Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Bölgədə kollektiv təhlükəsizlik üçün bütün ölkələrlə dialoqa hazırıq” 🤔
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bölgədə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi və təmin olunması məqsədilə bütün ölkələrlə dialoqa hazır olduqlarını bəyan edib.
Bəqayi mətbuat konfransında bildirib ki, İran hər zaman region ölkələrinin təhlükəsizliyinin məhz regional əməkdaşlıq yolu ilə təmin edilməsinin tərəfdarı olub.
Onun sözlərinə görə, region ölkələri daimi qonşular kimi qarşılıqlı etimad və anlaşmaya əsaslanan təhlükəsizlik mexanizmləri formalaşdırmalıdırlar.
İran rəsmisi qeyd edib ki, Tehran bu prinsipə sadiqdir və daha əvvəl də region dövlətləri arasında təhlükəsizlik məsələləri üzrə geniş dialoqun aparılmasını təklif edib.
Bəqayi vurğulayıb ki, İran xarici hərbi qüvvələrin iştirakı olmadan bölgədə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş istənilən təşəbbüsü dəstəkləyir. (Snn.ir)
#İran #XİN #təhlükəsizlik #dialoq
Kanala abunə olun

🤮1
🇺🇸 Tramp: “🇮🇷 İran nüvə yoxlamalarına razılıq verib” ☢️
Bu gün ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasındakı paylaşımında İranın gələcəkdə ən yüksək səviyyəli nüvə yoxlamalarına tam şəkildə razılıq verdiyini bildirib.
O bildirib ki, bəzi media qurumları Vaşinqtonun əldə etdiyi nəticələrin əhəmiyyətini azaltmağa çalışır.
Tramp qeyd edib ki, İranın etdiyi güzəştlər nəzərə alınaraq Hörmüz boğazında blokadasının qaldırılmasına qərar verilib. O, zərurət yaranacağı təqdirdə blokadanın bərpa edilə biləcəyini vurğulayıb.
Prezident əlavə edib ki, ayrılan vəsaitlər və ya sanksiyalar çərçivəsində əldə olunan maliyyə xüsusi depozit hesabına yönləndiriləcək. Bu vəsaitlərdən yalnız ABŞ-dən ərzaq və tibbi ləvazimatların, və kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə olunacağı bildirilib.
Tramp İranın ciddi humanitar problemlərlə üzləşdiyini deyərək, yardım göstərilməsinin vacibliyini vurğulayıb və İranla aparılan danışıqların "yaxşı getdiyini" qeyd edib.
#ABŞ #Tramp #İran

🇮🇷 İran və 🇵🇰 Pakistan təhlükəsizlik əməkdaşlığını müzakirə edib
Bu gün İran prezidenti Məsud Pezeşkian İslamabada səfəri çərçivəsində Pakistan Ordusunun komandanı, feldmarşal Asim Munirlə görüş keçirib.
Görüşdə İranın xarici işlər naziri Abbas Əraqçı da iştirak edib. Tərəflər görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, xüsusilə siyasi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın mövcud vəziyyətini müzakirə ediblər.
Söhbət zamanı təhlükəsizlik sahəsində İran və Pakistan arasında koordinasiyanın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Habelə, regional təhlükəsizlik məsələləri, son geosiyasi proseslər və iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. (IRNA)
#İran #Pezeşkian #Pakistan #ordukomandanı #feldmarşal

🇺🇳 BMT ekspertləri: “🇺🇸 ABŞ–🇮🇷 İran sazişi insan haqlarını nəzərə almalıdır”
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato və bir qrup müstəqil ekspert ABŞ və İran arasında müharibəyə son qoyulmasına yönəlmiş mümkün razılaşmanın insan haqları məsələlərini nəzərə almalı olduğunu bildiriblər.
Ekspertlər yaydıqları birgə bəyanatda anlaşmanı ehtiyatla alqışlasalar da, insan haqları sahəsindəki problemlərin diqqətdən kənarda qalmasının ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
May Sato bildirib ki, İrandakı insan haqları vəziyyəti nəzərə alınmadan bağlanacaq hər hansı saziş davamlı sülh yarada bilməz.
Ekspertlər vurğulayıblar ki, yalnız geosiyasi maraqlara xidmət edən, lakin İran xalqının hüquq və tələblərini nəzərə almayan istənilən razılaşma həqiqi sülh sazişi hesab oluna bilməz. (Amerikanın Səsi)
#BMT #ekspertlər #ABŞ #İran #razılaşma #insanhaqları

