Sələfin Fəhmi
843 subscribers
528 photos
7 videos
1 file
536 links
Allah rəsulu ﷺ buyurur : “Mən sənin üçün necə də gözəl sələfəm”. “Muslim” 2450.
Dəyərli qrup üzvləri, qrupda paylaşılan məqalələr barəsində təklif və iradlarınızı aşağıdakı adresə bildirə bilərsiniz.
@Sarhad_Alizada
Download Telegram
Allah rəsulu ﷺ belə demişdir:

"Əgər insanlar Əbu Bəkr və Ömərə tabe olsalar, doğru yolda olarlar".

"Muslim", 681.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Şeyx Saleh Ali Şeyx (Allah onu qorusun) belə demişdir:

"Tövhid kəlməsinə yalnız İbn Teymiyyə və ona tabe olanlar əhəmiyyət vermişdir", - deyə iddia edənlərin əksinə olaraq (deyirik ki), Tövhid kəliməsi sünnədə varid olan bir kəlmədir. Bu iddianı etmək böyük xətadır, çünki Tövhid kəlməsi sünnədə bir çox hədislərdə varid olmuşdur".

Səhih hədisdə belə buyurulur:

"Peyğəmbər ﷺ Tövhidlə (Allahı təkləşdirərək) səsini ucaltdı".

"Muslim", 1218.

Burada qəsd Peyğəmbərin ﷺ Tövhidlə (Allahı təkləşdirərək) "Ləbbeykə, Allahummə, ləbbeyk, ləbbeykə, lə şərikə ləkə, ləbbeyk, innəl-həmdə, vən-nimətə ləkə vəl-mulk, lə şərikə lək", - deyərək səsini ucaltmasıdır.

Mənası: Hüzurundayam, Allahım, hüzurundayam! Hüzurundayam, Sənin şərikin yoxdur, hüzurundayam! Həmd Sənədir. Nemət və mülk Sənə məxsusdur. Sənin şərikin yoxdur!

"Şərh Kəşfu Şubuhət", səh. 39.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Günahlar və unutqanlıq

Şeyx Muhəmməd ibn Saleh Useymin رحمه الله demişdir:

"İstiğfarı (Allahdan bağışlanma diləməyi) çoxaltmaq elmin unudulmasına və cahil olmağa səbəb olan günahların təsirini mütləq şəkildə aradan qaldırır. Necə ki Uca Allah buyurur:

"İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular". (Əl-Maidə, 13).

(Ayədən göründüyü kimi, İsrail oğullarının onlara öyrədilənləri unutmalarına səbəb gördükləri günah işlər idi).

Ona görə də bir kimsənin Allahın ona ilham verməsi, ruziləndirməsi və s. ona xeyir qapıları açması üçün İstiğfarı (Allahdan bağışlanma diləməyi) səbəb olaraq götürməsində heç bir qəbahət yoxdur".

"Kitabul Elm", 286.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Muvəzənət (tarazlıq) qaydası doğrudurmu?

Abdul-Əziz ibn Bəzdən رحمه الله soruşulur:

"Əhli Sünnə mənhəcinə görə bidət əhli və onların kitabları tənqid edildiyi zaman onların yaxşı və pis tərəflərini bəyan etmək vacibdirmi, yoxsa sadəcə pis tərəfləri bəyan edilir?

Şeyx belə cavab verir:

"Elm əhlinin sözlərindən bizə məlum olan odur ki, bidət əhlindən çəkindirmək üçün onların pis tərəfləri tənqid olunur və xətaya düşdüyü məsələlər bəyan edilir ki, o xətalardan çəkindirilsin.

Amma yaxşı əməllər isə onsuz da hamı tərəfindən bilinən, tanınan bir şeydir. Lakin cəhmiyyələr, mötəzilələr, rafizilər və s. onlara bənzər bidət əhlindən çəkindirməkdə məqsəd onların xətalarından çəkindirməkdir (bununla bərabər onların yaxşı əməllərinin də bəyan edilməsi deyildir)".

"Mənhəcu əhli-sünnəti vəl-cəmaə fi nəqdir-ricəl vəl-kutub vəl-tavaif", səh. 6.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
İbn Rəcəb (Allah ona rəhm etsin) demişdir:

"Şaban ayı sanki Ramazan ayının başlanğıcı olduğu üçün Ramazanda şəriət edilən oruc tutmaq və Quran oxumaq kimi əməllər Şabanda da şəriət edilib. Bu da Ramazan ayına hazırlıq görmək və onu qarşılamaq üçündür ki, bunun sayəsində nəfslər Rəhmana itaət etməyə vərdiş etsin (öyrəşsin)".

"Lətaiful Məarif", səh. 196.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Muvəzənət (tarazlıq) qaydası

Sual: Bəzi insanlar muvəzənətin (tarazlığın) vacib olduğunu deyirlər, yəni sən insanları bir bidətçinin bidətindən çəkindirdiyin zaman sənə vacibdir ki, ona zülm etməmək üçün onun yaxşılıqlarını da zikr edəsən. Bu, doğrudurmu?

Şeyx Abdul-Aziz İbn Bəz رحمه الله deyir:

"Xeyr, buna ehtiyac yoxdur. Ona görə sən əhli-sünnənin kitablarını oxusan, bidət əhlindən çəkindirməkdə olan məqsədin nə olduğunu taparsan".

"Mənhəcu əhli-sünnəti vəl-cəmaə fi nəqdir-ricəl vəl-kutub vəl-tavaif", səh. 7.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Aişə (Allah ondan razı olsun) demişdir:

"Allah rəsulu ﷺ bəzən o qədər çox oruc tutardı ki, hətta elə zənn edərdik ki, heç bir gününü oruc tutmadan keçirməyəcək. Bəzən isə o qədər az oruc tutardı ki, hətta elə zənn edərdik ki, oruc tutmayacaq.

"Səhih Buxari", 1969.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
🔵 Şaban ayının 15-ci gecəsi

Allah rəsulu ﷺ buyurmuşdur:

"Həqiqətən, Allah Şaban ayının 15-ci gecəsi qullarına nəzər salar, müşrik olandan və düşmənçilik edəndən başqa yaratdıqlarından hər bir kəsi bağışlayar".

"Silsilətus Sahihə Muxtəsara", 1563.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
İbn Rəcəb رحمه الله demişdir:

"Şaban ayı sanki Ramazan ayının başlanğıcı olduğu üçün Ramazanda şəriət edilən oruc tutmaq və Quran oxumaq kimi əməllər Şabanda da şəriət edilib. Bu da Ramazan ayına hazırlıq görmək və onu qarşılamaq üçündür ki, bunun sayəsində nəfslər Rəhmana itaət etməyə vərdiş etsin (öyrəşsin)".

"Lətaiful Məarif", səh. 196.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Alləmə Muqbil əl-Vədi رحمه الله belə demişdir:

"Müsəlmanları zəlil edən şey məhz günahlardır".

"Əs-Səməu Əl-Mubəşir", 49.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Ömər ibn Qeys رحمه الله demişdir:

"Xeyirli bir şey eşitdiyində ona əməl et ki, bir dəfə də olsa, onun (xeyir) əhlindən olasan".

"Əz-Zuhdu Li Əhməd ibn Hənbəl", səh. 223.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Media is too big
VIEW IN TELEGRAM
İbn Qeyyim رحمه الله belə deyir:

"İnsan nəfəslərinin sayı qədər Peyğəmbərə salavat etsə belə, yenə də onun (peyğəmbərin) haqqını ödəmiş olmaz".

"Cəlilul Əfhəm", səh. 344.

http://T.me/Selefin_Fehmi
İbn Qeyyim رحمه الله belə demişdir:

"Razılıq Allahın ən əzəmətli qapısı, dünyanın cənnəti, ariflərin istirahəti və (Allahı) sevənlərin həyatıdır".

