🇮🇷 Qalibaf 🇦🇿Azərbaycan parlamentinin sədri ilə görüşüb
Bu gün İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf iyunun 24-də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Bakıda keçirilən 20-ci iclası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb və danışıqlar aparıb.
دیدار و گفتوگوی محمدباقر قالیباف با صاحبه غفاروا رئیس مجلس ملی آذربایجان در حاشیه بیستمین اجلاس اتحادیه مجالس کشورهای اسلامی
#İran #Qalibaf #Azərbaycan #SahibəQafarova #İƏT
Kanala abunə olun

🇮🇷 İran Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin sözçüsü İbrahim Rzayi: 🗣
"Regional dostlarımıza hörmət bəsləyirik və onların ABŞ ilə hesablaşdıqlarını da bilirik, lakin İran İslam Respublikası müstəqil bir ölkədir və başqalarının təsiri altına düşmür.
Hörmüz boğazı əbədi olaraq İrana məxsusdur.
Biz bu boğazı danışıqlar yolu ilə fəth etməmişik ki, indi də danışıqlar yolu ilə təhvil verək. Vəssalam".
#İran #Hörmüzboğazı #ABŞ

🇮🇹 Meloni: "🇪🇺 Avropa 🇮🇷 İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz" ☢
Avropa İslam Respublikasının uzunmənzilli raket qabiliyyətini nümayiş etdirdiyi halda, onun nüvə silahı əldə etməsinə icazə verə bilməz.
Bunu İtaliyanın baş naziri Corcia Meloni deyib.
O, "Lauretta" qəzetinə müsahibəsində ABŞ-İran razılaşmasını "çox mürəkkəb" adlandırıb və onun mərkəzində üç məsələnin lazımlığını vurğulayıb:
"İslam Respublikasının nüvə proqramı, regional ölkələrin təhlükəsizliyi və naviqasiya azadlığı".
Baş nazir birinci məsələnin İslam Respublikasının nüvə proqramının taleyi olduğunu bildirib və əlavə edib ki, Avropa ayətullah rejiminə nüvə silahı əldə etməyə icazə verə bilməz.
#İtaliya #Meloni #Avropa #İran #nüvəsilahı

❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Bakı və 🇮🇷 Tehranın mesajı ✌️
Son illərdə Bakı və Tehran arasındakı münasibətlər ətrafında bir çoxları "qaçılmaz münaqişə" mövzusunu qabardaraq və Azərbaycanı xarici düşmən kimi qələmə verərək siyasi kapital qazanmağa çalışırdılar. Xüsusilə İrandakı radikal qruplar və hərbi dairələrin bir hissəsi bu məsələdə aktiv idilər.
Lakin coğrafiya təbliğatdan daha güclüdür. İran Azərbaycanla dostluğun dəyərini anlayır.👇👇👇

Azad İran
🇦🇿 Bakı və 🇮🇷 Tehranın mesajı ✌️ Son illərdə Bakı və Tehran arasındakı münasibətlər ətrafında bir çoxları "qaçılmaz münaqişə" mövzusunu qabardaraq və Azərbaycanı xarici düşmən kimi qələmə verərək siyasi kapital qazanmağa çalışırdılar. Xüsusilə İrandakı radikal…
Biz qonşu olmuşuq, qonşuyuq və qonşu olaraq qalacağıq. Bizi sərhəd, iqtisadiyyat, nəqliyyat, energetika, təhlükəsizlik və mədəni əlaqələr birləşdirir. Qarşıdurma strategiyası iflasa məhkumdur.
İran parlamentinin sədti Qalibaf və prezident Pezeşkianın bəyanatları hər şeyə nöqtə qoydu. Bu, həm xarici dünyaya, həm də yaxınlaşmanın daxili əleyhdarlarına bir mesajdır.
Qalibaf vurğulayıb ki, İran müharibənin çətin dövründə Azərbaycanın nümayiş etdirdiyi mövqeyi, humanitar dəstəyi və Bakının məsuliyyətli xəttini unutmur.
Bu bəyanatların fonunda konkret layihələr müzakirə olunur: Ağbənd–Kəlalə körpüsü, İran üzərindən keçən marşrutlar, loqistika. Siyasət qışqırıqlarla deyil, yollarla, ticarətlə və qarşılıqlı fayda ilə ölçülür.
Yekunda Azərbaycan və İranın milli maraqlarının qarşıdurmadan deyil, əməkdaşlıqdan keçdiyini, mövcud problemlərin isə siyasi bəyanatlardan çox konkret addımlarla həll oluna biləcəyini qeyd edilir.
#Azərbaycan #İran #Qalibaf

❤2
"🇦🇿 Azərbaycan ərazisindən 🇮🇷 İrana heç bir zərər gəlməyəcək"
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament Birlikləri İttifaqının konfransı çərçivəsində İranın parlament nümayəndə heyətinin rəhbəri Ruhullah Mütəfəkkir Azad Azərbaycanın Milli Məclisinin Beynəlxalq və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidovla görüşüb.
Görüş zamanı hər iki tərəf Tehran və Bakı arasında siyasi, iqtisadi və parlamentlərarası əlaqələrin, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi, Rəşt-Astara dəmir yolu və enerji layihələri üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. İran tərəfi quru sərhədlərinin açılmasını və bəzi konsulluq məsələlərinin həllini xahiş edib.👇👇👇

"🇦🇿 Azərbaycan ərazisindən 🇮🇷 İrana heç bir zərər gəlməyəcək" İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament Birlikləri İttifaqının konfransı çərçivəsində İranın parlament nümayəndə heyətinin rəhbəri Ruhullah Mütəfəkkir Azad Azərbaycanın Milli Məclisinin…
Səməd Seyidov bəzi Qərb mediasında (məsələn, CNN-də) İsrailin guya İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi barədə yayılan xəbərləri qətiyyətlə təkzib edib və bunu "yalan xəbər" (fake news) adlandırıb.
O vurğulayıb ki, Azərbaycan ərazisindən və xalqından İrana heç bir zərər və təhlükə yönəlməyəcək.
Azərbaycanlı deputat qeyd edib ki, üçüncü tərəflərin ikitərəfli münasibətlərə müdaxilə etməsinə yol verməmək üçün Bakı və Tehran birbaşa dialoq mexanizmləri ilə hərəkət etməlidir.
Sonda İran nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu İrana rəsmi səfərə dəvət edib. (Khabarpu.com)
#İran #MütəfəkkirAzad #Azərbaycan #SəmədSeyidov

❤1
🇦🇺 Avstraliya 🇮🇷 SEPAH-ı gizli əməliyyatlarda ittiham edir
Avstraliyanın daxili kəşfiyyat agentliyi olan ASIO-nun baş direktoru Mayk Burqes bildirib ki, SEPAH-ı Sidney və Melburndakı yəhudi hədəflərinə qarşı həyata keçirilən yanğın hücumlarını idarə etmək üçün vaxtilə Avstraliyada yaşamış iki agentdən istifadə edib.
“Associated Press”in məlumatına görə, Burqes İranın Avstraliyanı gizli və məqsədyönlü zorakılıq aktları üçün potensial hədəf kimi görməyə davam etdiyini deyib.
Avstraliya hökuməti daha əvvəl 2024-cü ildə Sidneydəki yəhudi restoranına və Melburndakı Edas İsrail sinaqoquna qarşı törədilmiş yanğın hücumlarına görə İranı məsuliyyət daşımaqda ittiham etmişdi.
Burqes deyib ki, SEPAH-ın qlobal şəbəkələrini idarə edən yüksək vəzifəli casuslardan biri Avstraliya vətəndaşı olub.
#Avstraliya #İran #SEPAH #ittiham

👍1
🇮🇷 SEPAH-dan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq 🌊🚢
Bu gün SEPAH Hörmüz boğazında hərəkət edən gəmilərə müraciət edərək yalnız İran tərəfindən rəsmi şəkildə müəyyən edilmiş marşrutlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.
SEPAH-ın yaydığı bəyanatda qeyd olunub ki, İran tərəfi ilə razılaşdırılmamış marşrutlar vasitəsilə boğazdan keçən gəmilər ciddi risklərlə üzləşə bilər.
Bəyanata görə, İranın rəsmi olaraq elan etdiyi marşrutlar yeganə icazə verilən keçid yolları hesab olunur. Müəyyən edilmiş marşrutlardan kənar gəmi hərəkəti isə "son dərəcə təhlükəli" və yolverilməz kimi dəyərləndirilib.
#İran #SEPAH #Hörmüzboğazı #marşrut #xəbərdarlıq

🇺🇸 Tramp 🇮🇷 İranın dəniz tranziti üzrə ödəniş tələbinə qarşı çıxıb 🌊🚢💰❌
Dünən ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı bildirib ki, gəmiçilik və ya dəniz tranziti fəaliyyətlərinə görə rüsumların tətbiqini nəzərdə tutan hər hansı yekun razılaşma Vaşinqton üçün qəbuledilməz olacaq.
Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.
O qeyd edib ki, belə bir tələbin qəbul edilməsi digər ölkələrin də oxşar iddialarla çıxış etməsinə yol aça bilər. “Bu, mənim üçün qəbuledilməz olardı. Əgər bunu onlar üçün etmisinizsə, deməli, başqaları üçün də etməlisiniz”, - deyə Tramp bildirib.
O əlavə edib ki, belə bir qərar beynəlxalq dəniz nəqliyyatı sahəsində yeni presedent yarada və mövcud qaydaları dəyişdirə bilər.
#ABŞ #Tramp #İran #razılaşma #tranzitödənişi #etiraz

🇺🇸 ABŞ 🇮🇷 İranın nüvə obyektləri üzrə fəaliyyətlər üçün yüz milyonlarla dollar istəyir ☢️💵
ABŞ administrasiyası İranın zənginləşdirilmiş uran ehtiyatlarının zərərsizləşdirilməsi və nüvə obyektlərində yoxlamaların aparılması üçün 672 milyon dollar vəsait tələb edir.
"Fox News"un mənbələrə istinadən yaydığı məlumata görə, bu məbləğ ABŞ-nin müharibə naziri Pit Heqsetin Nümayəndələr Palatasındakı respublikaçı üzvlərə təqdim etdiyi 80 milyard dollarlıq əlavə maliyyələşdirmə planının tərkib hissəsidir.
Məlumatda bildirilir ki, ayrılması nəzərdə tutulan vəsait İranın nüvə fəaliyyəti ilə bağlı tədbirlərin maliyyələşdirilməsi ilə yanaşı, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərclərinin ödənilməsi və Amerika sursat ehtiyatlarının bərpası üçün də istifadə olunacaq. (ISNA)
#ABŞ #İran #nüvəobyektləri #maliyyə #tələb

🇺🇸 ABŞ Senatı Trampın 🇮🇷 İranla bağlı səlahiyyətlərini məhdudlaşdırıb ❌ ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsi ilə bağlı səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnamə qəbul edib. Çərşənbə axşamı keçirilən…
🇺🇸 ABŞ Senatı 🇮🇷 İranla bağlı qətnamənin müzakirəsini dayandırıb
ABŞ Senatı Demokrat senator Tim Keyn tərəfindən təqdim edilən İran müharibəsi səlahiyyətləri qətnaməsinin müzakirəsinə başlanılmasını rədd edib.
Prosedur səsverməsində 50 senator qətnamənin irəliləməsinin əleyhinə, 47 senator lehinə səs verib, bir senator isə bitərəf qalıb. Bununla da sənədin Senatda nəzərdən keçirilməsi faktiki olaraq dayandırılıb.
Respublikaçılar və ABŞ prezidenti Donald Tramp qətnamənin qəbulunun Vaşinqtonun İranla davam edən danışıqlardakı mövqeyini zəiflədə biləcəyini müdafiə edirdilər.
Səsvermədən sonra Tramp bir neçə respublikaçı senatora təşəkkür edib. O bildirib ki, senatorlar Rand Paul və Bil Kasidinin mövqeyi səsvermənin nəticəsinə təsir göstərib. (Iranintl)
سنای آمریکا با آغاز بررسی طرح محدودیت اختیارات جنگی ترامپ در مورد ایران مخالفت کرد
#ABŞ #Senat #İran #müharibə #qətnamə

Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: “🇮🇷 Minab məktəbinə hücumda kimin günahkar olduğu heç vaxt aydınlaşmaya bilər” 🤔
Dünən ABŞ prezidenti Donald Tramp İranda Minab ibtidai qızlar məktəbinə edilən ölümcül hücumun məsuliyyətinin heç vaxt tam aydınlaşdırılmaya biləcəyini bildirib.
Tramp qeyd edib ki, hadisə zamanı bölgədə çox sayda raket istifadə olunurdu və buna görə də hücumun məsuliyyətini kimin daşıdığını müəyyənləşdirmək çətin ola bilər.
"Bilmirəm ki, onlar bu problemi kimin günahı ilə həll edəcəklər. Hər yerə raketlər uçurdu və baş verənlər dəhşətlidir", – deyə prezident bildirib.
Tramp hücumun ABŞ raketi ilə həyata keçirildiyi barədə səsləndirilən xəbərlərə da toxunaraq, bunun doğru olduğuna onu inandıracaq hər hansı sübut görmədiyini deyib.
Qeyd edək ki, fevralın 28-də baş vermiş hücum nəticəsində 168 şagird daxil olmaqla, 175-dən çox uşaq və müəllim həlak olub.
#ABŞ #Tramp #İran #Minab168 #qızlarməktəbi #hücum

