Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
1.29K subscribers
5.57K photos
52 videos
1.16K links
Azii1920
Download Telegram
📌ADNSU və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlıq görüşü keçirilib

Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndə heyəti ilə görüşüb.
Görüşdə su ehtiyatlarının tənzimlənməsi, su resurslarının idarəçiliyində mühəndis kadrların yetişdirilməsindən danışılıb.
📌ADNSU tələbələri “Dostluq hədiyyəsi” konsertində iştirak edib
Tələbələrimiz Tacikistan Respublikası Prezidentinin İcra Aparatının Dövlət Simfonik Orkestrinin Heydər Əliyev Sarayında təşkil olunan “Dostluq hədiyyəsi” adlı konsert proqramında iştirak ediblər.
Qardaş xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edən bu incə təşəbbüs tələbələrimiz üçün unudulmaz və ilhamverici anlarla yadda qalıb.
ADNSU-da “Maarifçi” Tələbə-Məzun Təcrübə Proqramının təqdimatı keçirilib
https://asoiu.edu.az/single_news/2967