"Mədəricus Səlikin", 2/172.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Şaban ayının 15-ci gecəsi

Allah rəsulu ﷺ buyurmuşdur:

"Həqiqətən, Allah Şaban ayının 15-ci gecəsi qullarına nəzər salar, müşrik olandan və düşmənçilik edəndən başqa yaratdıqlarından hər bir kəsi bağışlayar".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

Şeyx Albani (Allah ona rəhm etsin) demişdir:

"Hədisdəki müşrik: Allaha Onun Zatında və ya Sifətlərində və ya Ona ibadətdə şərik qoşan hər bir kəsdir.

Düşmənçilik edən isə: İbn Əsir demişdir ki, o, kin bəsləyərək düşmənçilik edib qarşılıqlı düşmən olan hər bir kəsdir.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

İmam Əvzai رحمه الله demişdir: Burada "düşmənçilik edən kəs" dedikdə nəzərdə tutulan: ümmətin camaatını parçalayan bidət sahibidir".

"Silsilətus Sahihə Muxtəsara", 1563.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
🌙Şaban ayının 15-ci gecəsini qeyd etmək

Şeyx İbn Bəz رحمه الله demişdir:

"İnsanların ortaya çıxartdığı bidətlərdən biri də Şaban ayının 15-ci gecəsini qeyd etmək, həmin gecəni oruc tutmaqla xüsusiləşdirmək bidətidir. Bu barədə istinad edəcəyimiz (əsas götürəcəyimiz) bir dəlil yoxdur. Həmin gecənin fəziləti barədə olan hədislər zəif hədislərdir. Onlara istinad etmək, dəlil kimi əsas götürmək icazəli deyildir.

Həmin gecədə xüsusi olaraq namaz qılmaq barədə varid olan hədislərə gəldikdə isə elm əhlinin əksəriyyəti bu hədislərin uydurma hədislər olduğu haqda xəbərdarlıq etmişdir. Cumhur alimlər Şabanın 15-ci gecəsini qeyd etməyin bidət olmasında ittifaq etmişdir. Həmin gecənin fəzilətli olmasına dair hədislərin əksəriyyəti zəif, bəziləri isə uydurmadır. Hafiz İbn Rəcəb (Allah ona rəhmət etsin) "Lətaiful Məarif" kitabında və başqaları öz kitablarında bu hədislərin zəif və uydurma olması haqda xəbərdarlıq etmişdir".

"Məcmul Fətəva vəl Məqalət Mutənəvviə Li Şeyx İbn Baz", 1/186.
▂▂▂▂▂

http://T.me/Selefin_Fehmi
İbn Teymiyyə رحمه الله تعالى demişdir:

"Din İmamları “Rəğaib" namazının bidət olması barədə ittifaq ediblər. Nə Peyğəmbər ﷺ, nə onun xəlifələri bunu sünnə etmiş, nə də ki, din imamlarından hər hansısa biri bu əməli müstəhəb saymışdır: Malik, Şafi, Əhməd, Əbu Hənifə, Sovri, Əvzai, Leys və başqaları kimi. O barədə rəvayət olunan hədis isə hədis əhlinin icması ilə uydurmadır. Həmçinin Rəcəb ayının ilk cüməsinin gecəsi qılınan namaz, Merac gecəsində qılınan namaz, Şaban ayının ortasında qılınan min rükət namaz, bazar və birinci günü və ya həftənin hər hansı bir günü qılınan namazlar olsun, fərq etməz, bunu bir qrup kitab yazarları “qəlbin yumşalması” fəsillərində gətirsələr də, hədis əhli arasında bu hədislərin uydurma olması barədə heç bir ixtilaf yoxdur və din imamlarından heç biri bunu müstəhəb görməmişdir".

Mu
slimdə Əbu Hureyradan رضي الله عنه gələn hədisdə Peyğəmbər ﷺ belə buyurmuşdur:
"Cümənin gecəsini qiyamla (gecə namazı), gündüzünü isə orucla xüsusiləşdirməyin (fərqləndirməyin)".

Məcmu
Fətava səh.135.