"Bakı Metropoliteni" QSC
412 subscribers
1.35K photos
183 videos
42 files
497 links
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi Telegram səhifəsi.
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Bakı Marafonu-2026"da metropolitençilər də iştirak edir🏃🏻‍♂️🏃🏻‍♀️

Heydər Əliyev Fondunun təşəbbüsü ilə #Küləyəqalibgəl devizi altında doqquzuncusu keçirilən marafonda Bakı Metropoliteninin əməkdaşları da mübarizə aparırlar. 🏁

Metropolitençilər 21 və 42 kilometrlik məsafələri qət etmək üçün güc və dözümlərini sınayırlar.

🥇İştirakçılara uğurlar arzulayırıq!

#BakuMarathon #BakuMarathon2026 #KüləyəQalibGəl #WinTheWind #metro
👍31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Metro Hackathon” son dayanacağa çatdı — FİNAL! 🚇

AZCON Holding şirkətlərindən olan Bakı Metropolitenində gərgin və maraqlı keçən yarışmanın sonunda münsiflər heyətinin yekdil qərarı ilə qaliblər müəyyənləşdi:

🥇 1-ci yer: "Xətai” komandası (5 000 AZN mükafat).
🥈 2-ci yer: “Gənclik” komandası (3 000 AZN mükafat).
🥉 3-cü yer: “Sahil" komandası (1 000 AZN mükafat).

Qaliblərimizi ürəkdən təbrik edir, bu rəqəmsal təşəbbüsün bir parçası olan hər kəsə təşəkkürümüzü bildiririk! 🤝

Nəqliyyatın inkişafına verilən hər bir töhfə gələcəyə doğru atılan ən möhkəm addımdır. 🚀
❤‍🔥6👍4
Media is too big
VIEW IN TELEGRAM
🚇Bakı metrosunda növbəti taktiki xüsusi təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyi və Bakı Metropoliteninin birgə təşkilatçılığı ilə “Ulduz–Koroğlu” mənzilində baş tutan təlimdə şərti yanğının söndürülməsi və “zərərçəkmişlər”in təxliyəsi təmin olunub. 🚒🧯

Metropoliten əməkdaşları zəruri tədbirlər görüb, mobil yanğın-xilasetmə qrupları operativ kəşfiyyat aparıblar. “Yanğın”ın qarşısı qısa müddətdə alınıb, təhlükəsiz şəkildə təxliyə olunan “zərərçəkmişlər”ə ilkin yardım göstərilib.👨🏼‍🚒

Sonda fövqəladə hallarla bağlı operativ reaksiyalar ətraflı müzakirə olunub.

📌Təhlükəsizlik əsas prioritetimizdir!
❤‍🔥3👏3👍1
Aprel ayında metroda 20 milyondan çox səfər həyata keçirilib.🚇

Bakı Metropoliteni ötən ay 20 510 029 sərnişinə xidmət edib ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 0,11 % artım deməkdir.

📊Aprelin lideri – “Koroğlu” stansiyası!
Ay ərzində stansiyanın 1 824 773 istifadəçisi olub.

🏆 2026-cı ilin ilk 4 ayı üzrə ən çox sərnişin daşınan 3 günün 2-si məhz aprelə təsadüf edir:
1️⃣ 3 aprel – 819 536
2️⃣ 18 fevral – 818 376
3️⃣ 2 aprel – 802 283

💳 NFC ilə ödənişlərdə artım davam edir − 8 057 376 nəfər
Bu, ümumi ödənişli sərnişinlərin 40,3 %-ni təşkil edir.

📈“Əlçatan metro” xidmətindən istifadə edənlərin sayı artıb − 236 sifariş
Bu göstərici ötən ilin eyni ayına nəzərən 35,6 % daha çox olub.
👍3🔥2🙏1
🚇Qeyri-iş günlərində metronun iş rejimi dəyişdirilir!

9 May – Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar metronun hərəkət qrafikində dəyişiklik ediləcək:
🔹 9 və 11 mayda “28 May–Əhmədli” mənzilində interval 2 dəqiqə 30 saniyə, mayın 10-da 3 dəqiqə olacaq.
🔹 Bənövşəyi xətdə, “Cəfər Cabbarlı–Xətai” və “Həzi Aslanov–Əhmədli” mənzillərində mövcud qrafik dəyişməz qalacaq.
🔹“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 may şənbə, ayın 10-da bazar günü qrafiki üzrə tənzimlənəcək.

Sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün:
✔️ Stansiyalarda nəzarət gücləndiriləcək.
✔️ Əlavə işçi qüvvəsi ayrılacaq.
✔️ Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Media is too big
VIEW IN TELEGRAM
“Metropolitan Apartments” – İstirahət üçün doğru seçim

Bakı Metropoliteninin Bilgəhdə yerləşən “Metropolitan Apartments” istirahət mərkəzi sizə sağlam və əyləncəli vaxt keçirmək imkanı yaradır. ☀️

Burada hər şey sizin üçün düşünülüb:
🌊 Dənizə yaxın məkan
🌅Sakit istirahət zonası
🏟️ Futbol, voleybol, basketbol meydançaları və tennis kortu
🏘️Geniş və komfortlu kotteclər

Məqsədimiz qonaqlarımızın əhval-ruhiyyəsini yüksək tutmaq və unudulmaz istirahət bəxş etməkdir.

Müraciət üçün:
📞010 265 05 55
📧 Commerce@metro.gov
👍1
🚇 Bakı Metropoliteninin Əlaqə mərkəzi aprel ayında da müraciətlərin operativ cavablandırılmasını təmin edib.

📊2026-cı ilin 4 ayı ərzində ən çox müraciət apreldə qeydə alınıb.
📥 Mərkəzə ümumilikdə 1,935 müraciət daxil olub:
📞 Telefon zəngləri – 842
💬 Sosial media sorğuları – 834
📧 Elektron məktublar – 259

Operativlik göstəriciləri:
⏱️ 99 % zəng 30 saniyə ərzində cavablandırılıb.
98 % zəng ilk dəfədən cavablandırılıb.

Bütün müraciətləriniz bizim üçün önəmlidir − 964 Əlaqə mərkəzi sizi eşidir!
👍1
Azərbaycan Respublikası Prezidentinin 7 may 2026-cı il tarixli Fərmanına əsasən, “Bakı Metropoliteni” QSC “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC-nin ona qoşulması formasında yenidən təşkil edilir.🚇

📌Bu qərar ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkilinə, xidmətlərin qarşılıqlı inteqrasiyasının gücləndirilməsinə və şəhər mobilliyinin daha səmərəli təşkilinə yönəlib.

Yenidən təşkil prosesi çərçivəsində ilkin mərhələdə nəzərdə tutulur:

🔹İctimai nəqliyyat sistemində vahid və əlaqələndirilmiş idarəetmə modelinin tətbiqi;
🔹Xidmət keyfiyyətinin artırılması və sərnişin rahatlığının yüksəldilməsi;
🔹Sərnişindaşıma xidmətlərində təhlükəsizlik və operativliyin artırılması;
🔹Metro, avtobus, tramvay və taksi xidmətləri arasında inteqrasiyanın gücləndirilməsi;
🔹Rəqəmsal həllərin genişləndirilməsi.

🌐Daha ətraflı: https://metro.gov.az/az/news/4755/baki-metropoliteni-qapali-sehmdar-cemiyyetinin-yeniden-teskili-barede
👏42
Media is too big
VIEW IN TELEGRAM
Şəhər mobilliyində yeni dövr başlayır.

İki yol, vahid məqsəd – Yeraltının sürəti yerüstünün dinamikası ilə sənin üçün birləşir. 🚇🚌

Daha əlçatan, daha rahat, daha yaxın!
👍5