Əli Novruzovun kanalı
1.32K subscribers
1.15K photos
60 videos
4 files
999 links
Funksionalist məktəbin dekanı
Download Telegram
Nuri Bilgə Ceylanın quru otlar yellədən kinosundan bir video-rolik gördüm. Dostumuz vatsapda statusa qoymuşdu, oradan. Kinonun əsas obrazını Dostoyevskinin portretindən köçürüb, elə bilirəm Perovun çəkdiyi portretindən. Saçının rəngi, üz quruluşu, sifətinin tükləri. Sadəcə obraz bir az cavandır, bir də dövrə uyğun olaraq güllü qavayski köynəklər geyir. İndi kastinq vaxtı görəsən nə deyirmiş? Hayır, şu oyuncu iyi ama Dosto’ya benzemiyor...

Ümumiyyətlə, türkiyəli bacı-qardaşlarımızın Dostoyevski sevgisi böyük bir paradoksdur, izah edə bilmirəm özüm üçün. Axı F. M. müəllim mühafizəkar və dindar olub, dövlətçi olub, insanlara fərdi azadlıq və ya kollektiv qurtuluş vəd edən bütün ideologiyalarla (məs., liberalizm və ya sosializm) aşkar düşmənçilik edib. Onun dünyagörüşü teist ekzistensial baxışlardan ibarət bir sistemdir ki, insanın həyatı da, xoşbəxtliyi də, əzabı da, qurtuluşu da son nəhayətdə Allah-təalanın dərgahına aparmalıdır.

Aristoteldən Lütfizadəyə kimi gəlib-keçmiş bütün məntiq sistemləri deyir ki, Dosto akpartililərin stolüstü kitabı olmalıdır, Erdoğanın çıxışlarında ondan sitatlar səslənməlidir, daha türkiyəli ateistlərin, liberalların, solçuların, gopçuların sevimli yazıçısı olmalı deyil. Əgər Dostoyevskinin ideal dövlət konsepsiyası olsaydı (belə bir konsept bitkin halda yoxdur yazdıqlarında), iddia edirəm ki, Erdoğan Türkiyəsi onun ən yaxşı təqlidi olacaqdı. O qədər iddialıyam, dissertasiya da yazaram bu mövzuda, bir dənə sadəcə bu akademik ştuçkalardan başı çıxan assistentim olsun, yetər.
Əli Novruzovun kanalı
Nuri Bilgə Ceylanın quru otlar yellədən kinosundan bir video-rolik gördüm. Dostumuz vatsapda statusa qoymuşdu, oradan. Kinonun əsas obrazını Dostoyevskinin portretindən köçürüb, elə bilirəm Perovun çəkdiyi portretindən. Saçının rəngi, üz quruluşu, sifətinin…
Bu qeydimə ittihamlarla dolu passiv-aqressiv bir şərh gəldi dostumuzdan, həmin şərhdə deyilənlərə dair bir-iki mülahizəmi publik sizinlə bölüşmək istəyirəm.

Hansı əsasla təyin edirsiniz ki, türklər rus ədəbiyyatını, rus mədəniyyətini azərbaycanlılar qədər yaxşı bilə bilməz?

O əsasla ki, Azərbaycan mədəniyyəti rus dilini bilməyib türk dili vasitəsilə dünyaya açılan və bu yolla da bizim mədəniyyəti kökündən dəyişən yeni gənclərə qədər öz köhnə formatında rus-sovet mədəniyyətinin tərkib hissəsi idi. Ən azından, 92-yə kimi eyni dövlətin tərkibində olmuşuq, ətalətlə də 2000-lərin ortalarına kimi rus mədəniyyətindən qidalanmağa davam etmişik. Biz rus mədəniyyətinin içində olmuşuq, türkiyəlilər isə ona həmişə kənardan baxıb. Buna görə də türkiyəlilər rus ədəbiyyatını, rus mədəniyyətini azərbaycanlılar qədər yaxşı bilə bilməz.

Əslində bizim son sovet, ilk post-sovet nəslinə irad tutan siz növcavanlar bir dəfə də özlərini tənqid eləsələr, yaxşı olardı. Siz Azərbaycanı rus mədəniyyətinin təsir dairəsindən çıxardız (əcəb elədiz!), amma Azərbaycanın özünəməxsus mədəni sferasını yarada bilmədiniz, aparıb saldınız Türkiyə mədəniyyətinin içərisinə. Biz yenə, nə də olmasa, Rusiya müsəlmanları kimi bir şey idik, mədəni baxımdan Kazan, Volqaboyu tatarlarına ekvivalent sayılardıq. Siz isə mədəni baxımdan olmusuz qarslı, ığdırlı, ardahanlı, maksimum hataylı. Danışdığınız dil də nə türk dilidir, nə Azərbaycan dilidir, tərtəmiz Qars-Ərdahan ləhcəsidir.

