə, Trampın qarşısını almaq üçün Nyu-Hempşir camaatı əlindən…
Demokratların cəbhəsindən: Nyu-Hempşir seçkiləri günü Bayden və Harris də abort hüququnu təbliğ etmək üçün Virciniya ştatında böyük bir tədbir keçirirdi. Fələstinpərəst etirazçılar dayanmadan onun çıxışını kəsir, yerdən Genocide Joe və ceasefire qışqırırdılar. Mühafizəçilər ən azı 14 dəfə «şuluq» salanları zaldan çıxarmalı olub. Media da yarım-ürəklə, dişini dişinə sıxaraq bu xəbərləri verməli oldu. Sonra da Nyu-Hempşirdən canlıya qoşulan müxbirlər dedi ki, demokratların ilkin seçkisində (dünən formallıq kimi keçirilirdi) nə qədər adam bülletenlərə ceasefire—atəşkəs yazıb. Əgər bunu bir neçə TV kanalının müxbiri canlı efirdə deməyə məcbur oldusa, deməli bu etiraz kütləvi hal alıb.
Amerikan seçkilərində bu anomaliyanı mən də özüm üçün tam izah edə bilmirəm: ən azı mənim xatirimdə ilk dəfə hansısa bir xarici siyasət məsələsi amerikan seçkilərində məsələyə çevrilir. Normal hallarda bir xarici siyasət məsələsi amerikan seçkilərində bu qədər rol oynamalı deyil. Baydenin qocalığından və Harrisin təcrübəsizliyindən istifadə edən Blinken və Nuland cütlüyü ABŞ-ın xarici siyasətini inhisara alıb. Biri Qəzzada İsrailə yaşıl işıq yandırıb, o birisi də Ukraynada suları bulandırır. Hər iki hadisə də öz növbəsində Amerikanın daxili siyasətində demokratların reytinqinə mənfi təsir edir. Görün vəziyyəti hansı həddə gətirib çatdırıblar ki, İsrailinin tənqidini, Ukraynada sülhə çağırışları Dövlət Departamentinin diplomatlarından yox, Pentaqonun əliqanlı soldafonlarından eşidirik!

Azərbaycanın yerli və məhəlli ədəbi mühiti haqqında son maqazin xəbərlərini, şayiə və pərdəarxası söhbətləri bilmək istəsəz, gənc yazar Vüqarın kanalını izləyə bilərsiz. Şərif Ağayar hansı azərbaycanlı rejissora Nuri Bilgə Ceylansan dedi, hansı gənc yazarlar Anarın kabinetinin qapısında görüntüləndi, şair Aqşin axşam hansı qonaqlıqda idi—hamısı Vüqarın kanalında. Belədə isə, yüksək geopolitika və biopolitika ancaq bizim kanalda.
Tural, nə istəyirsən Fuaddan?! 😁 İkiniz də Ukrayna söhbətinə yolverilməz dərəcədə aludə olmusuz da. İkiniz də oturmusuz Kleşşeyevka kəndinin yanında, biriniz meşəbəyi komasının solundakı Ukrayna səngərindən canlı reportaj aparırsız, biriniz də sağındakı rus səngərindən. Göydən kəşfiyyat dronu uçanda da ukraynalılardan qabaq biz xəbər tuturuq sizin sayənizdə. Heç fikirləşmirsiz ki, mən Əhmədlidə yaşayan binəva neynirəm o dron xəbərini? Azərbaycan insanına empatiya ikinizdə də sıfır.
Telegram
Tural Həmid
Fuad Şərifov hələki inanmaq istəmir. Tofiq Şahmuradovdan köməklik gözləyir. Bir azdan Şahin Jeffrey Cəfərli və İbrahim Nəbioğlu da mövzuya qoşulacaq.
Bir də görürsən ki, şərhlər bölməsində kimsə peyda olur, başlayır admini asıb-kəsməyə. Açıb baxıram ki, kanalı izləmir amma... Haradansa gəlib, bir az havanı silkələyib yenə çıxıb gedəcək. Ona görə də bu gündən kanalda yeni qayda qoyuruq: kanalı izləməyənlərin şərhlərdə tənqid yazması qadağan olunur. Müddətsiz blok olunacaqlar. Bu gündən sonra bütün tənqidi şərhlərin müəllifləri izləyici siyahısı ilə yoxlanılacaq, kanalı izləməyənlər dərhal sanksiyaya məruz qalacaq. İmza. Möhür. Tarix.
Bu söhbətin gülməli tərəfi budur ki, Tarkovskinin Güzgü filmi 1975-ci ildə ekranlara çıxanda Mehriban Zəkinin 9 yaşı var idi. Görəsən Mehriban Zəki 7 yaşında Güzgü filminə necə, harada baxıb? Axı filmin çəkilişləri də 1974-cü ildə bitib ki, onda Mehriban Zəkinin 8 yaşı var idi...
Telegram
Vüqar Van
Offf, bu, bəlkə də, dünyanın ən unikal, ən inanılmaz videosudur. Mehriban Zəki deyir ki, Tarkovskiyə 7 yaşımda baxıb təsirlənmişəm. Hətta gopçu Ayaz Salayev belə dözməyib təəccüblənir, özünü itirir.
