🇺🇸 ABŞ 🇮🇷 SEPAH zabitlərinin gizləndiyi binanı belə dağıdıb 🚀🏬👮♂️
ABŞ–İran müharibəsi zamanı Şiraz şəhərinin Zibaşəhr bölgəsindəki iqamətgaha endirilən raket zərbəsi ilə bağlı yeni məlumatlar yayılıb.
Məlumata görə, hücum nəticəsində kompleksdə yerləşən binalardan biri tamamilə dağılıb. Bildirilir ki, həmin binada SEPAH-ın və onun Aerokosmik Qüvvələrinin bəzi zabitləri yerləşdirilmişdi.
Yayılan araşdırmalarda peyk görüntüləri, açıq mənbələr, yerli media məlumatları və şahid ifadələrinə istinad edilərək bildirilir ki, hücum təsadüfi sursat xətası deyil, konkret binaya yönəlmiş məqsədli zərbə olub.
Hücumun ikinci dalğası zamanı iqamətgaha yaxın ərazidə yerləşən təcili yardım bazasının əməkdaşları da daxil olmaqla doqquz mülki şəxs həlak olub.
حمله به زیباشهر شیراز؛ نظامیان پنهانشده در اقامتگاه مسافری هدف بمباران بودند
#ABŞ #İran #müharibə #SEPAH #zabitlər #bina #hücum
Kanala abunə olun

Rutte: “🇮🇷 İran nüvə silahına sahib olmamalıdır” ☢️
Bu gün NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı əldə etməməsinin vacibliyini vurğulayıb.
Rutte bildirib ki, NATO üzvü olan ölkələr İranın nüvə silahına sahib olmasına qarşı ortaq mövqedən çıxış edirlər. Onun sözlərinə görə, İranın hərbi nüvə qabiliyyəti əldə etməsi təkcə bölgə üçün deyil, bütün dünya üçün təhlükə yarada bilər.
Baş katib qeyd edib ki, İran heç bir halda nüvə silahına sahib olmamalıdır.
Rutte açıqlamasında Ankarada keçiriləcək NATO sammitinə hazırlıq işlərinin, eləcə də Avropa müttəfiqləri və Kanadanın müdafiə xərclərini artırması məsələlərinin müzakirə edildiyini bildirib.
#NATO #İran #nüvəsilahı

❤1
🇮🇷 İran və 🇴🇲 Oman xarici işlər nazirləri Hörmüz boğazını müzakirə ediblər ☎️🌊
Bu gün İran və Oman xarici işlər nazirləri Abbas Əraqçı və Seyid Bədr Əbdülati arasında telefon danışığı baş tutub.
Söhbət zamanı son regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər Hörmüz boğazında dəniz nəqliyyatı ilə bağlı son vəziyyəti və 60 günlük müddət üçün nəzərdə tutulan müvəqqəti tənzimləmələri müzakirə ediblər. Bu çərçivədə davamlı koordinasiya, ikitərəfli məsləhətləşmələr və texniki əməkdaşlığın vacibliyi vurğulanıb.
Nazirlər İran nümayəndə heyətinin Maskata son səfərinin nəticələrindən məmnunluqlarını ifadə edib, ortaq maraq doğuran məsələlərin diplomatik kanallar və iki ölkə arasında əməkdaşlıq vasitəsilə həllinin əhəmiyyətini qeyd ediblər. (Əraqçının “Telegram” kanalı)
#İran #Oman #XİN #Hörmüzboğazı

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Rubio 🇮🇷 İranın dəniz rüsumları ideyasını tənqid edib 🌊🚢💵
Bu gün ABŞ dövlət katibi Marko Rubio İranla bağlı açıqlamasında Hörmüz boğazında gəmiçilikdən rüsum və ya ödəniş alınmasını nəzərdə tutan hər hansı mexanizmi sərt tənqid edib. Rubio bildirib ki, belə bir sistem nə praktik, nə də həyata keçirilə biləndir.
“Fərz edək ki, belə bir ödəniş mexanizminə razılaşdıq. Bu necə işləyəcək? Bir gəmi rüsum ödəməkdən imtina etsə, nəticə nə olacaq?” – deyə o sual edib.
ABŞ dövlət katibi qeyd edib ki, bu halda ödəniş etməyən gəmiyə qarşı güc tətbiq olunmalı olacaq ki, bu da beynəlxalq gəmiçiliyin dayanmasına səbəb ola bilər.
“Bir gəmiyə atəş açsanız və ya onu batırsanız, digər gəmilər artıq hərəkət etməyəcək. Buna görə də belə bir sistem təkcə ağılsız deyil, həm də işlək sayılmır”, – deyə Rubio vurğulayıb. O əlavə edib ki, bu cür ssenarilər reallıqdan uzaqdır və praktik tətbiq imkanına malik deyil.
#ABŞ #dövlətkatibi #İran #Hörmüzboğazı #dənizrüsumu #tənqid

🇮🇷 Qalibaf: “🇺🇸 ABŞ-nin yetişdirdiyi yeganə məhsul inamsızlıqdır” ❗️
Bu gün İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf ABŞ-nin Tehranın dondurulmuş aktivləri ilə bağlı planını sərt şəkildə tənqid edib.
Qalibaf "X" hesabındakı paylaşımında Vaşinqtonun İranın maliyyə vəsaitlərinin ABŞ-nin kənd təsərrüfatı məhsullarının alınmasına yönəldilməsi ilə bağlı mövqeyinə münasibət bildirib.
“Amerika yalandan iddia edir ki, dondurulmamış aktivlərimiz onların kənd təsərrüfatı mallarını alacaq. Maraqlıdır. Yığdığımız yeganə məhsul sizin əkdiyiniz məhsuldur: onilliklər boyu davam edən inamsızlıq. Bu, üzvi, bol və yerli məhsuldur”, – deyə o yazıb.
Qalibaf əlavə edib ki, ABŞ-nin ixrac etdiyi əsas məhsullar “GMO soya, pozulmuş vədlər və boş danışıqlardır”.
#İran #Qalibaf #dondurulmuşaktivlər #ABŞ #tənqid

Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Rubio: “🇮🇷 İrana hələ də radikal mollalar rəhbərlik edir” 👳♂️
Bu gün ABŞ dövlət katibi Marko Rubio İranın siyasi quruluşu ilə bağlı sərt açıqlama verib.
Rubio bildirib ki, İran hakimiyyətinə hələ də radikal xadimləri rəhbərlik edir və ölkənin əsas qərarları onların nəzarəti altında qəbul olunur.
“İslam Respublikasına ruhanilər, daha doğrusu radikal ruhanilər rəhbərlik edir. Hakimiyyətə həmişə onlar başçılıq ediblər və hələ də idarəçiliyə davam edirlər. Biz onları sözlərinə görə deyil, addımlarına görə mühakimə edəcəyik”, – deyə Rubio vurğulayıb.
Dövlət katibi eyni zamanda qeyd edib ki, İranın siyasi strukturlarında daha çevik mövqe nümayiş etdirən və Vaşinqtonla işləməyə daha açıq olan şəxslər də var. Onun sözlərinə görə, hazırda aparılan danışıqlar məhz bu şəxslərlə həyata keçirilir.
#ABŞ #dövlətkatibi #İran #hakimiyyət #radikalmollalar

🇮🇹 İtaliya XİN: “🇺🇸 ABŞ-yə 🇮🇷 İrana qarşı hərbi bazalardan istifadəyə icazə verilməyib” 📞
Bu gün İtaliyanın xarici işlər naziri Antonio Tacani iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığında ölkəsinin İrana qarşı hərbi əməliyyatlarda iştirak etmədiyini bildirib.
Tacani vurğulayıb ki, İtaliya ABŞ ilə mövcud razılaşmalara riayət etsə də, öz hərbi bazalarının İrana qarşı əməliyyatlar üçün istifadəsinə icazə verməyib.
Söhbət zamanı İtaliya tərəfi Hörmüz boğazında qalan İtaliya yük gəmilərinin təhlükəsiz keçidinin təmin olunması üçün İranın dəstəyini istəyib.
Nazir Tehrandakı İtaliya səfirliyinin yenidən fəaliyyətə başlamasını iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin bərpası istiqamətində “güclü dialoq siqnalı” kimi qiymətləndirib.
Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte daha əvvəl ABŞ-ni dəstəkləmək məqsədilə İtaliyadakı bazalardan yüzlərlə Amerika təyyarəsinin havaya qalxdığını bildirmişdi.
#İtaliya #İran #XİN #ABŞ #hücum

