Sələfin Fəhmi
846 subscribers
522 photos
7 videos
1 file
526 links
Allah rəsulu ﷺ buyurur : “Mən sənin üçün necə də gözəl sələfəm”. “Muslim” 2450.
Dəyərli qrup üzvləri, qrupda paylaşılan məqalələr barəsində təklif və iradlarınızı aşağıdakı adresə bildirə bilərsiniz.
@Sarhad_Alizada
Download Telegram
35 QƏDR GECƏSİ

Şeyx Useymin رحمه الله demişdir:

4) O gecə mələklər yer üzünə enərlər. Mələklər yalnız xeyir, bərəkət və rəhmətlə enərlər.

5) O gecə insan Allaha itaət etdiyinə görə əzab və cəzadan uzaq olur, buna görə də o gecə əmin-amanlıq gecəsidir.

6) Allah o gecənin fəziləti haqqında qiyamətə qədər oxunacaq bütöv bir surə (Qədr surəsi) nazil etmişdir.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
36 Fitrə zəkatı

Şeyx İbn Useymin رحمه الله demişdir:

"Fitrə zəkatı böyük, kiçik, kişi, qadın, azad və ya qul olsun, hər bir müsəlmana fərzdir.

Abdullah ibn Ömər رضي الله عنهما demişdir:

"Allah rəsulu ﷺ kölə və azad, kişi və qadın, kiçik və böyük olan hər bir müsəlmana xurmadan və ya arpadan* (və ya onların mislində olan şeylərdən) bir saa** miqdardında fitrə zəkatı çıxarmağı əmr etmişdir".

"Buxari; Muslim".

*Fitrə zəkatını yerli camaatın yeyə biləcəyi qarabaşaq, mərcimək, makaron, kişmiş, xurma və s. bu kimi şeylərdən çıxartmaq olar.

**Saa: Peyğəmbərin ﷺ dövründə fitrə zəkatını ölçmək üçün istifadə edilən qabdır. İndiki hesabla o, təxminən dörd ovuc və ya iki kiloqram altı yüz qramdır.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
37 Fitrə zəkatında olan hikmətlər

Şeyx İbn Useymin رحمه الله demişdir:

Fitrə zəkatının hikməti kifayət qədər aydındır. O da kasıblara ehsan etmək, onların bayram günlərində insanlardan dilənmələrinin qarşısını almaqdır ki, beləcə onlar da varlılarla birlikdə bayram günlərində fərəhlənsinlər, sevinsinlər və bayram hamının bayramı olsun.
Həmçinin fitrə zəkatında comərd xasiyyətə sahib olmaq və köməkləşməyi sevmək də var. Fitrə zəkatı oruc tutan şəxsin oruclu olduğu vaxtlarda etdiyi naqislikləri, boş danışıqları və günahları təmizləyir. Bununla bərabər fitrə zəkatı çıxarmaqla insan Ramazan ayında oruclarını, gecə namazlarını tamamladığı üçün və Allahın ona asanlaşdırdığı saleh əməlləri edə bildiyi üçün Allahın verdiyi nemətlərə şükr etdiyini göstərmiş olur.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
38 Fitrə zəkatında olan hikmətlər

İbn Abbas رضي الله عنهما demişdir:

"Peyğəmbər ﷺ fitrə zəkatını oruclu üçün boş danışıqlardan və naqisliklərdən təmizlik və kasıblar üçün yemək olsun deyə fərz buyurmuşdur. Kim onu bayram namazından qabaq verərsə, onun zəkatı qəbuldur. Kim də bayram namazından sonra verərsə, o, sadəcə sədəqə sayılar (yəni fitrə zəkatı çıxarmış sayılmaz)".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
39 Fitrə zəkatı nələrdən çıxarılır

Şeyx İbn Useymin رحمه الله demişdir:

Fitrə zəkatı xurma, buğda, düyü, kişmiş, süzülmüş quru pendir və ya insanın yediyi bu kimi ərzaq növlərindən çıxarılır. Fitrə zəkatını yeyinti növlərindən olmayan paltar, ev əşyaları, qab-qacaq və ya hər hansı bir əşyadan çıxartmaq olmaz, çünki Allah rəsulu ﷺ onu ərzaq növlərindən çıxarmağı əmr edib. Ona görə də Allah rəsulunun ﷺ təyin etdiyi şeydən kənara çıxmaq olmaz.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
40 Fitrə zəkatı nələrdən çıxarılır

Şeyx İbn Useymin رحمه الله demişdir:

Həmçinin yeməyin qiyməti miqdarında puldan da çıxartmaq olmaz, çünki bu, Allah rəsulunun ﷺ əmr etdiyi şeyə qarşıdır. Çünki fitrə zəkatı təyin edilmiş bir növdən olan fərz ibadətdir. Fitrə zəkatını Allah rəsulunun ﷺ təyin etdiyi vaxtdan başqa vaxtda çıxartmaq icazəli olmadığı kimi onun təyin etdiyi növdən olmayan şeylərdən çıxartmaq da icazəli deyildir.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
İbn Ömər رضي الله عنه belə deyir:

"Allah rəsulu ﷺ bayram namazına evdən yeriyərək çıxar və yeriyərək evə qayıdardı".

"Səhih ibn Macə", 1078.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
"Allah rəsulu ﷺ bayram günü evdən təkbir edərək çıxar və namazgaha çatana, hətta namazı qılana qədər təkbirləri davam etdirərdi. Namazı bitirdikdən sonra isə təkbirləri dayandırardı".