👍2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda hökumət muzdluları yenidən hicab ovuna çıxıb 👮♂🧕👩🦰
İranda sosial mediada yayılan görüntülər ölkədə məcburi hicab qaydaları ilə bağlı yeni gərginlik yaşandığını göstərir.
Məlumata görə, Tehran şəhərinin Mehrabad bölgəsində İslam Respublikasının ideologiyasını dəstəkləyən bir kişi ilə məcburi hicabdan imtina edən qadın arasında mübahisə yaranıb.
Hadisə zamanı həmin şəxsin qadına qarşı sərt ifadələr işlətdiyi, onu qanun pozuntusunda ittiham etdiyi və polis müdaxiləsi ilə hədələdiyi bildirilir.
Qadının isə özünü müdafiə edərək ona yönələn təhqirlərə cavab verdiyi, eyni zamanda qarşı tərəfə daha nəzakətli şəkildə müraciət etməyin mümkün olduğunu, təhqir əvəzinə “xanım, bu geyim tərzi düzgün deyil” kimi ifadələrdən istifadə edilə biləcəyini dediyi qeyd olunur.
جنگ حجاب دوباره به خیابانهای تهران رسید
#İran #hökumətmuzlusu #qadın #məcburihicab #zorakılıq

❤1👏1🤬1
🇮🇷 İranda siyasi məhbus müxalifətə və 🇪🇺 Avropa mediasına səsləndi: "Harada idiniz?" 🗣
İranın Rəşt şəhərindəki Lakan həbsxanasında saxlanılan siyasi məhbus Mehdi Meskin-Nəvaz ölkə xaricindəki İran müxalifətinə və Avropa mediasına ünvanlanmış kəskin tənqidi məktub yayımlayıb.
Müəllif xaricdəki müxalifəti və Avropa mediasını illər öncə İslam Respublikasının mahiyyəti və əməlləri barədə edilən xəbərdarlıqlara vaxtında məhəl qoymamaqda ittiham edir. Heç bir addım atmayıb, indi isə mövcud vəziyyətə görə günahkar axtardıqlarını bildirir.
O, "Siyasətçilər bizi öldürmək üçün Səddama kimyəvi silahlar verəndə siz harada idiniz?" sualını verərək, Qərbin keçmiş siyasətini və müxalifətin buna qarşı susmasını tənqid edir.
Meskin-Nəvaz qeyd edir ki, bəziləri rejimin nəsihətlə zülmdən əl çəkəcəyini düşünürdülər.
Lakin rejimin illərdir xalqa "Həbs, əmlakın müsadirəsi, internetin məhdudlaşdırılması və edam", özünə isə "Sərvət, mülk, azad internet və hakimiyyət" prinsipləri ilə yanaşdığı indi hamıya bəlli olub.

❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda Əli Xameneyinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək 👳♂⚰
Bu haqda İranın öldürülmüş ali rəhbərinin dəfn mərasiminin təşkili üzrə Tehrandakı Qərargahın sədri Sərdar Həsənzadə açıqlama verib.
احتمال تعطیلی ۳ روزه تهران برای روزهای وداع و تشییع علی خامنه ای
#İran #Tehran #Xameneyi #dəfn #vidamərasimi #tətil

🤮2🔥1
🇮🇷 Tehranda çörəyin qiyməti 100% bahalaşıb 🍞💸
Tehran vilayətində çörəyin qiyməti rəsmi şəkildə artırılıb; bu, daha əvvəl digər bölgələrdə başlayan bahalaşma dalğasının növbəti mərhələsi kimi qiymətləndirilir.
İran Sənaye Palatasının un və çörək işçi qrupunun rəhbəri Məhəmməd Cavad Kərimi bildirib ki, Tehranda yuxa çörəyinin qiyməti 2 700 tümən, bərbəri çörəyinin qiyməti 10 000 tümən, səngək çörəyinin qiyməti isə 15 500 tümənə yüksəlib.
Tehrandan əvvəl də müxtəlif əyalətlərdə, o cümlədən Qərbi Azərbaycan, Mazandaran, Məşhəd və Həmədan kimi bölgələrdə çörək qiymətlərinin artması barədə məlumatlar yayılmışdı.
#İran #çörək #qiymətartımı

🔥2
🇮🇷 İranda daha iki vəkilə ağır həbs cəzası verildi 👨⚖⚖
Məşhəd və Qum şəhərlərinin İnqilab Məhkəməsi Cavad Əlikordi və Seyyid Məhəmmədrza Rəzəvi Fərd barəsində ağır həbs və əlavə cəza qərarları çıxarıb.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, Cavad Əlikordi 18 il, Seyyid Məhəmmədrza Rəzəvi Fərd isə 10 il azadlıqdan məhrum edilib.
Onlar "milli təhlükəsizliyə qarşı fəaliyyət üçün toplaşmaq və gizli sövdələşmək" və "ölkənin milli təhlükəsizliyinə qarşı təbliğat"da günahlandırılıblar.
Vəkillər həmçinin həbsdən sora iki il müddətinə sürgün cəzası və sosial mediada fəaliyyət qadağası ilə üzləşiblər.
Hər iki vəkil bundan əvvəl də insan haqları sahəsindəki fəaliyyətlərinə görə təqib olunublar.
#İran #vəkil #həbs #cəza

🤬3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇰 Şahbaz Şərif və 🇮🇷 Məsud Pezeşkianın görüşündən görüntülər
تصویری از دیدار شهباز شریف و مسعود پزشکیان
#Pakistan #ŞahbazŞərif #İran #Pezeşkian
Kanala abunə olun
تصویری از دیدار شهباز شریف و مسعود پزشکیان
#Pakistan #ŞahbazŞərif #İran #Pezeşkian
Kanala abunə olun
👎1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda xaşxaş əkənlərin sayı artır 😱
Magistral yoldan bir neçə kilometr uzaqda, Zaqros dağlarının arasındakı qayalıq bir yamacda, kəsilmiş palıd ağaclarının arasından kiçik bir torpaq sahəsi görünür.
Oraya gedən yol çətindir və kənddən də güclə görünür. Torpağın sahibi ona uzaqdan nəzarət etməyə üstünlük verir.
O deyir ki, əgər məmurlar oranı tapsalar, torpağın kimə məxsus olduğunu sübut etmək onlar üçün çətin olacaq.
"Iran International" kanalının araşdırmaları göstərir ki, 10 ildən çoxdur ki, Zaqrosda xaşxaş əkini genişlənib.
Xaşxaş yetişdirənlərin əksəriyyəti bu məhsulu aşkarlanma ehtimalının daha az olduğu dağ ətəklərində və çətin keçilən ərazilərdə əkməyə üstünlük verirlər.
#İran #xaşxaş

🔥2👍1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇰 Pakistanın Baş naziri çıxışını farsca bitirdi 🗣
Şahbaz Şərif: "Gələn həftə 🇮🇷 İran lideri Seyid Əli Xameneyinin anım mərasiminə qatılmaq və ehtiramımı bildirmək üçün Tehrana səfər edəcəyəm.
Yaşasın İran və Pakistan dostluğu!"
#Pakistan #İran

👎2
🇮🇷 Əxlaq polisi Qum və Məşhəd küçələrinə qayıdır 👮♂🧕
Məlumatlar göstərir ki, şənbə axşamından etibarən repressiv "Əxlaq" polisinin maşınları Qum şəhərinin küçələrinə qayıdıb və hökumət muzdluları qadınları və qızları "məcburi olaraq hicab taxmağa" məcbur edirlər.
#İran #əxlaqpolisi #məcburihicab #zorakılıq #repressiya

❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Pezeşkian: "Bölgədə yeni təhlükəsizlik arxitekturası formalaşır" 🗣
"İran qarşılıqlı anlaşmanı gücləndirmək və 'yeni regional təhlükəsizlik arxitekturası' üçün zəmin yaratmaq məqsədilə 🇵🇰 Pakistan, 🇶🇦 Qətər, 🇸🇦 Səudiyyə Ərəbistanı, 🇪🇬 Misir və 🇹🇷 Türkiyə də daxil olmaqla, müsəlman ölkələrinə dostluq əlini uzadır.
Bu, İslam ümmətinin birlik və həmrəyliyinin ümumi çağırışlara qarşı durmaq üçün son dərəcə vacib olması ilə bağlıdır", — deyə İran prezidenti bildirib.
#İran #Pezeşkian #təhlükəsizlikarxitekturası #Pakistan