🇮🇱 İsrailin müdafiə naziri 🇮🇷 İrana qarşı təzyiqləri artırmağa çağırdı
İsrailin müdafiə naziri Kats bəyan edib ki, İranla qarşıdurmada əldə olunmuş nəticələr arxayınlaşmaq üçün əsas olmamalıdır.
Müdafiə naziri çıxışı zamanı İslam Respublikasına daxil olan maliyyə axınlarına və onların Yaxın Şərqdəki silahlı qruplaşmaları dəstəkləmək üçün mümkün istifadəsinə xüsusi diqqət çəkib.
Katsın sözlərinə görə, İran hakimiyyəti böyük resursları öz vətəndaşlarının rifahının yaxşılaşdırılmasına deyil, terror fəaliyyətinin maliyyələşdirilməsinə və regiondakı proksi qüvvələr şəbəkəsinin inkişafına yönəltməyə üstünlük verib.
Nazir qeyd edib ki, İran rejiminin sərəncamına daxil olan hər bir dollar potensial olaraq Hizbullah, HƏMAS, husilər və Tehranın uzun illərdir dəstəklədiyi digər qruplaşmaların əlinə keçə bilər.
Bununla əlaqədar olaraq, o, İrana qarşı iqtisadi və siyasi təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
#İsrail #İran

👍2👎1
🇺🇳 BMT Hörmüz boğazında dənizçilərin təxliyəsinə başlayıb 🌊 👮♂
BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazında ilişib qalan dənizçilərin təxliyəsi ilə bağlı proqramın ilk nəticələrini açıqlayıb.
Reuters-in məlumatına görə, iyunun 23-dən etibarən həyata keçirilən təxliyə planı çərçivəsində son iki gün ərzində təxminən 1100 dənizçinin olduğu 57 gəmi Hörmüz boğazından keçib.
Açıqlanan statistikaya əsasən, iyunun 23-də 13 gəmi, 24-də 32 gəmi, 25 iyun səhərinə qədər isə daha 12 gəmi boğazdan keçərək bölgəni tərk edib.
BMT-nin planına görə, son dörd ay ərzində Hörmüz boğazında qalan təxminən 11 min dənizçinin mərhələli şəkildə Fars körfəzindən çıxarılması nəzərdə tutulur. (Independent Persian)
#BMT #Hörmüzboğazı #dənizçilər #təxliyə

Al Hadath: "🇺🇸 ABŞ 🇮🇱 İsrail qoşunlarının mərhələli şəkildə 🇱🇧 Cənubi Livandan çıxarılması planını hazırlayır"
Bu məlumata görə, Livanla aparılan danışıqlar zamanı İsrail "Hizbullah"ın silahları ilə bağlı zəmanət alana qədər hərbi fəaliyyət azadlığı tələb edir.
#ABŞ #İsrail #Livan #Hizbullah

👍1
🇨🇦 Kanadanın təhlükəsizlik qurumları 🇮🇷 İranlı doktorantı milli təhlükəsizlik üçün təhdid hesab edir
Kanadanın təhlükəsizlik qurumları İran vətəndaşı olan doktorantı milli təhlükəsizlik üçün təhdid kimi qiymətləndirib və onun aerokosmik sahədəki tədqiqatlarının İranın silah proqramlarının inkişafına töhfə verə biləcəyini bildiriblər.
Məlumata görə, 41 yaşlı Məhəmmədrza Pakatçian 2023-cü ildə onlayn təhsil almağa başladıqdan sonra Ottavadakı Karleton Universitetində aerokosmik mühəndislik üzrə doktorantura təhsili alırdı.
Kanada Təhlükəsizlik Kəşfiyyat Xidməti (CSIS) bildirib ki, Pakatçian Kanadanın kütləvi qırğın silahları ilə bağlı narahatlıqlar səbəbindən sanksiya tətbiq etdiyi İranın "MAPNA Group" şirkətində çalışıb və təhsilini başa vurduqdan sonra həmin şirkətə qayıtmağı planlaşdırırdı.
Qeyd olunur ki, o, “Kanadanın təhlükəsizliyi üçün təhdid yaradır”.
#Kanada #İran #doktorant

🇸🇦 Bin Fərhan Rubio ilə 🇺🇸 ABŞ və 🇮🇷 İran arasındakı memorandumu müzakirə edib
Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl Bin Fərhan 🇧🇭 Bəhreyndə keçirilən Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının sammiti çərçivəsində ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşüb.
Görüşdə Vaşinqton və Tehran arasında son danışıqlar zamanı əldə olunmuş irəliləyişlər, eləcə də Qəzza zolağı və 🇱🇧 Livandakı son hadisələr müzakirə edilib.
Tərəflər Hörmüz boğazı vasitəsilə azad gəmiçiliyin təmin edilməsinin vacibliyini vurğulayıblar. (Səudiyyə Ərəbistanı XİN)
#SəudiyyəƏrəbistanı #ABŞ #İran