Topchubashov Center 🌐
1.21K subscribers
164 photos
33 videos
564 links
Bakıda yerləşən Topçubaşov Mərkəzi komandası hər gün dünya mediasının ən aktual analitik baxışlarını sizinlə bölüşür.
Download Telegram
🇦🇿🇦🇲 Rusif Hüseynov və Murad Muradov Ermənistana ikigünlük səfəri tamamlayıblar

13-14 fevral 2026-cı ildə Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov və direktor müavini Murad Muradov "Sülh körpüsü" təşəbbüsünün 3-cü görüşü üçün Ermənistanda səfərdə olublar.

Onlar Azərbaycan-Ermənistan sərhədini keçərək Ermənistana daxil olmuş və tədbirin baş tutduğu Tsağkadzora səfər ediblər.

13 fevralda baş tutmuş dəyirmi masada Rusif Hüseynov Azərbaycan-Ermənistan sülh prosesinin cari vəziyyəti və gələcək trayektoriyaları, Murad Muradov isə Cənubi Qafqazda təhlükəsizlik, sərhədlər və nəqliyyat mövzularında çıxış edib.

14 fevralda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ermənistan Xarici İşlər Nazirinin müavini Vahan Kostanyan ilə görüşlərdə Rusif Hüseynov və Murad Muradov regional məsələlər ilə bağlı suallar ünvanlayıblar.

Fevralın 14-də Azərbaycan nümayəndə heyəti Ermənistan-Azərbaycan quru sərhədini eyni məntəqədən keçərək geri qayıdıblar.
👍4🥴2
📢 Topçubaşov Mərkəzi Təcrübə Proqramı üzrə müraciətlərin qəbulunu elan edir!

🔗 Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edin: https://top-center.org/az/events/3868/topchubashov-center-announces-the-internship-program
"The National Interest" saytında dərc edilən məqalədə vurğulanır ki, dünya yeni və daha qeyri-sabit bir mərhələyə qədəm qoyur. Geosiyasi rəqabət güclənir, münaqişələr artır və beynəlxalq institutlara olan etimad azalır. Müəllif qeyd edir ki, əvvəlki qlobalizm modeli ilkin olaraq məntiqli və konstruktiv məqsədlər daşısa da, zamanla ideoloji ifratlara yuvarlanıb, məsuliyyətsiz inklüzivlik və mənəvi üstünlük iddiaları ilə bir çox cəmiyyətlərin etibarını itirib. Nəticədə dünya daha praqmatik, suverenliyə və milli maraqlara əsaslanan yanaşmaya doğru yönəlir. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası praktiki nəticələrə yönəlmiş addım kimi qiymətləndirilir və iqtisadi inkişaf vasitəsilə sülhün təmin olunması ideyası dəstəklənir.

Məqalədə əsas diqqət Qazaxıstanın dəyişən qlobal mühitdə öz mövqeyini necə müəyyənləşdirdiyinə yönəlib. Qazaxıstanın Prezidenti vurğulayır ki, beynəlxalq sistemdə artan qeyri-sabitlik və etimad böhranı fonunda Qazaxıstan praqmatik, suverenliyə hörmət edən və məsuliyyətə əsaslanan siyasət yürüdür. Ölkə ideoloji yanaşmalardan uzaq duraraq, real nəticələrə və milli maraqlara söykənən əməkdaşlıq modelini seçdiyini bildirir.

İqtisadi sahədə Qazaxıstan ABŞ ilə əməkdaşlığını genişləndirir. Ənənəvi enerji sektorundan əlavə, kritik minerallar, rəqəmsal infrastruktur, innovasiya və logistika kimi sahələrdə yeni layihələr həyata keçirilir. Ölkə Asiya ilə Avropanı birləşdirən əsas tranzit və logistika mərkəzinə çevrilməyi, eyni zamanda texnologiya və insan kapitalına əsaslanan modern iqtisadiyyat qurmağı hədəfləyir.