Dostoyevski irticaçı olub deyə, ondan təsirlənməsin heç kim? Bu boyda Dostoyevskidən sonra yazılan əsərlər, ondan təsirlənib çəkilən filmlər zibilliyə atılmalıdır ki, Dostoyevski irticaçı olub?

Birincisi, kim deyir ki, Dostoyevski irticaçı olub? Ən azı, mən deməmişəm. Dostoyevski filosof deyil, amma onun teist ekzistensialist baxışlarının ekzistensializm, personalizm və s. fərqli fəlsəfi cərəyanların formalaşmasında rolu olduğunu deyir bəzi tədqiqatçılar. Bu baxımdan, Dostoyevskiyə irticaçı deyən də gərək məsuliyyətini anlasın, bir neçə kafedraya eyni vaxtda müharibə elan etdiyini düşünsün. İkincisi, kim deyir ki, Dostoyevskidən təsirlənib yazılan kitablar, çəkilən filmlər zibilliyə atılmalıdır? Ən azı, mən deməmişəm.

Bəs mən nə demişəm, ay vətəndaş? Gəlin funksional oxuyaq. 1. Dostoyevskinin dünyaya baxışı budur və budur. 2. Niyə türkiyəli liberallar və solçular Dostoyevskini belə sevir? Axı 1-ci bənddə göstərilənlər onların dünyagörüşü ilə daban-dabana ziddir? 3. Bu deyilənlər mənə görə paradoksdur, mən də bu paradoksu özüm üçün izah edə bilmirəm. İzahı olanlar buyursun. Çalışaq mövzudan kənara çıxmayaq, düppədüz mövzuya uyğun yazaq. Çünki mövzudan kənar söhbət başqa mövzudan kənar söhbəti çəkir, axırda da kanalın çatında olur vakxanaliya.
Əli Novruzovun kanalı
Bu qeydimə ittihamlarla dolu passiv-aqressiv bir şərh gəldi dostumuzdan, həmin şərhdə deyilənlərə dair bir-iki mülahizəmi publik sizinlə bölüşmək istəyirəm. Hansı əsasla təyin edirsiniz ki, türklər rus ədəbiyyatını, rus mədəniyyətini azərbaycanlılar qədər…
Burada yazdığıma görə də mən Seymur Baycanın Türkiyə və azərbaycanlılar haqqında tənqidlərinə qatılmıram. Etirazımı da yazılı şəkildə kiçik bir məktubda yazıb özünə göndərmişəm. Mənə görə müasir Azərbaycan mədəniyyəti artıq Türkiyə mədəniyyətinin tərkibində alt-mədəniyyətdir. Azərbaycanlılar da mədəni baxımdan qarslı, ığdırlı, ərzincanlı, ərzurumlu türkiyəlilərin ekvivalentidir. Danışdıqları, yazdıqları dil də nə türk, nə Azərbaycan dilidir, tərtəmiz Qars, Ərzurum, Ərzincan ləhcəsidir.

Keçən dəfə vatsapda statuslarda bir qəribə məclisdən şəkillər gördüm, maraqlandım ki, nədir bu, dedilər doğulacaq uşağın cinsiyyətinin elanı partisi. Bir də soruşdum ki, bəs ayıb deyil belə şeylər? Dedilər ki, türklərdən bizə keçib, indi vatsapda, Instagram-da hamı paylaşır. Sonra bir dəfə də küçədə toyun şahidi oldum, upper middle class ailə idi, gördüm yekə nağaralar gətiriblər gəlini evdən çıxarmağa. Dedim ki, mən belə nağara hələ görməmişdim, dedilər türklərdən bizə keçib, nağara deyil, davuldur, indi toylara davulcu aparmaq dəbdədir.

Cavan uşaqlarla oturanda da hiss edirsən ki, yadlaşmısan. Bütün söhbət Türkiyənin siyasi, iqtisadi, mədəni gündəliyi ətrafında gedir. Leskovu məsələn tanımırlar, amma hansısa Güntutmuş Dünolmuşun dünənki köşə yazısını gen-bol müzakirə edirlər. O söhbətlərə kurs olmaq üçün gərək yerindəcə açıb 20 dənə vikipediya məqaləsi oxuyum. Ona görə də reseptorları söndürüb varlığı təfəkkürə dalıram, onlar da hansısa Dünolmuşu müzakirə edir—açığı, mənim fikrim də onlara maraqlı deyil, niyə yalan deyim.

Seymura dediyim kimi, biz artıq norma deyilik, norma onlardır, biz normadan sapmayıq.
Keçən gün Vüqar Van öz kanalında Təvəkkül Boysunara sataşıb, o da Facebook-da Vüqara cavab yazıb (bilməyənlər üçün deyim, hər ikisi bizim Əkrəm Əylisovski adına kolxozun sıravi zəhmətkeşləridir). Dostlar dedilər ki, Təvəkkül öz yazısında sənin də adını çəkib, naqolay sözlər deyib; skrinşot atdılar, oxudum, amma məndən nə istədiyini heç cür başa düşmədim. Ümumiyyətlə, mənim axı bu söhbətlərə yaxından-uzaqdan nə dəxlim var?! Mənim adımı niyə çəkirsən?! Elə bil ki, yağışdan sonra təsadüfən kolxozun binasının qabağından keçirsən, çəkmələrinin boğazı nə qədər uzun olsa da, haradansa peyin qarışıq bir cıqqılı palçıq sıçrayıb düşür şalvarın balağına—indi Təvəkkül də məndə oxşar təəssürat yaratdı.
Forwarded from Vüqar Van
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Həmid ağanın səhhəti getdikcə yaxşılaşır🤲
Yanvar ayında kanalda tövsiyə etdiyimiz kitablardan bəziləri:

📌 Oxumağa vaxtı və lüksü olanlar üçün Knausqorun 3,600 səhifəlik altı cildlik romanı

📌 Mütaliəyə dalmaq istəyən entellər üçün Bayett

📌 Köhnələr üçün Pelevinin trilogiyası: şit birinci hissə, sentimental ikinci hissə və daydayı sizə təzədən sevdirəcək üçüncü hissə

📌 Magik realizm, kənd həyatı, İran Azərbaycanı və İran kinosu ilə maraqlananlar üçün Bəyəl əzadarları

📌 Müasir ərəb ədəbiyyatı ilə maraqlananlar və yığcam ailə saqası oxumaq istəyənlər üçün Ayın qızları

📌 Yeniyetmələr və yuxarı sinif məktəblilər üçün Badam

Bonus: dost kanalın tövsiyəsi—Culian Barns
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Bu ChatGPT yenə qanımı qaraltdı da. Adamın gözünün içinə baxa-baxa qırmızı-qırmızı yalanlar danışır, üzünə vuranda utanmır, adamla dilləşir, hələ bizim nəfis və lətif Əcəm və Qafqaz türkcəsində də ağzını əyə-əyə danışır.

Edit: hələ Nəriman Həsənzadə üçün də a rising young writer deyir, ona da indi fikir verdim. Kişinin 92 yaşı var.
Bunu da Perplexity AI-dan soruşdum, o da dedi ki, Tomas de Vaal Azərbaycan ədəbiyyatının klassikidir. 🤣
Elə suallar da var ki, onların cavabını ChatGPT yox, ancaq daydaylar bilir. Hacı doğrudan soruşub, sağ olsun ki, istinad da verib, bəlkə elə buna görə də, keçən dəfə, adi günlərin birində, heç gözləmədiyim halda, kürəyimə xəncər saplamaq cəhdini ona bağışlayaram, nə vaxtsa. Amma hələ tezdir.
Nyu-York trilogiyasının birinci romanını oxudum. İki və üçü oxumaq haqda şübhəyə düşdüm. Osterin Bruklin giclikləri romanını oxumuşdum, dəhşət politkorrekt, feel-good belletristika idi. İndi dəqiq bildim ki, Oster belletristdir, böyük ədəbiyyata dəxli yoxdur. Sadəcə piarçıları yaxşıca kül üfürüb camaatın gözünə.

Bu trilogiyanın ilk kitabı da mənə qeyri-adi təsir bağışlamadı. Bakıda şərti Naiq Babayev yazsaydı, 5 xaldan 5 verərdim. Amma Oster müəllim axı Rotun, Delillonun, Tarttın müasiridir. Bunları qurub quraşdıranda Limonov da Nyu-Yorkdaydı, Ediçkanı təzəlikcə buraxmışdı.

Yəni Osteri oxuduq, ondan söhbət düşəndə, чтобы не ударить лицом в грязь. Mən amma şəxsən öz təşəbbüsümlə Osterdən söhbət açmaram. Belə də. Normal. Belletristikadır. Bəlkə kiməsə maraqlıdır. Mənlik deyil. Çox quraşdırmaq istəyib, amma qurub-quraşdıra bilməyib.

Məncə Pelevinin belletristikası daha bitkin, daha orqanikdir; ən azı həyata, zamana, varlığa dair söhbətlərdə Pelevin daha dərinə baş vura bilir, Oster kimi suyun üzündə qalmır.
Tələbələrin arxivindən (2021)