Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Tramp AEBA yoxlamaları ilə bağlı razılıq olmasa, 🇮🇷 İranla danışıqları ləğv edəcəyi ilə hədələdi ☢
"Onlar (İran rəsmiləri) bunu bizə İsveçrədə keçirilən danışıqlar zamanı dedilər.
Bu, bizdə qəti şəkildə – 100% yoxlamalar olaraq təsbit edilib. Əgər onlar yoxlamalarla bağlı qarşılıqlı anlaşmanın olmamasını desələr, mən elə indicə görüşləri ləğv edərdim", - deyə Tramp bildirib.
Bu gün səhər saatlarında İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bəyan edib ki, Tehran AEBA müfəttişlərinə ölkənin nüvə obyektlərinə baş çəkməyə icazə verməyi planlaşdırmır.
#ABŞ #İran
Kanala abunə olun

🇮🇷 İran ilə 🇺🇸 ABŞ arasında növbəti görüş olacaq
Hörmüz boğazı beynəlxalq dəniz nəqliyyatı və ticarət gəmilərinin hərəkəti üçün tam açıqdır.
Bu barədə İranın 🇨🇭 Cenevrədə yerləşən 🇺🇳 BMT ofisindəki daimi nümayəndəsi Əli Bəhreyni məlumat verib.
"Təbii ki, Hörmüz boğazı kommersiya məqsədləri üçün tamamilə açıqdır və gəmilərin keçidi heç bir rüsum alınmadan həyata keçirilir", - deyə, o, Cenevrədə keçirilən brifinqdə verilən sualı cavablandırarkən qeyd edib.
Ə.Bəhreyni həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi hədə-qorxular İsveçrənin Bürgenstok şəhərindəki danışıqlar prosesini ciddi risk altına atıb.👇👇👇

Azad İran
🇮🇷 İran ilə 🇺🇸 ABŞ arasında növbəti görüş olacaq Hörmüz boğazı beynəlxalq dəniz nəqliyyatı və ticarət gəmilərinin hərəkəti üçün tam açıqdır. Bu barədə İranın 🇨🇭 Cenevrədə yerləşən 🇺🇳 BMT ofisindəki daimi nümayəndəsi Əli Bəhreyni məlumat verib. "Təbii ki…
"ABŞ rəhbərinin bəyanatları Bürgenstokdakı müzakirələr zamanı bəzi çətinliklər yaratdı. Bu cür çıxışlar prosesi çox ciddi təhlükə ilə üz-üzə qoydu. Birləşmiş Ştatlar İranla müzakirələr aparmağa və yaranmış problemləri həll etməyə hazır olduğunu nümayiş etdirdikcə, İran da dialoqda iştirakını və danışıqları davam etdirəcək. Hərbi müdaxilə ehtimalları mümkün fəaliyyət variantları siyahısından həmişəlik çıxarılmalıdır.
Hesab edirəm ki, artıq hər kəsə aydın olmalıdır: İrana qarşı hərbi addımlar heç bir nəticə verməyəcək", - deyə danışıqların gedişatını şərh edən diplomat bildirib.
İran ilə ABŞ arasında növbəti görüşün keçirilməsi ilə bağlı da sualı cavablandıran diplomat onu da qeyd edib ki, Vaşinqton ilə yeni yüksək səviyyəli görüşlər olacaq, lakin vaxt hələ müəyyən edilməyib.
#İran #ABŞ #danışıqlar #görüş #Hörmüzboğazı

🇺🇸 ABŞ 🇮🇷 İran yaxınlığında nəhəng raket kreyserini yerləşdirdi
ABŞ Hərbi Dəniz Qüvvələri İrandan cənub-şərqdə, Ərəbistan dənizi sularında "USS Princeton" adlı raket kreyserini (okean və dənizlərdə təkbaşına və ya qrup halında döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulmuş iri və çoxfunksiyalı hərbi gəmi tipidir - red.) dislokasiya edib.
Bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidməti məlumat yayıb.
Yaxın Şərqdəki Mərkəzi Komandanlığın (CENTCOM) gəmi qruplaşmasına daxil olan bu hərbi gəmi ümumilikdə 122 raket daşımaq qabiliyyətinə malikdir. Onların arasında 1.6 min km mənzilli 26 "Tomahawk" qanadlı raketi, 16 ASROC sualtı qayıqlara qarşı idarəolunan raket və 80 ədəd "Standard-2" və "Standard-3" zenit-raket kompleksi var.
İrana qarşı hərbi əməliyyatların keçirilməsi zamanı CENTCOM rəhbərliyinin sərəncamında bu dərəcədə güclü döyüş gəmisi mövcud olmayıb.

