🇵🇸Həzrət Zeynəb Məktəbi
1.98K subscribers
1.08K photos
289 videos
12 files
1.81K links
Məktəbin fəaliyyəti İslam elmlərinin online və canlı dərslər vasitəsilə peşəkar səviyyədə tədrisinə, seminarların, təlimlərin keçirilməsinə istiqamətlənmişdir.
2022 - 2024©
Download Telegram
12 - 17 Rəbiül - əvvəl

VƏHDƏT HƏFTƏNİZ MÜBARƏK OLSUN
! 🌹

T.me/Hz_Zeyneb_Mektebi
ЕДИНЕНИЕ (вахдат) - КОРАНИЧЕСКОЕ ПРЕДПИСАНИЕ

"Единство и единение мусульман, без сомнения обязательство и предписание Корана. Исламское единение это не тактический ход, ограниченный особым условием. Это принципиальный вопрос".

💠 Имам Сейид Али Хаменеи

T.me/Hz_Zeyneb_Mektebi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

"Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin."

"Воистину, верующие — братья. Посему примиряйте братьев и бойтесь Аллаха, — быть может, вы будете помилованы."

🔸 QURAN, HUCURAT  49/10

T.me/Hz_Zeyneb_Mektebi
Uca Allah buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌ

◇ "Ey iman gətirənlər! Zənn və gümanların çoxundan uzaq durun. Çünki zənlərin bir qismi günahdır. (Başqalarının şəxsi həyatı ilə bağlı) axtarış aparmayın, bir-birinizin qeybətini qırmayın. Sizlərdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?! Hamınız bundan iyrənirsiniz. Təqvalı olun! Allah tövbələri qəbul edəndir, rəhmlidir."

QURAN, HUCURAT 49;12

T.me/Hz_Zeyneb_Mektebi
ЕДИНЕНИЕ (вахдат) - КОРАНИЧЕСКОЕ ПРЕДПИСАНИЕ

"Единство и единение мусульман, без сомнения обязательство и предписание Корана. Исламское единение это не тактический ход, ограниченный особым условием. Это принципиальный вопрос".

💠 Имам Сейид Али Хаменеи


T.me/Hz_Zeyneb_Mektebi
"Əziz Peyğəmbər (s) elə bir quruluş yaratdı ki, onun əsas xətlərindən biri də, mütləq və ayrıseçkilik olmayan ədalət idi. Peyğəmbər (s) dövründə İslam cəmiyyətində heç kəs ədalət çərçivəsindən kənarda deyildi."

💠 İMAM SEYYİD ƏLİ XAMENEİ

T.me/Hz_Zeyneb_Mektebi
Peyğәmbәrin (s) qurduğu quruluşun müxtәlif xüsusiyyәtlәri var. Onların arasında yeddi xüsusiyyәt hamısından mühümdür.

🌹 Birinci xüsusiyyәt iman vә mәnәviyyatdır. Peyğәmbәr (s) quruluşunu inkişaf etdirәn hәqiqi amil xalqın qәlbindәn vә düşüncәsindәn qaynaqlanan, onların vücudunu düzgün istiqamәtdә hәrәkәtә gәtirәn iman idi. Demәli, birinci xüsusiyyәt insanlara iman vә mәnәviyyat ruhu üfürmәk, onu güclәndirmәk, düzgün etiqad vә düşüncә vermәkdir. Peyğәmbәr (s) bu işә Mәkkәdә başladı vә onu Mәdinәdә qüdrәtlә davam etdirdi.

🌹 İkinci xüsusiyyәt әdalәtdir. Əsas iş әdalәt vә heç bir şeyi nәzәrә almadan hәr bir haqqı sahibinә çatdırmaqdır.

🌹 Üçüncü xüsusiyyәt elm vә bilikdir. Peyğәmbәr (s) quruluşunda hәr şeyin tәmәli bilmәk, tanımaq, ayıqlıq vә oyanışdır. Heç kәsi kor-koranә şәkildә bir işә dәvәt etmirlәr.  Xalqı ayıq, mәlumatlı şәkildә vә seçim imkanları ilә aktiv qüvvәyә çevirirlәr.

🌹 Dördüncü xüsusiyyәt sәmimilik vә qardaşlıqdır.  Peyğәmbәr (s) quruluşunda xurafatçılıqdan, şәxsi maraqlardan, mәnfәәtpәrәstlikdәn yaranan çәkişmәlәr pislәnmişdir vә onlara qarşı mübarizә aparılır; cәmiyyәt qardaşlıq vә hәmrәyliyin olduğu sәmimi cәmiyyәtdir.

🌹 Beşinci xüsusiyyәt әxlaq vә rәftarda düzgünlükdür. İnsanları mәnәvi cәhәtdәn paklayır, әxlaq fәsadlarından vә qәbahәtlәrdәn tәmizlәyir, әxlaqlı vә mәnәn saf insan yetişdirir:  "Onları mәnәn paklayar, onlara kitabı vә hikmәti öyrәdәr".1 Mәnәvi paklıq әsas şәrtlәrdәn biridir. Yәni Peyğәmbәr (s) insanların hәr biri üzәrindә tәrbiyә vә insanlıq baxımından işlәyir.

🌹 Altıncı xüsusiyyәt iqtidar vә izzәtdir. Peyğәmbәr (s) cәmiyyәti vә quruluşu başıqapazlı, asılı, başqasının ardınca düşәn vә ona-buna әl açan deyil, izzәtli, iqtidarlı vә qәrarlıdır; öz xeyrini bildikdә onu tәmin etmәk üçün çalışır vә işlәrini idarә edir.

🌹 Yeddinci xüsusiyyәt iş, hәrәkәt vә daimi inkişafdır. Peyğәmbәr (s) quruluşunda dayanmaq yoxdur, daim hәrәkәt, iş vә inkişaf var. Nә zamansa demirlәr ki, daha bitdi, indi oturub istirahәt edәk. Belә bir şey yoxdur. Tәbii ki, bu iş lәzzәtli vә sevimli işdir, yorucu deyil, insana hәvәs, qüvvә vә şövq verir.

¹ Ali ‐ Imran/164

💠 İMAM SEYYİD ƏLİ XAMENEİ
📚
"250 Yaşlı İnsan" Birinci fəsil: Böyük Peyğəmbər (s)

T.me/Hz_Zeyneb_Mektebi
"ÖZÜNÜZÜ ELƏ HAZIRLAYIN Kİ, ZAMANININ İMAMININ KÖMƏKÇİSİ OLASINIZ."

Şəhid Cihad Muğniyyə


T.me/Hz_Zeyneb_Mektebi
Uca Allah buyurur:

وَذَكِّرْ فَإِنَّ الذِّكْرَى تَنفَعُ الْمُؤْمِنِينَ

"Sən dayanmadan xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir."

QURAN, ZƏRİYƏT 51;55

T.me/Hz_Zeyneb_Mektebi
🇵🇸Həzrət Zeynəb Məktəbi
Photo
🌷🌷🌷🌷🌷🌷

Şəhidə Şəhla Sani

Şəhla Sani 1967-ci ildə Miyanə şəhərində dünyaya gəlmişdir. Şirin dilli, mehriban, məsum simalı bir qız idi. "Hənifə" ibtidai məktəbində təhsilə başlamış, sonra "Zeynəbiyyə" məktəbinə daxil olmuşdur. Məktəbin zəhmətkeş şagirdlərindən biri idi. Onun "Zeynəbiyyə" məktəbinə daxil olması məqsədini seçməkdə və həyatını davam etməkdə böyük dəyişiklik yaratdı. Qohumlarından və ailə üzvlərindən çoxu batilə qarşı haqq cəbhəsində döyüşürdü. O da həmçinin, ruhu ilə cəbhəni hiss edir və hər gün döyüşçülərə məktub yazırdı. "Zeynəbiyyə" məktəbi cəbhələrə yardım toplanmasında mühüm bazalardan biri idi. Şəhla və onun bəzi dostları camaatın cəbhələrə kömək üçün verdiyi pulları toplayıb lazımi ləvazimatları aldıqdan sonra onları qablaşdırıb qardaşların köməyi ilə cəbhələrə göndərirdilər. Şəhlanın xüsusi mehribanlığı və mətanəti var idi. Sakit və səbirli idi. Ən pis vəziyyətdə problemi həll etmək üçün çarə tapırdı. Hadisədən bir gün əvvəl Miyanə şəhəri BƏƏS rejiminin hava hücumlarının hədəfi olmuşdu. Şəhərdə havadan bombardmanın növbəti hədəfləri arasında Zeynəbiyyə məktəbinin olduğu xəbəri də yayılmışdı. Hadisə baş verən gün anası Şəhlanın dərsə getməsinə mane olmaq üçün xeyli səy göstərmiş, amma onu fikrindən döndərə bilməmişdi. Xeyli mübahisə etdikdən sonra Şəhlanı qonşunun həyətindəki zirzəmiyə kilidləyib. Ancaq həyətə girməmiş ona yazığı gəlib və onu evə gətirmək üçün qayıdıb. Qonşunun zirzəmisində qıraqdan zəncirlə bağlanan köhnə taxta qapı da var idi. Anası zirzəmiyə daxil olanda Şəhladan əsər əlamət yox idi. Şəhla arxa küçəyə açılan pəncərədən qaçmışdı.
Anası narahatlıqla "Şəhla getdi" deyib evə tələsdi. Şəhlanın arxasınca getmək istəyəndə həyəcan siqnalları onun tərpənməsinə mane oldu. Qorxa-qorxa həyətə çıxdı. Bir neçə dəqiqə keçməmiş dəhşətli bombardman səsi şəhəri silkələdi və aşiq qaranquşlar Məbuda tərəf qanad çaldılar.

☘️ Şəhidləri salavatla yad edək

Əllahummə salli alə Muhəmməd və ali Muhəmməd və əccil fərəcəhum

http://T.me/Hz_Zeyneb_Mektebi

Paylaşımlardan istifadə edərkən xahiş olunur mənbəni qeyd edin. Mənbəsiz paylaşılmasına halallıq verilmir.

🌷🌷🌷🌷🌷🌷
🇵🇸Həzrət Zeynəb Məktəbi
Photo
🌷🌷🌷🌷🌷🌷🌷

Мученица Шахла Сани

Шахла Сани родилась в 1967 году в городе Миане. Она была отзывчивой, доброй и миловидной девушкой. Шахла начала обучение в начальной школе "Ханифа", затем поступила в школу «Зейнабия». Она была одной из трудолюбивых учениц школы. Поступление в школу «Зейнабия» сильно повлияло на  ее опрелеление цели в жизни. Шахла всей душой ощущала фронт, поскольку многие из родственников и членов семьи были там. Она каждый день писала письма солдатам. Школа «Зейнабия» была одной из важных баз сбора помощи для фронта. Шахла и некоторые ее друзья собрав деньги, данные народом на помощь солдатам, закупали необходимые припасы, тщательно упаковывали их, и с помощью братьев отправляли все на фронт. Шахла обладала особой добротой и стойкостью. Она была спокойна и терпелива. Даже в худших ситуациях она находила способы решения проблем. За день до инцидента город Миане стал объектом авиаударов режима БААС. В городе распространилась весть, что школа Зейнабия стала одной из следующих целей воздушной бомбардировки. В день инцидента ее мать изо всех сил старалась помешать Шахле пойти на занятия, но она не смогла ее переубедить. После долгих споров она заперла Шахлу в подвале соседского двора. Однако возвращаясь домой пожалела Шахлу и решила вернуться за ней, чтобы привести ее домой. В том соседском подвале была еще одна старая деревянная дверь, закрытая цепью. Когда мама вошла в подвал, от Шахлы и следа не было. Она сбежала через окно, выходящее на заднюю улицу. «Шахла ушла»  обеспокоенно произнесла мать и поспешила домой. Когда она попыталась последовать за дочкой, звуки сирен не позволили ей двинуться с места. Она в страхе вышла во двор. Несколько минут спустя ужасный звук бомбардировок потряс весь город, и влюбленные ласточки раскрыли крылья и поспешили в сторону Возлюбленного…

☘️ Не забывайте поминать шахидов салаватом:

Аллахумма Салли а'ля Мухаммад ва а'ли Мухаммад ва аджиль фараджахум.

T.me/Hz_Zeyneb_Mektebi

❗️При распространении публикаций, просьба указывать источник. Распространение, не указывая на ссылку канала, запрещается.

🌷🌷🌷🌷🌷
C Ü M Ə N İ Z  M Ü B A R Ə K!

"Allah möminlərə öz içlərindən Allahın ayələrini onlara oxuyan, onları (pis əməllərdən) təmizləyən, Kitabı (Quranı) və hikməti onlara öyrədən bir peyğəmbər göndərdiyi vaxt minnət qoydu (böyük bir nemət bəxş etdi). Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər."

QURAN, ALİ - İMRAN 3;164

T.me/Hz_Zeyneb_Mektebi
🔹️ Rəbiül-əvvəl ayının 17-ci günü (sabah) İslam Peyğəmbərinin (s), eləcə də İmam Sadiqin (ə) mövlud gününə təsadüf edir.

• Həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:

1. Qüsl etmək.

2. Oruc tutmaq; (bu günün orucu bir illik orucun savabına bərabərdir).

3. Peyğəmbər (s) və İmam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq).

5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur.

6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək.

7. Gözəl libas geyinmək, ətirlənmək.

📚 “Məfatihul-cinan”.

T.me/Hz_Zeyneb_Mektebi
🔹️•17-е Рабиуль-Авваль•
День рождения святого Пророка Мухаммада (с) и Имама Садыка (а).

Желательные деяния в этот день:

1. Совершить гусль.

2. Держать пост. (Этот день входит в число четырёх дней в году, когда поститься особенно желательно).

3. Прочитать «Зиярат Пророка (с)».

4. Прочитать «Зиярат Имама Садыка (а)».

5. Во время восхода солнца в этот день желательно прочитать намаз в два ракята; В каждом ракяте после суры «Фатиха» желательно 10 раз прочитать суру «Кадр» и
10 раз - суру «Ихляс».

6. Давать милостыню.

7. Проводить праздничные мероприятия, одевать светлые одежды, умащаться благовониями и много говорить салават Пророку и его роду (мир им).

📚 Мафатихуль-джинан.

T.me/Hz_Zeyneb_Mektebi
🌹 Əziz Peyğəmbərimiz (s) və İmam Cəfər Sadiqin (ə) mövludu münasibətilə bütün müsəlmanları təbrik edirik!

T.me/Hz_Zeyneb_Mektebi
🌹 Поздравляем всех мусульман с днем рождения Дорогого Пророка Мухаммада (с) и Имама Джафара Ас - Садыка (а)!

T.me/Hz_Zeyneb_Mektebi