Sələfin Fəhmi
842 subscribers
524 photos
7 videos
1 file
529 links
Allah rəsulu ﷺ buyurur : “Mən sənin üçün necə də gözəl sələfəm”. “Muslim” 2450.
Dəyərli qrup üzvləri, qrupda paylaşılan məqalələr barəsində təklif və iradlarınızı aşağıdakı adresə bildirə bilərsiniz.
@Sarhad_Alizada
Download Telegram
16 Oruc tutan şəxsin üzərinə vacib olan ədəblər

Şeyx İbn Useymin رحمه الله demişdir:

1) Oruc tutan şəxs Allahın və rəsulunun haram etdiyi bütün söz və əməllərdən çəkinməlidir. Yalan danışmaqdan çəkinməlidir. Ən böyük yalan isə Allaha və rəsuluna qarşı yalan danışmaqdır. O da elmsiz şəkildə harama halal, halal isə haram deyərək dediklərini Allah və ya rəsuluna nisbət etməkdir (Allah və rəsulundan gələn xəbər kimi deməkdir).

"Məcəlisu Şəhri Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
17 Oruc tutan şəxsin üzərinə vacib olan ədəblər

Şeyx İbn Useymin رحمه الله demişdir:

2) Qeybətdən çəkinmək. Qeybət - qardaşının sevmədiyi bir şey barəsində onun olmadığı yerdə (arxasınca) danışmağındır. Fərq etməz, istər arxasınca qınaq olaraq dediyin bu söz onun yaradılışında olsun; topal, təkgöz, korgöz kimi, istərsə də onun əxlaqında olsun; axmaq, səfeh və ya fasiq kimi.

3) Musiqidən çəkinmək, çünki musiqi haramdır.

"Məcəlisu Şəhri Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
18 Orucda müstəhəb əməllər

Şeyx İbn Useymin رحمه الله demişdir:

1) Səhur etmək. O, (oruc tutmaq məqsədilə) gecənin sonu, sübh namazı girməmiş yemək-içməkdir. Səhur adlanmasına səbəb səhər vaxtına təsadüf etməsidir. Peyğəmbər ﷺ buyurmuşdur: "Səhur edin, çünki səhurda bərəkət var". ("Buxari", "Muslim")

2) Səhuru fəcrin son vaxtına (sübh azanına) qədər gecikdirməyin sünnə olması.

"Məcəlisu Şəhri Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
19 Orucda müstəhəb əməllər

Şeyx İbn Useymin رحمه الله demişdir:

3) İftarı tezləşdirmək, yəni gün batdığı an gecikdirmədən iftar etmək.

4) Dua etmək. Peyğəmbər ﷺ buyurmuşdur: "Oruclunun iftar əsnasında etdiyi dua cavabsız qalmaz". ("İbn Macə")

Peyğəmbər ﷺ orucunu açarkən belə dua edərdi:

ذَهَبَ الظَّمَأُ وَابْتَلَّتِ الْعُرُوْقُ وَثَبَتَ اْلأَجْرُ إِنْ شَاءَ اللَّهُ

[Zəhəbəz-zaməu vəbtəllətil-uruq və səbətəl-əcru inşə Allah] "Susuzluq getdi və damarlar islandı. Allah istəsə, savab yazıldı".

"Məcəlisu Şəhri Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
20 Orucu pozan amillər

Şeyx İbn Useymin رحمه الله demişdir:

1) Cinsi əlaqə. İstər nafilə, istərsə də fərz oruc olsun, cinsi əlaqə orucu batil edir. Əgər cinsi əlaqə Ramazan ayının gündüzündə olarsa, onun kəffarəsi mömin bir qul azad etməklə bərabər altmış gün dalbadal oruc tutmaqdır. Əgər bunu etməyə gücü yetməzsə, altmış gün dalbadal oruc tutur. Şəriətə uyğun üzrlü səbəb istisna olmaqla (araya bayram günlərinin düşməsi, xəstəlik, oruc pozmaq niyyəti olmadan səfərə çıxmaq və s.) bu altmış gün kəffarə orucu dalbadal tutulmalıdır, arada boşluq olmamalıdır. Səbəbsiz yerə (üzrlü səbəb olmadan) bir gün belə orucu saxlasa, altmış gün yenidən oruc tutmağa başlamalıdır. Altmış gün oruc tutmağa gücü çatmayan şəxs isə altmış nəfər yoxsulu yedirtməlidir.

Qeyd: Lakin bunlar nafilə oruca aid deyil. Nafilə oruc tutan şəxs oruclu olduğu halda həyat yoldaşı ilə cinsi əlaqəyə girərsə, orucunu pozmuş olur, ancaq boynuna kəffarə orucu düşmür.

"Məcəlisu Şəhri Ramadan”
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
21 Orucu pozan amillər

Şeyx İbn Useymin رحمه الله demişdir:

2) İnsanın öz iradə və arzusu ilə (istimnə - masturbasiya etməklə və s.) qüslunu pozması.

3) Yemək, içmək və burun yolu ilə dərman qəbul etmək (həmçinin ağız yolu ilə də dərman qəbul etmək orucu pozur).

4) Bədəni qidalandırmaq üçün vurulan iynələr.

5) Qəsdən özünü qusdurmaq. Əgər özündən asılı olmadan qusarsa, orucu pozulmur, səhih sayılır.

6) Heyz və nifas qanının gəlməsi.

"Məcəlisu Şəhri Ramadan”
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
22 Orucu pozan amillərin üç şərti

Şeyx İbn Useymin رحمه الله demişdir:

"Əvvəldə keçən orucu pozan amillər oruc tutan şəxsin orucunu o zaman pozur ki, o, həmin orucu pozan amilləri bildiyi, xatırladığı halda və öz ixtiyarı ilə etmiş olsun. Bunun da üç şərti var:

"Məcəlisu Şəhri Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
23 Orucu pozan amillərin üç şərti

Şeyx İbn Useymin رحمه الله demişdir:

1) Bilərəkdən edərsə, oruc pozulur. Yox, əgər o, orucu pozan amillərdən cahil (xəbərsiz) olarsa, yəni bilməyərəkdən edərsə, orucu pozulmur. İstər o, şəriətdəki hökmdən cahil (xəbərsiz) olsun, məsələn: elə zənn edir ki, bu etdiyi şey orucu pozan şeylərdən deyil və onu edir, istərsə də vaxtdan xəbərsiz olsun, məsələn: sübh namazı girib, lakin insanın namazın girdiyindən xəbəri yoxdur, hələ də yemək yeyir. (Bilmədiyinə görə orucu pozulmur və oruc tutmağa davam edir).

“Məcəlisu Şəhri Ramadan”
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
24 Orucu pozan amillərin üç şərti

Şeyx İbn Useymin رحمه الله demişdir:

2) Xatırladığı, yadında olduğu halda edərsə, oruc pozulur. Yox, əgər unudaraq orucu pozan amilləri edərsə, unutduğuna görə orucu pozulmur, oruc tutmağa davam edir və qəza da etmir.

3) Öz ixtiyarı (istəyi) ilə edərsə, oruc pozulur. Yox, əgər öz ixtiyarı (istəyi) olmadan ikrah altında (kiminsə məcburiyyəti ilə) orucunu açarsa, orucu pozulmur, oruc tutmağa davam edir və qəza da etmir".

"Məcəlisu Şəhri Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
25 Ramazanın son on gününün fəziləti

Şeyx İbn Useymin رحمه الله demişdir:

"Səhih Muslim"də gələn hədisdə Aişədən رضي الله عنها rəvayət olunur ki, Peyğəmbər ﷺ Ramazanın son on günündə başqa günlərdən daha çox çalışardı. Həmçinin "Səhih Buxari və Muslim"də Aişədən رضي الله عنها rəvayət olunan hədisdə buyurulur ki, Peyğəmbər ﷺ Ramazanın son on günü girdiyində ibadətdə daha da şiddətli çalışar, gecəsini oyaq keçirər və ailəsini də (ibadət üçün) oyadardı.

"Məcəlisu Şəhri Ramadan".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
26 Ramazanın son on gününün fəziləti

Şeyx İbn Useymin رحمه الله demişdir:

Bu hədislərdə Ramazanın son onun gününün fəzilətinə dəlalət edən şeylərdən biri də odur ki, Peyğəmbər ﷺ bu mübarək gecələrin qədir-qiymətini bilsinlər deyə həmin gecələrdə ailəsini namaz qılmaq, zikr etmək üçün oyadardı, çünki bu gecələr ibadət etməyə layiq gecələrdir. Həqiqətən də, o, ömürdə bir dəfə olan fürsət və Allahın ﷻ müvəffəq etdiyi kimsə üçün bir qənimətdir. Bu dəyərli fürsəti əldən vermək ağıllı möminin nə özünə, nə də ailəsinə yaraşar. Bunlar sayılı gecələrdir. Ola bilsin, insan bu gecələrdə Rəbbinin əvəzsiz olaraq verəcəyi şeylərdən birini əldə etsin və o da onun dünya və axirətdə səadətinə səbəb olsun.

“Məcəlisu Şəhri Ramadan”
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
27 Ramazanın son on gününün fəziləti

Şeyx İbn Useymin رحمه الله demişdir:

Bu on günün xüsusiyyətlərindən biri də odur ki, Peyğəmbər ﷺ həmin günlərdə etikaf edərdi. Etikaf – özünü Allah ﷻ üçün ibadətə həsr edərək məsciddə qalaraq oradan ayrılmamağa deyilir və o, Quran və Sünnə ilə sabit olmuş (isbatlanmış) bir əməldir. Peyğəmbər ﷺ etikaf etmiş, həmçinin səhabələri də onunla birlikdə və o öldükdən sonra etikaf etmişlər. Əbu Səid Əl-Xudridən rəvayət olunur ki, Peyğəmbər ﷺ (ilk zamanlarda) Ramazanın ilk ongünlüyündə, sonrakı vaxtlarda orta ongünlüyündə, ən sonda isə axır ongünlüyündə etikaf etmişdir.

