𓆸 Եҽѵհíժ ҽհӀí 𓆸
102 subscribers
155 photos
17 videos
2 files
245 links
“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” ( Maidə, 3 )

ᴅɪɢᴇʀ ᴋᴀɴᴀʟıᴍ:
@Cennetin_Talibleri ›› ᴛᴜ‌ʀᴋᴄ‌ᴇ
Download Telegram
📚 Tibb kitabı

4-cü fəsil. Qara zirə¹

🌻 Rəvayət edilir ki, Aişə (radıyallahu anhə) demişdir:

“Mən Peyğəmbərin (sallallahu aləyhi və səlləm) belə dediyini eşit­mişəm: “Bu qara zirə samdan başqa hər bir xəstəliyin dərmanıdır.” Mən: “Sam nədir?”– deyə soruşdum. O: “Ölümdür!”– dedi.”

📒 (əl-Buxari, 5687)


¹Buna çörəkotu da deyilir: çətir fəsiləsindən bir bitki və həmin bitkinin ədviyyat kimi xəmirə və s.-yə qatılan xoşiyli toxumu.

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
📚 Tibb kitabı

5-ci fəsil. Hind və dəniz qustundan¹ hazırlanmış məlhəmi buruna damızdırmaq

🌻 Rəvayət edilir ki, Ummu Qeys bint Mihsən (radıyallahu anhə) demişdir:

“Mən Peyğəm­bə­rin (sallallahu aləyhi və səlləm) belə dediyini eşitmişəm: “Bu hind qustundan istifadə edin. Həqiqətən də, onda yeddi (xəstəliyin) şəfası vardır. Onun məlhəmindən boğazı xəstə olanın boğazı­na, plevritə² tutulanın ağzına damızdırın.”

📒
(əl-Buxari, 5692).


¹Qust: dərman bitkisidir. Hindistan qustu qara rəngdə, dəniz qustu isə ağ rəngdə olur.

²Ağ ciyər pərdəsinin iltihabı.

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
📚 Tibb kitabı

6-cı fəsil. Qan alma yolu ilə müalicə olunmaq 

🌻 Rəvayət edilir ki, (bir dəfə) Ənəsdən radıyallahu anhu həcəmət¹ qoyan adamın qazancı barədə soruşdular. Dedi: “(Bir vaxt) Əbu Teybə Peyğəmbərdən sallallahu aleyhi və səlləm qan aldı və Peyğəm­bər sallallahu aleyhi və səlləm ona iki saa² yemək verdi, üstəlik onun ağaları ilə danışdı və onlar (gün­dəlik olaraq ondan aldıqları xəracın miqdarını) bir qədər azalt­dı­lar.”

(Peyğəmbər sallallahu aleyhi və səlləm) demişdir: “Müalicə olunmağınız üçün istifadə etdiyiniz ən gözəl şey həcəmət və dənis qustu­dur.”

Həmçinin demişdir: “Uşaqlarınızın (şişmiş) badamcıq vəzilərini³ (bar­maqla) basaraq onlara əzab-əziyyət verməyin. Onları qustla müalicə edin.”

📒 (əl-Buxari, 5696)


¹Müalicə məqsədilə baş, kürək və bədənin başqa nahiyələrindən qan almaq üçün işlədilən buynuz­şəkilli alət.

²Saa – ölçü vahididir və dörd mudda bərabərdir. Bir mudd isə insanın iki ovucuna bərabərdir ki, bu da yeddi yüz qrama bərabərdir. (Səmərul Müstətab, 1/28)

³Badamcıq: Boğazda və əsnəkdə olan və görünüşcə badama oxşayan vəzi.

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
📚 Tibb kitabı

7-ci fəsil. Özünə və ya başqa birisinə dağ basmaqla müalicə edən kimsə haqqında, habelə bu yolla müalicə etməyən kimsənin üstünlüyü

🌻 İbn Abbas (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Ümmətlər mənə gös­tərildi. Mən bir və ya iki peyğəmbər gördüm, yanlarında bir neçə adam var idi. Hətta elə bir peyğəmbər də gördüm ki, yanında heç kəs yox idi. (Hə­min vaxt) mənə böyük bir toplum göstərildi. Mən soruşdum: “Bu nədir? Yox­sa bu mənim ümmətim­dir?” (Mənə): “Bu, Musa və onun qövmüdür”– deyildi. Sonra da: “Üfüqə tərəf bax”– deyə əmr edildi. Mən orada bütün üfüqü tut­muş böyük bir toplum gördüm. (Yenə) dedilər: “Üfüqün burasına və bu­ra­sına bax!” Mən orada bütün üfüqü tutmuş böyük bir toplum gördüm. Mənə: “Bu sənin ümmətindir. Onlardan yetmiş min nəfəri sorğu-sualsız Cənnətə gi­rəcəkdir”– dedilər. (Bunu deyəndən) sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) kimlərin (sorğu-sualsız Cənnətə girəcəklərinə dair) açıqlama verməyib (evinə) daxil oldu. (Bu səbəbdən) camaatın arasına ixtilaf düşdü və onlar dedilər: “Biz Allaha iman gətirmiş və Onun elçisinin ardınca gedən kimsələrik. (Demək, o yetmiş min nəfər) bizik, yaxud bu, müsəlman olaraq doğulmuş övladlarımıza aid­dir, çünki biz cahi­liyyə dövründə dünyaya gəlmişik.” Bu söhbət Peyğəm­bə­rə (sallallahu aleyhi və səlləm) yetişdikdə o bayıra çıxıb dedi: “Bunlar özlərinə ovsun oxunmasını tələb et­məyən, (hər hansı bir hadisəni) uğursuzluq əlaməti hesab etməyən, (mü­a­li­cə məqsədilə) bədə­ninə dağ basmayan və yalnız Rəbbinə təvəkkül edən kim­sələrdir.” Bu vaxt Ukkaşə ibn Mihsən dedi: “Mən onlardanammı, ya Rə­su­lullah?” Peyğəmbər (sallallahu aleyhi və səlləm): “Bəli”– dedi. Sonra başqa bir adam ayağa qalxıb: “Mən də onlardanammı?”– deyə soruşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Ukkaşə səni qa­baqladı.”

📒 (əl-Buxari, 5705)


#Tibbkitabı

Telegram.me/ehli_tevhid
📚 Tibb kitabı

8-ci fəsil. Cüzam¹

🌻 Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Nə yoluxucu xəs­təlik², bəd əlamət³, bayquş (uğursuzluğu)⁴ və səfər⁵ deyilən bir şey yoxdur. Bir də ki şirdən qaçdığın kimi cüzam xəstəliyinə tutulmuş adamdan qaç!”

📒 (əl-Buxari, 5707)


¹Əsasən dəri və toxumaların çürüməsi şəklində təzahür edən ağır xroniki xəstəlik.

²Yəni xəstəlik bir adamdan başqa birisinə öz təsiri ilə yox, yalnız və yalnız Allahın izni ilə keçə bilər.

³İnsanların bəd əlamət və uğursuzluq hesab etdiyi bir hadisə nəticəsində Allahın əzəldən yazdığı qəzavü-qədərin dəyişəcəyini etiqad etmək qadağandır. Bütün bunlar cahiliyyə dövründən qalma  batil fər­ziy­yələrdir.

⁴Bayquş görməyi bəd əlamət hesab etmək, onun qonduğu yerə və o ərazidə olanların başı­na müsibət gələcəyini iddia etmək qadağandır. 

⁵Burada yoluxucu xəstəlik, yaxud səfər ayı nəzərdə tutulur.

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
📚 Tibb kitabı

9-cu fəsil. Yoluxucu xəstəlik yoxdur

🌻 Rəvayət edilir ki, Əbu Hureyra (radıyallahu anhu) demişdir:

“(Bir dəfə) bir bədəvi (Peyğəm­bər­dən s.a.s ) soruşdu: “Ya Rəsulullah, mənim dəvələrimə sözün nədir?! Onlar səh­rada maral kimi olurlar. Elə ki aralarına xəstə bir dəvə girir, hamısına xəs­təlik düşür.” Peyğəmbər dedi: “Yaxşı, bəs birincisinə xəstəliyi kim sa­lır?!”

📒 (əl-Buxari, 5717)

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
📚 Tibb kitabı

10-cu fəsil. Plevrit

🌻 Rəvayət edilir ki, Ənəs ibn Malik (radiyallahu anhu) demişdir:

“Peyğəmbər (sallallahu aləyhi və səlləm) ənsardan olan bir ailəyə (zəhərli heyvan) sancmasını və qulaq ağrısını (müalicə etmək üçün) ruqya oxumağa izn vermişdi.

Peyğəmbərin (sallallahu aləyhi və səlləm) sağlığında plevrit xəstəliyimdən dolayı mənim bədə­ni­mə dağ basmışdılar. Əbu Təlhə, Ənəs ibn Nədr və Zeyd ibn Sabit bunun şa­hidi olmuşlar. Məni dağlayan isə Əbu Təlhə olmuşdur.”

📒 (əl-Buxari, 5719-5720)

¹Ağ ciyər pərdəsinin iltihabı.

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
📚 Tibb kitabı

11-ci fəsil. Qızdırma Cəhənnəm istisinin (bir hissəsidir)

🌻 Rəvayət edilir ki, Əsma bint Əbu Bəkrin (radıyallahu anhə) yanına qızdırmadan əziyyət çə­kən qadın gətirildikdə o, (xəstə) üçün dua edər, sonra su götürüb onu qa­dı­­nın sinəsinə tökər və deyərdi:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə qızdırmanı su ilə soyut­ma­ğı əmr edərdi.”

📒 (əl-Buxari, 5724)

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
📚 Tibb kitabı

12-ci fəsil. Taun¹ barədə deyilənlər

🌻 Ənəs ibn Malik (radıyallahu anh) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Taun xəstəli­yindən ölən hər bir müsəlman şəhid sayılır.”

📒 (əl-Buxari, 5732)

¹Qusma və ishal şəklində təzahür edən ağır epidemik xəstəlik.

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
📚 Tibb kitabı

13-cü fəsil. Gözdəyməyə qarşı ruqya¹ oxumaq

🌻 Rəvayət edilir ki, Aişə (radıyallahu anhə) demişdir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə (və ya qeyrisinə) gözdəyməyə qarşı ruqya oxumağı buyurdu.”

📒 (əl-Buxari, 5738)


🌻 Ummu Sələmə (radıyallahu anhə) rəvayət edir ki, (bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun evində üzü­nün rəngi dəyişmiş bir qız uşağı görüb dedi:

“Bu qıza ruqya oxuyun, çünki ona göz dəyib.”

📒 (əl-Buxari, 5739)


¹Hərfi tərcümədə ovsun deməkdir. Lakin burada ovsun deyildikdə sehr, cadu-pitik deyil, əksi­nə, mü­barək sözlərlə Allahın Kəlamı və ya Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dua­ları vasitəsilə xəstəni müalicə etmək nəzərdə tutulur.

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
📚 Tibb kitabı

14-cü fəsil. Əqrəb və ya ilan sancan adamı ruqya ilə müalicə etmək

🌻 Rəvayət edilir ki, Aişə (radıyallahu anhə) demişdir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər bir zəhərli heyvan sancmasını (müalicə etmək üçün) ruqya oxumağa rüsxət vermişdir.”

📒 (əl-Bu­xa­ri, 5741)

#Tibbkitabı

Telegram.me/ehli_tevhid