"Silsilətu Əs-Sahihə", 171.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Əbu Səid əl-Xudri رضي الله عنه belə deyir:

"Allah rəsulu ﷺ bayram namazından əvvəl namaz qılmazdı. Namazdan evinə qayıtdıqda isə iki rükət namaz qılardı".

"Səhih ibn Macə", 1076.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Şəvval orucunu tutmağın ən üstün yolu nədir?

Şeyx Useymin (rahiməhullah) demişdir:

"Onu tutmağın ən üstün yolu bayramdan sonra birbaşa və ard-arda tutmaqdır".

"Əl-Fətəva", 15/390.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Şəvval orucunun tutulma qaydası

Şeyx İbn Baz (rahiməhullah) demişdir:

"Mömin Şəvval orucunu ay ərzində özü istədiyi kimi seçə bilər. İstəsə, əvvəlində, istəsə, ortasında və ya sonunda tuta bilər. Həmçinin istəsə, fərqli günlərdə və ya dalbadal tuta bilər".

"Əl-Fətəva", 15/390.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
http://T.me/Selefin_Fehmi
Bir il Şəvval orucu tutana hər il onu tutması vacib olurmu?

Şeyx Useymin (rahiməhullah) demişdir:

"Şəvval orucunu bəzi illər tutub bəzi illər tərk etməkdə heç bir qəbahət yoxdur, çünki o, fərz deyil, nafilə orucdur".

"Əl-Fətəva", 20/21.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Şəvval orucunun bidət olduğunu deyən olubmu?

Şeyx İbn Bəz (rahiməhullah) deyir:

"Bu söz batildir".

"Əl-Fətəva", 16/389.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Şəvval orucuna axşamdan niyyət etmək vacibdirmi?

Şeyx Useymin (rahiməhullah) demişdir:

"Şəvval orucunu tutan şəxs fəcrdən (sübh namazından) əvvəl niyyət etməlidir ki, bütöv günün savabını əldə etsin".

"Əl-Fətəva", 20/21.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Şəvval orucunu kəffarə orucundan əvvəl tutmaq icazəlidirmi?

İbn Bəz (rahiməhullah) demişdir:

"Vacib olan (məsələ) kəffarə orucuna cəld davranmaqdır. Şəvvalın altı gün orucunu kəffarə orucundan əvvəl tutmaq icazəli deyil, çünki Şəvval orucu nafilə, kəffarə orucu isə fərzdir. Onu da dərhal yerinə yetirmək vacibdir".

"Əl-Fətəva", 15/394.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Ramazandan qalan qəza oruclarını Şəvval orucu ilə birləşdirib (yəni dalbadal, arada məsafə buraxmadan) tutmaq olarmı?

İbn Bəz (rahiməhullah) demişdir:

"Doğru olan odur ki, bunda bir qəbahət yoxdur".

"Əl-Fətəva", 15/396.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Bu ayəyə görə dünya düzdürmü?

"Yerin necə döşədildiyini görmürlər?" (Əl-Ğaşiyə surəsi, 20)

Şeyx Sədi رحمه الله demişdir:

"Bil ki, dünyanın döşənməsi heç də onun dairəvi (kürə formasında) olması ilə ziddiyyət təşkil etmir. Onun ətrafını hər tərəfdən səma cisimləri əhatə etmişdir. Necə ki, buna nəql (Quran və sünnə), ağıl, hiss və müşahidə dəlalət edir. Xüsusən də, günümüzdə bu, əksər insanlar tərəfindən bilinən bir şeydir.

Hansı ki, insanlar (göyün ətrafını) Allahın onlara bəxş etdiyi uzaqda olan şeyləri yaxınlaşdırıcı cihazlar (teleskop və s.)  vasitəsilə bilirlər.

Bir yeri döşəmək olduqca kiçik bir şeyin kürə şəklində olması ilə ziddiyyət təşkil edər, hansı ki, həmin kiçik şey döşənsə, barəsində danışılası yumru bir tərəfi qalmaz.

Amma həddən artıq böyük və geniş olan dünya isə döşənmiş kürəşəkillidir. Və bu iki şey (döşənmək və kürəşəkilli olmaq) ekspertlər tərəfindən bilindiyi kimi bir-biri ilə ziddiyyət təşkil etmir".

"Təfsir surati əl-Ğaşiyə".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Ramazan orucundan qəzası qalan kimsə Şəvval orucunu tutarsa, ona savab varmı?

Şeyx ibn Useymin (rahiməhullah) demişdir:

"Şəvval ayının altı gün orucu yalnız Ramazan ayının orucunu tam şəkildə tutan insana savab qazandırır".

"Əl-Fətəva", 18/20.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Ramazan orucundan qəzası qalan kimsə Şəvval orucunu tutarsa, ona savab varmı?

Şeyx İbn Bəz (rahiməhullah) demişdir:

"Bu mövzuda zikr olunan hədisə əsasən vacib olan, Şəvvalın altı gün orucunu qaçırtsa belə, birinci olaraq qəza oruclarını tutmağa başlamaqdır, çünki fərz nafilədən öncə gəlir".

"Əl-Fətəva", 15/393.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
İbn Qeyyim (rahiməhullah) demişdir:

"Allahın qula olan razılığı cənnətdən daha böyükdür. Çünki razılıq Allahın sifəti, cənnət isə onun məxluqudur".

"Mədəricus Səlikin", 2/208.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi