“Xebermen” portalının rəhbəri, jurnalist Polad Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (“kars”) salındığı bildirilir.
Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova “Toplum Tv”yə məlumat verib.
Onun sözlərinə görə, aprelin 29-da digər məhbus Polad Aslanova hücum edib. Aslanova bildirir ki, hadisədən sonra həm hücum edən şəxs, həm də jurnalist 15 günlük “kars”a salınıb.

🤬2🥰1
AbzasMedia
“Xebermen” portalının rəhbəri, jurnalist Polad Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (“kars”) salındığı bildirilir. Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova “Toplum Tv”yə məlumat verib. Onun sözlərinə görə…
“Hücuma məruz qalan Polad Aslanovdur, amma niyə onu da ‘kars’a saldıqlarını anlamıram. Hazırda onunla əlaqə saxlaya bilmirəm və həyatından narahatam. Gün ərzində dəfələrlə Ombudsman Aparatı ilə əlaqə yaratmağa çalışmışam, lakin cavab ala bilməmişəm”, – deyə o qeyd edib.
Gülmirə Aslanova əlavə edib ki, mayın 1-də Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi Fikrət Qafarovun qəbulunda olub və ona məsələnin araşdırıldığı bildirilib.
Hadisə ilə bağlı Penitensiar Xidmət və digər aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.
Polad Aslanovun cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalması ilə bağlı iddiasına baxılması üçün aprelin 23-də Səbail Rayon Məhkəməsində proses keçirilib və məhkəmə şikayəti baxışa götürüb.
Polad Aslanov 2019-cu ilin noyabrında dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

🥰1🤬1
“Azadlıq haqqımı mənimsədilər və mənə qarşı ədalətlə davranmadılar. Haqq-ədalət nağıl oldu, böhtan gücü güclü çıxdı”
2023-cü ilin noyabrında müstəqil mediaya qarşı başladılan repressiya dalğası çərçivəsində həbs edilən informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert İlqar Əliyevin saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində vəfat etdiyi bildirilir.
Hökumətyönlü mediada yayılan xəbərlərdə İlqar Əliyevin xəstəlik səbəbindən öldüyü qeyd olunub.
Lakin “Abzas Media”nın əldə etdiyi məlumata görə, onun həbsxanada səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.
İlqar Əliyevin ölümü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Məlumata görə, o, həbsini “Abzas Media” və “Meclis.info” kimi media qurumlarına kibertəhlükəsizliklə bağlı verdiyi təlimlərlə əlaqələndirirdi.
https://shorturl.at/sPCXg

🥰1😢1
Media is too big
VIEW IN TELEGRAM
İnsan hüquqları və iqlim ədaləti sahəsində çalışan beynəlxalq hüquq müdafiəçisi Florian İrminger uzun illər Avropa, BMT, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında insan hüquqları, vətəndaş cəmiyyəti və beynəlxalq institutlarla bağlı fəaliyyət göstərib. Azərbaycandakı vəziyyəti də yaxından izləyib.
Florian İrmingerlə Azərbaycanda son 15 ildə repressiyanın necə dəyişdiyini, müstəqil media və vətəndaş cəmiyyətinin necə sıradan çıxarıldığını müzakirə edirik.
O, həmçinin Avropa İttifaqı və Avropa Şurasının susqunluğu, enerji maraqlarının insan hüquqları prinsiplərini arxa plana keçirməsi və beynəlxalq passivliyin Azərbaycanda cəzasızlığı necə gücləndirdiyi barədə danışır.
Videonun tam versiyasını izləyin: https://youtu.be/wWHe3s9NB7c

3 may Beynəlxalq Mətbuat Azadlığı Günüdür.
1993-cü ildə BMT Baş Məclisinin qərarı ilə təsis olunan bu gün Dünyada senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması, təzyiqlərə məruz qalan jurnalistlərə qarşı bu hərəkətləri edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır.
“Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq”ın son hesabatına görə, ölkədə siyasi məhbus sayılan 340 nəfərdən 31-i jurnalistlər və blogerlərdir. Onlardan 6-sı “Abzas Media”nın əməkdaşlarıdır.
Beynəlxalq Mətbuat Azadlığı Günü fonunda həbsdə olan abzasçıların Prezident İlham Əliyevə sualları var.
Elnarə Qasımova, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Ülvi Həsənli yazır.
Yazını tam oxumaq üçün: https://shorturl.at/RUAqJ

