İstənilən problemə bir həll tapmaq mümkündür. Problemlə qarşılaşan zaman ən son ediləcək şeydir narahat olmaq, stress yaşamaq. Əgər problemi həll edə bilmirsinizsə belə burda da narahat olmağa ehtiyac yoxdur. Sadəcə qəbullanın və vəziyyətə uyğun addımlar atın.
@KDTresmi
@KDTresmi
⚡1👍1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Maldiv adalarında yerləşən çimərliyin sahili gecə parlaq mavi rəngə bürünür. Səbəbi isə həmin sahildə mövcud olan planktonların bu rəngi verməsidir.
- Vaadhoo, Maldivlər.
@KDTresmi
- Vaadhoo, Maldivlər.
@KDTresmi
⚡1👍1🍓1
Rat Race/Manqurtlaşan cəmiyyət
Manqurt - Heç bir qavrama qabiliyyəti olmayan, şüursuz, hər deyiləni edən ağılsız bir qul. Adətən müharibə əsirlərini, onların başlarına dəvə dərisi keçirdilərək, saçların beyinə doğru böyüməsinə və şiddətli ağrılara səbəb olaraq manqurt edirlər. Əlbəttə, burada söhbət qədim müharibələrdən gedir. Bəs, müasir manqurtluq necə olur? Manqurt, bildiyimiz kimi təkcə insanlara yox, cəmiyyətə, təhsilə, kitablara da aid edilir. Bir insan əgər ali təhsillidirsə, onu necə manqurt etmək olar? Axı, oxumuş, ali savadlı bir adamdır. Onun düşüncələrini necə məhv etmək olar? Əsas məsələ də elə burdadır, onun aldığı təhsil manqurt təhsilidir. Bir insanı ömrünün sonuna kimi manqurt təhsilinə yiyələndirsən, o sonra oxumuş və ali savadlı bir manqurt olacaqdır. Bu manqurt təhsilin bəhrəsi də manqurt insanlar və ya manqurt cəmiyyət olacaqdır. Daha da ətraflı danışsaq, insanlar, doğulduqları gündən etibarən müəyyən bir təhsil ocağına yönləndirirlər. Əvvəlcə, bağça, sonra məktəb sonra...

7 ölümcül günah. Latınca tərcüməsində bu 7 günahın baş hərflərinin birləşimindən yaranan SALIGIA, bu 7 günaha verilən digər addır. 7 günah ilk dəfə katolik kilsəsi tərəfindən təsnifləndirilmişdir və aşağıdakılardan ibarətdir:
1. Qürur (Superbia)
2. Acgözlük (Avaritia)
3. Şəhvət düşkünlüyü (Luxuria)
4. Qısqanclıq (Invidia)
5. Qarınqululuq (Gula)
6. Qəzəb (Ira)
7. Tənbəllik (Acedia).
@KDTresmi
1. Qürur (Superbia)
2. Acgözlük (Avaritia)
3. Şəhvət düşkünlüyü (Luxuria)
