Ruhullah Novruzzadə
154 subscribers
47 photos
18 videos
3 files
139 links
Kanalda paylaşılan əsas mövzular:

🔹İslami idarəçilik
🔹Hüquq
🔹Mənəviyyat
🔹Ailə və uşaq məsələləri
🔹Sosiologiya
🔹Motivasiya, fərdi inkişaf və psixologiya

@RuhullahNovruzzade
Download Telegram
Forwarded from "Mizan" Maarif Mərkəzi
Əziz dostlar! Sizi, Müqəddəs Qurban Bayramı ərəfəsində "Dinimiz Gözəldir” adlı sənət, yaradıcılıq müsabiqəsində iştirak etməyə dəvət edirik. Müsabiqədə rəsm, əl işi, xəttatlıq sahələri üzrə qabiliyyəti olan 30 yaşınadək olan hər kəs iştirak edə bilər . Məqsədimiz yaradıcılıq bacarığı olan gənclərimizi milli-mənəvi dəyərlərimizə rəğbətləndirməkdir. İşlərin təqdim olunmasının son tarixi 20 iyun2022. Qalibləri müxtəlif dəyərli hədiyyələr gözləyir. Əlaqə nömrəsi 0515701266 (vatsap, teleqram)
Əziz izləyicilər, salam!

Qarşıdan gələn #Qədrxum bayramıyla bağlı hamımıza bərəkətli günlər arzu edirik. Allaha həmd olsun ki, bizi Hz. Əlinin (ə) vilayətində qərar vermişdir!
Bildiyiniz kimi Qədrxum bayramı günündə insanlara yemək paylamaq təkidlə vurğulanan bir əməldir. Bayram günü təşkil olunacaq ehsan kompaniyasına qoşulmaq istəyənlər aşağıdakı bank hesabına öz ianələrini yollaya bilərlər. Allah hamımızdan qəbul etsin!

Ruhullah Novruzzadə - 0509708849

Milliön aparatı
Bank xidmətləri
Unibank
Karta online medaxil
Kartın son 8 rəqəmi / Bütün rəqəmləri: 4098-0944-2038-2119
Etibarlıdır: 09.22
Allaha həmd olsun!
Məşruiyyət və məqbuliyyət

"Məşruiyyət" qanunilik, rəsmilik, legitimlik, "məqbuliyyət" isə xalq tərəfindən qəbul olunmaq və dəstəklənmək mənasında istifadə olunur. Bütün ideologiyalar (istər dini olsun, istərsə də dünyəvi) insanlar üçün təyin olunan başçıların həm qanuna uyğun formada seçilməsinə, həm də xalq tərəfindən dəstəklənməsinə önəm verir. Yəni onlar üçün həm məşruiyyət önəmlidir, həm də məqbuliyyət. Bu ikisindən biri olmazsa işlər düzgün qayda və relslər əsasında irəliləməz və cəmiyyət lazım olan hədəfə çatmaz.
Ruhullah Novruzzadə
Məşruiyyət və məqbuliyyət "Məşruiyyət" qanunilik, rəsmilik, legitimlik, "məqbuliyyət" isə xalq tərəfindən qəbul olunmaq və dəstəklənmək mənasında istifadə olunur. Bütün ideologiyalar (istər dini olsun, istərsə də dünyəvi) insanlar üçün təyin olunan başçıların…
Son günlər məscid axundlarının fəaliyyətlərinin dondurulması və yeni axundların təyin olunma məsələsi ölkəmizdə müzakirə olunan əsas mövzulardandır. Qərara əsasən, dini təhsili olmayan məscid axund və xətibləri kimliklərindən asılı olmayaraq postlarından kənlarlaşdırılacaq və onları, təsdiqlənmiş və imtahandan keçmiş şəxslər əvəzləyəcək. Bu qərar məsələnin legitimlik və məşruluq hissəsi üçün olduqca dəqiq və yerində atılmış addım hesab olunur. Bəli, digər sektorlarda olduğu kimi dini sahədə də təhsili olmayan şəxs məscidləri idarə etmək və insanlara nəsihət vermək hüququndan məhrum edilməlidir. Biz də bu məsələylə iki əlli razıyıq. Lakin məsələ burasındadır ki, bu qərar qəbul olunarkən işin məqbuliyyət faktoru diqqətdən kənar qalıb. Xüsusi ilə dini məsələlərlə bağlı seçilən məsul şəxs hökmən xalq və əhali tərəfindən dəstəklənməli və məqbul hesab olunmalıdır. Əhalinin etibarını qazana bilməyən, onların dəstəyindən məhrum qalan şəxs öz dini və ictimai missiasını necə yerinə yetirə bilər?