Həbsdə olan jurnalist Sevinc Vaqifqızı artıq ikinci ildir ki, beynəlxalq media qurumlarının hazırladığı ən təcili müdafiə tələb edən jurnalistlər siyahısına daxil edilir
“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının adı ikinci dəfə öz ölkəsində təqib olunan jurnalistlərin “10 ən vacib” (“10 Most Urgent”) siyahısına salınıb. Jurnalist ötən il də bu siyahıda yer almışdı.
3 May – Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində 40-dan çox qlobal media qurumu Vahid Azad Mətbuat Koalisiyası (One Free Press Coalition) çərçivəsində birləşərək həqiqəti ictimaiyyətə çatdırmağa çalışdıqları üçün təhdid olunan jurnalistlərə diqqət çəkmək məqsədilə bu siyahını açıqlayıb. Bu ilki “10 ən vacib” siyahısı dünyada “terrorizm” və ya “dövlət əleyhinə” ittihamlarla hədəf alınan jurnalistlərə fokuslanır.
https://shorturl.at/zPhEE

❤2
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin VIII sammitində çıxışı zamanı Ermənistan–Azərbaycan münasibətləri, regional kommunikasiyaların açılması və beynəlxalq sülh perspektivlərindən danışıb.
“Armenpress”in məlumatına görə, Paşinyan bildirib ki, gələcək sülh arxitekturası Vaşinqtonda keçirilən sammitin əsasını təşkil edib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın dəstəyi ilə sülh bəyannaməsi qəbul olunub, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri isə sülh və dövlətlərarası münasibətlərə dair sazişi paraflayıblar.
Baş nazir qeyd edib ki, tərəflər hazırda TRIPP - “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” layihəsinin həyata keçirilməsinə doğru irəliləyir.
https://shorturl.at/IpZuB

“Hürriyyət” qəzetinin və “HurriyyetTV” internet kanalının həbsdə olan baş redaktoru Vüqar Məmmədov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Teleqrafın” yazdığına görə, mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İclasda dövlət ittihamçısı Orxan Kəngərli cinayət işinin məhkəmə baxışına verilməsini xahiş edib. Zərərçəkmiş qismində tanınan şəxslərin nümayəndələri də bu mövqeni dəstəkləyiblər.
https://shorturl.at/Zqms0

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib.
“Toplum TV”nin məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə əvvəlcə təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev çıxış edib. O bildirib ki, saxlanıldığı Bakı İstintaq Təcridxanasında şikayətlərinə baxılmadığı üçün 5 gündür quru aclıq edir.
Babayevin sözlərinə görə, ötən prosesdən sonra təcridxana rəisi Elnur İsmayılovun qəbuluna düşmək üçün müraciət etsə də, bir həftədir bu, mümkün olmayıb və onu “yola verirlər”.
https://shorturl.at/G07aK

👎1
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında blokadada qalan xarici gəmilərin çıxarılması məqsədilə “Azadlıq Layihəsi” adlı missiyanın başladıldığını elan edib. O, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp bildirib ki, ABŞ bu təşəbbüs çərçivəsində boğazda qalmış gəmiləri müşayiət edərək onların təhlükəsiz şəkildə ərazini tərk etməsinə kömək edəcək. Onun sözlərinə görə, “dünyanın müxtəlif ölkələri ABŞ-dən öz gəmilərinin azad edilməsinə yardım göstərilməsini xahiş edib”.
O əlavə edib ki, söhbət “Yaxın Şərqdəki cari hadisələrlə əlaqəsi olmayan regionlara aid gəmilərdən” gedir və müşayiət missiyasını ABŞ və Yaxın Şərq ölkələrinin, “xüsusilə də İranın” iştirakı ilə həyata keçirilən “humanitar jest” kimi qiymətləndirib.
https://shorturl.at/O8W4i

Həftə ərzində Azərbaycan və Ermənistanın Avropa qurumları ilə münasibətlərində diqqətçəkən proseslər baş verib. Ermənistanın paytaxtı hazırda iki mühüm Avropa sammitinə ev sahibliyi edir və bu tədbirlər ölkənin müstəqillik tarixinin ən böyük beynəlxalq siyasi hadisələri hesab olunur. Azərbaycan isə Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələri dayandırdığını bəyan edib. Bununla yanaşı, rəsmi Bakı Praqa ilə hərbi, iqtisadi və enerji sahələrində əməkdaşlığı gücləndirir və ötən həftə konkret layihələrə imza atılıb.
https://shorturl.at/dJXmS
https://shorturl.at/dJXmS
👎1
İki saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar – iqtisadçı Fazil Qasımov və “Abzas Media işi” çərçivəsində həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıblar.
“Siyasi Məhbusların Müdafiə Komitəsi”nin təşəbbüs qrupu adından yazılan müraciətin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə diqqət çəkmək məqsədi daşıdığı bildirilir.
Məktubda həmçinin Azərbaycan hakimiyyətinin beynəlxalq öhdəliklərə əməl etməməsi nəticəsində yaranmış siyasi məhbus probleminin həlli üçün BMT rəhbərliyinin təşəbbüs göstərməsinə çağırış edilir.
Müraciəti oxuyun: https://shorturl.at/9HC5C

