Makerspace.az
29 subscribers
44 photos
53 links
Həvəskar və peşəkar mühəndislər, Maker, Hacker, və STEAM təhsili alanlar üçün maraqlı paylaşımlar burada!

https://makerspace.az/
Download Telegram
@MakerSpace.az rezidenti və təlim mərkəzimizin yetirməsi olan dəyərli Ramazan balamız 2-3 Mart tarixlərində Bakı İdman Sarayında keçirilən "Robotex Azərbaycan Avrasiya Çempionatı"-da mavi kateqoriya təqdim etdiyi ♻️ "BioCleaner" - Su hövzələrində neft tullantılarından təmizləmə robot layihəsiylə birinci 🥇 yerə layiq görülmüşdür.

Bu münasibətlə onu ürəkdən təbrik edir və gələcək təhsil və karyera yolunda bolluca uğurlar arzulayırıq. 🍀

https://www.instagram.com/p/C4EFG0FNBwC/?igsh=MWxhOGJ3amZuYjZyYg==
Sizləri sizləri 21 Aprel tarixində peşəkar elektronçu və IoT mühəndisi Orxan Əmiraslan müəllimin təqdimatında IoT və LoRaWAN-ın əsaslarına həsr olunmuş workshopumuza dəvət edirik.

📡 Workshopda aşağıdakı mövzulara toxunulacaqdır:
IoT nədir?
LPWAN texnologiyaları
LoRa və LoRaWAN
TTN Baku haqqında
Praktiki nümunələr (demolar)

📌Ətraflı məlumat (iştirak üçün qeydiyyat mütləqdir):
https://forms.gle/bR4pokuoZmrQbiw36

📌Facebook event: https://fb.me/e/zlJqAIOpF
Raspberry Pi remote access üçün yeni "Raspberry Pi Connect" platformasını açıqladı.

Artıq Raspberry Pi desktopuna dünyanın harasından istəsəniz brauzerlə uzaqdan daxil olub, idarə edə bilərsiniz.

Mənbə: https://www.raspberrypi.com/documentation/services/connect.html
Raspberry Pi yeni süni intellekt (AI) dəstini təqdim etdi. Hailo-8L çipinə əsaslanan bu Pi M.2 əlavəsi saniyədə 13 TOPS (tera-operations per second) həyata keçirir. M.2 2242 form faktorunda olan modul M.2 HAT+ vasitəsilə Raspberry Pi 5-ə qoşulur. AI üz-əşya tanıma/izləmə, bədən skelet modeli və s. tətbiqlər üçün çox yüksək FPS-də işlər görə bilir.

Rəsmi səhifəsi: https://www.raspberrypi.com/products/ai-kit/
Demo video: https://youtu.be/HgIMJbN0DS0?si=gsB3_CsTyKtCTpVm
Minlərlə elektronika həvəskarı, mühəndislər və "maker"-lərin şəxsi inventarlarının data analizi nəticəsində ortaya çıxan bu siyahıda ən populyar elektronik komponentlər sıralanmışdır (kondensator və rezistorları çıxmaq şərtilə).

Ən maraqlısı isə 1972-ci ildə ixtira olunan NE555 taymer mikrosxeminin hələ də ən çox istifadə olunan komponent olmasıdır.
-> https://partsbox.com/ecdb.html
Apple yeni elan etdikləri Embedded Swift proqramlama diliylə Embedded sahəsinə girir. Hazırda bu framework ESP32-C6, STM32, RP2040, və nRF52840 kimi mikrokontroller platformalarını dəstəkləyir.

👉 Təqdimat videosu: https://youtu.be/LqxbsADqDI4?si=hNKxr1mWXDRnfwnX

👉 Demo kodlar: https://github.com/apple/swift-matter-examples
İndi belə şirkətlər barmaqla sayılacaq qədər qalıb.
National Instruments 2011-ci ildən Texas Instruments şirkətinin tərkibinə qatılıb və Texas Instruments nadir şirkətlərdəndir ki, hələ də nümunə (sample) komponent istəyəndə pulsuz təmin edir. Bunun üçün şirkətə onlayn sorğu göndərmək kifayətdir.
👉 https://www.ti.com/ordering-resources/faqs/inventory-product-availability/sample-request.html
Bu gün "Arduino və C/C++ Kodlama" kursumuzun şagirdlərinin məzun günü keçirildi. Məzun günündə kursumuzu uğurla başa vurmuş şagirdlər sertifikatlarla təltif edildilər. Şagirdlərimizə bundan sonrakı həyatlarında uğurlar arzulayırıq. 🙏

🚀 Daim öyrənməkdə və qurub-yaratmaqda olun!
___
🏢 MakerSpace Academy
📱 +994 55 594 90 14
🌐 makerspace.az
📍 Ünvan: Sahil m.s., Malakan bağının yanı
📢 Salam dostlar.

Həftəsonu LoRa və LoRaWAN barədə canlı müzakirəmiz olacaq. Qoşulmaq istəyənlər indidən qeydiyyatdan keçsin zəhmət olmasa.

Xatırladım ki, qoşula bilməyənlər üçün müzakirə videoqeydə alınacaq və daha sonra YouTube kanalımızda paylaşılacaq.

🗓 15 Sentyabr (Bazar)
🕒 19:00 (2-3 saat)

Görüşənədək!

📌 https://calendar.app.google/ViG68H5bgYxzT5iKA
Channel photo updated
AI4Art: Ödənişsiz Süni İntellekt Dərsləri

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə, SUP.VC şirkətinin təşkilatçılığı ilə keçiriləcək 2 aylıq “AI for Art” təlim proqramı başlayır! 🎉

Təlim, musiqi, dizayn və ədəbiyyat kimi sahələrdə Sİ-in istifadəsini, həmçinin Sİ modellərinin öyrənilməsini əhatə edir. İki ay davam edəcək bu ödənişsiz proqram, xüsusilə mobil və veb-proqramçılar üçün nəzərdə tutulub.

Son qeydiyyat tarixi : 12.10.2024
https://docs.google.com/forms/d/e/1FAIpQLSeyVbcilTuq02D4xCaagTewulKuy35ThumdpNfXD4UzzUPaBw/viewform
Channel photo removed
Channel photo updated
Facebook Linuxa aid bütün paylaşımları kibertəhlükəsizlik bəhanəsiylə bloklamağa başlayıb. Meta 📉https://www.tomshardware.com/software/linux/facebook-flags-linux-topics-as-cybersecurity-threats-posts-and-users-being-blocked