🇮🇷 Ejei 🇺🇸 Tramp haqda: "Kinli alçağa etibar etmirik" 👳♂🗣
İranın Məhkəmə - Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejeyi ABŞ prezidenti Donald Trampa güvənmədiklərini bildirib.
O, danışıqların davam etdirilməsi barədə deyib: "Hazırda belə bir fikir var ki, "rejimin maraqları" bu yolla təmin edilir və düşmənin planları bu vasitə ilə zərərsizləşdirilir".
اژهای: به ترامپ «پَستِ عُقدهای اعتماد نداریم، فعلا مصلحت نظام در مذاکره است»
#İran #Ejei #ABŞ #Tramp

🤮2
🇮🇷 Pezeşkian ictimai narazılıqdan narahatdır 🔥
İran prezidenti Məsud Pezeşkian xalqın yenidən etiraz etməsindən və küçələrə axışmasından qorxduğunu bildirib.
O, açıqlamasında qeyd edib ki, silahlı qüvvələr hökumətin onlara ayırdığı neft və valyuta sayəsində döyüşüblər.
Pezeşkianın fikrincə, İslam Respublikasının ən vacib gücü xalqın birliyidir və məmurlar çatışmazlıqların insanların narazılığına səbəb olmasına imkan verməməlidirlər.
O əlavə edib ki, belə bir vəziyyət "düşmənləri" sevindirərdi.
Dövlət başçısı SEPAH-a hökumətin yardımından bəhs edərək deyib: "Əgər biz dəstək verməsəydik, döyüşçülər döyüşə bilməzdilər.
Biz hökumətə məxsus 20 milyon barel nefti SEPAH-ın aerokosmik bölməsinə verdik".
#İran #Pezeşkian #SEPAH #xalq #narazılıq

🇮🇷 İran səhiyyəsində özbaşınalıq: Cərrah etiraf etdi 🧑⚕💊
Onkoloq cərrah müharibədən sonra İranın böyük şəhərlərində sığortaların qəfil dayandırılması nəticəsində reseptlərin qiymətinin 6 dəfə bahalaşdığı və dəllalların həyati əhəmiyyətli ləvazimatları, o cümlədən qan və dərman ehtiyatlarını avtomobillərin yük yerində başgicəlləndirici qiymətlərə satdığını bildirir.
Həkim bu tibb mərkəzlərindən biri kimi Tehrandakı Bəqiyyətullah Xəstəxanasının adını çəkib.
#İran #səhiyyə #xaos #dərman #dəllal #qiymətartımı

😱1
Vurulan 🇺🇸 ABŞ pilotu 🇮🇷 İran dronlarının "meduza" formasında toplaşdığını görüb ✈️🚀
Aprel ayında İran üzərində vurulan və xüsusi təyinatlılar tərəfindən xilas edilən ABŞ qırıcı təyyarəsinin pilotu, katapult etməzdən əvvəl şokedici bir mənzərə gördüyünü bildirib.
Məsələdən agah olan dörd mənbənin sözlərinə görə, pilot havada meduzaya bənzər bir quruluşda, vahid şəkildə hərəkət edən çox sayda İran dronu gördüyünü təsvir edib.
Əvvəllər heç yerdə dərc olunmayan bu məlumatı F-15 pilotu hadisədən sonra kəşfiyyat rəsmiləri ilə sorğu-sual zamanı bölüşüb.
Bu iddia dərhal ABŞ kəşfiyyat icmasında hələ də həllini tapmamış böyük bir müzakirə və mübahisə dalğasına səbəb olub.
Əgər pilotun təsvir etdiyi mənzərə — yəni dronların tam sinxron şəkildə hərəkət etməsi — doğrudursa, bu, İranın dron texnologiyasında həyəcan təbili çalacaq dərəcədə ciddi bir irəliləyişə nail olduğunu göstərir.
#İran #dron #ABŞ #pilot

👍1
Media is too big
VIEW IN TELEGRAM
🇵🇰 İslamabadda 🇮🇷 Pezeşkiana fəxri ad verildi
Mərasimdə çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif iki ölkə arasındakı elmi və siyasi əlaqələrin rəmzi olaraq Məsud Pezeşkiana ürək cərrahiyyəsi üzrə fəxri doktorluq dərəcəsini şəxsən təqdim edib.
#İran #Pezeşkian #Pakistan #fəxriad #Şərif

😁3
🇺🇸 ABŞ Senatı Trampın 🇮🇷 İranla bağlı səlahiyyətlərini məhdudlaşdırıb ❌
ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsi ilə bağlı səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnamə qəbul edib.
Çərşənbə axşamı keçirilən səsvermədə qətnamə 50 senatorun dəstəyi ilə qəbul olunub, 48 senator isə sənədin əleyhinə səs verib.
Məlumata görə, qətnamə ABŞ prezidentini Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatlara başlamamaq və ya onları davam etdirməməyə çağırır.
Sənədin əsas məqsədi prezidentin müharibə səlahiyyətlərini məhdudlaşdırmaq və Vaşinqtonun Tehranla yeni hərbi qarşıdurmaya cəlb olunmasının qarşısını almaqdır. (Tabnak)
#ABŞ #Tramp #Senat #qətnamə #İran #müharibə

🇮🇷 Qalibaf 🇦🇿 Azərbaycana gəlib
Bu gün İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf Azərbaycana işgüzar səfər edib.
Bildirilib ki, səfər çərçivəsində parlament sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.
Məlumata görə, onu İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu və Azərbaycan Milli Məclisinin sədr müavini Musa Qasımlı qarşılayıb. (IRNA)
محمدباقر قالیباف رئیس مجلس شورای اسلامی در رأس هیأتی پارلمانی به منظور شرکت در بیستمین اجلاس اتحادیه مجالس کشورهای عضو سازمان همکاری اسلامی (PUIC) وارد باکو پایتخت جمهوری آذربایجان شد.
#İran #Qalibaf #parlamentsədri #Azərbaycan #səfər

👍1👎1
Media is too big
VIEW IN TELEGRAM
Bir ifadə, iki fərqli məna: 🇮🇷 Pezeşkian tərcüməçini düzəltməli oldu 🗣
Dünən İslamabadda səfərdə olan İran prezidenti Məsud Pezeşkianın mətbuat konfransı zamanı baş verən tərcümə xətası xarici media və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hadisə Pezeşkianın Pakistanın baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransı zamanı yaşanıb. İran prezidentinin çıxışını tərcümə edən şəxs onun dediyi fikri yanlış şəkildə çatdırıb və bununla da açıqlamanın məzmunu dəyişib.
Belə ki, Pezeşkian çıxışında İranın raket proqramı ilə bağlı heç bir halda danışıqlar aparmayacağını bildirib. Lakin tərcüməçi bu fikri səhvən nüvə proqramı ilə əlaqələndirərək, İranın nüvə məsələsi üzrə danışıqlar aparmayacağını söyləyib.
İran prezidenti tərcümədəki uyğunsuzluğu dərhal hiss edərək müdaxilə edib və söhbətin nüvə proqramından deyil, raket proqramından getdiyini dəqiqləşdirib.
#İran #Pezeşkian #raketproqramı #tərcüməsəhvi

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Rubio: “🇮🇷 İranın proksi qruplarının fəaliyyəti müzakirə olunacaq”
ABŞ dövlət katibi Marko Rubio İranın dəstəklədiyi silahlı qrupların fəaliyyəti məsələsinin Tehranla aparılan danışıqlarda müzakirə ediləcəyini açıqlayıb.
Yaxın Şərq turnesi çərçivəsində Əbu-Dabiyə səfəri zamanı jurnalistlərə danışan Rubio bildirib ki, İranın dəstəklədiyi qruplar İraq ərazisindən raket və dronlarla hücumlar həyata keçirdiyi müddətcə regiondakı qarşıdurma və düşmənçiliklərə son qoymaq mümkün olmayacaq.
Rubionun sözlərinə görə, İranın yenidənqurma işləri üçün vəsait ayrılması ilk növbədə təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq. O vurğulayıb ki, ABŞ belə bir yenidənqurma prosesinin maliyyələşdirilməsində iştirak etmir.
ABŞ rəsmisi əlavə edib ki, İranın gələcəyi ilə bağlı mümkün müzakirələr İslam Respublikasının davranışlarından asılı olacaq.
#ABŞ #dövlətkatibi #İran #proksiqruplar #müzakirə

“🇮🇷 İran nə vaxt nüvə silahı əldə edəcək?” – 🇺🇸 Trampın paylaşımı diqqət çəkdi ☢️⏰🔨
Bu gün ABŞ prezidenti Donald Tramp İranla bağlı paylaşdığı yeni videoçarxla diqqət mərkəzinə düşüb.
Tramp özünün “Truth Social” platformasında İranın terror fəaliyyəti və nüvə proqramına həsr olunmuş video yayımlayıb. Paylaşım Vaşinqton və Tehran arasında mümkün razılaşma ehtimalının müzakirə olunduğu bir vaxta təsadüf edib.
Videoçarxda “1979-cu ildən bəri saat işləyir. İran 47 ildir ki, hər il amerikalıları öldürür. Keçmiş prezidentlər İrana güzəştə gedərkən, İran nüvə silahı əldə etməyə çalışırdı” ifadələri yer alır.
Videonun ən diqqətçəkən hissəsi isə sonda nümayiş etdirilən simvolik səhnə olub. Belə ki, çarx boyunca ekranda görünən saat “İran nə vaxt nüvə silahı əldə edəcək?” sualı səsləndirilərkən çəkiclə dağıdılır və ardınca “Heç vaxt” ifadəsi eşidilir.
#ABŞ #Tramp #İran #nüvəsilahı

👍2
🛑 Tanınmış güneyli fəal dünyasını dəyişib 😢
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Saleh Mollaabbasi vəfat edib.
Məlumata görə, Saleh Mollaabbasi Əhər şəhərində ürək tutması nəticəsində dünyasını dəyişib.
Saleh Mollaabbasi uzun illər Azərbaycan türklərinin milli kimliyinin qorunması, ana dilinin və milli hüquqların müdafiəsi istiqamətində fəaliyyət göstərib. O, xüsusilə Qaradağ bölgəsində milli hərəkatın təşkilatlanması və milli şüurun gücləndirilməsi sahəsində gördüyü işlərlə tanınıb.
Mərhum fəal siyasi məhbusların ailələrinə göstərdiyi dəstəklə də yadda qalıb. O, Babək qalasına yürüşlər zamanı saxlanılan milli fəalların ailələrinin çətinlikləri ilə yaxından maraqlanıb və onlara yardım etməyə çalışıb. (GADTB)
صالح ملاعباسی از فعالان حرکت ملی آزربایجان درگذشت
#GüneyAzərbaycan #millifəal #vəfat

❤1
Media is too big
VIEW IN TELEGRAM
🇵🇰 Şərif mərasimi bitirmək istədi, 🇮🇷 Pezeşkian isə kürəkləməyə davam etdi 🪴
Dünən İran prezidenti Məsud Pezeşkianın Pakistana səfəri çərçivəsində keçirilən ağacəkmə mərasimindən yayılan görüntülər sosial mediada geniş müzakirələrə yol açıb.
Pezeşkian Pakistanın baş naziri Şahbaz Şəriflə birlikdə İran və Pakistan dostluğunu simvolizə edən fidanın əkilməsi mərasimində iştirak edib. Mərasim zamanı liderlər fidanı əvvəlcədən hazırlanmış əraziyə yerləşdirərək ətrafına torpaq töküblər.
Videoda Pezeşkianın fidanı yerinə qoyduqdan sonra torpaq tökməyə davam etdiyi görünür. Eyni zamanda, Şahbaz Şərifin jestlərlə mərasimin rəmzi hissəsinin başa çatdığını bildirməyə çalışdığı diqqət çəkir.
Kadrlarda baş nazirin təbəssümlə bir neçə dəfə mərasimi yekunlaşdırmağa cəhd edərək Pezeşkiana toxunduğu, Pezeşkianın isə işini davam etdirdiyi əks olunub.
#İran #Pezeşkian #Pakistan #başnazir #ağacəkmə #mərasim

😁1