Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
5.24K subscribers
5.85K photos
117 videos
794 links
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi "Telegram" kanalı
Download Telegram
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə maarifləndirici tədbir keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dinin siyasiləşdirilməsinin milli maraqlarımıza və mənəvi dəyərlərimizə təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin məqsədi dini radikalizmin və ekstremizmin qarşısının alınması, dinin siyasiləşdirilməsinin milli təhlükəsizlik və ictimai sabitlik üçün doğura biləcəyi risklər barədə şəxsi heyətin məlumatlandırılması, dini maarifləndirmə səviyyəsinin artırılması olmuşdur.

Çıxış edənlər dini dəyərlərin dövlətçilik prinsipləri ilə uzlaşmasının əhəmiyyətindən, radikal dini ideologiyaların gənclər arasında yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışmışlar.

Tədbirdə dinin cəmiyyətdəki rolu, dövlət-din münasibətləri, dini tolerantlıq ənənələri, eləcə də dini biliklərin düzgün mənbələrdən əldə olunmasının əhəmiyyəti vurğulanmış, iştirakçıların sualları cavablandırılmışdır.
https://www.dsx.gov.az/news/1906
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Aprel ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://www.dsx.gov.az/news/1908
23 aprel 2023-cü il tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi qurulmuşdur.

Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Zəfər bayrağımızın ucaldılması mərasimi baş tutmuş və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə olunmuşdur.

Bununla da ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilmişdir.
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılmışdır

Aprel ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçirilməsinin qarşısı alınmışdır.

Sərhəd zastavası dərhal “Silaha!” komandası ilə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilmişdir.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "54-BK-650" dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobillə həmin istiqamətə hərəkət edən Masallı rayon sakinləri – 1996-cı il təvəllüdlü Mehrəliyev Namik Hamil oğlu, 1993-cü il təvəllüdlü Babayev Peyman Əhməd və Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Cavadov Məhəmməd Rəşid oğlu şübhəli şəxs qismində saxlanılmışdır.

Araşdırma zamanı saxlanılan şəxslərin ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitəni götürmək məqsədilə əraziyə gəldikləri müəyyən olunmuşdur.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://dsx.gov.az/news/1909
🇦🇿 Müzəffər Ali Baş Komandan:

Aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik.

23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.
ARAF dünya üzrə ən yaxşı ənənəvi idman təşkilatı elan edilmişdir

18–20 aprel 2025-ci il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunmuş VII Etnosport Forumu çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) mühüm beynəlxalq nailiyyət əldə etmiş və Dünya Etnoidman Birliyi (World Ethnosport Confederation) tərəfindən “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülmüşdür. 

Milli-mənəvi irsin qorunması, ənənəvi atçılıq növlərinin inkişafı və beynəlxalq səviyyədə təbliği sahəsindəki töhfələrinə, habelə idman və mədəniyyətin qovşağında dayanan layihələrin uğurla reallaşdırılmasına görə təqdim olunmuş mükafat federasiyanın bu sahədə apardığı uğurlu fəaliyyətin təzahürüdür.

Bu uğur ölkə rəhbərliyinin atçılıq idman növünün inkişafına göstərdiyi ali diqqətin növbəti göstəricisidir.

Azərbaycan Respublikası Atçılıq Federasiyası son illər ərzində ölkə daxilində və xaricində bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin, yarışların və maarifləndirici proqramların təşəbbüskarı və təşkilatçısı kimi çıxış etmişdir.

VII Etnosport Forumu dünyanın 60-dan çox ölkəsindən nümayəndələrin, dövlət və ictimai təşkilatların, beynəlxalq qurumların və etnoidman üzrə mütəxəssislərin iştirakı ilə ənənəvi idman növlərinin təşviqi və mədəni irsin qorunması istiqamətində keçirilən əhəmiyyətli beynəlxalq tədbir olmuşdur.

Forumda təqdimatlar, müzakirələr və əməkdaşlıq sessiyaları çərçivəsində müxtəlif ölkələr arasında təcrübə mübadiləsi aparılmış, gələcəkdə birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilmişdir.
https://www.dsx.gov.az/news/1910