Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
4.93K subscribers
4.63K photos
107 videos
614 links
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi "Telegram" kanalı
Download Telegram
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.
Dekabr ayının 23-də saat 03:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu “Nissan Maxima” markalı 90-ZJ-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb etmişdir.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılmışlar. Onların üzərlərinə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Avtomobilə baxış zamanı sağ qapının saxlanc yerində bir ədəd xırda bükümdə narkotik vasitəyə bənzər “marixuana” aşkarlanmışdır.
Saxlanılmış şəxslərin Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Ağayev Ceyhun Səfər oğlu və Beyləqan rayon sakini 1999-cu il təvəllüdlü Misirli Əli Misir oğlu olmaları müəyyənləşdirilmişdir.
Fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir. https://dsx.gov.az/xeber/1173
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
Yanvar ayının 17-də saat 15:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilmiş və sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılmışlar.
Azyaşlı olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozmalarını bildirmiş və özlərini İran İslam Respublikasının vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim etmişlər. Saxlanılmış şəxslər sərhəd zastavasına gətirilmiş, isti yemək və digər lazımi şəraitlə təmin edilmişlər.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılmışdır.
Qısa müddət ərzində azyaşlıların İİR tərəfinə təhvil verilmələri nəzərdə tutulmuşdur.
Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və sərhədlərimizin işğaldan azad edilməsindən sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturun yaradılması isti-qamətində tədbirlər davam etdirilir.
18 yanvar tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah binası istifadəyə verilmişdir.
Bununla əlaqədar təşkil olunmuş mərasimdə yeni qərargah binasının açılışa hazır olması barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə etmişdir. General-polkovnik Elçin Quliyev əlamətdar tədbir münasibətilə şəxsi heyəti təbrik etmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq azad edilmiş ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasını, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd etmiş, ötən il ərzində Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başlamasını bildirmişlər.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ötən il ərzində işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 4 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və dövləti qayğının növbəti ifadəsi olduğu, sərhədçiləri xidməti uğurlara ruhlandırdığı xüsusi vurğulanmışdır.
Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək qəhrəmanlıq salnamələri yazmış sərhədçilərin bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimzin toxunulmazlığının təmin edilməsi vəzifəsini şərəflə yerinə yetirdikləri qeyd olunmuşdur.
Açılış mərasiminin rəmzi lenti kəsildikdən sonra qərargah binasında yaradılmış şəraitə baxış keçirilmişdir. Burada şəxsi heyətin yüksək səviyyədə xidmət aparmaları üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, konfrans zalı, növbətçi otaq mövcuddur. Bina daimi su və elektrik enerjisi, istilik sistemi ilə təchiz olunmuşdur. Ərazidə abadlıq iş-ləri aparılmış, asfalt örtüyü salınmış, ağaclar əkilmişdir.
İnzibati binanın qarşısında ucaldılmış Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə qarşısına güllər düzülmüşdür.
Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin sıralarında Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş, hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında fərqləndiklərinə görə təltif edilmiş medalları təqdim olunmuşdur.
Tərxis edilən hərbi qulluqçuların təntənəli yola salınması təşkil edilmiş, onlarla xatirə fotoşəkilləri çəkilmiş və şəxsi heyət DSX-nin hərbi orkestrinin ifasında “Cəngi” musiqisinin sədaları altında xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınmışlar. https://dsx.gov.az/xeber/1179