Azad İran
5.65K subscribers
37.9K photos
22.5K videos
15 files
9.48K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 SEPAH-dan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq 🌊🚢

Bu gün SEPAH Hörmüz boğazında hərəkət edən gəmilərə müraciət edərək yalnız İran tərəfindən rəsmi şəkildə müəyyən edilmiş marşrutlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.

SEPAH-ın yaydığı bəyanatda qeyd olunub ki, İran tərəfi ilə razılaşdırılmamış marşrutlar vasitəsilə boğazdan keçən gəmilər ciddi risklərlə üzləşə bilər.

Bəyanata görə, İranın rəsmi olaraq elan etdiyi marşrutlar yeganə icazə verilən keçid yolları hesab olunur. Müəyyən edilmiş marşrutlardan kənar gəmi hərəkəti isə "son dərəcə təhlükəli" və yolverilməz kimi dəyərləndirilib.

#İran #SEPAH #Hörmüzboğazı #marşrut #xəbərdarlıq

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇮🇷 İranın dəniz tranziti üzrə ödəniş tələbinə qarşı çıxıb 🌊🚢💰

Dünən ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı bildirib ki, gəmiçilik və ya dəniz tranziti fəaliyyətlərinə görə rüsumların tətbiqini nəzərdə tutan hər hansı yekun razılaşma Vaşinqton üçün qəbuledilməz olacaq.

Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.

O qeyd edib ki, belə bir tələbin qəbul edilməsi digər ölkələrin də oxşar iddialarla çıxış etməsinə yol aça bilər. “Bu, mənim üçün qəbuledilməz olardı. Əgər bunu onlar üçün etmisinizsə, deməli, başqaları üçün də etməlisiniz”, - deyə Tramp bildirib.

O əlavə edib ki, belə bir qərar beynəlxalq dəniz nəqliyyatı sahəsində yeni presedent yarada və mövcud qaydaları dəyişdirə bilər.

#ABŞ #Tramp #İran #razılaşma #tranzitödənişi #etiraz

Kanala abunə olun
🇺🇸 ABŞ 🇮🇷 İranın nüvə obyektləri üzrə fəaliyyətlər üçün yüz milyonlarla dollar istəyir ☢️💵

ABŞ administrasiyası İranın zənginləşdirilmiş uran ehtiyatlarının zərərsizləşdirilməsi və nüvə obyektlərində yoxlamaların aparılması üçün 672 milyon dollar vəsait tələb edir.

"Fox News"un mənbələrə istinadən yaydığı məlumata görə, bu məbləğ ABŞ-nin müharibə naziri Pit Heqsetin Nümayəndələr Palatasındakı respublikaçı üzvlərə təqdim etdiyi 80 milyard dollarlıq əlavə maliyyələşdirmə planının tərkib hissəsidir.

Məlumatda bildirilir ki, ayrılması nəzərdə tutulan vəsait İranın nüvə fəaliyyəti ilə bağlı tədbirlərin maliyyələşdirilməsi ilə yanaşı, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərclərinin ödənilməsi və Amerika sursat ehtiyatlarının bərpası üçün də istifadə olunacaq. (ISNA)

#ABŞ #İran #nüvəobyektləri #maliyyə #tələb

Kanala abunə olun
Azad İran
🇺🇸 ABŞ Senatı Trampın 🇮🇷 İranla bağlı səlahiyyətlərini məhdudlaşdırıb ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsi ilə bağlı səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnamə qəbul edib. Çərşənbə axşamı keçirilən…
🇺🇸 ABŞ Senatı 🇮🇷 İranla bağlı qətnamənin müzakirəsini dayandırıb

ABŞ Senatı Demokrat senator Tim Keyn tərəfindən təqdim edilən İran müharibəsi səlahiyyətləri qətnaməsinin müzakirəsinə başlanılmasını rədd edib.

Prosedur səsverməsində 50 senator qətnamənin irəliləməsinin əleyhinə, 47 senator lehinə səs verib, bir senator isə bitərəf qalıb. Bununla da sənədin Senatda nəzərdən keçirilməsi faktiki olaraq dayandırılıb.

Respublikaçılar və ABŞ prezidenti Donald Tramp qətnamənin qəbulunun Vaşinqtonun İranla davam edən danışıqlardakı mövqeyini zəiflədə biləcəyini müdafiə edirdilər.

Səsvermədən sonra Tramp bir neçə respublikaçı senatora təşəkkür edib. O bildirib ki, senatorlar Rand Paul və Bil Kasidinin mövqeyi səsvermənin nəticəsinə təsir göstərib. (Iranintl)

سنای آمریکا با آغاز بررسی طرح محدودیت اختیارات جنگی ترامپ در مورد ایران مخالفت کرد

#ABŞ #Senat #İran #müharibə #qətnamə

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: “🇮🇷 Minab məktəbinə hücumda kimin günahkar olduğu heç vaxt aydınlaşmaya bilər” 🤔

Dünən ABŞ prezidenti Donald Tramp İranda Minab ibtidai qızlar məktəbinə edilən ölümcül hücumun məsuliyyətinin heç vaxt tam aydınlaşdırılmaya biləcəyini bildirib.

Tramp qeyd edib ki, hadisə zamanı bölgədə çox sayda raket istifadə olunurdu və buna görə də hücumun məsuliyyətini kimin daşıdığını müəyyənləşdirmək çətin ola bilər.

"Bilmirəm ki, onlar bu problemi kimin günahı ilə həll edəcəklər. Hər yerə raketlər uçurdu və baş verənlər dəhşətlidir", – deyə prezident bildirib.

Tramp hücumun ABŞ raketi ilə həyata keçirildiyi barədə səsləndirilən xəbərlərə da toxunaraq, bunun doğru olduğuna onu inandıracaq hər hansı sübut görmədiyini deyib.

Qeyd edək ki, fevralın 28-də baş vermiş hücum nəticəsində 168 şagird daxil olmaqla, 175-dən çox uşaq və müəllim həlak olub.

#ABŞ #Tramp #İran #Minab168 #qızlarməktəbi #hücum

Kanala abunə olun
🇮🇷 İran və 🇦🇲 Ermənistan yeni ticarət və tranzit marşrutlarını müzakirə edib 🛣

Dünən İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyində İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında ticarət və tranzitin inkişafına həsr olunmuş görüş keçirilib. Tədbirə İranın İrəvandakı səfiri Xəlil Şirqulami də qatılıb.

👇👇👇
Azad İran
🇮🇷 İran və 🇦🇲 Ermənistan yeni ticarət və tranzit marşrutlarını müzakirə edib 🛣 Dünən İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyində İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında ticarət və tranzitin inkişafına həsr olunmuş görüş keçirilib.…
Görüşdə İranın Yol və Nəqliyyat Təşkilatının rəhbəri Rza Əkbəri ölkəsinin beynəlxalq Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərindəki strateji mövqeyini vurğulayaraq, tranzit və logistika potensialından tam şəkildə istifadənin vacibliyini qeyd edib. O bildirib ki, Ermənistan coğrafi mövqeyi və tarixi əlaqələri baxımından İranın mühüm tərəfdaşlarından biri sayılır.

Ermənistanın iqtisadiyyat nazirinin müavini isə nəqliyyat sahəsində mövcud maneələrin aradan qaldırılması, tranzit xərclərinin azaldılması və sərhəd-keçid məntəqələrinin daha səmərəli təşkili istiqamətində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirib. Eyni zamanda, sərhəd bölgəsində yeni körpünün tikintisi perspektivləri nəzərdən keçirilib.

İranın Ermənistandakı səfiri də danışıqların müsbət atmosferdə keçməsini alqışlayaraq, iqtisadi diplomatiya çərçivəsində bu razılaşmaların həyata keçirilməsinə tam dəstəyini vurğulayıb.

Sonda tərəflər Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi və bölgənin tranzit imkanlarından daha səmərəli istifadə olunması yönündə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildiriblər. (IRNA)

عزم ایران و ارمنستان برای گشایش مسیرهای جدید تجاری و ترانزیتی

#İran #Ermənistan #tranzitmarşrutlar #əməkdaşlıq

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Müharibə zamanı 🇮🇷 İran sahillərində vurulan gəminin görüntüləri diqqət çəkib 🌊🚢🚀

Bu gün sosial mediada 🇺🇸 ABŞ–İran müharibəsi dövrünə aid olduğu bildirilən yeni görüntülər yayılıb.

Paylaşımlarda qeyd olunur ki, kadrlar bir neçə ay əvvəl müharibənin ən gərgin günlərində Bəndər Abbas sahillərində çəkilib. Məlumata görə, görüntülərdə ABŞ Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində vurulan İran Hərbi Dəniz Qüvvələrinə məxsus Süleymani sinif korvet əks olunub.

Görüntülərdə, habelə, gəmidə baş verən partlayışdan sonra göyərtədə yerləşən raketlərdən birinin gözlənilmədən işə düşərək atəşləndiyi bildirilib.

#ABŞ #İran #gəmi #hücum #müharibə

Kanala abunə olun
🇾🇪 Yəməndə partlayış jurnalistin ölümünə səbəb oldu 🚙💥

Yəmənin Hadramaut əyalətində "Əl-Ərəbiyyə" və "Əl-Hədəs" telekanallarının müxbiri Məhəmməd Aida avtomobilinin partladılması nəticəsində həlak olub.

Məlumata görə, jurnalistin avtomobilinə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb və nəticədə o, hadisə yerində həyatını itirib.

Hadisə Hadramaut əyalətinin inzibati mərkəzi olan Əl-Mukalla şəhərində baş verib.

Yerli təhlükəsizlik orqanları partlayışın səbəbləri və hadisənin təfərrüatları ilə bağlı araşdırmalara başlayıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməyib.

#Yəmən #jurnalist #təxribat #partlayış #ölüm

Kanala abunə olun
🇮🇱 “Mossad” 🇵🇰 Asim Munirə qarşı sui-qəsd planlaşdırıb 🔥

Braziliyalı jurnalist və geosiyasi şərhçi Pepe Eskobar İsrailin kəşfiyyat xidməti Mossadın Pakistan ordusunun komandanı, feldmarşal Asim Munirə qarşı sui-qəsd planlaşdırdığını açıqlayıb.

Eskobarın sözlərinə görə, hadisənin İran və ABŞ arasında aparılan danışıqlar dövründə, Munirin İsveçrəyə səfəri zamanı baş verməsi nəzərdə tutulub.

Jurnalist bildirib ki, Pakistan hərbi kəşfiyyatı planlaşdırılan əməliyyat barədə əvvəlcədən məlumat əldə edib. Buna baxmayaraq, Pakistan tərəfi nümayəndə heyətinin səfər proqramında dəyişiklik etməyib.

Eskobarın dediklərinə görə, İslamabad İsrailə sərt xəbərdarlıq göndərərək, "Nümayəndə heyətimizə toxunsanız, sizi xəritədən siləcəyik", ifadələrini işlədib.

O qeyd edib ki, sui-qəsd planının məqsədi Tehran və Vaşinqton arasında davam edən danışıqları pozmaq və bölgədə gərginliyi artırmaq olub.

#İsrail #Mossad #Pakistan #AsimMunir #feldmarşal #suiqəsd

Kanala abunə olun
👎1
🇮🇷 İran müharibəsi nəticəsində 🇮🇶 İraq OPEC-lə bağlı variantları nəzərdən keçirir 🛢️

İraq İran müharibəsinin neft ixracına təsirləri fonunda OPEC çərçivəsində hasilat kvotasının əhəmiyyətli dərəcədə artırılmasını tələb edir.

Reuters agentliyinin məlumatına görə, ölkə ciddi maliyyə təzyiqləri ilə üzləşdiyi üçün daha çox neft hasil edib ixrac etməyə ehtiyac duyur. Bildirilib ki, əgər İraqın kvotası nəzərəçarpacaq dərəcədə artırılmasa, Bağdad bütün mümkün variantları nəzərdən keçirəcək.

İraq rəsmiləri OPEC-dən çıxmaq ehtimalını da müzakirə ediblər. Bununla belə, hazırkı mərhələdə əsas məqsəd təşkilatda qalaraq daha yüksək hasilat kvotasına nail olmaqdır.

İraq hökuməti hesab edir ki, müharibənin yaratdığı iqtisadi çətinliklər və maliyyə ehtiyacları fonunda neft hasilatı və ixracının artırılması ölkə üçün zəruri addımdır.

#İraq #OPEC #neft #İran #müharibə

Kanala abunə olun
🇦🇪 BƏƏ-dən bölgədə yeni qarşıdurma riskləri barədə xəbərdarlıq❗️

Bu gün BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş Fars körfəzi bölgəsində yeni geosiyasi reallıqların güc yolu ilə qəbul etdirilməsinin sabitliyə xidmət etməyəcəyini bildirib.

Qarqaş "X" hesabında qeyd edib ki, İranla bağlı danışıqlar fonunda Körfəzin ərəb ölkələrinə qarşı qəfil təcavüz nəticəsində formalaşan yeni geosiyasi vəziyyətin region dövlətlərinə qəbul etdirilməsi mümkün deyil.

O vurğulayıb ki, təcavüz nəticəsində yaranan yeni status-kvonun tətbiqi sabitlik yaratmır, əksinə gələcəkdə yeni fikir ayrılıqları və münaqişələr üçün zəmin formalaşdırır.

BƏƏ rəsmisi əlavə edib ki, bu yanaşma xüsusilə Hörmüz boğazı ilə bağlı məsələlərdə daha böyük əhəmiyyət daşıyır.

#BƏƏ #Körfəz #qarşıdurma #xəbərdarlıq

Kanala abunə olun
🇺🇸 ABŞ 🇮🇷 SEPAH zabitlərinin gizləndiyi binanı belə dağıdıb 🚀🏬👮‍♂️

ABŞ–İran müharibəsi zamanı Şiraz şəhərinin Zibaşəhr bölgəsindəki iqamətgaha endirilən raket zərbəsi ilə bağlı yeni məlumatlar yayılıb.

Məlumata görə, hücum nəticəsində kompleksdə yerləşən binalardan biri tamamilə dağılıb. Bildirilir ki, həmin binada SEPAH-ın və onun Aerokosmik Qüvvələrinin bəzi zabitləri yerləşdirilmişdi.

Yayılan araşdırmalarda peyk görüntüləri, açıq mənbələr, yerli media məlumatları və şahid ifadələrinə istinad edilərək bildirilir ki, hücum təsadüfi sursat xətası deyil, konkret binaya yönəlmiş məqsədli zərbə olub.

Hücumun ikinci dalğası zamanı iqamətgaha yaxın ərazidə yerləşən təcili yardım bazasının əməkdaşları da daxil olmaqla doqquz mülki şəxs həlak olub.

حمله به زیباشهر شیراز؛ نظامیان پنهان‌شده در اقامتگاه مسافری هدف بمباران بودند

#ABŞ #İran #müharibə #SEPAH #zabitlər #bina #hücum

Kanala abunə olun