BDU TGT
581 subscribers
285 photos
11 videos
77 links
Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının rəsmi telegram səhifəsi.
Bizimlə əlaqə : +994 (012) 5102587
Download Telegram
Allah rəhmət eləsin!



Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru Yalçın Mustafa oğlu Əlizadə 83 yaşında vəfat edib.

Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncə şəhərində anadan olub. 1957-ci ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olub.1962-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. 1971-1974-cü illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspiranturasında təhsil alıb.
1974-cü ildə "Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1974-1981-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1982-1999-cu illərdə Televiziya və radio jurnalistikası kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-2012-ci illərdə Jurnalistika fakültəsinin dekanı olub.
🙏11👍2
Noyabr ayının təqaüdü ödənilib.
11👍4
https://www.instagram.com/reel/C1rZtrEId_F/?igsh=dWFleDg5bXVybXcx

BDU TGT təşkilatçılığı ilə keçirilən "Yeni İl" konsertinin qısa videoçarxını təqdim edirik🤩
👍4
Əziz Tələbələr!
Sabahdan etibarən Bakı Dövlət Universitetində imtahan sessiyası başlayır!
Hər birinizə Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı adından uğurlar arzu edirik!😊
11🙏7
Allah rəhmət eləsin!

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin l kurs tələbəsi Vaqif Qasımov bronxial astma xəstəliyindən vəfat edib.
BDU rəhbərliyi tələbəmizin vəfatından kədərlənir və ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
😢19
Magistraturaya qəbul imtahanının (I cəhd) fevralın 11-də keçirilməsi nəzərdə tutulur.
😢2
BDU TGT "İlin Tələbə Gənclər Təşkilatı" seçilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu keçirilib.

Forumda Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) 2023-cü ildə "Heydər Əliyev İli" çərçivəsində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində fəal iştirakına görə "İlin Tələbə Gənclər Təşkilatı" adına layiq görülüb.

Bu münasibətlə BDU TGT kollektivini təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirik!

#BDU #ATGTİ #TGT
9
Magistratura imtahanının nəticələri açıqlandı!
👍2
Təqaüdlər ödənilib!
👍13🎉4😢3🤩2
Hər vaxtınız xeyir, əziz gənclər!🤩 Ümidvarıq ki, hər biriniz yaxşısınız😇Bu yorğun keçən dərs saatlarından sonrakı vaxtınızı əyləncə tapmadan keçirmək qeyri-mümkündür deyə düşündük və əsl əyləncə ilə yenidən sizlərin qarşısındayıq🤩
*Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təçkilatçılığı ilə keçirilən “Gənclik həftəsi 2” layihəsinim əyləncə və həyəcan dolu anlarını yaşamağa hazırsınız?🤩*

“Gənclik həftəsi 2"də sizləri müxtəlif əyləncəli fəaliyyət növləri gözləyir🤩
Bu cür əyləncəni qaçırmağı heç tövsiyə etmirik😉

Qeyd edək ki, “Gənclik həftəsi 2” 15-19 aprel arasındakı zaman kəsiyini əhatə edəcək və sizlər üçün unudulmaz anlar aşılayacaq!🥳

Həmçinin bunu da nəzərinizə çatdırmaq istəyirik ki, layihədəki aktiv iştirak edən gənclər sertifikat və müxtəlif hədiyyələrlə təltif olunacaq.🤩

Hər birinizə xoş istirahətlər, əziz gənclər!😇

*Qeydiyyat linkimiz:*⬇️
https://chat.whatsapp.com/DbY7DnBMoGOC6qDXISnTav
👍5
💥💥💥 BDU beynəlxalq QS reytinqi üzrə ölkə birincisi oldu 🎉

📣 Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesab olunan “QS Quacquarelli Symonds” agentliyi “QS World University Rankings 2025” nəticələrini elan edib. 📌

⏩️ Bakı Dövlət Universiteti (BDU) böyük uğura imza atmaqla “QS World University Rankings 2025”də 179 pillə irəliləyərək, 951-1000 aralığında qərarlaşıb və ölkədə lider mövqeyinə yüksəlib. Eyni zamanda tələbə-müəllim nisbəti (faculty-student ratio) indikatoru üzrə dünyada 373-cü mövqeyə, məşğulluq göstəriciləri (employer outcomes) üzrə isə 271-ci mövqeyə yüksəlib. Bununla yanaşı, müxtəlif indikatorlarına görə qiymətləndirmə nəticələrinə əsasən, BDU tələbə-müəllim nisbəti (faculty-student ratio), fakültə üzrə istinad sayı (citation per faculty), beynəlxalq tədqiqat şəbəkəsi (international research network) və məşğulluq göstəriciləri (employer outcomes) üzrə də ölkədə lider mövqedə qərarlaşıb. ✨️

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdu_beynlxaq_qs_reytinqi_zr_lk_birincisi_oldu
👍1
Magistr ixtisas seçiminin nəticələri açığlandı
İyul ayının təqaüdü ödənilib!

#BDU #Təqaüd
5👍2
Avqust ayının təqaüdü ödənilib.

#BDU #Təqaüd
7👍1
Bu gün - 11 sentyabr tarixi saat 10:00-16:00 aralığında seçki həyata keçirilərək yeni sədr müəyyən olacaq. 🤩
Elə isə sən də səsvermədə iştirak et və BDU TGT-də yeni sədri seç!

TGT sədrliyinə namizədlər:

1. Fatimə Atakişiyeva Seymur qızı
(Fakültə: Biologiya İxtisas: Biologiya IV kurs)
Şüarı: Gələcək gənclərdir!

2. Harun Mehdiyev Zeynal oğlu
(Fakültə: Coğrafiya İxtisas: Davamlı inkişafın idarə edilməsi, IV kurs)
Şüarı: Gənclərlə uğurlu gələcəyə doğru!

Tələbələrimizə Uğurlar arzu edirik!


https://docs.google.com/forms/d/e/1FAIpQLSf610TaYQ9PA69O27LZHKyXtKu0ponln_2m1bMeuO0nkqDlQQ/viewform
3😨1
Əziz Tələbələr!
Bakı Dövlət Universitetində həyata keçirilən və keçiriləcək sosial tədbirlər, layihə və təlimlərdən tələbələrin operativ şəkildə məlumatlandırılması, tələbə təşkilatlarının elan və məlumatlarının tələbələrə çatdırılması, tələbələr arasında sosial sorğuların keçirilməsi məqsədi ilə Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin "Whatsapp" kanalı yaradılmışdır.

https://whatsapp.com/channel/0029VaUtNMsA2pL93EXqEp0O
👍2