Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
4.96K subscribers
4.65K photos
107 videos
618 links
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi "Telegram" kanalı
Download Telegram
2 hərbi qulluqçumuz ildırım vurması nəticəsində vəfat edib

İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət eləsin!
https://dsx.gov.az/news/1752
Media is too big
VIEW IN TELEGRAM
10 komanda, 1 kubok!

3 qitənin təmsilçilərinin güzəştsiz mübarizəsi!

Milli idman növlərimizdən olan Çövkən üzrə dünya çempionatı Azərbaycanda!

İyunun 10-dan 16-dək!

Binə Atçılıq Mərkəzində bir-birindən maraqlı duellər!

Azərbaycan, Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə, Özbəkistan idmançıları qarşı- qarşıya!

Millimiz ənənəvi idman növündə uğurlu nəticəni hədəfləyir!

Giriş sərbəstdir!
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi 42 kiloqram 970 qram narkotik vasitə marixuananın12 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M - 40 həblərinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://dsx.gov.az/news/1753
Şəhid sərhədçilərin vida mərasimi keçirilib

İyun ayının 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxışlı Baxış Elşən oğlu ilə Tərtər rayonunda, əsgər Nağıyev Əli Elşən oğlu ilə Gəncə şəhərində vida mərasimi keçirilib.

Vida mərasimlərində şəhidlərin əzizləri, dövlət və hökumət rəsmiləri, Dövlət Sərhəd Xidmətinin rəhbər şəxsləri, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə mayor B.Baxışlının və əsgər Ə.Nağıyevin şərəfli xidmət yoluna nəzər salınıb, şəhidlik zirvəsinə ucalmış silahdaşlarımızın əziz xatirəsi daim ürəklərdə yaşayacağı, xalqımız tərəfindən böyük minnətdarlıqla yad ediləcəyi vurğulanıb.

Şəhidlərimiz Vətən torpağına əmanət edilib, ruhlarına dualar oxunub, yaylım atəşi açılıb və hər birimizin fəxarət rəmzi olan üçrəngli Dövlət bayrağı ailələrinə təqdim olunub.

Sonda məzarları üzərinə əklillər və gül dəstələri düzülüb.
https://dsx.gov.az/news/1754