Salam hörmətli bugbounty iştirakçıları. GOV.AZ zonası üzrə bugbounty yarışı bu gün sona çatır. Günün sonunadək reportlarınızı təqdim edə bilərsiniz. Proqrama dair bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirik.
Bu vaxta qədər proqram üzrə 1700-dən çox report göndərilib. Göndərilən reportların yoxlanılması və ədalətli qiymətləndirilməsinə vaxt tələb olunduğundan onlardan hələ ki, təqribən 65%-nə baxmaq mümkün olmuşdur. Baxılan reportların təqribən 16%-i qaydalardan kənar, 30%-i duplicate reportlardır.
Baxılmamış reportların qiymətləndirilməsi davam etdirilir. Bütün reportların qiymətləndirilməsi həyata keçirildikdən sonra yekun nəticələr bəlli olacaq. Yarış həyəcanının saxlanılması məqsədilə yekun nəticələr proqramın başa çatması və qaliblərin mükafatlandırılması məqsədilə keçiriləcək tədbirdə açıqlanacaqdır. Tədbirin keçiriləcəyi yer və tarix barədə əlavə məlumat veriləcək.
Yoxlanılmış reportlara əsasən LeaderBoard aşağıdakı kimidir (digər reportların yoxlanılması davam edir, nəticələr dəyişə bilər):

Hörmətli bugbounty iştirakçıları, nəzərinizə çatdırmaq istəyirik ki, sabahdan etibarən dövlət informasiya ehtiyatları və sistemlərinə edilən hər hansı kiberhücum və kibermüdaxilə cəhdləri qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək və cinayət məsuliyyətinə səbəb ola bilər. Xahiş edirik bunu nəzərə alasınız.