“Məcəlisu Şəhri Ramadan”
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
28 Ramazanın son on gününün fəziləti

Şeyx İbn Useymin رحمه الله demişdir:

Etikaf etməkdə məqsəd Allahın lütfünü, savabını və qədr gecəsinə nail olmağı arzulayaraq digər insanlardan uzaqlaşıb Allahın məscidlərindən birində özünü ibadətə həsr etməkdir. Buna görə də etikafda olan şəxsə yaraşan odur ki, zikr etmək, Quran oxumaq, namaz qılmaq və s. bu kimi başqa ibadətlərlə məşğul olsun, dünyəvi məsələlərdən danışmaq kimi özünə aid olmayan şeylərdən çəkinsin, lakin öz ailəsi və ya başqaları ilə məsləhət etmək üçün mübah məsələlərdən az bir miqdar danışmaqda heç bir qəbahət yoxdur.

“Məcəlisu Şəhri Ramadan”
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
29 Ramazanın son on gününün fəziləti

Şeyx İbn Useymin رحمه الله demişdir:

Etikaf edən şəxs məsciddən 3 halda çıxa bilər:

1) Təbii və şəri ehtiyaclara görə çıxmaq. Ayaqyoluna getmək, yemək-içmək, dəstəmaz, qüsl almaq və s. bu hallarda çıxmaq icazəlidir. Əgər bu şeyləri məsciddə etmək mümkündürsə, bu zaman məsciddən çıxmaq icazəli deyildir. Məsələn: məsciddə ayaqyolu və hamam varsa, orada qüsl və dəstəmaz ala bilirsə, həmçinin ona yemək-içmək gətirəcək bir kimsə varsa, artıq çıxmağa ehtiyac qalmadığı üçün məsciddən çıxmaq icazəli deyildir.

“Məcəlisu Şəhri Ramadan”
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
30 Ramazanın son on gününün fəziləti

Şeyxi ibn Useymin رحمه الله demişdir:

2) Xəstə ziyarəti, cənazədə iştirak etmək kimi üzərinə vacib olmayan ibadətləri etmək üçün çıxmaq. Bu halda çıxmaq icazəli deyildir.

3) Etikafa zidd olan bir iş üçün çıxmaq. Bu da alış-veriş, həyat yoldaşı ilə yaxınlıq etmək və s. kimi şeylərdir. Heç bir halda bu şeylərdən ötrü məsciddən çıxmaq olmaz, çünki bu şeylər etikafa zidd olan və onu pozan şeylərdir.

“Məcəlisu Şəhri Ramadan”
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
İbn Ömər رضي الله عنه iftar etdiyi vaxt belə deyərdi:

"Ey məğfirəti geniş olan Allahım, məni bağışla!"

📒 "Lətaifu əl-Məarif", 381.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
31 Ramazanın son on gününün fəziləti

Şeyx İbn Useymin رحمه الله demişdir:

Son ongünlüyün xüsusiyyətlərindən biri də bu günlərin içərisində min aydan daha xeyirli olan Qədr gecəsinin olmasıdır. Allah sizlərə rəhm etsin, bu son ongünlüyün fəzilətini bilin və onu zay etməyin, çünki o günlər vaxtları dəyərli və xeyirləri açıq-aydın olan günlərdir".

“Məcəlisu Şəhri Ramadan”
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
32 Qədr gecəsi

Həqiqətən, Biz (Quranı) Qədr gecəsində nazil etdik!
(Ey Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?
Qədr gecəsi min aydan daha xeyirlidir.
O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər bir işə görə (yerə) enərlər.
O gecə sübh açılanadək əmin-amanlıq olur.

(Qədr surəsi, 1-5-ci ayələr).
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
33 Qədr gecəsi

Şeyx Useymin رحمه الله demişdir:

"Bu dəyərli Qədr surəsində Qədr gecəsinin fəzilətinə dair bir çox şey vardır:

1) Uca Allah bəşəriyyətin doğru yol göstəricisi, dünya və axirət səadəti olan Quranı bu gecədə nazil etmişdir.

2) “Sən haradan biləsən ki, qədr gecəsi nədir?”- ayəsindəki sual o gecənin şəninin uca olmasına, həmçinin əzəmətli bir gecə olmasına dəlalət edir.

3) Qədr gecəsi min aydan daha xeyirlidir.

“Məcəlisu Şəhri Ramadan”.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
34 Qədr gecəsi

Şeyx İbn Useymin رحمه الله demişdir:

4) O gecə mələklər yer üzünə enərlər. Mələklər yalnız xeyir, bərəkət və rəhmətlə enərlər.

5) O gecə insan Allaha ﷻ itaət etdiyinə görə əzab və cəzadan uzaq olur, buna görə də o gecə əmin-amanlıq gecəsidir.

6) Allah ﷻ o gecənin fəziləti haqqında qiyamətə qədər oxunacaq bütöv bir surə (Qədr surəsi) nazil etmişdir".

“Məcəlisu Şəhri Ramadan”.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi