Azad İran
5.66K subscribers
37.8K photos
22.5K videos
15 files
9.48K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Vurulan 🇺🇸 ABŞ pilotu 🇮🇷 İran dronlarının "meduza" formasında toplaşdığını görüb ✈️🚀

Aprel ayında İran üzərində vurulan və xüsusi təyinatlılar tərəfindən xilas edilən ABŞ qırıcı təyyarəsinin pilotu, katapult etməzdən əvvəl şokedici bir mənzərə gördüyünü bildirib.
Məsələdən agah olan dörd mənbənin sözlərinə görə, pilot havada meduzaya bənzər bir quruluşda, vahid şəkildə hərəkət edən çox sayda İran dronu gördüyünü təsvir edib.

Əvvəllər heç yerdə dərc olunmayan bu məlumatı F-15 pilotu hadisədən sonra kəşfiyyat rəsmiləri ilə sorğu-sual zamanı bölüşüb.

Bu iddia dərhal ABŞ kəşfiyyat icmasında hələ də həllini tapmamış böyük bir müzakirə və mübahisə dalğasına səbəb olub.

Əgər pilotun təsvir etdiyi mənzərə — yəni dronların tam sinxron şəkildə hərəkət etməsi — doğrudursa, bu, İranın dron texnologiyasında həyəcan təbili çalacaq dərəcədə ciddi bir irəliləyişə nail olduğunu göstərir.

#İran #dron #ABŞ #pilot

Kanala abunə olun
👍1
Media is too big
VIEW IN TELEGRAM
🇵🇰 İslamabadda 🇮🇷 Pezeşkiana fəxri ad verildi

​Mərasimdə çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif iki ölkə arasındakı elmi və siyasi əlaqələrin rəmzi olaraq Məsud Pezeşkiana ürək cərrahiyyəsi üzrə fəxri doktorluq dərəcəsini şəxsən təqdim edib.

#İran #Pezeşkian #Pakistan #fəxriad #Şərif
😁3
🇺🇸 ABŞ Senatı Trampın 🇮🇷 İranla bağlı səlahiyyətlərini məhdudlaşdırıb

ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsi ilə bağlı səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnamə qəbul edib.

Çərşənbə axşamı keçirilən səsvermədə qətnamə 50 senatorun dəstəyi ilə qəbul olunub, 48 senator isə sənədin əleyhinə səs verib.

Məlumata görə, qətnamə ABŞ prezidentini Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatlara başlamamaq və ya onları davam etdirməməyə çağırır.

Sənədin əsas məqsədi prezidentin müharibə səlahiyyətlərini məhdudlaşdırmaq və Vaşinqtonun Tehranla yeni hərbi qarşıdurmaya cəlb olunmasının qarşısını almaqdır. (Tabnak)

#ABŞ #Tramp #Senat #qətnamə #İran #müharibə

Kanala abunə olun
👍1
🇮🇷 Qalibaf 🇦🇿 Azərbaycana gəlib

Bu gün İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf Azərbaycana işgüzar səfər edib.

Bildirilib ki, səfər çərçivəsində parlament sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

Məlumata görə, onu İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu və Azərbaycan Milli Məclisinin sədr müavini Musa Qasımlı qarşılayıb. (IRNA)

محمدباقر قالیباف رئیس مجلس شورای اسلامی در رأس هیأتی پارلمانی به منظور شرکت در بیستمین اجلاس اتحادیه مجالس کشورهای عضو سازمان همکاری اسلامی (PUIC) وارد باکو پایتخت جمهوری آذربایجان شد.

#İran #Qalibaf #parlamentsədri #Azərbaycan #səfər

Kanala abunə olun
👍1👎1
Media is too big
VIEW IN TELEGRAM
Bir ifadə, iki fərqli məna: 🇮🇷 Pezeşkian tərcüməçini düzəltməli oldu 🗣

Dünən İslamabadda səfərdə olan İran prezidenti Məsud Pezeşkianın mətbuat konfransı zamanı baş verən tərcümə xətası xarici media və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hadisə Pezeşkianın Pakistanın baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransı zamanı yaşanıb. İran prezidentinin çıxışını tərcümə edən şəxs onun dediyi fikri yanlış şəkildə çatdırıb və bununla da açıqlamanın məzmunu dəyişib.

Belə ki, Pezeşkian çıxışında İranın raket proqramı ilə bağlı heç bir halda danışıqlar aparmayacağını bildirib. Lakin tərcüməçi bu fikri səhvən nüvə proqramı ilə əlaqələndirərək, İranın nüvə məsələsi üzrə danışıqlar aparmayacağını söyləyib.

İran prezidenti tərcümədəki uyğunsuzluğu dərhal hiss edərək müdaxilə edib və söhbətin nüvə proqramından deyil, raket proqramından getdiyini dəqiqləşdirib.

#İran #Pezeşkian #raketproqramı #tərcüməsəhvi

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Rubio: “🇮🇷 İranın proksi qruplarının fəaliyyəti müzakirə olunacaq”

ABŞ dövlət katibi Marko Rubio İranın dəstəklədiyi silahlı qrupların fəaliyyəti məsələsinin Tehranla aparılan danışıqlarda müzakirə ediləcəyini açıqlayıb.

Yaxın Şərq turnesi çərçivəsində Əbu-Dabiyə səfəri zamanı jurnalistlərə danışan Rubio bildirib ki, İranın dəstəklədiyi qruplar İraq ərazisindən raket və dronlarla hücumlar həyata keçirdiyi müddətcə regiondakı qarşıdurma və düşmənçiliklərə son qoymaq mümkün olmayacaq.

Rubionun sözlərinə görə, İranın yenidənqurma işləri üçün vəsait ayrılması ilk növbədə təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq. O vurğulayıb ki, ABŞ belə bir yenidənqurma prosesinin maliyyələşdirilməsində iştirak etmir.

ABŞ rəsmisi əlavə edib ki, İranın gələcəyi ilə bağlı mümkün müzakirələr İslam Respublikasının davranışlarından asılı olacaq.

#ABŞ #dövlətkatibi #İran #proksiqruplar #müzakirə

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran nə vaxt nüvə silahı əldə edəcək?” – 🇺🇸 Trampın paylaşımı diqqət çəkdi ☢️🔨

Bu gün ABŞ prezidenti Donald Tramp İranla bağlı paylaşdığı yeni videoçarxla diqqət mərkəzinə düşüb.

Tramp özünün “Truth Social” platformasında İranın terror fəaliyyəti və nüvə proqramına həsr olunmuş video yayımlayıb. Paylaşım Vaşinqton və Tehran arasında mümkün razılaşma ehtimalının müzakirə olunduğu bir vaxta təsadüf edib.

Videoçarxda “1979-cu ildən bəri saat işləyir. İran 47 ildir ki, hər il amerikalıları öldürür. Keçmiş prezidentlər İrana güzəştə gedərkən, İran nüvə silahı əldə etməyə çalışırdı” ifadələri yer alır.

Videonun ən diqqətçəkən hissəsi isə sonda nümayiş etdirilən simvolik səhnə olub. Belə ki, çarx boyunca ekranda görünən saat “İran nə vaxt nüvə silahı əldə edəcək?” sualı səsləndirilərkən çəkiclə dağıdılır və ardınca “Heç vaxt” ifadəsi eşidilir.

#ABŞ #Tramp #İran #nüvəsilahı

Kanala abunə olun
👍2
🛑 Tanınmış güneyli fəal dünyasını dəyişib 😢

Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Saleh Mollaabbasi vəfat edib.

Məlumata görə, Saleh Mollaabbasi Əhər şəhərində ürək tutması nəticəsində dünyasını dəyişib.

Saleh Mollaabbasi uzun illər Azərbaycan türklərinin milli kimliyinin qorunması, ana dilinin və milli hüquqların müdafiəsi istiqamətində fəaliyyət göstərib. O, xüsusilə Qaradağ bölgəsində milli hərəkatın təşkilatlanması və milli şüurun gücləndirilməsi sahəsində gördüyü işlərlə tanınıb.

Mərhum fəal siyasi məhbusların ailələrinə göstərdiyi dəstəklə də yadda qalıb. O, Babək qalasına yürüşlər zamanı saxlanılan milli fəalların ailələrinin çətinlikləri ilə yaxından maraqlanıb və onlara yardım etməyə çalışıb. (GADTB)

صالح ملاعباسی از فعالان حرکت ملی آزربایجان درگذشت

#GüneyAzərbaycan #millifəal #vəfat

Kanala abunə olun
1
Media is too big
VIEW IN TELEGRAM
🇵🇰 Şərif mərasimi bitirmək istədi, 🇮🇷 Pezeşkian isə kürəkləməyə davam etdi 🪴🪏

Dünən İran prezidenti Məsud Pezeşkianın Pakistana səfəri çərçivəsində keçirilən ağacəkmə mərasimindən yayılan görüntülər sosial mediada geniş müzakirələrə yol açıb.

Pezeşkian Pakistanın baş naziri Şahbaz Şəriflə birlikdə İran və Pakistan dostluğunu simvolizə edən fidanın əkilməsi mərasimində iştirak edib. Mərasim zamanı liderlər fidanı əvvəlcədən hazırlanmış əraziyə yerləşdirərək ətrafına torpaq töküblər.

Videoda Pezeşkianın fidanı yerinə qoyduqdan sonra torpaq tökməyə davam etdiyi görünür. Eyni zamanda, Şahbaz Şərifin jestlərlə mərasimin rəmzi hissəsinin başa çatdığını bildirməyə çalışdığı diqqət çəkir.

Kadrlarda baş nazirin təbəssümlə bir neçə dəfə mərasimi yekunlaşdırmağa cəhd edərək Pezeşkiana toxunduğu, Pezeşkianın isə işini davam etdirdiyi əks olunub.

#İran #Pezeşkian #Pakistan #başnazir #ağacəkmə #mərasim

Kanala abunə olun
😁1
Media is too big
VIEW IN TELEGRAM
Qalibaf: “🇮🇷 İran xalqının müqaviməti düşmənlərin hesablamalarını alt-üst etdi”

Bu gün İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı İranın son proseslər qarşısında nümayiş etdirdiyi mövqedən danışıb.

Qalibaf bildirib ki, İranın rəqibləri hərbi güc və iqtisadi təzyiqlər vasitəsilə ölkəni geri çəkilməyə məcbur edə və bölgədəki siyasi problemləri öz maraqlarına uyğun dəyişdirə biləcəklərini düşünürdülər.

Onun sözlərinə görə, baş verən hadisələr müharibəni planlaşdıran tərəflərin hesablamaları ilə tamamilə ziddiyyət təşkil edib.

Spiker vurğulayıb ki, İran xalqının müqaviməti, dözümlülüyü və birlik nümayiş etdirməsi düşmənlərin gözləntilərini puça çıxarıb.

Qalibaf çıxışında qeyd edib ki, İran xalqı müstəqil dövlətlərə və xalqlara xaricdən iradə qəbul etdirmək dövrünün sona çatdığını nümayiş etdirib. (Snn.ir)

#İran #Qalibaf #parlament #konfrans

Kanala abunə olun
😁2
Azad İran
🇺🇸 ABŞ Senatı Trampın 🇮🇷 İranla bağlı səlahiyyətlərini məhdudlaşdırıb ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsi ilə bağlı səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnamə qəbul edib. Çərşənbə axşamı keçirilən…
🇺🇸 Tramp: “🇮🇷 İran demək olar ki, hər şeyə razı olmağa hazır idi”

Dünən ABŞ prezidenti Donald Tramp Senatın İrana qarşı hərbi səlahiyyətlərin məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməsini tənqid edib və bu addımın Tehranla aparılan danışıqlara mənfi təsir göstərə biləcəyini bildirib.

