Azad İran
5.66K subscribers
37.8K photos
22.5K videos
15 files
9.48K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇦🇿 Azərbaycan rəsmisi: “Ölkə ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə imkan verilməyəcək”

Bu gün Bakıda Azərbaycan Milli Məclisinin sədr müavini Musa Qasımlı ilə görüşən 🇮🇷 İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf səfərindən məmnunluğunu ifadə edib.

O bildirib ki, bölgədəki mövcud vəziyyət fonunda konfrans İslam ölkələri arasında birliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verə bilər.

Qalibaf, Azərbaycan xalqına və Milli Məclisinə uğurlar arzulayaraq, tədbirdə iştirakını üzv dövlətlərlə, xüsusilə Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsi baxımından vacib imkan kimi dəyərləndirib.

Musa Qasımlı isə Azərbaycanın bölgədə sülh və sabitliyin tərəfdarı olduğunu vurğulayıb. O qeyd edib ki, ölkə ərazisindən heç bir qonşuya qarşı istifadə olunmasına imkan verilməyəcək və Azərbaycan qonşularla mehriban münasibətlərin inkişafına önəm verir. (IRIB News)

#Azərbaycan #İran #parlamentsədri #İƏT #əməkdaşlıq

Kanala abunə olun
🇮🇱 İsrail səfiri: “🇮🇷 İranla müharibə bizi Körfəz ölkələrinə daha da yaxınlaşdırdı”

Dünən İsrailin 🇦🇪 BƏƏ-dəki səfiri Yossi Şelli bildirib ki, İranla son müharibə İsrail və Fars körfəzi ölkələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olub.

"Jerusalem Post"a müsahibəsində Şelli qeyd edib ki, 2020-ci ildə imzalanmış İbrahim Sazişləri çərçivəsində qurulan tərəfdaşlıq son proseslərdən sonra yeni mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, İranın hücumları Körfəz ölkələrinin İsraildən uzaqlaşmasına deyil, əksinə, tərəflərin bir-birinə daha da yaxınlaşmasına gətirib çıxarıb.

"İranın raket və dronlarla həyata keçirdiyi hücumlar İsrail və BƏƏ-nin ortaq təhlükəsizlik maraqlarını daha aydın şəkildə ortaya qoyub və birgə müdafiə əməkdaşlığının əhəmiyyətini artırıb", - deyə səfir əlavə edib. (Euronews)

#İsrail #səfir #BƏƏ #İran #müharibə

Kanala abunə olun
👍1🤮1
🇮🇷 Qalibaf 🇦🇿 Bakı səfərini başa vurub

Bu gün İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakını başa vurduqdan sonra Bakıdan Tehrana yola düşüb.

Qalibafın Azərbaycana səfəri bir gün davam edib. Səfər çərçivəsində o, İƏT Parlament İttifaqının iclasında çıxış edib.

O, səfər çərçivəsində Azərbaycan Milli Məclisinin və Türkiyə Böyük Millət Məclisinin sədrləri ilə bir araya gəlib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Qalibafla görüş keçirib. (ILNA)

قالیباف باکو را به مقصد تهران ترک کرد

#İran #Qalibaf #parlamentsədri #Azərbaycan #səfər

Kanala abunə olun
Azad İran
🇦🇿 Azərbaycan Prezidenti 🇮🇷 İran parlamentinin sədrini qəbul edib Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaflı qəbul edib. Görüşdə Azərbaycan Prezidentinin xüsusi köməkçisi Hikmət Hacıyev…
YENİLƏNİB

🇮🇷 Qalibafın 🇦🇿 Azərbaycan Prezidenti ilə görüşündən görüntülər


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğulayıb müharibədə həlak olanlara bir daha Allahdan rəhmət diləyib.

Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirib.

Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlətimizin başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırlayıb.
Azad İran
Photo
Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olduqlarını deyən Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirib.
Qonaq bu müharibənin, eyni zamanda, İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirib.
Qalibaf qeyd edib ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda, dost ölkə kimi Azərbaycan İranın yanında olub.

Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin gələcəkdə daha da dinamik inkişafına əminlik ifadə olunub, Ağbənd-Kəlalə körpüsünün tikintisinin artıq başa çatdırıldığı və İran ərazisindən keçən Araz dəhlizinin də regionda nəqliyyat imkanlarının artırılmasına xidmət edəcəyi məmnunluqla vurğulanıb.

#Azərbaycan #Prezident #İlhamƏliyev #İran #parlamentsədri #Qalibaf

Kanala abunə olun
🇺🇸🇦🇪 ABŞ Dövlət Katibi BƏƏ Prezidenti ilə Görüşüb

ABŞ Dövlət katibi Rubio bu gün Əbu-Dabidə BƏƏ Prezidenti əl-Nəhyan və Əmirliklərin ali rəhbərliyi ilə bir araya gəlib.

Tərəflər Vaşinqton və 🇮🇷 Tehran arasındakı anlaşma memorandumunu, Hörmüz boğazından tam və təhlükəsiz tranzitin təmin edilməsi istiqamətindəki səyləri, həmçinin regionda sülh və sabitliyin vacibliyini müzakirə ediblər.