"Bəs nə etməli? Alternativ həll yolları varmı?"-deyə soruşulsa belə cavab vermək mümkündür:

Bu balansı qorumaq, yəni axundların fəaliyyətinin həm qanuni, həm də xalqın dəstək və razılığına söykənmiş halda davam etməsi üçün bir çox çıxış yolları mövcuddur. Misal üçün hazırda məscidlərdə fəaliyyət göstərən, rəsmi olmasa da köklü və dolğun dini savadı olan, insanlara bugünədək düzgün təfəkkürü aşılaya bilən eyni zamanda da əhalinin etibarını qazanmış məscid axundlarına qısa müddətli təlimlər keçirilsin və həmin müddətin sonunda onlardan imtahan alınaraq, fəaliyyətlərinə davam etmələrinə şans yaradılsın. Belə olan halda məsələ hər baxımdan xalqımızın xeyrinə bitmiş olacaqdır.

Sizlər də bu məsələnin daha xeyirli formada həll olunmasıyla bağlı təkliflərinizi rəy bölməsinə əlavə edə bilərsiniz.

Allah bu və bütün mövzuları xalqımızın xeyirinə həll etsin!
Əziz şəhidlərimizin ruhunu biz tərəfdən şad etsin!
Bizləri o əzizlərin xidmətlərini tamamlamaqda müvəffəq etsin!

Ruhullah Novruzzadə

https://t.me/RuhullahN
Salam əziz dostlar,

Ruhullah Axundzadə qardaşla əlaqə saxladıq və Allahdan balası üçün şəfalar dilədik. Qardaşın övladının əməliyyatı üçün 35 min dollar pul lazımdır. Almaniyadan olan həkimin sözünə görə, bu əməliyyatdan sonra bir neçə əməliyyat da lazım ola bilər. Hansı ki, onların ümumən qiyməti 230 min azn təşkil edir. Lakin bu hələ ehtimaldır və dəqiqi ilk əməliyyatdan sonra məlum olacaqdır. Yaxşı olar ki, paylaşmaq istəyənlər ilkin olaraq məhz 35 min dolların toplanılmasını insanların diqqətinə çatdırsınlar.
Digər tərəfdən həkim, əməliyyatın cari ayın 18-dək keçirilməsini məqsədə uyğun hesab edir, lakin "əməliyyat olunmasa uşaq öləcək" kimi ifadələr həkimə məxsus deyil. O sadəcə olaraq uşağın səhhətini nəzərə alaraq əməliyyatın qeyd olunan tarixdə keçirilməsini münasib görüb.

Allahdan xəstələrimizə, xüsusən əziz qazilərimizə şəfa diləyirəm! Məsələylə bağlı yaxından maraqlanmaq istəyənlər üçün sonda əlaqə nömrəmi də (telegram) qeyd edirəm.

Ruhullah Novruzzadə
0509708849
Forwarded from "Mizan" Maarif Mərkəzi
Əziz izləyicilər,

Uşaqlarınız üçün onlayn Quran dərsləri barədə məlumat almaq üçün aşağıdakı telegram nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Dərslər ödənişsizdir.

+994509708849
İlahi, günahlar vasitəsi ilə itirdiyim nemətləri mənə yalnız Sən geri qaytara bilərsən.

Günah məndən, tövbə (mənə qayıdış) Səndən..
Tövbə məndən (Sənə qayıdış), əfv Səndən..
Tövbəm belə tövbənə ehtiyaclıdır.

Şərr məndən, xeyir Səndən..
Pislik məndən, yaxşılıq Səndən..

"Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn pislik isə sənin özündəndir." (Nisa, 79)
Forwarded from "Mizan" Maarif Mərkəzi
Salam dostlar,

Günümüzün ən önəmli, cəmiyyətimizə hava və su kimi lazım olan, bəlkə də bir çox maddi və mənəvi ehtiyac və sıxıntılarla əlaqəli olan, dinimizin də xüsusi olaraq diqqət ayırdığı məsələlərdən biri də ailə mövzusudur. Bu kimi mövzularla bağlı köklü işlər görmək zəruridir və infaq hesab olunur. İnfaq, boşluğu dolduracaq işə və dəstəyə deyilir. İnfaq ağıllı insanların işidir, yüz ölçüb, bir biçənlərin. İnfaq hesab olunan işlərə dəstək olmaq da infaq hesab olunur. İnfaq həm vacibdir, həm də təqvanın əlamətlərindən biri. Ümid edirik ki, əziz xəstələrimizin dərman və əməliyyatları üçün elan paylaşan və dəstək olan bacı və qardaşlarımız bu kimi işlərə də biganə qalmayacaqlar. Çünki ailələrin xəstəliyi ən azı fərdlərin xəstəliyi qədər önəmlidir, bəlkə də daha çox! Xəstə olan ailədə sağlam fərdlərin xəstələnmə, sağlam olan ailədə isə xəstə olan fərdlərin sağalma ehtimalı çox çox yüksəkdir.

Mizan və Sirac nəşrləri olaraq bu və bu kimi mövzulara həssas yanaşmaq, enerji və sahib olduğumuz imkanları yalnız faydalı deyil, zəruri olan faydalı işlərə xərcləmək niyyətindəyik. Şəklini gördüyünüz bu kitab ailə daxili xəstəliklərin həlli üçün zəruridir. Siz ona bir kitabdan əlavə, həkimin, ölüm ayağında olan xəstəyə yazdığı bir dərman resepti kimi baxın.

Cəmiyyət bir ailə üzvü kimidir. Hərə öz vəzifəsini düzgün təyin etməli, onu layiqincə və ixtisaslaşmış formada icra etməyə çalışmalıdır. Yəni infaq hesab olunan işin özü infaq hesab olunacaq formada icra olunmalıdır. Digərləri də ayıq olmalı, çox faydalı işi az faydası olan işdən, zəruri olmayan faydalı işi zəruri olan faydalı işdən ayırmağı bacarmalı və hərəsinə özünə uyğun formada dəstək olmalıdırlar. Yəni ilk öncə zəruri, daha sonra çox faydalı, sonda isə az faydası olan işlərə diqqət ayırmalıdırlar. Zəruri görülən işlərin içində belə fərq qoymaq lazımdır. Pərakəndə, nizamsız, ixtisaslaşmamış formada görülən iş ilə nizamlı, dəqiq, mütəxəssiscəsinə görülən işlər ayrı ayrı dəyərləndirilməlidir. "Fərqi nədir? Əsas işin xeyirli olmasıdır. Mühüm olan mənim niyyətimdir" deyib, düşünmədən hər hansısa bir işə dəstək olmağı bəlkə də ehsan adlandırmaq olar, amma infaq olmadığı dəqiqdir!

Bizim hədəfimiz milyonlarla üzvü olan ailəmiz üçün zəruri hal daşıyan maarif yönümlü işləri onlara təqdim etməkdir. Bu işləri sırf Allah üçün və əziz ailə üzvlərimizdən heç bir qarşılıq gözləmədən, eyni zamanda bacardığımız qədər infaq adlanacaq formada icra etməyə çalışırıq. Buna nə qədər nail olduğumuzu ən dəqiq olaraq Qiyamətdə anlaya biləcəyik.

Bunu da unutmayın ki, siz əzizlərin dəstəyi bu işlərin sürətinə və daha keyfiyyətli formada icra olunmasına ciddi təsir qoya bilər. Çörəyə gündəlik pul ayırdığımız kimi bu işlərə də ayıracağımız pul gündəlik olamlıdır, ayda ildə bir dəfə yox! Bunu yalnız sizə yox, özümə də, bizə dəstək üçün yox, infaq hesab olunan işlərə dəstək üçün deyirəm. Bizim gördüyümüz işləri bu qəbildən saysanız da, saymasınız da.

Xülasə..
Biz deyirik ki, uşaqlar evinə ayırdığımız enerji qədər valideynlərin körpələrini ora yerləşdirməyə səbəb olan amillərə də enerji ayıraq! Xəstəyə ağrı kəsici verək, amma xəstəliyin mənşəyi ilə də məşqul olaq.

Allah bizi vəzifəmizi bilib, Onun istədiyi formada icra etməkdə müvəffəq etsin!
Allah nemətlərini bizdən uzaqlaşdıran, vəzifəmizi tapmamağa və ya düzgün icra etməməyə səbəb olan günahlarımızı bağışlasın!
Uzun, yorucu və qarışıq oldusa haqqınızı halal edin!

Sonda Mizan və Sirac nəşrlərinin sosial şəbəkə və eləcə də bank hesablarını siz əzizlərə təqdim edirik.

Ruhullah Novruzzadə

Sirac nəşrləri:
https://instagram.com/sirac.az?igshid=YmMyMTA2M2Y=
Kapital bank: 4169738546347430
Vatsap: +994559242714

Mizan Maarif Mərkəzi:
https://t.me/Mizanmaarif
https://www.instagram.com/mizan_maarif/
Leo bank: 4098584462620863
Vatsap: +994506229304
Bir gün Allah rəsulu (s) uşaqlara baxıb buyurdu:
"Atalarına görə axırzaman uşaqlarının vəziyyəti yaxşı olmayacaq!"

Bir nəfər soruşdu: Müşrik atalarına görə?

Allah rəsulu buyurdu:
"Xeyr. Dinin vacib əmrlərini öz övladlarına öyrətməyən, övladları din öyrənmək istədikdə mane olan, övladlarınln dünyadan azacıq fayda əldə etdiyi gördükdə sevinən mömin atalarına görə. Mənim onlardan xoşum gəlmir, onlar da məndən uzaqdırlar".

"Bizim digər mənimiz" kitabından
Xanım Zəhranın (s.ə) mövludu münsibəti ilə təşkil olunacaq məclis və aksiyalara dəstək olmaq üçün ianələrinizi aşağıdakı hesaba köçürə bilərsiniz:

Leo bank: 4098584462620863 / Ruhullah Novruzzadə