Tramp "Truth Social" platformasında paylaşdığı açıqlamada qeyd edib ki, ABŞ-nin təzyiqləri nəticəsində İran Vaşinqtonla razılığa gəlmək üçün "demək olar ki, hər şeyə" hazır olduğu bir vəziyyətə çatdırılmışdı.

O, Senatın müharibə səlahiyyətləri ilə bağlı qətnaməni səsə çıxarmasının İrana yanlış mesaj verdiyini yazıb. Tramp bildirib ki, Senatın addımı "dünyada terrorun bir nömrəli sponsoru" adlandırdığı İrana ABŞ-nin onun siyasətini dəstəkləmədiyi mesajını verib və bununla da Vaşinqtonun mövqeyini zəiflədib.

ABŞ prezidenti qətnamənin lehinə səs verən dörd Respublikaçı senatoru da tənqid edib. O, həmin senatorların Demokratlarla birlikdə hərəkət etdiyini və bunun danışıqlar prosesini çətinləşdirdiyini vurğulayıb.
2😁1
🇪🇺 AB aviaşirkətlərə 🇮🇷 İran hava məkanından uzaq durmağı tövsiyə edib ✈️

Bu gün Avropa Birliyinin Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) ABŞ və İran arasında əldə olunduğu bildirilən çərçivə razılaşmasına baxmayaraq, aviaşirkətlərə İran, İraq və Livan üzərindəki hava məkanından istifadə etməmələri ilə bağlı tövsiyəsini qüvvədə saxlayıb.

Agentliyin açıqlamasına görə, regionda təhlükəsizlik vəziyyəti tam sabitləşmədiyindən mülki aviasiya üçün risklər hələ də qalmaqdadır. Bu səbəbdən EASA münaqişə zonaları ilə bağlı tövsiyəsinin müddətini iyulun 1-dək uzadıb.

Qurum bildirib ki, Vaşinqton və Tehran arasında əldə olunmuş atəşkəsə baxmayaraq, onun pozulması ehtimalı mövcuddur. Xüsusilə Hörmüz boğazı və ətraf hava məkanında təhlükəsizlik risklərinin davam etdiyi qeyd olunub.

EASA İsrail ilə Hizbullah arasında qüvvədə olan kövrək atəşkəsə diqqət çəkərək, Livan üzərində həyata keçirilən uçuşların da müəyyən risklər daşıdığını vurğulayıb.

#AvropaBirliyi #aviaşirkətlər #İran #xəbərdarlıq

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Qalibaf: Gücdən çox məntiqə üstünlük verməkdə israrlıyıq

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasında çıxışı zamanı İranın son müharibədən sonrakı mövqeyi və diplomatiyaya yanaşması barədə fikirlərini bölüşüb.

Qalibaf bildirib ki, İslamabad anlayışı və burada ortaya qoyulan mövqe İran xalqının müqavimətinin, dözümlülüyünün və regional nüfuzunun nəticəsi olub. Onun sözlərinə görə, bu hadisə son nəticədə ABŞ-nin uğursuzluğunun göstəricisinə çevrilib.

O vurğulayıb ki, son müharibənin yaratdığı itkilərə baxmayaraq, Tehran əsas prinsiplərinə sadiq qalır. O qeyd edib ki, İran güc tətbiqindən daha çox məntiqə, təslimçilikdən isə daha çox müqavimətə üstünlük verməkdə israrlıdır.

Qalibaf çıxışında diplomatiyanın əhəmiyyətinə də toxunaraq bildirib ki, beynəlxalq münasibətlərdə davamlı nəticələr yalnız qarşılıqlı hörmət, bərabərlik və dövlətlərin suverenliyinin tanınması əsasında əldə edilə bilər. (Snn.ir)

#İran #ABŞ
🇴🇲 Oman Hörmüz boğazında müvəqqəti rüsumsuz tranzit dəhlizi açıb 🌊🚢

Oman Hörmüz boğazında gəmilərin hərəkətini asanlaşdırmaq məqsədilə müvəqqəti rüsumsuz tranzit dəhlizi açdığını açıqlayıb.