🇮🇷 İran və 🇦🇲 Ermənistan yeni ticarət və tranzit marşrutlarını müzakirə edib 🛣
Dünən İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyində İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında ticarət və tranzitin inkişafına həsr olunmuş görüş keçirilib. Tədbirə İranın İrəvandakı səfiri Xəlil Şirqulami də qatılıb.
👇👇👇

🇮🇷 İran və 🇦🇲 Ermənistan yeni ticarət və tranzit marşrutlarını müzakirə edib 🛣 Dünən İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyində İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında ticarət və tranzitin inkişafına həsr olunmuş görüş keçirilib.…
Görüşdə İranın Yol və Nəqliyyat Təşkilatının rəhbəri Rza Əkbəri ölkəsinin beynəlxalq Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərindəki strateji mövqeyini vurğulayaraq, tranzit və logistika potensialından tam şəkildə istifadənin vacibliyini qeyd edib. O bildirib ki, Ermənistan coğrafi mövqeyi və tarixi əlaqələri baxımından İranın mühüm tərəfdaşlarından biri sayılır.
Ermənistanın iqtisadiyyat nazirinin müavini isə nəqliyyat sahəsində mövcud maneələrin aradan qaldırılması, tranzit xərclərinin azaldılması və sərhəd-keçid məntəqələrinin daha səmərəli təşkili istiqamətində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirib. Eyni zamanda, sərhəd bölgəsində yeni körpünün tikintisi perspektivləri nəzərdən keçirilib.
İranın Ermənistandakı səfiri də danışıqların müsbət atmosferdə keçməsini alqışlayaraq, iqtisadi diplomatiya çərçivəsində bu razılaşmaların həyata keçirilməsinə tam dəstəyini vurğulayıb.
Sonda tərəflər Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi və bölgənin tranzit imkanlarından daha səmərəli istifadə olunması yönündə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildiriblər. (IRNA)
عزم ایران و ارمنستان برای گشایش مسیرهای جدید تجاری و ترانزیتی
#İran #Ermənistan #tranzitmarşrutlar #əməkdaşlıq

Müharibə zamanı 🇮🇷 İran sahillərində vurulan gəminin görüntüləri diqqət çəkib 🌊🚢🚀
Bu gün sosial mediada 🇺🇸 ABŞ–İran müharibəsi dövrünə aid olduğu bildirilən yeni görüntülər yayılıb.
Paylaşımlarda qeyd olunur ki, kadrlar bir neçə ay əvvəl müharibənin ən gərgin günlərində Bəndər Abbas sahillərində çəkilib. Məlumata görə, görüntülərdə ABŞ Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində vurulan İran Hərbi Dəniz Qüvvələrinə məxsus Süleymani sinif korvet əks olunub.
Görüntülərdə, habelə, gəmidə baş verən partlayışdan sonra göyərtədə yerləşən raketlərdən birinin gözlənilmədən işə düşərək atəşləndiyi bildirilib.
#ABŞ #İran #gəmi #hücum #müharibə

🇾🇪 Yəməndə partlayış jurnalistin ölümünə səbəb oldu 🚙💥
Yəmənin Hadramaut əyalətində "Əl-Ərəbiyyə" və "Əl-Hədəs" telekanallarının müxbiri Məhəmməd Aida avtomobilinin partladılması nəticəsində həlak olub.
Məlumata görə, jurnalistin avtomobilinə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb və nəticədə o, hadisə yerində həyatını itirib.
Hadisə Hadramaut əyalətinin inzibati mərkəzi olan Əl-Mukalla şəhərində baş verib.
Yerli təhlükəsizlik orqanları partlayışın səbəbləri və hadisənin təfərrüatları ilə bağlı araşdırmalara başlayıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməyib.
#Yəmən #jurnalist #təxribat #partlayış #ölüm