Daxili siyasətdə isə Qazaxıstan genişmiqyaslı institusional və konstitusion islahatlar aparır. “Güclü Prezident, Təsirli Parlament və Hesabatlı Hökumət” prinsipi əsasında idarəetmənin balanslaşdırılması nəzərdə tutulur. Yeni Konstitusiya üzrə referendum ölkənin siyasi modernləşmə kursunun mühüm mərhələsi kimi təqdim edilir. Ümumilikdə, Qazaxıstan özünü beynəlxalq öhdəliklərinə sadiq, sabitliyə üstünlük verən və etibarlı tərəfdaş kimi möhkəmləndirməyə çalışır.
4👍3
İranın İŞİD-K-ya dəstək verməməsinin səbəbi nədir?

"National Interest"da dərc olunan məqalədə müəllif bildirir ki, İranın İŞİD-in Xorasan qolu (İŞİD-K) ilə əməkdaşlıq etməsi barədə iddialar məntiqə uyğun deyil. O, Cozef Epşteynin İranın guya Azərbaycanda sabitliyi pozmaq üçün İŞİD-K-dan istifadə edə biləcəyi fikrini tənqid edir və bunun üçün real əsas olmadığını vurğulayır. Xüsusilə qeyd olunur ki, İŞİD-K 2024-cü ildə Kerman şəhərində baş vermiş və 90-dan çox insanın ölümünə səbəb olmuş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu hücum İran tarixində ən qanlı terror aktlarından biri sayılır və İranın belə bir qrupu dəstəkləməsi iddiasını zəiflədir.

Məqalədə həmçinin Tacikistanla İran arasında təhlükəsizlik əməkdaşlığının güclənməsinə diqqət çəkilir. Kerman hücumunun təşkilatçılarından və icraçılarından bəzilərinin tacik olması fonunda Tehran və Düşənbə terrorizmə qarşı birgə mübarizəni genişləndirib. 2019-cu ildən etibarən iki ölkə arasında münasibətlər yaxşılaşıb və İŞİD-K təhlükəsi onların yaxınlaşmasında əsas amillərdən biri olub. Bu fakt İranın İŞİD-K-nı regionda alət kimi istifadə etməsi iddiasına ziddir.

Müəllif vurğulayır ki, Azərbaycan İranla həmsərhəd ölkədir və Tehran üçün sərhədləri yaxınlığında radikal qrupların güclənməsi ciddi təhlükə yaradar. Buna görə də İranın Azərbaycanda İŞİD-K-nın fəaliyyətini təşviq etməsi öz təhlükəsizliyinə zidd addım olardı. Bundan əlavə, İranın rəsmi təhlükəsizlik qiymətləndirmələrində “təkfirçi” qruplar, o cümlədən İŞİD əsas təhlükələrdən biri kimi göstərilir.

Məqalədə İranın Talibanla münasibətlərinə də toxunulur və qeyd edilir ki, bu yaxınlaşma ortaq düşmən olan İŞİD-K ilə bağlıdır. İran Talibanı İŞİD-lə müqayisədə daha az təhlükəli hesab edir və hər iki tərəf İŞİD-K-ya qarşı mübarizədə maraqlıdır. Nəticə etibarilə müəllif hesab edir ki, İranın İŞİD-K ilə mümkün əməkdaşlığı barədə iddialar əsassızdır və bu cür yanaşmalar ABŞ-ın region siyasətinə və İranla aparılan nüvə danışıqlarına mənfi təsir göstərə bilər.
👍3
Topçubaşov Mərkəzi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir!
👍1
🇮🇷 Xamnəyidən sonra İran: Böyük bir qeyri-müəyyənlik - TƏHLİL

Məhəmməd Məmmədov

🔗 Təhlili oxumaq üçün - https://top-center.org/az/tehlil/3888/xamneyiden-sonra-iran-boyuk-bir-qeyri-mueyyenlik
6👍1🔥1
🇹🇷🇺🇸🇮🇱🇮🇷 Fevralın 28-də ABŞ və İsrailin həyata keçirdiyi koordinasiyalı zərbələr bölgədə uzun müddətdir gözlənilən genişmiqyaslı qarşıdurmanı reallığa çevirdi. Bu hadisələrə qədər Türkiyə üçün daha idarəolunan bir regional balans mövcud idi. Oktyabrın 7-dən sonra nisbətən zəifləyən İran Ankaraya Şimali İraq və Cənubi Qafqazda daha rahat hərəkət etmək imkanı verirdi. Lakin son hücumlar bölgədəki sabitliyi pozaraq daha gərgin və qeyri-müəyyən bir vəziyyət yaradıb.

Türkiyə nüvə danışıqlarının İstanbulda keçirilməsini təklif etmişdi. Ankara hesab edirdi ki, danışıqların burada və çoxtərəfli formatda aparılması hərbi eskalasiyanın qarşısını ala bilər və İran üçün əlavə siyasi təminat rolunu oynayar. Ancaq Tehran danışıqları Maskatda davam etdirməyi seçdi. Türkiyə rəsmilərinə görə, bu qərar diplomatik imkanları azaltdı və gərginliyin artmasına şərait yaratdı.

Münaqişənin mümkün təsirlərindən biri də İraq üzərindən yarana biləcək təhlükələrdir. İranın zəifləməsi fonunda qarşıdurmanın İraqa keçməsi ehtimalı artır ki, bu da Türkiyə üçün birbaşa təhlükə deməkdir. Xüsusilə PJAK kimi qrupların fəallaşması və bölgədə etnik gərginliyin artması Ankaranı narahat edir. Türkiyə Suriya ssenarisinə bənzər parçalanma riskinin qarşısını almağı prioritet hesab edir.

Bununla yanaşı, münaqişənin iqtisadi və humanitar nəticələri də ciddi narahatlıq yaradır. Enerji qiymətlərinin artması inflyasiyanı və xarici ticarət balansını çətinləşdirə bilər, turizm gəlirləri isə azala bilər. Ən böyük risk isə mümkün qaçqın axınıdır. Türkiyə sərhəd təhlükəsizliyini gücləndirir və eyni zamanda diplomatik kanalları açıq saxlayaraq gələcəkdə vasitəçi rolunu qorumağa çalışır.

https://www.turkiyetoday.com/opinion/why-turkiye-maintains-strategic-distance-during-iran-escalation-3215499?s=6
👍5👎1
SETA saytında İsrail və İran arasında baş verən münaqişənin siyasi və hərbi tərəflərini təhlil edir və tərəflərin məqsədlərini, imkanlarını və mümkün strategiyalarını izah edən məqalə dərc olunub. 28 fevral 2026-cı ildə ABŞ və İsrailin İranı hədəf alan hücumu regionda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Daha əvvəl gizli sabotaj və provokasiya üsulları ilə zəiflədilməyə çalışılan İran bu dəfə birbaşa hərbi əməliyyatlarla qarşılaşmışdır. Hücum nəticəsində İranın dini lideri Əli Xameneinin və digər yüksək vəzifəli şəxslərin öldürülməsi münaqişədə ciddi dönüş nöqtəsi yaratmışdır.

Siyasi baxımdan ABŞ üçün əsas motivasiyalar daxili siyasi təzyiqlər, İranın nüvə proqramı ilə bağlı təhlükə iddiası, Çinlə geosiyasi rəqabət və İsrailin təhlükəsizliyinin təmin edilməsidir. İsrail isə bu münaqişəni həm İranı əsas regional təhlükə kimi zəiflətmək, həm də daxili siyasətdə dəstək qazanmaq vasitəsi kimi görür. İran üçün isə əsas məqsəd rejimin davamlılığını və ölkənin ərazi bütövlüyünü qorumaqdır. Xameneinin ölümündən sonra ölkədə siyasi qeyri-müəyyənlik və daxili gərginlik daha da artmışdır.

Hərbi baxımdan ABŞ və İsrail böyük texnoloji və strateji üstünlüyə malikdir. ABŞ regiona iki aviadaşıyıcı qrupu, müxtəlif döyüş təyyarələri, strateji bombardmançılar, pilotsuz kəşfiyyat sistemləri və güclü hava müdafiə sistemləri yerləşdirmişdir. İsrail isə F-35 və F-15 təyyarələri, həmçinin Jericho raketləri və çoxqatlı hava müdafiə sistemləri ilə əməliyyatlarda iştirak edir. Bununla belə, uzunmüddətli müharibə ABŞ üçün logistika və siyasi baxımdan riskli hesab olunur.

İranın hərbi texnologiyası əsasən köhnə Qərb və Rusiya sistemlərinə, eləcə də daxildə hazırlanmış raket və pilotsuz sistemlərə əsaslanır. İranın hava qüvvələri zəif hesab edilsə də, raketlər, pilotsuz uçuş aparatları və asimmetrik müharibə üsulları onun əsas gücünü təşkil edir. Bundan əlavə, İranın Devrim Keşikçiləri, Besic qüvvələri və regiondakı müttəfiq qrupları münaqişədə əlavə təsir vasitəsi kimi istifadə edilə bilər.

Mümkün strategiyalara görə ABŞ və İsrail İranın nüvə proqramını və raket imkanlarını məhv etməyə, həmçinin daxili etirazları stimullaşdıraraq rejim dəyişikliyinə nail olmağa çalışa bilər. İran isə raket və pilotsuz hücumlarla cavab vermək, Körfəz regionunda enerji və təhlükəsizlik balansını pozmaq və Çin, Rusiya kimi ölkələrdən siyasi-hərbi dəstək almaq yolu ilə qarşılıq verməyə çalışa bilər. Bu səbəbdən münaqişənin gələcəyi həm hərbi əməliyyatların gedişindən, həm də İran daxilindəki siyasi proseslərdən asılı olacaq.

https://www.setav.org/abd-israil-ve-iran-kapasiteler-kabiliyetler-ve-hal-tarzlari
👍3
🇮🇷☢️ Xamnəyidən sonra İranda digər diqqət çəkən məqam yeni formalaşacaq siyasi hakimiyyətin nüvə məsələsinə yanaşması olacaq. Xamnəyi rəhbərliyinin son 25 ildə nüvə siyasətini fiasko saymaq olar. Bir tərəfdən, İranın nüvə proqramı ölkəyə ehtiyacı olan elektrik enerjisi təminatını həyata keçirə bilmədi. Digər tərəfdən, ölkəyə nüvə proqamına görə tətbiq edilən sanksiyalar və hücumlar qarşılığında nüvə silahı da əldə olunmadı. Nəhayət, nüvə proqramı və nüvə silahının əldə olunması çərçivəsində yaradılan strateji qeyri-müəyyənlik də İranın rəqiblərini birbaşa onun ərazisinə hücum etməkdən çəkindirmədi. Hər bir halda, Xamnəyinin nüvə silahı məsələsinə uzun illər ehtiyatlı yanaşması yeni rəhbərlik tərəfindən təkrarlanmaya bilər. Xüsusilə, demək olar ki, bütün caydırıcılıq mexanizmlərinin nəticə vermədiyi bir vaxtda nüvə silahına sahib olmaq həyati önəm kəsb edə bilər.

Məqalənin tam versiyası: https://top-center.org/az/analytics/3888/iran-post-khamanei-a-great-uncertainty
👍3
🔥 İranın Azərbaycana hücumu: Bəs bundan sonra? - Təhlil | Məhəmməd Məmmədov

🔗 Tam təhlili oxumaq üçün link: https://top-center.org/az/tehlil/3891/iranin-azerbaycana-hucumu-bes-bundan-sonra
👍31
🇦🇿🇮🇷 ABŞ-da yaşayan ekspert Kamran Buxarinin (Kamran Bokhari) son məqalələrindən biri əsasən Cənubi Qafqazın yeni geosiyasi əhəmiyyətini və Azərbaycanın bu prosesdə artan rolunu izah edir. Müəllif qeyd edir ki, ABŞ regiona yenidən qayıdır və xüsusilə Azərbaycanı İranla bağlı strateji siyasətində mühüm platforma kimi görür. Azərbaycanın coğrafi mövqeyi – Xəzərdən Avropaya uzanan enerji və nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi – onu Vaşinqton üçün dəyərli tərəfdaşa çevirir.

Məqalədə vurğulanır ki, 2020-ci il Qarabağ müharibəsindən sonra regionda qüvvələr balansı dəyişib. Türkiyənin Azərbaycana verdiyi dəstək İranı ciddi şəkildə narahat edib və Tehran artıq Bakı-Ankara yaxınlaşmasını öz maraqları üçün təhdid kimi görür. Eyni zamanda, Rusiyanın zəifləyən təsiri regionda yeni güc boşluğu yaradıb və ABŞ bu boşluğu doldurmağa çalışır.

Buxari hesab edir ki, İran üçün əsas problem nəqliyyat və ticarət marşrutlarının dəyişməsidir. Azərbaycan və Ermənistan ərazisindən keçəcək yeni dəhlizlər İranın regiondakı tranzit üstünlüyünü azalda bilər. Bu isə Tehranın həm iqtisadi, həm də geosiyasi təsir imkanlarını zəiflədir. Bu səbəbdən İran regiondakı proseslərə qarşı həssas və ehtiyatlı yanaşır.

Nəticə etibarilə, müəllif belə qənaətə gəlir ki, Cənubi Qafqaz artıq periferik region deyil, böyük güclərin rəqabət meydanına çevrilib. Azərbaycanın rolu isə xüsusilə ön plana çıxır: o, həm Qərbin İran siyasətində dayaq nöqtəsi, həm də Avrasiya əlaqələrinin əsas qovşaqlarından biri kimi formalaşır. Bu baxımdan “Tehrana gedən yolun Bakından keçməsi” ifadəsi Azərbaycanın artan strateji əhəmiyyətini simvolik şəkildə ifadə edir.

Məqalənin tam versiyası: https://townhall.com/columnists/kamran-bokhari/2026/03/14/the-road-to-tehran-runs-through-baku-n2672560#google_vignette
👍7
🌐 ŞƏRQƏ BAXIŞ: Ermənistan və Azərbaycan Mərkəzi Asiya əməkdaşlığından nə öyrənə bilər? | Gulkhanim Mammadova

📄 Saytımızda yayımlanan son məqalədə Mərkəzi Asiya ölkələrinin su, sərhəd, mədəniyyət və nəqliyyat kimi sahələrdə necə əməkdaşlıq etdiyini izah olunur. Onlar bu əməkdaşlığı böyük siyasi razılaşmalar olmadan, daha çox ortaq texniki ehtiyaclara əsaslanaraq qurublar. Məqalədə bu yanaşmanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün də faydalı ola biləcəyi vurğulanır.

🔗 Oxumaq üçün linkə daxil olun: https://top-center.org/az/hesabatlar/3905/serqe-baxis-ermenistan-ve-azerbaycan-merkezi-asiya-emekdasligindan-ne-oyrene-biler
👍3
📻 “Biz orta neytral xətlə hərəkət edən zaman irəlidəki düşmən səngərindən hündür səslə ermənicə nəsə dedilər. Aramızdakı döyüşçülərdən biri erməni dilini bildiyi üçün...” - TƏHLİL | 4 günlük müharibə (Aprel döyüşləri) | Tural Həsənqarayev

🔗 Tam təhlili oxumaq üçün: https://top-center.org/az/tehlil/3354/4-gunluk-muharibe-aprel-doyusleri
👍4