QURAN VE SUNNE
1.7K subscribers
237 photos
29 videos
22 files
2.96K links
✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Abdulaziz Sələfidir



Quran və Sünnə işığında səhih faydalar
Bütün paylaşımları linklə birlikdə götürə və paylaşa bilərsiniz.
💎Whatsapp https://whatsapp.com/channel/0029VaiS2kRHFxOw593Wt417
Download Telegram
Uca Allah buyurur: "İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq." (Məryəm surəsi, 96)

İbnul Qayyim ( Allah ona rəhmət etsin) demişdir:

-Onların arasına məhəbbət salınar və onlar bir-birilərini sevərlər.

İbn Abbas (radıyallahu anhu) demişdir:

-(Allah) onları sevər və həmçinin Öz qullarına da onları sevdirər.

("İğasətul-Ləhfən", 2/154)

t.me/Quranvesunne
🚩🚩🚩🚩🚩🚩🚩🚩
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Zilhiccə ayı daxil olduğu zaman kim qurban kəsmək istəyirsə saçından və ya dırnağından heçnə (kəsməsin) götürməsin.

("Muslim", 3656)

TELEGRAM: t.me/Quranvesunne
Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

-Təəccüblüdür ki, insanlar bu on gün barəsində qəflət içərisindədirlər. Onlar Ramazanın (son) on günündə ibadətlərdə, əməllərdə çalışır, lakin zilhiccə ayının ilk on günlüyündə onu digərlərindən demək olar ki, heç nə ilə fərqləndirmirlər. Əgər insan bu on günlükdə Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yönləndirdiyi saleh əməllərdə ayıq olarsa, həqiqətən də o, böyük xeyir üzərində olmuş olar.


("Məcmu'ul-Fətəva", 21/37)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
Şeyx ibn Bəz (Allah ona rəhmət etsin) demişdir:

Zilhiccə ayının ilk on günündə edilən günahlar Rəcəb və Şaban aylarında edilən günahlardan daha şiddətli və daha əzəmətlidir.

("Məcmu'ul-Fətəva", 3/389)

Paylaşaraq elmi yay və Allahın izni ilə daha çox insanın faydalanmasına vəsilə ol.

TELEGRAM: t.me/Quranvesunne
Buxari (Allah ona rəhmət etsin) demişdir:

Ömər və əbu Hureyra radıyallahu anhumə zilhiccənin ilk on günündə bazarlara çıxıb təkbir gətirər və insanlarda onların təkbirlərinə (eşidib) təkbir gətirərdilər.

("Sahih Ərvaul-Ğalil", 651)

TELEGRAM: t.me/Quranvesunne
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Öz qövmünü güldürmək üçün yalan söz danışan kimsəyə vay olsun, ona vay olsun.

("Tirmizi", 2315)

TELEGRAM: t.me/Quranvesunne
Şeyxulisləm ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

Davamlı Quran oxumaq qədər ağıl və ruhu qidalandıran, bədəni qoruyan və insanın xoşbəxtliyini təmin edən bir səbəb bilmirəm.

("Məcmu'u Fətava", 7/493)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
İKİ İLİN GÜNAHLARINA KƏFFARƏ - ƏRAFA ORUCU

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Ərafa orucu bir il keçmiş və bir il də gələcək günahlara kəffarədir.


("Muslim", 2747)

Paylaşaraq xeyirin yayılmasına vəsilə olun: t.me/Quranvesunne
Sabah ərafa günüdür
💎ARAFA GÜNÜ HAQDA KİÇİK VƏ MÜHÜM FAYDALAR.💎

1⃣. BU GÜNÜN ARAFA ADLANMASINDAKİ SƏBƏB NƏDİR?

İbnul Covzi (Allah ona rəhmət etsin) demişdir:

Birincisi, Cəbrayıl aleyhissələm İbrahim aleyhissələmə həcc və qurbanlıq əhkamlarının yerinə yetirildiyi yeri göstərən zaman İbrahim aleyhissələm buyurur: Araftu (yəni bildim, tanıdım.) İkincisi isə budur ki, Adəm və Həvva həmin yerdə bir-birlərini tanımışlar.

("Kəşful-Muşkil", 2/156.)

2⃣. ARAFA GÜNÜNÜN ORUCUNUN AŞURA GÜNÜNÜN ORUCUNDAN DAHA FƏZİLƏTLİ OLMASINDAKİ HİKMƏT NƏDİR?

İbn Həcər (Allah ona rəhmət etsin) demişdir:

Aşura günü Musa aleyhissələmə nisbət olunur. (Musa aleyhissələmin Firon üzərində qələbəsinə görə.) Lakin Arafa günü Peyğəmbər salləllahu aleyhi və səlləmə nisbət olunduğu üçün daha əfzəldir. Allah daha gözəl bilir.

("Fəthul-Bəri", 4/249.)

3⃣. AŞURA GÜNÜNÜN ORUCUNUN BİR İLLİK, ARAFA GÜNÜNÜN ORUCUNUN İSƏ İKİ İLLİK GÜNAHLARA KƏFFARƏ OLMASINDAKİ HİKMƏT NƏDİR?

