🇮🇷 Xameneyinin vida mərasimi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi 👳♂️⚰
Bu gün Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran ölkənin mərhum ali lideri Əli Xameneyi ilə vida mərasimi zamanı iştirakçıların çoxluğu, isti hava şəraiti və təşkilati çətinliklərin müəyyən risklər yarada biləcəyini bildirib.
Çəmranın sözlərinə görə, mərasimdə iştirak edən hər kəsin tədbiri əvvəldən sonadək izləməsi mümkün olmayacaq. Buna görə də vətəndaşlara mərasimin müxtəlif hissələrində və fərqli vaxtlarda iştirak etmələri tövsiyə olunub.
“İnsanlar marşrutlarını bölməli və mərasimdə mərhələli şəkildə iştirak etməlidirlər”, – deyə o bildirib.
Tehran Şəhər Şurasının sədri əlavə edib ki, belə genişmiqyaslı tədbirlərin keçirilməsi müəyyən təhlükələrlə müşayiət olunur və təşkilati məsələlər lazımi səviyyədə həll edilməzsə, ciddi insidentlərin baş vermə ehtimalı var.
#İran #ƏliXameneyi #vidamərasimi #vətəndaşlar #xəbərdarlıq
Kanala abunə olun

🔥2😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Nüvə danışıqları üçün əvvəlcə öhdəliklər yerinə yetirilməlidir”
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı danışıqların başlaması Anlaşma Memorandumunda nəzərdə tutulan bəzi öhdəliklərin yerinə yetirilməsindən asılıdır.
Bəqayi mətbuat konfransında qeyd edib ki, memorandumun müddəalarına əsasən, bu məsələlərin İsveçrədə 60 gün ərzində müzakirə olunması nəzərdə tutulsa da, danışıqların başlanması üçün əvvəlcə müəyyən bəndlərin icra vəziyyəti qiymətləndirilməlidir.
Onun sözlərinə görə, İran tərəfi həmin öhdəliklərin tam yerinə yetirilməsinə çalışır.
Bəqayi əlavə edib ki, İsveçrədə keçirilən son görüşdə nüvə proqramı ilə bağlı geniş və detallı müzakirələr aparılmayıb.
“Amerika tərəfi öz ümumi mövqeyini açıqladı, biz də buna uyğun cavablarımızı verdik. Onlar eyni zamanda sanksiyalarla bağlı bəzi məsələləri gündəmə gətirdilər”, – deyə o vurğulayıb.
#İran #XİN #ABŞ #danışıqlar

🇮🇷 İran 🇮🇶 İraqın silahlı qruplarla bağlı qərarını dəstəklədi
Dünən İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əl-Sadiq bildirib ki, Tehran İraq hökumətinin silah gəzdirmək hüququnun yalnız dövlət qurumları ilə məhdudlaşdırılması istiqamətində atacağı istənilən addıma hörmətlə yanaşır.
Diplomat vurğulayıb ki, silahlı qrupların tərksilah olunması və ya onların gələcək fəaliyyəti ilə bağlı qərarlar İraqın daxili məsələsidir.
“Bu, İraqın daxili işidir və biz İraq hökumətinin bu məsələ ilə bağlı qəbul etdiyi hər hansı qərara hörmət edirik”, – deyə əl-Sadiq bildirib.
Bununla yanaşı, İran səfiri qeyd edib ki, hakimiyyət bəzi silahlı qrupların silahlarını saxlamaqda israrlı olmasının səbəblərini və onların təhlükəsizliklə bağlı narahatlıqlarını da nəzərə almalıdır.
Açıqlama İraqın yeni baş naziri Əli əl-Zeydinin ölkədə silah üzərində dövlət inhisarının yaradılması istiqamətində atdığı addımlar fonunda səslənib.
#İran #səfir #İraq #silahlıqruplar #qərar #dəstək

🇮🇷 İranda bank sistemində ciddi problemlər yaranıb 🏦
Bu gün İranda bank sistemində genişmiqyaslı texniki problemlər qeydə alınıb. Yerli media və sosial şəbəkə istifadəçilərinin məlumatına görə, səhər saatlarından etibarən ölkənin bir sıra banklarının xidmətlərində ciddi nasazlıqlar müşahidə olunur.
Məlumata əsasən, problemlər ödəniş terminalları, mobil bank tətbiqləri, onlayn xidmətlər və elektron ödəniş keçidlərinin fəaliyyətinə təsir göstərib. Bir çox istifadəçi pul köçürmələrinin həyata keçirilməsində çətinliklərlə üzləşdiklərini, əməliyyatların emalında gecikmələrin yarandığını və bəzi onlayn xidmətlərin əlçatmaz olduğunu bildirir.
Nasazlıqlar ölkənin iri maliyyə qurumları olan Saderat, Sepəh, Tecarət, Resalət və Mellət banklarının xidmətlərini əhatə edib.
Bəzi müştərilər problemlə qarşılaşmış banklar vasitəsilə köçürmə əməliyyatlarının müvəqqəti olaraq mümkün olmadığını bildirirlər.
گزارش از اختلال گسترده در سامانه های بانکی کشور
#İran #bank #maliyyə #problem

🇮🇷 İran prezidenti 🇵🇰 Pakistana səfər edib
Bu gün İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı Pakistanın paytaxtı İslamabada səfər ediblər. İran nümayəndə heyətini hava limanında Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Şahbaz Şərif qarşılayıblar.
Səfər çərçivəsində tərəflər arasında ikitərəfli münasibətlərin, iqtisadi və ticarət əməkdaşlığının, eləcə də regional məsələlərin müzakirə olunacağı gözlənilir. (IRNA)
مسعود پزشکیان رئیس جمهوری اسلامی ایران دقایقی قبل با استقبال آصف علی زرداری رئیس جمهور و شهباز شریف نخست وزیر پاکستان وارد اسلامآباد پایتخت این کشور شد
#İran #Pezeşkian #prezident #XİN #səfər #Pakistan

❤1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Bölgədə kollektiv təhlükəsizlik üçün bütün ölkələrlə dialoqa hazırıq” 🤔
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bölgədə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi və təmin olunması məqsədilə bütün ölkələrlə dialoqa hazır olduqlarını bəyan edib.
Bəqayi mətbuat konfransında bildirib ki, İran hər zaman region ölkələrinin təhlükəsizliyinin məhz regional əməkdaşlıq yolu ilə təmin edilməsinin tərəfdarı olub.
Onun sözlərinə görə, region ölkələri daimi qonşular kimi qarşılıqlı etimad və anlaşmaya əsaslanan təhlükəsizlik mexanizmləri formalaşdırmalıdırlar.
İran rəsmisi qeyd edib ki, Tehran bu prinsipə sadiqdir və daha əvvəl də region dövlətləri arasında təhlükəsizlik məsələləri üzrə geniş dialoqun aparılmasını təklif edib.
Bəqayi vurğulayıb ki, İran xarici hərbi qüvvələrin iştirakı olmadan bölgədə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş istənilən təşəbbüsü dəstəkləyir. (Snn.ir)
#İran #XİN #təhlükəsizlik #dialoq

🤮1
🇺🇸 Tramp: “🇮🇷 İran nüvə yoxlamalarına razılıq verib” ☢️
Bu gün ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasındakı paylaşımında İranın gələcəkdə ən yüksək səviyyəli nüvə yoxlamalarına tam şəkildə razılıq verdiyini bildirib.
O bildirib ki, bəzi media qurumları Vaşinqtonun əldə etdiyi nəticələrin əhəmiyyətini azaltmağa çalışır.
Tramp qeyd edib ki, İranın etdiyi güzəştlər nəzərə alınaraq Hörmüz boğazında blokadasının qaldırılmasına qərar verilib. O, zərurət yaranacağı təqdirdə blokadanın bərpa edilə biləcəyini vurğulayıb.
Prezident əlavə edib ki, ayrılan vəsaitlər və ya sanksiyalar çərçivəsində əldə olunan maliyyə xüsusi depozit hesabına yönləndiriləcək. Bu vəsaitlərdən yalnız ABŞ-dən ərzaq və tibbi ləvazimatların, və kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə olunacağı bildirilib.
Tramp İranın ciddi humanitar problemlərlə üzləşdiyini deyərək, yardım göstərilməsinin vacibliyini vurğulayıb və İranla aparılan danışıqların "yaxşı getdiyini" qeyd edib.
#ABŞ #Tramp #İran

🇮🇷 İran və 🇵🇰 Pakistan təhlükəsizlik əməkdaşlığını müzakirə edib
Bu gün İran prezidenti Məsud Pezeşkian İslamabada səfəri çərçivəsində Pakistan Ordusunun komandanı, feldmarşal Asim Munirlə görüş keçirib.
Görüşdə İranın xarici işlər naziri Abbas Əraqçı da iştirak edib. Tərəflər görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, xüsusilə siyasi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın mövcud vəziyyətini müzakirə ediblər.
Söhbət zamanı təhlükəsizlik sahəsində İran və Pakistan arasında koordinasiyanın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Habelə, regional təhlükəsizlik məsələləri, son geosiyasi proseslər və iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. (IRNA)
#İran #Pezeşkian #Pakistan #ordukomandanı #feldmarşal

🇺🇳 BMT ekspertləri: “🇺🇸 ABŞ–🇮🇷 İran sazişi insan haqlarını nəzərə almalıdır”
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato və bir qrup müstəqil ekspert ABŞ və İran arasında müharibəyə son qoyulmasına yönəlmiş mümkün razılaşmanın insan haqları məsələlərini nəzərə almalı olduğunu bildiriblər.
Ekspertlər yaydıqları birgə bəyanatda anlaşmanı ehtiyatla alqışlasalar da, insan haqları sahəsindəki problemlərin diqqətdən kənarda qalmasının ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
May Sato bildirib ki, İrandakı insan haqları vəziyyəti nəzərə alınmadan bağlanacaq hər hansı saziş davamlı sülh yarada bilməz.
Ekspertlər vurğulayıblar ki, yalnız geosiyasi maraqlara xidmət edən, lakin İran xalqının hüquq və tələblərini nəzərə almayan istənilən razılaşma həqiqi sülh sazişi hesab oluna bilməz. (Amerikanın Səsi)
#BMT #ekspertlər #ABŞ #İran #razılaşma #insanhaqları

👍2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda hökumət muzdluları yenidən hicab ovuna çıxıb 👮♂🧕👩🦰
İranda sosial mediada yayılan görüntülər ölkədə məcburi hicab qaydaları ilə bağlı yeni gərginlik yaşandığını göstərir.
Məlumata görə, Tehran şəhərinin Mehrabad bölgəsində İslam Respublikasının ideologiyasını dəstəkləyən bir kişi ilə məcburi hicabdan imtina edən qadın arasında mübahisə yaranıb.
Hadisə zamanı həmin şəxsin qadına qarşı sərt ifadələr işlətdiyi, onu qanun pozuntusunda ittiham etdiyi və polis müdaxiləsi ilə hədələdiyi bildirilir.
Qadının isə özünü müdafiə edərək ona yönələn təhqirlərə cavab verdiyi, eyni zamanda qarşı tərəfə daha nəzakətli şəkildə müraciət etməyin mümkün olduğunu, təhqir əvəzinə “xanım, bu geyim tərzi düzgün deyil” kimi ifadələrdən istifadə edilə biləcəyini dediyi qeyd olunur.
جنگ حجاب دوباره به خیابانهای تهران رسید
#İran #hökumətmuzlusu #qadın #məcburihicab #zorakılıq

❤1👏1🤬1
🇮🇷 İranda siyasi məhbus müxalifətə və 🇪🇺 Avropa mediasına səsləndi: "Harada idiniz?" 🗣
İranın Rəşt şəhərindəki Lakan həbsxanasında saxlanılan siyasi məhbus Mehdi Meskin-Nəvaz ölkə xaricindəki İran müxalifətinə və Avropa mediasına ünvanlanmış kəskin tənqidi məktub yayımlayıb.
Müəllif xaricdəki müxalifəti və Avropa mediasını illər öncə İslam Respublikasının mahiyyəti və əməlləri barədə edilən xəbərdarlıqlara vaxtında məhəl qoymamaqda ittiham edir. Heç bir addım atmayıb, indi isə mövcud vəziyyətə görə günahkar axtardıqlarını bildirir.
O, "Siyasətçilər bizi öldürmək üçün Səddama kimyəvi silahlar verəndə siz harada idiniz?" sualını verərək, Qərbin keçmiş siyasətini və müxalifətin buna qarşı susmasını tənqid edir.
Meskin-Nəvaz qeyd edir ki, bəziləri rejimin nəsihətlə zülmdən əl çəkəcəyini düşünürdülər.
Lakin rejimin illərdir xalqa "Həbs, əmlakın müsadirəsi, internetin məhdudlaşdırılması və edam", özünə isə "Sərvət, mülk, azad internet və hakimiyyət" prinsipləri ilə yanaşdığı indi hamıya bəlli olub.

❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda Əli Xameneyinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək 👳♂⚰
Bu haqda İranın öldürülmüş ali rəhbərinin dəfn mərasiminin təşkili üzrə Tehrandakı Qərargahın sədri Sərdar Həsənzadə açıqlama verib.
احتمال تعطیلی ۳ روزه تهران برای روزهای وداع و تشییع علی خامنه ای
#İran #Tehran #Xameneyi #dəfn #vidamərasimi #tətil

🤮2🔥1
🇮🇷 Tehranda çörəyin qiyməti 100% bahalaşıb 🍞💸
Tehran vilayətində çörəyin qiyməti rəsmi şəkildə artırılıb; bu, daha əvvəl digər bölgələrdə başlayan bahalaşma dalğasının növbəti mərhələsi kimi qiymətləndirilir.
İran Sənaye Palatasının un və çörək işçi qrupunun rəhbəri Məhəmməd Cavad Kərimi bildirib ki, Tehranda yuxa çörəyinin qiyməti 2 700 tümən, bərbəri çörəyinin qiyməti 10 000 tümən, səngək çörəyinin qiyməti isə 15 500 tümənə yüksəlib.
Tehrandan əvvəl də müxtəlif əyalətlərdə, o cümlədən Qərbi Azərbaycan, Mazandaran, Məşhəd və Həmədan kimi bölgələrdə çörək qiymətlərinin artması barədə məlumatlar yayılmışdı.
#İran #çörək #qiymətartımı

🔥2
🇮🇷 İranda daha iki vəkilə ağır həbs cəzası verildi 👨⚖⚖
Məşhəd və Qum şəhərlərinin İnqilab Məhkəməsi Cavad Əlikordi və Seyyid Məhəmmədrza Rəzəvi Fərd barəsində ağır həbs və əlavə cəza qərarları çıxarıb.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, Cavad Əlikordi 18 il, Seyyid Məhəmmədrza Rəzəvi Fərd isə 10 il azadlıqdan məhrum edilib.
Onlar "milli təhlükəsizliyə qarşı fəaliyyət üçün toplaşmaq və gizli sövdələşmək" və "ölkənin milli təhlükəsizliyinə qarşı təbliğat"da günahlandırılıblar.
Vəkillər həmçinin həbsdən sora iki il müddətinə sürgün cəzası və sosial mediada fəaliyyət qadağası ilə üzləşiblər.
Hər iki vəkil bundan əvvəl də insan haqları sahəsindəki fəaliyyətlərinə görə təqib olunublar.
#İran #vəkil #həbs #cəza

🤬3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇰 Şahbaz Şərif və 🇮🇷 Məsud Pezeşkianın görüşündən görüntülər
تصویری از دیدار شهباز شریف و مسعود پزشکیان
#Pakistan #ŞahbazŞərif #İran #Pezeşkian
Kanala abunə olun
تصویری از دیدار شهباز شریف و مسعود پزشکیان
#Pakistan #ŞahbazŞərif #İran #Pezeşkian
Kanala abunə olun
👎1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda xaşxaş əkənlərin sayı artır 😱
Magistral yoldan bir neçə kilometr uzaqda, Zaqros dağlarının arasındakı qayalıq bir yamacda, kəsilmiş palıd ağaclarının arasından kiçik bir torpaq sahəsi görünür.
Oraya gedən yol çətindir və kənddən də güclə görünür. Torpağın sahibi ona uzaqdan nəzarət etməyə üstünlük verir.
O deyir ki, əgər məmurlar oranı tapsalar, torpağın kimə məxsus olduğunu sübut etmək onlar üçün çətin olacaq.
"Iran International" kanalının araşdırmaları göstərir ki, 10 ildən çoxdur ki, Zaqrosda xaşxaş əkini genişlənib.
Xaşxaş yetişdirənlərin əksəriyyəti bu məhsulu aşkarlanma ehtimalının daha az olduğu dağ ətəklərində və çətin keçilən ərazilərdə əkməyə üstünlük verirlər.
#İran #xaşxaş

🔥2👍1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇰 Pakistanın Baş naziri çıxışını farsca bitirdi 🗣
Şahbaz Şərif: "Gələn həftə 🇮🇷 İran lideri Seyid Əli Xameneyinin anım mərasiminə qatılmaq və ehtiramımı bildirmək üçün Tehrana səfər edəcəyəm.
Yaşasın İran və Pakistan dostluğu!"
#Pakistan #İran

👎2
🇮🇷 Əxlaq polisi Qum və Məşhəd küçələrinə qayıdır 👮♂🧕
Məlumatlar göstərir ki, şənbə axşamından etibarən repressiv "Əxlaq" polisinin maşınları Qum şəhərinin küçələrinə qayıdıb və hökumət muzdluları qadınları və qızları "məcburi olaraq hicab taxmağa" məcbur edirlər.
#İran #əxlaqpolisi #məcburihicab #zorakılıq #repressiya

❤3