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran qüvvələri Hörmüz boğazında ABŞ-yə məxsus gəmilərə hücum edərsə, Tehran “yer üzündən silinəcək”. Bu barədə o, “Fox News”a müsahibəsində deyib.
Tramp Hörmüz boğazında ticarət gəmilərinin müşayiətini nəzərdə tutan “Azadlıq Layihəsi” çərçivəsində ABŞ-nin fəaliyyətlərindən bəhs edib və İrana yeni xəbərdarlıq ünvanlayıb. Onun sözlərinə görə, əgər İran bu bölgədə Amerika gəmilərinə hücum etməyə cəhd göstərərsə, “tamamilə məhv ediləcək”.
Müharibənin dayandırılması ilə bağlı danışıqların gedişinə münasibət bildirən Tramp iddia edib ki, İran tərəfi son vaxtlar “daha kompromisə meyilli” davranır.
ABŞ prezidenti “Azadlıq Layihəsi”nin başladığını mayın 3-də elan edib. Ertəsi gün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper bildirib ki, Amerika hərbçiləri İran tərəfindən buraxıldığı iddia edilən raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirib. Tramp əlavə edib ki, ABŞ qüvvələri bir neçə İran katerini də batırıb.

ABŞ və İsrailin İranla müharibəsi başlayandan sonra Tramp dəfələrlə Tehrana qarşı sərt bəyanatlar səsləndirib. Aprelin əvvəlində o, İranın Hörmüz boğazını açmaması halında “cəhənnəm” və “sivilizasiyanın məhvi” ilə hədələmişdi. Daha sonra, aprelin 8-də tərəflər arasında atəşkəs razılaşması əldə olunub.
“CNN” və “Fox News” qeyd edir ki, “Azadlıq Layihəsi” onsuz da kövrək olan atəşkəsi risk altına salır və hələ də Hörmüz boğazının blokadadan çıxarılmasına gətirib çıxarmayıb. İran rəsmiləri isə bu təşəbbüsü atəşkəsin pozulması kimi qiymətləndirərək, boğaza daxil olacaq ABŞ gəmilərinə hücum edəcəklərini bəyan ediblər.

Mayın 4-də “Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov barəsində cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Rüfət Səfərov dələduzluq, qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.
İttihama görə, o, Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq bəhanəsi ilə 60 min manat alıb, lakin nə torpağı təqdim edib, nə də pulu geri qaytarıb. Bildirilir ki, 2024-cü il dekabrın 3-də tərəflər arasında baş verən mübahisə zamanı Səfərov qarşı tərəfə xəsarət yetirib.
Hüquq müdafiəçisi isə bu iddiaları rədd edir. O bildirir ki, Natiq İmanquliyevdən pul almayıb və həbs olunana qədər onunla ümumiyyətlə görüşməyib. https://shorturl.at/OsO0m

2026-cı ilin əvvəlindən etibarən Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda azı 17 hərbi qulluqçu həyatını itirib. Bu ölümlər qeyri-döyüş itkiləri kimi qeydə alınıb.
Məlumatı “Abzas Media”ya Xəzər Hərbi Tədqiqatlar İnstitutu (XHTİ) təqdim edib.
Qurumun kütləvi informasiya vasitələri əsasında apardığı monitorinqə görə, cari ilin geridə qalan dövründə 3 hərbi qulluqçu müxtəlif xəstəliklərdən, 2 nəfər intihar nəticəsində, 5 nəfər avtomobil qəzasında, 2 nəfər bədbəxt hadisə nəticəsində, 1 nəfər isə ehtiyatsızlıq səbəbindən həyatını itirib. Daha 4 nəfərin ölüm səbəbi açıqlanmayıb.
“Həyatını itirənlərdən 12 nəfər Müdafiə Nazirliyinin, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Fövqəladə Hallar Nazirliyinin, 1 nəfər isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı olub.

