Media is too big
VIEW IN TELEGRAM
10 komanda, 1 kubok!
3 qitənin təmsilçilərinin güzəştsiz mübarizəsi!
Milli idman növlərimizdən olan Çövkən üzrə dünya çempionatı Azərbaycanda!
İyunun 10-dan 16-dək!
Binə Atçılıq Mərkəzində bir-birindən maraqlı duellər!
Azərbaycan, Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə, Özbəkistan idmançıları qarşı- qarşıya!
Millimiz ənənəvi idman növündə uğurlu nəticəni hədəfləyir!
Giriş sərbəstdir!

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi 42 kiloqram 970 qram narkotik vasitə marixuananın və 12 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M - 40 həblərinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://dsx.gov.az/news/1753

dsx.gov.az
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində s
Şəhid sərhədçilərin vida mərasimi keçirilib
İyun ayının 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxışlı Baxış Elşən oğlu ilə Tərtər rayonunda, əsgər Nağıyev Əli Elşən oğlu ilə Gəncə şəhərində vida mərasimi keçirilib.
Vida mərasimlərində şəhidlərin əzizləri, dövlət və hökumət rəsmiləri, Dövlət Sərhəd Xidmətinin rəhbər şəxsləri, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə mayor B.Baxışlının və əsgər Ə.Nağıyevin şərəfli xidmət yoluna nəzər salınıb, şəhidlik zirvəsinə ucalmış silahdaşlarımızın əziz xatirəsi daim ürəklərdə yaşayacağı, xalqımız tərəfindən böyük minnətdarlıqla yad ediləcəyi vurğulanıb.
Şəhidlərimiz Vətən torpağına əmanət edilib, ruhlarına dualar oxunub, yaylım atəşi açılıb və hər birimizin fəxarət rəmzi olan üçrəngli Dövlət bayrağı ailələrinə təqdim olunub.
Sonda məzarları üzərinə əklillər və gül dəstələri düzülüb.
https://dsx.gov.az/news/1754

İyun ayının 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olmuş m
Ölkəmizdə Çövkən üzrə dünya çempionatına start verilib
İyun ayının 10-da Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq Çövkən üzrə dünya çempionatına start verilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, qurumun vitse-prezidenti Bəsirət Quliyev, Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, federasiya rəsmiləri və idman nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti Bəsirət Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın qədim və zəngin tarixə malik çövkənin inkişafında ali diqqət və qayğılarından danışaraq, ölkə əhəmiyyətli sahələrdə olduğu kimi, bu sahədə də əldə edilmiş nailiyyətlərin məhz ölkə rəhbərliyinin adı ilə bağlı olduğunu böyük qürur hissi ilə diqqətə çatdırıb.
Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev belə tədbirlərin çövkən idman növünün inkişafına təkan verərək populyarlaşmasına səbəb olacağını vurğulayıb, Beynəlxalq Çövkən Federasiyasının məhz Azərbaycanda yaradılmasının tarixi hadisə olduğunu, çempionatın dostluq, sülh və idman ruhu ilə yadda qalacağını qeyd edib.
Rəsmi hissənin sonunda mundialda təmsil olunan millilərdən ibarət komandalara sağlam rəqabət, güclü mübarizə arzu edilib.
Tədbirin davamında Çövkən üzrə dünya çempionatında təmsil olunan komandaların paradı keçirilib, açılış mərasimi elan olunduqdan sonra yarışa start verilib.
Rəsmi hissə başa çatdıqdan sonra dünya çempionatının ilk qarşılaşmaları A qrupunda Azərbaycan 5–0 Qazaxıstan və Türkiyə 5–1 Malta, B qrupunda isə Mərakeş 5–0 Küveyt və Nigeriya 5–0 Almaniya komandaları arasında keçirilib.
Millilərin mübarizə apardığı Çövkən üzrə dünya çempionatı 16 iyun 2024-cü il tarixədək davam edəcək və qeyd olunan tarixdə qalib komandalar arasında baş tutacaq final oyununun nəticəsinə uyğun olaraq mükafatlandırma mərasimi keçiriləcək.
https://dsx.gov.az/news/1755

İyun ayının 10-da Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq Çövkən üzrə dünya çempionatına start verilib.Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
İyun ayının 13-də saat 04:22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 kiloqram 288 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://dsx.gov.az/news/1756

İyun ayının 13-də saat 04:22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi