SOCAR
1.84K subscribers
4.78K photos
307 videos
662 links
SOCAR-ın rəsmi Telegram səhifəsi

https://t.me/joinchat/AAAAAFIacsprG2K0gW_4BQ
Download Telegram
👉Sosial şəbəkələrdə dələduzluqla məşğul olan səhifələrin şirkətimizə heç bir aidiyyatı yoxdur ❗️

Son günlər müxtəlif sosial şəbəkələrdə #SOCAR adından istifadə edərək, maddi maraq qarşılığında vətəndaşlara işə düzətmə və ya investisiya yatırma imkanları təklif olunur. Bəyan etmək istəyirik ki, dələduzluqla məşğul olan bu səhifələrin SOCAR-a heç bir aidiyyatı yoxdur, həmçinin şirkət onların verdikləri vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşları ayıq-sayıqlığı itirməməyə və sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq.
Qeyd edək ki, SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) şirkətin veb-saytının 👉(www.socar.az) “Karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur. Müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
SOCAR-ın “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsinin icrası ilə bağlı KİV nümayəndələri üçün zavoda təşkil edilmiş press-turdan hazırlanmış video hesabatı təqdim edirik.
Bu gün iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti dünyanın ən böyük terminallarından biri hesab olunan və beynəlxalq standartlara cavab verən Səngəçal terminalına səfər edərək, terminalın işinə yerində baxış keçirib, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə edib.

Terminalda nümayəndə heyətinin bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons və bp-nin regional rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib.
15 may tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu - 2022” keçirilib. 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən marafona SOCAR-ın 725 əməkdaşı da qatılıb. #küləyəqalibgəl #Bakımarafonu
#SOCAR-ın #Azərikimya İB-nin Etilen-Polietilen zavodunun modernizasiya və yenidənqurma layihəsində xarici həmkarları ilə bərabər çalışan Samir Səlimli uğurlu gənclərimizdəndir. SOCAR-ın Türkiyədəki müəssisəsi -#Petkim|də dəfələrlə istehsalat təcrübəsinə qoşularaq uğur qazanan Samir hazırda “Etilen-Polietilen” zavodunda baş mühəndisin yeni texnika və modernizasiya işləri üzrə müavinidir və istehsalat üzrə planlaşdırılan 6 yeni layihənin icrasında məsul şəxslərdən biridir. Gənc kimyaçı mühəndislərlə qürurluyuq!

#BizNeftçiyik #SOCARPR
#SOCAR hazırda 40 ölkənin 100-dən çox məntəqəsində Azərbaycan nefti və neft məhsulları ilə yanaşı, 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının ticarətini də uğurla həyata keçirərək əlavə iqtisadi dəyər yaradır.

2022-ci ilin 4 ayı ərzində SOCAR tərəfindən 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmi 14,65 milyon ton təşkil edib.

Cari ilin yanvar-aprel ayları ərzində SOCAR tərəfindən 2,01 milyard m3 LNG ticarəti həyata keçirilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% çoxdur. ⬆️

#LNG #neft #neftməhsulları #sərvətimizədəyərqatırıq
✔️#Neft mədənlərinin sahibi, 10 ildən çox bir zaman ərzində Bakı Şəhər Dumasının üzvü olan Əjdər bəy Aşurbəyovun vəsaiti hesabına 1912-ci ildə Bakıda Göy Məscid tikilib. Sovet hakimiyyətinin ilk illərində ibadət evi əsgər kazarması kimi istifadə olunub. Dini məbəd kimi fəaliyyətini isə 1944-cü ildə yenidən bərpa edib.