𓆸 Եҽѵհíժ ҽհӀí 𓆸
107 subscribers
155 photos
17 videos
2 files
245 links
“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” ( Maidə, 3 )

ᴅɪɢᴇʀ ᴋᴀɴᴀʟıᴍ:
@Cennetin_Talibleri ›› ᴛᴜ‌ʀᴋᴄ‌ᴇ
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌺 Şeyx Muhamməd İbn Abdul-Vəhhab (Rəhimullah) demişdir:

«Hər-kim olduğu məkanda küfr və nifaq sözü eşidərsə və o sözü deyəni inkar etməzsə, əksinə susarsa, beləsi artıq o kəsin küfr etməsində ortağıdır».

📚 (Əd-Dərur Əs-Səniyyə, 8/61)


t.me/Ehli_Tevhid 。♡*゚
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📚 Tibb kitabı

12-ci fəsil. Taun¹ barədə deyilənlər

🌻 Ənəs ibn Malik (radıyallahu anh) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Taun xəstəli­yindən ölən hər bir müsəlman şəhid sayılır.”

📒 (əl-Buxari, 5732)

¹Qusma və ishal şəklində təzahür edən ağır epidemik xəstəlik.

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💫 Allah Rəsulunu (s.ə.s.) qocaldan surələr

İbn Abbas nəql edir: “Bir gün Əbu Bəkr Rəsuli-Əkrəmə:

– Ey Allahın Rəsulu, səni qocalmış görürəm, – deyir. Allah Rəsulu belə buyurur:

– Məni Hud, Vaqiə, Mürsəlat, Nəbə və Təkvir surələri qocaltdı.”

📒 İbn Kesîr, el-Bidâye, 6/59.

@Ehli_Tevhid
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌱 NAMAZ GÜNAHINA KƏFFARƏ OLAR

Əli (r.a.) rəvayət edir: “Allah Rəsulu ilə birlikdə məsciddə namaz vaxtının girməsini gözləyirdik. Birdən bir nəfər qalxıb:

– Mən bir günah işlədim, – dedi, ancaq Allah Rəsulu ona heç nə demədi. Namazdan sonra həmin adam təkrar eyni şeyi söylədi Allah Rəsulu ona:

– Sən bir az əvvəl gözəlcə dəstəmaz alıb namaz qılmadın? – deyə soruşdu. Adam:

– Qıldım, – cavabını verdi. Allah Rəsulu (s.ə.s.) bu dəfə:

– Bax qıldığın o namaz etdiyin günaha kəffarədir, – buyurdu”.

📗 Taberânî, Mu’cemu’l-Evsat, 7/301 (7560)

@ehli_tevhid
📚 Tibb kitabı

13-cü fəsil. Gözdəyməyə qarşı ruqya¹ oxumaq

🌻 Rəvayət edilir ki, Aişə (radıyallahu anhə) demişdir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə (və ya qeyrisinə) gözdəyməyə qarşı ruqya oxumağı buyurdu.”

📒 (əl-Buxari, 5738)


🌻 Ummu Sələmə (radıyallahu anhə) rəvayət edir ki, (bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun evində üzü­nün rəngi dəyişmiş bir qız uşağı görüb dedi:

“Bu qıza ruqya oxuyun, çünki ona göz dəyib.”

📒 (əl-Buxari, 5739)


¹Hərfi tərcümədə ovsun deməkdir. Lakin burada ovsun deyildikdə sehr, cadu-pitik deyil, əksi­nə, mü­barək sözlərlə Allahın Kəlamı və ya Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dua­ları vasitəsilə xəstəni müalicə etmək nəzərdə tutulur.

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📚 Tibb kitabı

14-cü fəsil. Əqrəb və ya ilan sancan adamı ruqya ilə müalicə etmək

🌻 Rəvayət edilir ki, Aişə (radıyallahu anhə) demişdir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər bir zəhərli heyvan sancmasını (müalicə etmək üçün) ruqya oxumağa rüsxət vermişdir.”

📒 (əl-Bu­xa­ri, 5741)

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💝 Allaha ən sevimli olan din (əməl) davamiyyətli olanıdır 👈

عَنْ عَائِشَةَ : أَنَّ النَّبِىَّ ﷺ دَخَلَ عَلَيْهَا وَعِنْدَهَا امْرَأَةٌ قَالَ: «مَنْ هَذِهِ» . قَالَتْ فُلاَنَةُ. تَذْكُرُ مِنْ صَلاَتِهَا. قَالَ: «مَهْ، عَلَيْكُمْ بِمَا تُطِيقُونَ، فَوَاللَّهِ لاَ يَمَلُّ اللَّهُ حَتَّى تَمَلُّوا». وَكَانَ أَحَبَّ الدِّينِ إِلَيْهِ مَا دَامَ عَلَيْهِ صَاحِبُهُ.

─━━━━━━⊱✿⊰━━━━━━─

Aişə (radıyallahu anhə) rəvayət edir ki, yanında bir qadın olarkən Peyğəm­bər (sallallahu aleyhi və səlləm) içəri daxil olub: “Bu kimdir?”– deyə soruşdu. (Aişə): “Filankəs­dir”– deyib, onun namaz qıl­mağından danışdı. Peyğəmbər r buyur­du: “Bəsdir, siz bacardığınızı yerinə ye­tirməlisiniz. Vallahi, siz usan­madıqca, Allah usanmaz.”

🌺 Aişə (radıyallahu anhə) demişdir: “Allah üçün ibadətlərin ən sevimlisi o əməldir ki, insan onu davamlı yerinə yetirir.”

─━━━━━━⊱✿⊰━━━━━━─


📓 əl-Buxari, 43

@Ehli_Tevhid ོོ•°
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔹Maymun ibn Mihran, demişdir:

إنّ الرّجل يقرأ القرآن، وهو يلعن نفسه، قيل له: وكيف يلعن نفسه؟ قال: يقرأ {أَلا لَعنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ}، وهو ظالم.

تنبيه الغافلين (٤٠٧/١)

"Olur ki, insan Quran oxuyan zaman, özünə lənət edir."

— Soruşdular: "Nəcə özünü lənətləyir?"

— Dedi: "O, zalimlərdən olduğu halda: "Allahın lənəti, zalimlərin üzərinə olsun" - oxuyar.

🗞 "Tenbihul-Ğafilin"

https://t.me/Ehli_Tevhid