Sələfin Fəhmi
842 subscribers
524 photos
7 videos
1 file
529 links
Allah rəsulu ﷺ buyurur : “Mən sənin üçün necə də gözəl sələfəm”. “Muslim” 2450.
Dəyərli qrup üzvləri, qrupda paylaşılan məqalələr barəsində təklif və iradlarınızı aşağıdakı adresə bildirə bilərsiniz.
@Sarhad_Alizada
Download Telegram
{ ولا تفسدوا في الأرض بعد إصلاحها }

"Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin". (Əl-Əraf surəsi, 56).

İbn Qeyyim رحمه الله Uca Allahın bu ayəsi haqqında belə demişdir:

"Uca Allah yer üzünü rəsulu ﷺ ilə, dini ilə və Allahı təkləşdirmək əmri ilə islah etmiş və onu Allaha şərik qoşmaq və rəsuluna ﷺ müxalif olmaqla fəsada uğratmağı qadağan etmişdir".

"Bədiul fəvəid".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
"Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı". (Kəhf surəsi, 82-ci ayə)

İbn Abbas رضي الله عنهما bu ayə barəsində belə demişdir:

"O xəzinə nə qızıl, nə də gümüş idi. Orada içində elm olan səhifələr var idi".

"Mustədrək", 3434.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
İbn Qeyyim رحمه الله belə deyir:

"Müvəffəqiyyətin az olması, haqqın gizli qalması, zikrdə tənbəllik, məxluqata nifrət etmək, qul ilə Rəbbi arasında soyuqluğun olması və duanın qəbul olmaması günahlardan meydana gəlir".

"Fəvəid", səh. 32.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌙Ramazan ayına hazırlanmaq üçün evi bəzəməyin hökmü

Şeyx Fovzan حفظه الله deyir:

"Bunun dində heç bir əsası yoxdur. Bu, bidətdir".

🎙"Şeyxin Səs yazısından".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
http://T.me/Selefin_Fehmi
1 Ramazan hilalını görmək

Şeyx İbn Useymin رحمه الله demişdir:

"Kim yəqinliklə Ramazan ayının hilalını görərsə, bu barədə əmr sahibinə xəbər verməsi vacibdir. Həmçinin bu, Şəvval və Zil-Hiccə aylarının hilalını görənə də aiddir, çünki orucun, Ramazan bayramının və Həccin vacibləri (gərəkdirdiyi şeylər) hilala əsaslanaraq tərtib olunur".

"Məcəlisu Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
2 Ay daxil olmadan oruc tutulmur.

Şeyx İbn Useymin رحمه الله demişdir:

"Ramazan ayının daxil olması sabitləşməmiş oruc tutmaq vacib deyil. Ay daxil olmadan oruc tutulmur.

Peyğəmbərin ﷺ bu sözünə görə:

"Sizlərdən biriniz Ramazandan bir və ya iki gün öncə oruc tutmasın. O kəs istisnadır ki, onun boynunda tutulması vacib olan oruc var".

"Buxari", 1914.

"Məcəlisu Ramadan".

Qeyd: Tutulması vacib olan oruc dedikdə boynunda qəza, nəzir və kəffarə kimi oruclar olan şəxs nəzərdə tutulur.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
3. Ay məsələlərində hökumətə tabeçilik

Şeyx İbn Useymin رحمه الله demişdir:

"Əgər ayın girməsi hökumət tərəfindən radio və ya başqa bir vasitə ilə elan edilərsə, Ramazan və ya digər ayların girməsində və çıxmasında hökumətin elanına əsasən əməl etmək vacib olur, çünki hökumət tərəfindən edilmiş elan şəri (şəriətə müvafiq) dəlildir və ona əməl etmək vacibdir".

"📚 Məcəlisu Ramadan".
4 Ramazanın Fəziləti

Şeyxin ibn Useymin رحمه الله demişdir:

"Allah bu ümmətə Ramazanda beş xüsusiyyət vermişdir:

1) Oruclunun ağız qoxusu Allah qatında müşk qoxusundan daha gözəldir.

2) Oruclu iftarını açana qədər mələklər onun üçün bağışlanma diləyirlər.

3) Uca Allah Ramazanın hər günü qulları üçün Cənnəti bəzəyir.

4) Azğın şeytanlar zəncirlənir.

5) Bu ayın sonunda Allah Muhəmməd ﷺ ümmətini bağışlayır".

"📚Məcəlisu Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
5 Ramazanın fəzilətlərindən

Şeyx Useymin رحمه الله demişdir:

"Orucun fəzilətlərindən biri də odur ki, Uca Allah bütün ümmətlərə orucu yazmış (təqdir etmiş) və onlara vacib etmişdir".

Uca Allah buyurur:

{ یَـٰۤأَیُّهَا ٱلَّذِینَ ءَامَنُوا۟ كُتِبَ عَلَیۡكُمُ ٱلصِّیَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِینَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ }

Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə Allahdan qorxasınız. (Əl-Bəqərə, 183).

"📚Məcəlisu Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
6 Ramazanda Quran

Şeyx İbn Useymin رحمه الله demişdir:

"Quran oxumaq iki cürdür:

Birinci: hökmü oxunuş - o, Qurandakı xəbərləri təsdiq etmək, əmr olunanları yerinə yetirib qadağan olunanlardan çəkinərək Quranın əhkamlarını yerinə yetirməkdir.

İkinci: ləfzi oxunuş - o da Quranı üzündən oxumaqdır. Onun fəziləti haqqında da çoxlu nas (Quran və Sünnədən dəlil) gəlmişdir.

Peyğəmbər ﷺ buyurmuşdur:

"Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir". (Səhih Buxari).

"📚 Məcəlisu Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
7 Oruc tutanların qisimləri

Şeyx İbn Useymin رحمه الله demişdir:

"Oruc tutan insanlar bir neçə qismdir:

1) Ağlı başında, həddi-büluğa çatmış, oruc tutmağa qadir, yerli (səfərdə olmayan) və oruc tutmağa heç bir maneəsi olmayan müsəlman. Onun oruc tutması vacibdir.

2) Həddi-büluğa çatmamış uşaq. Ona oruc tutmaq vacib deyil.

3) Məcnun (ağlını itirən ruhi xəstə). Ona oruc tutmaq vacib deyil.

“Məcəlisu Şəhri Ramadan”
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
8 Oruc tutanların qisimləri

Şeyx İbn Useymin رحمه الله demişdir:

4) Sayıqlamaq həddinə çatmış (huşunu itirmiş) və ayırdetmə qabiliyyətini itirmiş yaşlı, qoca insan. Ona oruc tutmaq vacib deyil və orucun əvəzinə də heç kəsi yedirtmir. Onun halı həddi-büluğa çatmamış uşağın halı kimidir. Belə qocaların bəzən ağlı geri qayıdır, bəzən isə ağlı gedir. Bu cür qoca huşunu itirmədiyi, ağlı yerində olduğu hallarda oruc tutur.

5) Oruc tutmaqdan aciz olan, acizliyi davamlı olan kəs. Məsələn: Qoca və xərçəng xəstəsi kimi sağalması çətin olan və buna bənzər sağalmaz xəstələyi olan. Ona oruc tutmaq vacib deyil.

"Məcəlisu Şəhri Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
9 Oruc tutanların qisimləri
Şeyx İbn Useymin رحمه الله demişdir:

6) Səfərə çıxan kəs.
Lakin o şəxsin niyyəti hiylə gələrək oruc tutmamaq üçün səfər etmək olmamalıdır. Əgər sırf oruc tutmasın deyə səfərə çıxarsa, haram etmiş olar. Yox, əgər niyyəti hiylə gələrək oruc tutmamaq üçün səfərə çıxmaq deyilsə, belə halda istədiyi seçimi edə bilər. İstəsə, oruc tutar, istəməsə, tutmaz. Səfərdə olan oruc tuta bilməsə, tutmadığı orucları növbəti aylarda qəza edir.

“Məcəlisu Şəhri Ramadan”
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
10 Oruc tutanların qisimləri

Şeyx İbn Useymin رحمه الله demişdir:

7) Sağalması ümid olunan xəstə. Onun üç halı var:

1: oruc tutmaq zərər verməsə və çətinlik yaratmasa, ona oruc tutmaq vacibdir, çünki onun oruc tutmamasını icazəli edən bir üzrü yoxdur.

2: oruc tutmaq ona çətinlik yaradır, ağır gəlir, amma zərər vermir. Bu halda həmin xəstənin oruc tutması məkruhdur (bəyənilmir), çünki o, Allahın ona verdiyi icazəni (rahatlığı) istifadə etmir və özünə əziyyət verir.

3: əgər oruc tutmaq ona zərər verirsə, onun oruc tutması icazəli deyildir.

“Məcəlisu Şəhri Ramadan”
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
11 Oruc tutanların qisimləri

Şeyx İbn Useymin رحمه الله demişdir:

8) Heyz olan qadın. Onun oruc tutması haramdır. Tutmadığı orucları isə növbəti aylarda qəza edir. Nifas olan qadının da hökmü eynilə heyz olan kimidir.

9) Südverən və ya hamilə qadın özünə və ya övladına zərar gəlməsindən qorxarsa, oruc tutmur. Tutmadığı orucları isə növbəti aylarda qəza edir.

"Məcəlisu Şəhri Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
12 Oruc tutan insanların qisimləri

Şeyx İbn Useymin رحمه الله demişdir:

10) Batan, yanğının içində qalan və ya danığıntılar altında qalan məsum insanlara kömək etmək kimi zərurəti aradan qaldırmaq üçün yemək-içməyə ehtiyacı olan şəxs. Əgər onun həmin insanları qurtarmaq üçün gücünü yemək-içməklə toplamağa ehtiyacı varsa, başqa cür mümkün deyilsə, ona orucunu açmaq icazəlidir, hətta bu halda ona orucunu açmaq vacib olur, çünki müsibətə düçar olmuş məsum şəxsə yardım etmək vacibdir. Tutmadığı orucları isə növbəti aylarda qəza edir".

"Məcəlisu Şəhri Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
13 Orucun hikmətləri

Şeyx İbn Useymin رحمه الله demişdir:

1) Oruc - yemək, içmək və həyat yoldaşı ilə yaxınlıq etmək kimi nəfsi istəkləri və nəfsin sevdiyi şeyləri tərk etməklə qulun Allaha yaxınlaşmağa çalışdığı bir ibadətdir.

2) Təqva (Allah qorxusu) əldə etmək üçün vasitədir.

3) Oruc tutan adamın şəhvəti, nəfsi istəkləri azaldığı üçün qəlb fikir çəkməkdən, əndişədən azad olur, çünki şəhvətləri, nəfsin istəklərini diqqətə almaq qəflət gərəkdirir və ola bilsin, qəlbi sərtləşdirib haqqa qarşı kor edir.

"Məcəlisu Şəhri Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
14 Orucun hikmətləri

Şeyx İbn Useymin رحمه الله demişdir:

4) Varlı kimsə Uca Allahın ona verdiyi nemətlərin qədrini bilməyə başlayır.

5) Nəfsi möhkəmləndirməyə və onu idarə etməyə öyrəşdirir.

6) Nəfsi sındırır, onun təkəbbürlük etməsinə mane olur və sonda haqqa boyun əydirir.

"Məcəlisu Şəhri Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
15 Orucun hikmətləri

Şeyx İbn Useymin رحمه الله demişdir:

7) Oruc səbəbilə qan damarları daralır və beləcə də şeytanın insan bədənində gəzdiyi yer də daralmış olur, çünki şeytan insanın damarlarında gəzir. Nəticə olaraq oruc sayəsində şeytanın vəsvəsələri azalır və şəhvətin və qəzəbin şiddəti azalır, yüngülləşir.

8) Oruc tutan adam istər-istəməz yemək yeməyi azaltdığı üçün müəyyən müddətdə həzm sisteminin istirahət etməsi ilə bədənə zərər verən bir qisim rütubət və zərərli artıq maddələr dibə çökmüş olur və nəticədə sağlamlıq əldə olunur.

"Məcəlisu Şəhri Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Alləmə ibn Useymin (Allah ona rəhm etsin) demişdir:

🌙"Həqiqətən, ramazan ayı qənimətlər və qazanclar ayıdır. Ondan ibadət etmək, çoxluca namaz qılmaq, Quran oxumaq, zikr etmək, insanları əfv etmək, yaxşılıq etmək və düşmənçiliyi, aranızda olan nifrəti və kini yox edərək bu fürsətdən istifadə edin".

Diyaul Ləmi, 2/165
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi