Azad İran
5.66K subscribers
37.8K photos
22.5K videos
15 files
9.48K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranda iqtisadi böhran uşaq alverinin artmasına yol açır 👧🧒💰

İranda artan inflyasiya və yoxsulluğun dərinləşməsi fonunda cinayətkarlıq, məişət zorakılığı və uşaq alveri halları ilə bağlı narahatlıqlar artır.

Kriminoloq Qasım Qasımi "Etemad" qəzetinə müsahibəsində bildirib ki, son illər, xüsusilə də son aylarda mülkiyyət əleyhinə və zorakılıq xarakterli cinayətlərin sayında artım müşahidə olunur.

Bildirilib ki, iqtisadi çətinliklər uşaq alveri və uşaq istismarı kimi halların da artmasına zəmin yaradır. Yerli mediada yaxın vaxtlarda maddi sıxıntılar səbəbindən uşaqlarını satan valideynlərlə bağlı xəbərlər yayılıb.

Sosioloq Aliyə Şəkərbəyi isə ILNA agentliyinə açıqlamasında bildirib ki, uşaq alverinin əsas səbəblərindən biri dərin yoxsulluq, işsizlik və sosial dəstəyin yetərsizliyidir. Onun sözlərinə görə, bəzi hallarda uşaqların satılması mütəşəkkil şəbəkələrin fəaliyyəti ilə də əlaqəli ola bilər.

#İran #iqtisadiböhran #yoxsulluq #uşaqalveri #cinayət

Kanala abunə olun
🇮🇳 Hindistanın baş naziri 🇮🇷 Xameneyinin dəfninə dəvət edilib 👳‍♂️⚰️

Bu gün İran prezidenti Məsud Pezeşkian Hindistanın baş naziri Narendra Modini İslam Respublikasının mərhum lideri Əli Xameneyinin dəfn mərasimində iştirak etmək üçün Tehrana dəvət edib. Bununla bağlı, Hindistanın "Wion" nəşri xəbər verir.

Məlumata əsasən, 4–9 iyul tarixlərində İran və İraqda keçirilməsi planlaşdırılan vida və dəfn mərasimlərində dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir.

مسعود پزشکیان، رئیس جمهور ایران، از نارندرا مودی، نخست وزیر هند، برای شرکت در مراسم تشییع علی خامنه ای دعوت کرده است.

#İran #Pezeşkian #Xameneyi #dəfnmərasimi #Hindistan #başnazir #dəvət

Kanala abunə olun
🇦🇿 Azərbaycan Prezidenti 🇮🇷 İran parlamentinin sədrini qəbul edib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaflı qəbul edib.

Görüşdə Azərbaycan Prezidentinin xüsusi köməkçisi Hikmət Hacıyev, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu iştirak edib. (Mehr News)

Xatırladaq ki, Qalibaf səhər saatlarında İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak məqsədi ilə Bakıya səfər edib.

دیدار قالیباف و الهام علی‌اف، رئیس جمهوری آذربایجان

#Azərbaycan #Prezident #İran #Qalibaf #görüş

Kanala abunə olun
🇶🇦 Qətər 🇺🇸 ABŞ və 🇮🇷 İran arasında birbaşa əlaqə yaradılmasını təklif edib

Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani ABŞ və İran arasında birbaşa əlaqə yaradılmasını təklif edib.

O, "Financial Times" qəzetinə müsahibəsində bildirib ki, belə bir rabitə kanalı Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və tərəflər arasında mümkün anlaşılmazlıqların qarşısının alınması üçün vacibdir.

Al-Taninin sözlərinə görə, İsveçrədə aparılan danışıqlar zamanı müzakirə edilən bu təşəbbüs dezinformasiyaya qarşı mübarizə aparmağa, eləcə də boğazda mina təmizləmə əməliyyatları zamanı koordinasiyanı gücləndirməyə kömək edə bilər.

Nazir qeyd edib ki, qaynar xəttin əsas məqsədi təhlükə ilə üzləşən gəmilərin İran tərəfindən yoxlanılması və onların təhlükəsiz şəkildə marşrutlarını davam etdirməsinin təmin olunmasıdır.

#Qətər #ABŞ #İran #təklif

Kanala abunə olun
🇦🇿 Azərbaycan rəsmisi: “Ölkə ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə imkan verilməyəcək”

Bu gün Bakıda Azərbaycan Milli Məclisinin sədr müavini Musa Qasımlı ilə görüşən 🇮🇷 İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf səfərindən məmnunluğunu ifadə edib.

O bildirib ki, bölgədəki mövcud vəziyyət fonunda konfrans İslam ölkələri arasında birliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verə bilər.

Qalibaf, Azərbaycan xalqına və Milli Məclisinə uğurlar arzulayaraq, tədbirdə iştirakını üzv dövlətlərlə, xüsusilə Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsi baxımından vacib imkan kimi dəyərləndirib.

Musa Qasımlı isə Azərbaycanın bölgədə sülh və sabitliyin tərəfdarı olduğunu vurğulayıb. O qeyd edib ki, ölkə ərazisindən heç bir qonşuya qarşı istifadə olunmasına imkan verilməyəcək və Azərbaycan qonşularla mehriban münasibətlərin inkişafına önəm verir. (IRIB News)

#Azərbaycan #İran #parlamentsədri #İƏT #əməkdaşlıq

Kanala abunə olun
🇮🇱 İsrail səfiri: “🇮🇷 İranla müharibə bizi Körfəz ölkələrinə daha da yaxınlaşdırdı”

Dünən İsrailin 🇦🇪 BƏƏ-dəki səfiri Yossi Şelli bildirib ki, İranla son müharibə İsrail və Fars körfəzi ölkələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olub.

"Jerusalem Post"a müsahibəsində Şelli qeyd edib ki, 2020-ci ildə imzalanmış İbrahim Sazişləri çərçivəsində qurulan tərəfdaşlıq son proseslərdən sonra yeni mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, İranın hücumları Körfəz ölkələrinin İsraildən uzaqlaşmasına deyil, əksinə, tərəflərin bir-birinə daha da yaxınlaşmasına gətirib çıxarıb.

"İranın raket və dronlarla həyata keçirdiyi hücumlar İsrail və BƏƏ-nin ortaq təhlükəsizlik maraqlarını daha aydın şəkildə ortaya qoyub və birgə müdafiə əməkdaşlığının əhəmiyyətini artırıb", - deyə səfir əlavə edib. (Euronews)

#İsrail #səfir #BƏƏ #İran #müharibə

Kanala abunə olun
👍1🤮1
🇮🇷 Qalibaf 🇦🇿 Bakı səfərini başa vurub

Bu gün İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakını başa vurduqdan sonra Bakıdan Tehrana yola düşüb.

Qalibafın Azərbaycana səfəri bir gün davam edib. Səfər çərçivəsində o, İƏT Parlament İttifaqının iclasında çıxış edib.

O, səfər çərçivəsində Azərbaycan Milli Məclisinin və Türkiyə Böyük Millət Məclisinin sədrləri ilə bir araya gəlib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Qalibafla görüş keçirib. (ILNA)

قالیباف باکو را به مقصد تهران ترک کرد

#İran #Qalibaf #parlamentsədri #Azərbaycan #səfər

Kanala abunə olun
Azad İran
🇦🇿 Azərbaycan Prezidenti 🇮🇷 İran parlamentinin sədrini qəbul edib Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaflı qəbul edib. Görüşdə Azərbaycan Prezidentinin xüsusi köməkçisi Hikmət Hacıyev…
YENİLƏNİB

🇮🇷 Qalibafın 🇦🇿 Azərbaycan Prezidenti ilə görüşündən görüntülər


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğulayıb müharibədə həlak olanlara bir daha Allahdan rəhmət diləyib.

Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirib.

Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlətimizin başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırlayıb.
Azad İran
Photo
Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olduqlarını deyən Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirib.
Qonaq bu müharibənin, eyni zamanda, İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirib.
Qalibaf qeyd edib ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda, dost ölkə kimi Azərbaycan İranın yanında olub.

Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin gələcəkdə daha da dinamik inkişafına əminlik ifadə olunub, Ağbənd-Kəlalə körpüsünün tikintisinin artıq başa çatdırıldığı və İran ərazisindən keçən Araz dəhlizinin də regionda nəqliyyat imkanlarının artırılmasına xidmət edəcəyi məmnunluqla vurğulanıb.

#Azərbaycan #Prezident #İlhamƏliyev #İran #parlamentsədri #Qalibaf

Kanala abunə olun
🇺🇸🇦🇪 ABŞ Dövlət Katibi BƏƏ Prezidenti ilə Görüşüb

ABŞ Dövlət katibi Rubio bu gün Əbu-Dabidə BƏƏ Prezidenti əl-Nəhyan və Əmirliklərin ali rəhbərliyi ilə bir araya gəlib.

Tərəflər Vaşinqton və 🇮🇷 Tehran arasındakı anlaşma memorandumunu, Hörmüz boğazından tam və təhlükəsiz tranzitin təmin edilməsi istiqamətindəki səyləri, həmçinin regionda sülh və sabitliyin vacibliyini müzakirə ediblər.

Diplomatlar eləcə də ikitərəfli münasibətlərə, müdafiə və ticarət sahəsində tərəfdaşlığın davam etdirilməsinə toxunublar, Rubio isə ABŞ-nin Əmirliklərin təhlükəsizliyini təmin etmək öhdəliyinə sadiq olduğunu bəyan edib. (ABŞ Dövlət Departamenti)

#ABŞ #BƏƏ #Hörmüzboğazı #İran

Kanala abunə olun