Onların 3-ü əsgər, 2-si zabit, 2-si gizir, 3-ü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXQ), 2-si kursant olub. Qalan şəxslərin hərbi rütbəsini müəyyən etmək mümkün olmayıb”.
XHTİ-nin məlumatına görə, 2026-cı ilin bu günədək olan dövründə azı 5 hərbi qulluqçu avtomobil qəzaları nəticəsində xəsarət alıb.
İnstitut həmçinin qeyd edir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə itkilərin sayında artım müşahidə olunur. Belə ki, 2025-ci ilin mayın 5-dək olan dövründə 13, 2024-cü ilin eyni dövründə isə 11 hərbi qulluqçu həyatını itirmişdi.
Ümumilikdə, Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru 2024-cü ildə 51, 2025-ci ildə isə ən azı 43 hərbi qulluqçusunu itirib.

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mayın 5-də Azərbaycana səfər edib.
Aİ-nin Bakıdakı nümayəndəliyinin yaydığı məlumata görə, Kallas Azərbaycanın qurum üçün “dəyərli və etibarlı enerji tərəfdaşı” olduğunu vurğulayıb və Bakıda olmaqdan məmnunluğunu ifadə edib.
"Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi ortaq strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə açığıq. Əlbəttə, insan hüquqları ilə bağlı açıq və səmimi dialoq əməkdaşlığımızın ayrılmaz hissəsi olaraq qalır", o deyib.
Xəbərin davamı: https://shorturl.at/nXn9W

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Azərbaycandakı həbsxanalarda saxlanma şəraiti ilə bağlı səsləndirilən tənqidləri əsassız saydığını bildirib.
Bu barədə "Pravda. az"a danışan deputatın sözlərinə görə, bəzi hallarda məhbuslara təzyiq göstərilməsi ilə bağlı iddialar səsləndirilsə də, o, bu fikirlərlə razı deyil:
Əlizadə əlavə edib ki, son illərdə saxlanma şəraitində müəyyən irəliləyişlər müşahidə olunub. Deputatın fikrincə, həbsdə olan şəxslər müəyyən qaydalara əməl etməlidirlər. O, məhbuslara qarşı ciddi təzyiqlərlə bağlı məlumatların şişirdildiyini bildirib:

“Azərbaycan həbsxanalarındakı mövcud durumla bağlı müəyyən çağırışlar olur. Bəzən məhbuslara təzyiqlər edilməsi ilə əlaqədar fikirlər səsləndirilir. Mən bu fikirdə deyiləm. Həbsxananın öz rejimi var. Bu rejimin ayrı-ayrı məhbuslar üçün fərqli olduğunu düşünmürəm. Müxalifyönlü, yaxud fərqli düşüncəli insanlarla digər məhbuslar arasında fərq qoyulduğu fikrində deyiləm”.
Əlizadə əlavə edib ki, son illərdə saxlanma şəraitində müəyyən irəliləyişlər müşahidə olunub. Deputatın fikrincə, həbsdə olan şəxslər müəyyən qaydalara əməl etməlidirlər. O, məhbuslara qarşı ciddi təzyiqlərlə bağlı məlumatların şişirdildiyini bildirib:
“İstənilən halda, məhbuslara yönəlik ciddi təzyiqlərin olması barədə məlumata malik deyiləm. Bunlar müəyyən qədər şişirdilmiş məlumatlardır. Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şurada da dostlarımız var. Onlardan aldığımız məlumatlar da deməyə əsas verir ki, həbsxanalardakı vəziyyət normaldır. Ən azından həbsxana rejiminə uyğundur. Geniş anlamda həbsxanalarda saxlanılma şəraiti, eyni zamanda məhbuslara münasibətlə bağlı problemlər yox səviyyəsindədir”.
Bununla belə, yerli və beynəlxalq hüquq müdafiəçiləri və müstəqil jurnalistlər Azərbaycan həbsxanalarındakı şəraitin qeyri-insani olması, məhbuslara təzyiq və pis rəftar halları ilə bağlı məlumatlar verirlər. Bu mövzu beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında da dəfələrlə yer alıb.
“Abzas Media”nın əməkdaşları da daxil olmaqla həbs olunan jurnalistlər həbsxanalardakı saxlanma şəraiti, hüquqların məhdudlaşdırılması, tibbi xidmət və digər pozuntularla bağlı müxtəlif yazılar və açıqlamalarla çıxış ediblər. Onlar ölkədə penitensiar sistemdə şəffaflığın artırılması və məhbus hüquqlarının təmin olunması zərurətini vurğulayıblar.
🤬1