Sultanlığın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, təşəbbüs BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə koordinasiya şəraitində həyata keçirilir.

Açıqlamada qeyd olunub ki, yeni dəhliz ABŞ və İran arasında əldə edilən razılaşmalar fonunda yaradılıb və boğazdan keçən dəniz nəqliyyatının təhlükəsiz və fasiləsiz hərəkətinə dəstək verməyi hədəfləyir.

Bildirilib ki, marşrutdan istifadə etmək istəyən gəmilər hərəkətlərini əvvəlcədən IMO və Omanın müvafiq qurumları ilə əlaqələndirməlidirlər. Gəmi operatorları təşkilat və Oman hakimiyyəti tərəfindən müəyyən edilmiş koordinasiya qaydalarına əməl etməklə tranzit keçidi həyata keçirə biləcəklər.

#Oman #Hörmüzboğazı #tranzitdəhlizi

Kanala abunə olun
1
🇮🇷 İranda gənc aktyorunu edam cəzası gözləyir 👨‍⚖️😢

İranda 23 yaşlı teatr aktyoru, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Əli Səfərinin edam olunacağı ilə bağlı narahatlıqlar artmaqdadır.

Məlumata görə, İran məhkəməsi gənc sənətçiyə qarşı “müharibə” (hakimiyyətə qarşı üsyan) ittihamı irəli sürüb. Yerli qanunvericiliyə əsasən, bu ittiham üzrə çıxarılan hökmün edamla nəticələnə biləcəyi bildirilir.

Bu barədə İran Müstəqil Kinematoqrafçılar Assosiasiyası bəyanat yayıb. Assosiasiya açıqlamasında Əli Səfərinin həyatı ilə bağlı ciddi narahatlığını ifadə edib və beynəlxalq ictimaiyyəti məsələyə diqqət yetirməyə çağırıb.

Məlumata əsasən, Əli Səfəri bu il yanvarın 8-də keçirilən xalq etirazları zamanı saxlanılıb. Daha sonra onun barəsində “hakimiyyətə qarşı silahlı üsyan” ittihamı irəli sürülüb.

#İran #aktyor #ittiham #edam #cəza

Kanala abunə olun
1
🇮🇷 İran bir neçə gün hava nəqliyyatına məhdudiyyətlər qoyacaq 👳‍♂️✈️

İran Hava Limanları və Hava Naviqasiyası Şirkəti İslam Respublikasının mərhum lideri Əli Xameneiyə həsr olunmuş vida mərasimləri ilə əlaqədar ölkənin hava nəqliyyatı sistemində müvəqqəti məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb.

Qurumun yaydığı bəyanata əsasən, məhdudiyyətlər İran Mülki Aviasiya Təşkilatı tərəfindən təsdiqlənmiş hava hərəkətinin idarə olunması planı çərçivəsində həyata keçiriləcək.

Tehranın Mehrabad hava limanında 3 və 6 iyul tarixlərində bütün uçuşlar dayandırılacaq. Hava limanı 4, 5, 7 və 8 iyul tarixlərində isə məhdud fəaliyyət göstərəcək.

Eyni zamanda, Məşhəd beynəlxalq hava limanında 8 iyul tarixində uçuşlara müəyyən məhdudiyyətlər tətbiq ediləcək, 9 iyul tarixində isə hava limanının fəaliyyəti tamamilə dayandırılacaq. Həmin günlərdə Qum əyalətinin hava məkanında da uçuşlara məhdudiyyətlər qoyulacaq.

#İran #ƏliXameneyi #vidamərasimləri #uçuşlar #məhdudiyyət

Kanala abunə olun
🤮1