🇵🇰 Pakistan Baş naziri 🇮🇷 İran xalqına dəstək nümayiş etdirir
Şahbaz Şərif deyib: "Sizin ağrınız bizim ağrımızdır.
Pakistan xalqı İran xalqı ilə birgədir; biz həm sevincinizə, həm də kədərinizə şərikik".
#Pakistan #ŞahbazŞərif #İran #Pezeşkian
Kanala abunə olun
Şahbaz Şərif deyib: "Sizin ağrınız bizim ağrımızdır.
Pakistan xalqı İran xalqı ilə birgədir; biz həm sevincinizə, həm də kədərinizə şərikik".
#Pakistan #ŞahbazŞərif #İran #Pezeşkian
Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Pezeşkian: "Biz heç vaxt və heç bir şəraitdə İranın müdafiə potensialı ilə bağlı heç kimlə danışıqlar aparmayacağıq"
İran prezidenti Məsud Pezeşkian 🇵🇰 Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında belə deyib.
#İran #Pezeşkian #Pakistan
Kanala abunə olun
İran prezidenti Məsud Pezeşkian 🇵🇰 Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında belə deyib.
#İran #Pezeşkian #Pakistan
Kanala abunə olun
🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: "Biz 🇮🇷 İranı istənilən nüvə enerjisindən məhrum edirik" ☢
"Onlar bununla razılaşdılar!
Bizim bir-birimizlə əla münasibətlərimiz var", - deyə Tramp əlavə edib.
#Tramp #İran #nüvəenerjisi
Kanala abunə oıun
"Onlar bununla razılaşdılar!
Bizim bir-birimizlə əla münasibətlərimiz var", - deyə Tramp əlavə edib.
#Tramp #İran #nüvəenerjisi
Kanala abunə oıun
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Tramp AEBA yoxlamaları ilə bağlı razılıq olmasa, 🇮🇷 İranla danışıqları ləğv edəcəyi ilə hədələdi ☢
"Onlar (İran rəsmiləri) bunu bizə İsveçrədə keçirilən danışıqlar zamanı dedilər.
Bu, bizdə qəti şəkildə – 100% yoxlamalar olaraq təsbit edilib. Əgər onlar yoxlamalarla bağlı qarşılıqlı anlaşmanın olmamasını desələr, mən elə indicə görüşləri ləğv edərdim", - deyə Tramp bildirib.
Bu gün səhər saatlarında İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bəyan edib ki, Tehran AEBA müfəttişlərinə ölkənin nüvə obyektlərinə baş çəkməyə icazə verməyi planlaşdırmır.
#ABŞ #İran

🇮🇷 İran ilə 🇺🇸 ABŞ arasında növbəti görüş olacaq
Hörmüz boğazı beynəlxalq dəniz nəqliyyatı və ticarət gəmilərinin hərəkəti üçün tam açıqdır.
Bu barədə İranın 🇨🇭 Cenevrədə yerləşən 🇺🇳 BMT ofisindəki daimi nümayəndəsi Əli Bəhreyni məlumat verib.
"Təbii ki, Hörmüz boğazı kommersiya məqsədləri üçün tamamilə açıqdır və gəmilərin keçidi heç bir rüsum alınmadan həyata keçirilir", - deyə, o, Cenevrədə keçirilən brifinqdə verilən sualı cavablandırarkən qeyd edib.
Ə.Bəhreyni həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi hədə-qorxular İsveçrənin Bürgenstok şəhərindəki danışıqlar prosesini ciddi risk altına atıb.👇👇👇

Azad İran
🇮🇷 İran ilə 🇺🇸 ABŞ arasında növbəti görüş olacaq Hörmüz boğazı beynəlxalq dəniz nəqliyyatı və ticarət gəmilərinin hərəkəti üçün tam açıqdır. Bu barədə İranın 🇨🇭 Cenevrədə yerləşən 🇺🇳 BMT ofisindəki daimi nümayəndəsi Əli Bəhreyni məlumat verib. "Təbii ki…
"ABŞ rəhbərinin bəyanatları Bürgenstokdakı müzakirələr zamanı bəzi çətinliklər yaratdı. Bu cür çıxışlar prosesi çox ciddi təhlükə ilə üz-üzə qoydu. Birləşmiş Ştatlar İranla müzakirələr aparmağa və yaranmış problemləri həll etməyə hazır olduğunu nümayiş etdirdikcə, İran da dialoqda iştirakını və danışıqları davam etdirəcək. Hərbi müdaxilə ehtimalları mümkün fəaliyyət variantları siyahısından həmişəlik çıxarılmalıdır.
Hesab edirəm ki, artıq hər kəsə aydın olmalıdır: İrana qarşı hərbi addımlar heç bir nəticə verməyəcək", - deyə danışıqların gedişatını şərh edən diplomat bildirib.
İran ilə ABŞ arasında növbəti görüşün keçirilməsi ilə bağlı da sualı cavablandıran diplomat onu da qeyd edib ki, Vaşinqton ilə yeni yüksək səviyyəli görüşlər olacaq, lakin vaxt hələ müəyyən edilməyib.
#İran #ABŞ #danışıqlar #görüş #Hörmüzboğazı