Diplomatlar eləcə də ikitərəfli münasibətlərə, müdafiə və ticarət sahəsində tərəfdaşlığın davam etdirilməsinə toxunublar, Rubio isə ABŞ-nin Əmirliklərin təhlükəsizliyini təmin etmək öhdəliyinə sadiq olduğunu bəyan edib. (ABŞ Dövlət Departamenti)

#ABŞ #BƏƏ #Hörmüzboğazı #İran

Kanala abunə olun
🇺🇸 Tramp 🇮🇷 İrana xəbərdarlıq etdi 🗣

ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb: “İran ABŞ-yə məlumat verib ki, yalançı medianın aldadıcı xəbərlərinə baxmayaraq, “İRAN HÖRMÜZ BOĞAZINDAN KEÇƏN GƏMİLƏRDƏN HEÇ BİR RÜSUM, SIĞORTA ÖDƏNİŞİ VƏ YA HƏR HANSI DİGƏR ÖDƏNİŞ ALMIR”. Əgər bu məlumat yalan çıxsa, danışıqlar dərhal dayandırılacaq”.

Bundan başqa, ABŞ İrana heç bir pul vəsaiti köçürməyib və onun heç bir aktivini bloldan çıxarmayıb. Biz İrana məxsus, tamamilə bizim nəzarətimizdə olan vəsaitlərin bir hissəsini azad etməyə hazırlaşırıq ki, həmin pullar fermerlərimizə qarğıdalı, buğda, soya paxlası və digər məhsulların alınması üçün yönəldilsin. İranın ərzağa kəskin ehtiyacı var və biz bu ölkə üçün onu yalnız ABŞ-dən alacağıq".


#ABŞ #Tramp #İran

Kanala abunə olun
Reuters: "🇶🇦 Qətər Hörmüz boğazının açılması ilə bağlı 🇮🇷 İran və Körfəz ölkələri ilə danışıqlara başlayır" 🌊

Qətərin Baş naziri al-Tani Hörmüz boğazının açılması və gələcəkdə ondan istifadə rejiminin müəyyənləşdirilməsi barədə İran, İraq və Fars körfəzi ölkələrinin iştirakı ilə danışıqların təşkili üçün Maskata gizli səfər edib.

Bu barədə "Reuters" agentliyi danışıqların gedişatına bələd olan bir diplomata istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu danışıqlar 🇺🇸 ABŞ-İran dialoqundan və minalardan təmizləmə səylərindən ayrıca aparılmalıdır.

Körfəz ölkələrinin tranzit rüsumlarından imtina edilməsini tələb edəcəyi gözlənilir.

Bununla yanaşı, İran ekoloji rüsum, həmçinin təhlükəsizlik və naviqasiya haqları tutmağı təklif edə bilər.

Bundan əlavə, diplomatın sözlərinə görə, Ər-Riyadda İran və Körfəz ölkələri arasında regional barışıq üzrə ayrıca danışıqların keçirilməsi də planlaşdırılır.

#Qətər #İran #Hörmüzboğazı

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-nin 🇰🇼 Küveytdəki səfirliyi mart ayında 🇮🇷 İranın hücumlarından sonra dayandırılmış fəaliyyətini bərpa edib

Bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, bayrağın qaldırılması mərasimində Fars körfəzi ölkələrinə turne çərçivəsində bu ölkəyə gələn ABŞ Dövlət katibi Marko Rubio da iştirak edib.

#Küveyt #ABŞ #səfirlik #İranhücumu

Kanala abunə olun
🇮🇹🇺🇸🇮🇷 İtaliya Ruttenin İrandakı əməliyyatda öz bazalarından istifadə olunması ilə bağlı bəyanatlarını təkzib edib

İtaliya Müdafiə Nazirliyi NATO-nun Baş katibi Ruttenin ABŞ-nin İrana qarşı hərbi əməliyyatını dəstəkləmək üçün "500 Amerika təyyarəsinin İtaliyadakı bazalardan havaya qalxması" barədə bəyanatını təkzib edib.
Romadan vurğulanıb ki, İtaliya yalnız qüvvədə olan beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş uçuşlara icazə verir.

Nazirliyin bəyanatında deyilir:
"NATO Baş katibinin "Epik Qəzəb" əməliyyatı ilə heç bir əlaqəsi olmadığı halda, icazə verilən uçuşların növlərini bir-birinə qarışdıraraq hadisələrin çaşdırıcı versiyasını təqdim etməsi təəccüblüdür. İtaliya yalnız müqavilələrdə nəzərdə tutulmuş uçuşlara icazə verir".
Daha sonra NATO-dan aydınlıq gətirilib ki, Rutte İtaliyanın hərbi əməliyyatlarda iştirakını deyil, maddi-texniki və logistik dəstək göstərməsini nəzərdə tutub.

#ABŞ #İtaliya #NATO #İran

Kanala abunə olun
🇮🇷 İran millət vəkilləri oturaq aksiyaya hazırlaşır 🔥

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 4 aydır ki, parlamenti qanunsuz olaraq boykot edib və plenar iclasların keçirilməsinə icazə vermir.

Bunu parlamentin üzvü Kamran Qəzənfəri deyib.
O, Ali Milli Təhlükəsizlik Şurasının parlamentin bağlanması ilə bağlı qətnaməsinin olmasını yalan adlandırıb və bildirib ki, parlamentin bağlanması millət vəkillərinin ABŞ ilə danışıqlar prosesinə qarşı çıxmasının və atəşkəsi qəbul etməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilib.

“Parlament üzvləri bir-iki ay əvvəldən Qalibafdan belə bir qətnamənin olub-olmadığını göstərməsini tələb ediblər, ancaq o, heç nə göstərməyib. Buna görə də bu iddia tamamilə yalandır”,- Qəzənfəri əlavə edib.

O, bir qrup millət vəkilinin parlamentin qarşısında oturaq aksiya keçirməyə hazırlaşdıqlarını və bunun parlamentin plenar iclasının keçirilməsinə icazə verilənə qədər davam etdirmək niyyətində olduqlarını bildirib.