4. Qısqanclıq (Invidia)
5. Qarınqululuq (Gula)
6. Qəzəb (Ira)
7. Tənbəllik (Acedia).
@KDTresmi
👍1👏1
Kreativ Düşüncə Tərzi
Rat Race/Manqurtlaşan cəmiyyət Manqurt - Heç bir qavrama qabiliyyəti olmayan, şüursuz, hər deyiləni edən ağılsız bir qul. Adətən müharibə əsirlərini, onların başlarına dəvə dərisi keçirdilərək, saçların beyinə doğru böyüməsinə və şiddətli ağrılara səbəb olaraq…
Sonra universitet, sonra magistr təhsili, sonra doktorantura. Ən sonda praktika dövrü, yavaş yavaş cəmiyyətə uyğunlaşma, ən sonda isə oxuduğun sahəyə uyğun iş. Qulağa normal səslənən və müasir dövrün tələbinə uyğun olan bir dövr kimi səslənsə də, bu artıq müasir manqurtluqdur. Lap başa qayıtsaq, təhsil dövrü ərzində müəllimlərin, valideynlərin və digər yaxın şəxslərin beynimizin ən dib nöqtələrinə kimi yeritdiyi "oxumasan iş tapmayacaqsan" kimi təsirli ifadələr bizim şüur altı dünyamızda yavaş yavaş öz yerini tutmağa başlayır. Növbəti iş dövründə isə, 9-18 iş rejimi bizi gözləməkdə olur. Hər gün gediş gəliş 2 saatlıq tıxacı da nəzərə alsaq, 5 günümüz bizim sadəcə iş günümüz olur. 6 və 7ci günlər isə sadəcə yatıb gələn həftənin işinə hazır olmağımız üçün bizə verilən istirahət günləridir. Artıq manqurt olduq və hələ də fərqində deyilik. Yavaş yavaş araya girən vergilər, ipoteka, borclar, və digər passivlər artıq bizi soymağa başlayır. 700 manatlıq qazancımızın 400ü artıq tanımadığımız adamların cibinə getməkdədir, biz isə hər ay qırağa 100 manat atıb daha qəşəng bir maşın almağı hesablayırıq. Ailə qururuq, ailə xərcləri, təhsil xərcləri yenə boynumuzda. Karyera yüksəlişi edib aylıq qazancımızı 50 manat qaldırmaq üçün həftəlik 6 günlük iş rejiminə keçirik. Manqurt cəmiyyətin ən nümunəvi manqurtu oluruq. İl sonu 13'cü maaşımızı alırıq. Sevincimizdən yerə göyə sığmırıq. Sonra 5 dəqiqəlik sevincdən sonra (bəlkə də 2 dəqiqə), borclar yadımıza düşür, həmin pulla borcumuzu bağlayırıq. Bu həyat dövrü müddətincə uşaq ikən xəyal etdiyimiz xarici ölkələr, maraqlı həyat artıq hər səhifəsi eyni boz rəngdə olan həyatda yer dəyişdirir. Fərqində olmadan "gələcək" anlayışı beynimizdən silinir. Gözümüzü açırıq 65 yaşındayıq, pensiya almağa başlayırıq. Televizoru açıb Nyu-Yorka baxırıq, Floridaya baxırıq. O zaman, və sadəcə o zaman dərk edirik ki, bu həyatı sadəcə var olduq. Ən qorxulu olan isə, bu şansımız sadəcə 1 ədəd idi.
@KDTresmi
@KDTresmi
👍2👏1💯1🍓1
Yosemite Milli Parkı
ABŞ-ın Kaliforniya ştatının şərq tərəfində Tuolumne, Mariposa və Madera ərazilərində yerləşir. 3081 km² ölçüyə malik bu park hər il 3.5 milyon turist tərəfindən ziyarət edilir. UNESCO-nun Dünya irsi mirasında yer alan bu parkın 95% hissəsi vəhşi təbiətdən ibarətdir. Qranit qayalıqlara, böyük Sekoya ağaclarına sahib bu parka giriş adam başında 55-180 manat arası dəyişməkdədir.

👍2⚡1🍓1
Xoşbəxt ölümün astanasında çəkilən bu şəkillər məşhur Dyatlov Keçidi insidentinə aiddir. 1959-cu ildə Ural dağlarında 9 turistin qeyri-müəyyən ölümü, bu ölümlərə əsaslı səbəb tapıla bilməməsi bu hadisəni daha da maraqlı edir. Qrupun lideri İqor Dyatlov olduğundan, bu insidentin adı da elə qrup liderinin soyadı kimi qeyd olunmuşdur. Detallı danışsaq, saatlarla müzakirə ediləsi bir mövzu olduğundan, tam detallı yazmaq mümkün deyildir. Hər bir qrup üzvü fərqli və qeyri-müəyyən formada ölmüşdür. Hər birinin cəsədləri eyni nöqtədə yox, ayrı-ayrı nöqtələrdə tapılmışdır. Ən maraqlı olan məqam budur ki, ölüm günü heç bir çovğun və ya qar uçması kimi bir hadisə baş vermədiyinə görə, qrup üzvləri nədən və niyə qaçmağa çalışırdılar? Qaldıqları çadıra diqqət yetirilən zaman bəlli olmuşdur ki, çadır müxtəlif tərəflərdən yırtılmışdır. Bu yırtıqlar isə çöldən yox içəridən açılmışdır. Həmçinin, çadırın bəzi yerlərində yanıqlar da müəyyən edilmişdir. Hələ də qrupun nədən və niyə qaçmağa çalışdıqları qeyri-müəyyən olaraq qalır...
@KDTresmi
@KDTresmi
👍2⚡1👌1
Robert Greene - The 18 Laws of Human Nature
Robert Greene tərəfindən yazılapn mütləq oxunmalı kitablardan biridir. Burada insanda mövcud olmalı olan 18 əsas qanun izah edilir. İnsanların saxta olduğu və uşaqlıqlarından bəri professional formada rola girə bildikləri haqda bəhs edən 3cü qanun (Law of Role Playing) mənə ən maraqlı gələn qanundur. Bütün insanlar saxtadır, kimin doğru kimin yanlış olduğunu anlamaq üçün isə onlardan da daha da saxta olmalıyıq. Bu zaman onların maskalarının arxasındakı əsl simalarını görə bilərik.

👍2⚡1👏1
Forwarded from A-dan Z-ye 𝐅𝐨𝐫𝐞𝐱 📊 (Sessiz)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yeni yaranan bizneslərin əksəriyyəti niyə uğursuz olur?
👍2👏1🍓1
Sosial Mediya Manqurtluğu.
Müasir dövrdə inkişaf edən cəmiyyətin ən aktual məsələlərindən biridir sosial media. Cəmiyyətin əsas ehtiyaclarından biri halına gələn sosial mediadan, bugün demək olar hərkəs istifadə edir. Ən böyük pay cavan və gənc kütləyə düşməklə yanaşı, bu gənc kütlədə sosial media asılılığı getdikcə artmaqda və şiddətlənməkdədir. Corona pandemiyasından əvvəl insanlar günlərinin sadəcə 1-2 saatlarını sosial mediada keçirirdilərsə, pandemiyadan sonra gündəlik istifadə 6-7 saat olmağa başladı. Bu asılılıq elə Alkoqol, qumar və siqaret asılıqları kimi bir asılılıq halına gəlmişdir. Hər birinin sonunda peşmançılıq, sosial çöküş olduğu kimi sosial media asılılığında da bu fəsadlar mümkündür. Bəs niyə məhz Sosial media manqurtluğu? Günlərinin bir çox hissəsini sosial media arxasında keçirən insanlar fiziki həyatdan qopuq olurlar, sosial həyatları monitor arxası dünyada məhdudlaşır, bu isə fiziki həyata olan həvəslərinin ölməsinə, qavrama qabiliyətlərinin zəifləməsinə gətirib çıxarır.

👍2⚡1👏1😐1
Jurnalist James K. Glassman tərəfindən "Xalqın, çaşdırıcı elmi faktlarla aldadılması" mənasını verən Zohnerizm adlı anlayış yaradılmışdır. Bu anlayış adətən siyasi arenada siyasətçilərin və ya digər müvafiq şəxslərin, bir sıra faktları işlədərək doğru olmayan qərarların qəbul etdirilməsi zamanı istifadə olunur. Daha ətraflı danışsaq; 1997ci ildə Zohner adlı 14 yaşlı tələbə, 50 nəfərlik auditoriyada çıxış etdi. Mövzu isə Dihidrogen Monoksidin qadağan edilməsi ilə bağlı idi. Bəs səbəb nəydi? Çıxış zamanı Zohner, bu maddənin çox zərərli və insan həyatına risk daşıdığını, bugünkü günümüzdə belə şirin su borularında da bu maddənin olduğunu qeyd etmişdi. Daha de detallı danışsaq, bu maddə bugün torpaq eroziyalarının əsas səbəbidir, həmçinin zəhərliliyinə görə dəmir kimi metalların məhv olmasına gətirib çıxarır. Bu maddənin qəbulu insanda kəskin asılılığa səbəb olur, qəbul etmədikdə isə mütləq ölümə səbəb olur. Bir sıra həbsxanalarda da bu maddədən istifadə olunur. Hələ də aktiv olaraq satışı həyata keçirilir...
@KDTresmi🟫
@KDTresmi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1👏1👌1
Kreativ Düşüncə Tərzi
Jurnalist James K. Glassman tərəfindən "Xalqın, çaşdırıcı elmi faktlarla aldadılması" mənasını verən Zohnerizm adlı anlayış yaradılmışdır. Bu anlayış adətən siyasi arenada siyasətçilərin və ya digər müvafiq şəxslərin, bir sıra faktları işlədərək doğru olmayan…
Artıq dozada qəbul edilməsi ölümə səbəb olur, bir sıra mayə zəhərlərin əsas tərkib hissəsidir.
Bu təqdimatdan sonra 50 nəfər iştirakçıdan 47 nəfər bu maddənin qadağan edilməsi üçün səs verdi. Sonradan müəyyən oldu ki, bu Dihidrogen Monoksid dediyimiz zərərli maddə, sadəcə su (H2O) imiş. Yuxarda qeyd olunan bütün faktlar elmi sübutlara əsaslanır, bir bucaqdan fikirləşəndə bu qədər zərərli xassələri olan maddəni qadağan etmək normal düşünülə bilər, ancaq bu maddənin su olduğuna çox az adam diqqət yetirərdi. Çox acı bir reallıqdır ki, bugün belə bir çox yerdə Zohnerizm anlayışına əsaslanan çox təsirli manipulyativ tədbirlər həyata keçirilir, insanlar da bu faktları özlərinə səbəb bilərək bugün fərqində olmadan bəzi xoşagəlməz nəticələrin qəbul olmasına səbəb olurlar.
@KDTresmi🟫
Bu təqdimatdan sonra 50 nəfər iştirakçıdan 47 nəfər bu maddənin qadağan edilməsi üçün səs verdi. Sonradan müəyyən oldu ki, bu Dihidrogen Monoksid dediyimiz zərərli maddə, sadəcə su (H2O) imiş. Yuxarda qeyd olunan bütün faktlar elmi sübutlara əsaslanır, bir bucaqdan fikirləşəndə bu qədər zərərli xassələri olan maddəni qadağan etmək normal düşünülə bilər, ancaq bu maddənin su olduğuna çox az adam diqqət yetirərdi. Çox acı bir reallıqdır ki, bugün belə bir çox yerdə Zohnerizm anlayışına əsaslanan çox təsirli manipulyativ tədbirlər həyata keçirilir, insanlar da bu faktları özlərinə səbəb bilərək bugün fərqində olmadan bəzi xoşagəlməz nəticələrin qəbul olmasına səbəb olurlar.
@KDTresmi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2⚡1👏1
Niyə okeanlardan qorxuruq?
Dünyada insan irqinin, yemək zəncirinin başında olmadığı bəzi yerlər vardır. Bu yerlərdən ən genişi okeanlardır. Okeanlar, qaranlıq və qeyri müəyyən bir atmosferə sahib olmaqla, özlüyündə bizi narahat edən bir hissiyat yaradır. Bu narahatlığın əsas səbəbi də elə qeyri müəyyənlikdən gəlir. Dərin suların altında, bizi kimin və ya nəyin gözləməkdə olduğunu bilə bilmirik. Qeyri müəyyənlikdən əlavə olaraq, həmçinin, suyun dərinliyində keçmişimizin simaları əks olunur. Şəkildə qeyd olunan stulun, okeanın dərin qatına qədər necə çatdığını, nə vaxt batdığını, kim tərəfindən batırıldığını bilə bilmərik, amma bildiyimiz tək şey, onun orda olması və keçmişimizdən bugünə qədər bizi orda gözləməsi olub. (Hər 4 şəkil real fotolardır).
@KDTresmi
@ElitProject

❤🔥1✍1⚡1❤1👍1👏1🤔1🍓1
“-Hindular 3700 ildir Kalkini gözləyirlər.
- Buddistlər 2600 ildir ki, Maitreyanı gözləyirlər.
-Yəhudilər 2500 ildir ki, Məsihi gözləyirlər.
-Xristianlar İsanı 2000 ildir gözləyirlər.
- Sünnə 1400 ildir ki, İsa (ə) peyğəmbəri gözləyir. -Müsəlmanlar 1300 ildir ki, Məhəmmədin ailəsindən Mehdini (ə) gözləyirlər.
- Şiələr 1080 ildir ki, Mehdini (ə) gözləyirlər.
- Druzilər 1000 ildir Həmzə ibn Əlini gözləyirlər.
Əksər dinlər “xilaskar” ideyasını qəbul edir və deyirlər ki, o xilaskar gəlib onu yaxşılıq və ədalətlə doldurana qədər dünya şərlə dolu olacaq. Bəlkə də bu planetdəki problemimiz odur ki, insanlar özləri bunu etmək əvəzinə, başqasının gəlib problemlərini həll etməsini gözləyirlər!"
Rikkardo Dablo
#sessizinsan
@KdtResmi

👎2❤1👏1🗿1