İbnul Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

Birincisi, Arafa günü haram aydadır və bu aydan əvvəlki (Zilqadə) və bu aydan sonrakı (Muhərrəm) ayların hər ikisi haram aylardır. Aşura günü də haram aydadır. Lakin Aşura gününün olduğu aydan yalnız əvvəlki ay (Zilhiccə) haram aydır. Ondan sonra gələn ay (Səfər) isə haram ay deyildir. İkincisi isə budur ki, Arafa günü bizim ümmətin şəriətinə xas xüsusi günlərdən biridir. Aşura günü isə bizlərdən əvvəlki ümmətin (Musa aleyhissələmin) şəriətinə nisbət olunur. Peyğəmbərimiz salləllahu aleyhi və səlləmin bərəkəti ilə Arafa gününün fəziləti artmış və bu gün fəzilət baxımından Aşura gününü üstələmişdir.

("Bədəiul-Fəvaid", 4/211.)

4⃣. ARAFA GÜNÜNÜN ORUCU GƏLƏCƏK İLDƏ OLAN GÜNAHLARA NECƏ KƏFFARƏ OLUR?

İmam Munəvi (Allah ona rəhmət etsin) bu haqda belə demişdir:

Birinci hal budur ki, bu oruc səni gələcək ildə edəcəyin günahlardan qoruyur. Yaxud sənin bu orucuna görə qazandığın savab sənin o ildə edəcəyin günahlara kəffarə olur.

("Feydul-Qadir", 4/230.)

5⃣. ARAFA GÜNÜNÜN ORUCU BÖYÜK GÜNAHLARA DA KƏFFARƏDİRMİ?

İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir:

Kəffarə olunacaq günahlardakı qəsd kiçik günahlardır. Bir kəsin kiçik günahları yoxdursa, ümid olunur ki, onun böyük günahları xəfiflədilsin. Əgər onun böyük günahları da yoxdursa, o zaman bu oruc səbəbilə onun dərəcəsi qaldırılır.

("Şərh Səhih Muslim".)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Ən xeyirli dua ərafa günü edilən duadır. Mən və məndən öncəki peyğəmbərlərin etdiyi dua: Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh ləhul mulku və ləhul həmd və huvə alə kulli şey'in qadir.

( "Tirmizi", 3583)

TELEGRAM: t.me/Quranvesunne
Şeyx AbdurRazzəq Əl-Bədr (Allah onu qorusun) belə buyurur:

Ərafa günü dua günüdür. Orada olunan dualar geri çevrilmir.

("Şeyxin səs yazısından bir parça")

TELEGRAM: t.me/Quranvesunne
Çalışaq bugün duaları, xüsusəndə Allahdan bağışlanma diləməyi çoxaldaq. Çünki şeyxulisləm ibn Teymiyyə rahiməhullah buyurur ki; Əgər uca Allah qulun günahlarını bağışlayarsa, onun bütün dualarını qəbul edər.
Dəyərli müsəlmanlar! Çalışaq dualarımızda dünyada sıxıntıda olan müsəlmanları, dünyadan köçmüş valideynlərimizi, qohumlarımızı, xüsusəndə bugünkü gündə tərbiyyə etməkdə çətinlik çəkdiyimiz övladlarımızı unutmayaq.
Hafiz ibn Həcər (Allah ona rəhmət etsin) demişdir:

Bayram günlərində sevinci izhar etmək islamın şüarlarındandır.

("Fəthul-Bəri", 2/443)

TELEGRAM: t.me/Quranvesunne
Əssələmu aleykum və rahmətullahi və bərakətuh.

تقبل الله منا ومنكم صالح الأعمال.

عيدكم مبارك

🌷 Hörmətli kanal üzvləri, bayramınız mübarək! Allah bizdən də, sizdən də saleh əməllərimizi qəbul etsin.🌷
BAYRAM NAMAZINDAN SONRA UNUDULMUŞ SÜNNƏ.

Əbu Səid radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm bayram namazından əvvəl heç bir namaz qılmazdı. Lakin evə qayıtdığı zaman isə iki rükət namaz qılardı.


(İbn Macə; İbn Xuzeymə; Hakim.)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Bayram günü qəbristanlığa getmək bidətlərdəndir.

("Nurun alə-Dərb" 6/241)

🌸🖇 t.me/Quranvesunne
Abdullah ibn Əhməd (Allah ona rəhmət etsin) atası imam Əhmədə bir gün deyir ki, atacan mənə nəsihət et: - İmam Əhməd (Allah ona rəhmət etsin) buyurur:

Ey oğlum Xeyir işlərə niyyət et! Həqiqətəndə sən xeyir əməllərə niyyət etdiyin müddətcə xeyir içərisində olacaqsan.

("Şəriətu libni Muflih")

TELEGRAM: t.me/Quranvesunne
İbnul Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

Zikr düşkünü (Allahı zikr etməkdə davamiyyətli olan) cənnətə gülərək daxil olacaqdır.

("Əlvəbilus-Sayyib",178)

TELEGRAM: t.me/Quranvesunne