QURAN VE SUNNE
1.76K subscribers
244 photos
31 videos
22 files
3.13K links
✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Abdulaziz Sələfidir



Quran və Sünnə işığında səhih faydalar
Bütün paylaşımları linklə birlikdə götürə və paylaşa bilərsiniz.
💎Whatsapp https://whatsapp.com/channel/0029VaiS2kRHFxOw593Wt417
Download Telegram
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Kim işa (yatsı) namazını camaatla birlikdə (məsciddə) qılarsa sanki gecənin yarısını ibadətdə keçirmiş kimi savab qazanar. Kim də sübh namazını camaatla qılarsa bütün gecəni namazda keçirmiş kimi savab qazanar.

("Muslim", 656)

TELEGRAM: t.me/Quranvesunne
İbnul Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

Əgər qəlbinin islah olunmasını istəyirsənsə dilini qoruması üçün Allahdan yardım istə.

("Tabaqatul-Əvliyə", 46)

TELEGRAM: t.me/Quranvesunne
Şeyx Albani (Allah ona rəhmət etsin) demişdir:

Qadınların ayaqları açıq şəkildə qıldıqları namaz doğru deyildir. Əgər onların bundan (ayaqları açıq namaz qılmaqdan) xəbəri olmazsa onlara öyrədilir. Öyrəndikdən sonra bunda səhlənkarlıq edərlərsə namazları batildir. (Namazları onlardan qəbul olunmaz)


("Silsilətul-Hudə vən-Nur", 4)

TELEGRAM: t.me/Quranvesunne
İbnul Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

İmam Əhməd, Səhabələrin cümhuru və tabiinlər icabət saatının (cümə günü duaların qəbul olan vaxtın) əsr namazından sonra axırıncı saatda olduğunu demişlər.

("Zədul Məad" 1/377)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
İndi həmin saatdayıq
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Həqiqətən də mükafatın böyüklüyü sıxıntının böyüklüyünə görədir. Əgər uca Allah bir qövmü sevərsə onları imtahana çəkər. Kim razı qalarsa ona Allahın razılığı, kim də qəzəblənərsə ona Allahın qəzəbi vardır.

("Silsilətus-Sahihə", 146)

t.me/Quranvesunne
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Şeyxulisləm ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

Heç bir kimsəyə halal deyil ki, Allahın rəhmətindən ümidini üzsün, hətta günahları nə qədər böyük olsa belə.

("Məcmu'ul-Fətəva", 16/19)

TELEGRAM: t.me/Quranvesunne
İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:

-Namazdan sonra istiğfar diləməyin hikməti odur ki, insan namazını heç bir naqisliyə yol vermədən qıla bilməz və bu səbəbdən də şəriətdə (namazdan sonra) üç dəfə istiğfar diləmək varid olmuşdur.

("Məcmu'u Fətəva", 13/290)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne
Diqqət et.. Əks halda əməlindən sənə qalan yalnız boş yorğunluq olar...

Yəhya ibn əbi Kəsir (Allah ona rəhmət etsin) demişdir:

-Niyyət etməyi öyrənin. Həqiqətən, o, əməl etməkdən əvvəldir.

("Hilyətul-Əvliyə", 70)


🌸🖇 t.me/Quranvesunne
Şeyxulisləm ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

Gözləri (harama baxmaqdan) qorumaq elm ilə ruzilənməyin (insanın elminin artmasının) səbəblərindəndir.

("Məcmu'ul-Fətəva", 21/257)

TELEGRAM: t.me/Quranvesunne
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Qardaşının üzünə təbəssüm etmək olsa belə yaxşı əməllərdən heç bir şeyi kiçik görmə.

("Muslim")

🌸🖇 t.me/Quranvesunne
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Bilin ki, sizin ən xeyirli əməliniz namazdır.

("Sahihul-Cəmi", 952)

🌸🖇 t.me/Quranvesunne
Əssələmu aleykum və rahmətullahi və bərakətuh! Hörmətli kanal üzvləri artıq Quranvesunne olaraq kanalımız Whatsappda da fəaliyyət göstərir. Abunə olaraq faydalana bilərsiniz. Telegramda Kanala abunə olanları yalnız adminlər görür. Lakin Whatsappda isə kontaktında olan nömrələr istisna heç bir kimsəni admində görə bilmir. Yalnız abunəçilərin sayı görsənir. Uca Allah bütün müsəlmanlar üçün faydalı etsin.

Kanalımızın linki aşağıdakıdır: https://whatsapp.com/channel/0029VaiS2kRHFxOw593Wt417
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Sizin ən xeyirliniz quranı öyrənən və onu başqalarına da öyrədəndir.

("Buxari")

🌸🖇 t.me/Quranvesunne
QURAN VE SUNNE
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Sizin ən xeyirliniz quranı öyrənən və onu başqalarına da öyrədəndir. ("Buxari") 🌸🖇 t.me/Quranvesunne
Sələflərdən, böyük alimlərdən biri buyurur ki; Mən bu hədisi eşitdikdən sonra məsciddə iyirmi il oturdum yalnız insanlara quran oxumağı öyrətdim
Digər bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir ki; Kim bir xeyirə vəsilə olarsa həmin kimsəyə ona əməl edənlərin savabı qədər savabı yazılar və onu edənin savabından da heç bir şey əksilməz.

Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm quran oxumağın savabı barədə buyurur ki; hər hərfi üçün on savab vardır.

Təsəvvür edin əgər hər hansısa bir kimsəyə quran öyrətsəniz o hər quran oxuduqca oxuduğuna görə qazandığı savab qədər onu öyrədən kimsəyə də o savabdabən yazılacaqdır. Bunun üçün çalışın bu əməli kiçik görməyin, evinizdə övladlarınızın qardaşlarınızın, qohumlarınızın bu xeyiri öyrənməsinə və bu xeyir səbəbilə sizə də davamiyyətli savabların yazılmasına həris olun


🌸🖇 t.me/Quranvesunne
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

İnsanlara elə bir zaman gələcəkdir ki, orada dininə səbr edən kimsə yanar közü əlində tutan kimsə kimi olacaqdır.

("Sahih Tirmizi")

🌸🖇 t.me/Quranvesunne
Bunun üçün də insan daim çalışmalıdır ki, bütün çətinliklərə qarşı səbr etsin. Çünki möminə üz verən hər bir sıxıntı üçün ona savab yazılır və günahlarının bağışlanmasına səbəb olur. Ağıllı insan Rəbbinin əmrlərini insanların razılığından üstün tutan kimsədir.

🌸🖇 t.me/Quranvesunne
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Həqiqətən də mükafatın (savabın) böyüklüyü müsibətin böyüklüyünə görədir. Əgər uca Allah bir qövmü sevərsə onları imtahan edər. Kim razı qalarsa ona Allahın razılığı, kimdə qəzəblənərsə ona Allahın qəzəbi vardır.

(Tirmizi, ibn Macə)

🌸🖇 t.me/Quranvesunne
İbnul Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

Zikr (Allahı zikr etmək) qul ilə cəhənnəm arasında bir maneədir.

("Əlvəbilus-Sayyib", 84)

🌸🖇 t.me/Quranvesunne