Hərdən bekar olanda Mehriban Zəkinin həyatını fikirləşirəm.…
Hərdən bekar olanda Mehriban Zəkinin həyatını fikirləşirəm.…
Forwarded from Fateh Səfərov
Elə fikirlər var, həmişə beyində fırlansa da, o fikirləri ən yaxın dostuna da deyə bilmirsən. İlk dəfədir ki, bir roman məndə belə şəxsi, məhrəm təəssüratlar yaradır. Müəllif özünü elə ustalıqla gizlədir ki, əsər boyunca izi-tozu da gözə dəymir. Öz həyat yoldaşının keçmiş həyatına duyulan qısqanclığın bir insanı hansı həddə aparıb çıxara biləcəyini bizə yüksək ironiya ilə göstərən Barnsın bu romanı bütün dostlara şiddətlə tövsiyə olunur.
Əli Novruzovun kanalı
Elə fikirlər var, həmişə beyində fırlansa da, o fikirləri ən yaxın dostuna da deyə bilmirsən. İlk dəfədir ki, bir roman məndə belə şəxsi, məhrəm təəssüratlar yaradır. Müəllif özünü elə ustalıqla gizlədir ki, əsər boyunca izi-tozu da gözə dəymir. Öz həyat yoldaşının…
Fateh burada incə bir məqamı tutub—həqiqi ədəbiyyat oxucuda elə məhrəm təəssüratlar yaradır ki, sonra onları sözə çevirib deyə bilmirsən, ya da çevirsən, bu dəfə deməyə adam tapmırsan. Belletristika yazanlar sınanmış texnikalarla oxucuda daha güclü, fərqli hisslər, emosiyalar oyada bilir, amma onlar tez də unudulur. Bir də var Barns kimi usta yazıçıların əsərlərindən qalan təəssürat. Hər dəfə The Only Story romanı yadıma düşəndə, hər şeyi qəfil başa düşdüyüm və üfiqdə dəhşətli faciənin sürətlə yaxınlaşdığını gördüyüm həmin məqamı bir də təkrar yaşayıram—bu ifadələr bir az sentimental çıxdı, üzrlü sayın, amma təəssüratımı buraya qədər sözlə ifadə edə bilirəm. Sonra da birdən şatzapın bildirişinin səsi gəlir, açıb baxırsan ki, bir tanış sənə link atıb ki, bəy, təzə hekayə yazmışam, möhtəşəmdir, mütləq oxu, fikrini bildir, gözləyəcəm.
Forwarded from Hacının kanalı
Bu il Almaniyanın Oskara namizədi, yekun beşliyə qalan "Müəllimlər otağı" çox yaxşı pedaqoq filmidir. Filmə baxanda müəllimin valideynin bütün etdiklərinə baxmayaraq uşağı itirməmək üçün əlindən gələni etməsini adam təqdir edir. Almaniyadakı struktural irqçiliyi də yaxşı yedirib hekayənin içinə. Müəllimlər izləsin, qalanları da kefləri istəyir izləsin. 😁
Keçən gün dostlarla bu tərcümədən söhbət düşdü, mən ingiliscə oxumuşam, tərcüməsinə heç baxmamışdım, indi açıb baxdım ancaq. Dəhşət!
Birinci cümləyə qaçaqmalla girən bu sarsaq sarsaq sözü nədir?! Lousy childhood—uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub?! Kind of crap—sicilləmə?! I don’t feel like going into it—vaymeee, köhnə palan içi tökmək! That stuff bores me—şit şeylərdən zəhləm gedir (elə ən böyük şitliyi sən eləmisən, Tehran müəllim). Anything pretty personal—bir iki qəşəng, gəlişixoş söz (ingilis dilini də yaxşı bilmirmişsən, Tehran müəllim). Sonra yenə mətnə qaçaqmal yolu ilə girmiş şayət (!!!) və hemorrhage—infarkt?! Burada dayandım, hövsələm daraldı. Elə bil bu kitabı Əkrəm Əylisovski kolxozda qışda yandırmaq üçün təzək kimi tutub, ilahi pərvərdigara!
Kim bu kitabı azərbaycanca oxuyubsa, yaddaşını sıfırlayıb təcili şəkildə təzədən ingiliscə oxusun. İngiliscə bilməyənlərin də Allah-təala özü köməyi olsun. 🙏

Keçən gün dostlarla bu tərcümədən söhbət düşdü, mən ingiliscə oxumuşam, tərcüməsinə heç baxmamışdım, indi açıb baxdım ancaq. Dəhşət! Birinci cümləyə qaçaqmalla girən bu sarsaq sarsaq sözü nədir?! Lousy childhood—uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub?!…
Hərdən zarafatla deyirəm ki, tək-tük aşkar istisnalarla bizim yazarların bütün yaradıcılığını cəmi bircə cümlə ilə—ayə, ayə, al bu pərpətöyünü, qulanjarı, ver nənöyün kətə qayırsın cümləsi ilə ifadə etmək olar. İndi başa düşdüm niyə! Sən demə, açırlar, məsələn, Selinceri, görürlər ki, Xolden bala Nyu-Yorkda təzək tutur, bunlar da elə bilirlər ki, əsl ədəbiyyat məhz bu cür olmalıdır. Hələ biri də təzəlikcə post-modernist roman yazıb, baş qəhrəmanın adı da Cıbı. Ümumiyyətlə, rusu, ingilisi bilməyən azərbaycanlı yazar ömrü boyu təzək tutmağa məhkumdur. Bu, faktdır, mülahizə deyil.