This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-dən 🇮🇷 İrana növbəti xəbərdarlıq 🗣
Dünən ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının, mümkün iqtisadi nəticələr və qlobal böhran riskləri ilə bağlı narahatlıqlardan daha vacib olduğunu bildirib.
Jurnalistin İranın razılaşmaya əməl etməyəcəyi halda hərbi əməliyyatlara başlamağın qlobal iqtisadi böhrana səbəb ola biləcəyi ilə bağlı sualını cavablandıran Tramp bu fikirlə razılaşmadığını deyib.
Tramp bildirib ki, əsas təhlükə İranın nüvə silahına sahib olmasıdır: “Əgər onlar razılaşmaya əməl etməsələr, nüvə silahı böhranı əvəz edəcək. Qlobal böhran həqiqətən pisdir, ancaq nüvə silahı ona daha tez səbəb ola bilər”.
#ABŞ #Tramp #xəbərdarlıq #İran #nüvəsilahı #qlobalböhran
Kanala abunə olun

❤1🔥1
🇮🇷 Pezeşkian: "Danışıqların effektivliyi razılaşmaların həyata keçirilməsindən asılıdır" 🗣
Bu gün İran prezidenti Məsud Pezeşkian “X” hesabında bildirib ki, danışıqlar prosesində əldə olunan nəticələrin davamlı olması tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə əməl etməsindən asılıdır.
Pezeşkian qeyd edib ki, danışıqlarda real irəliləyiş yalnız razılaşdırılmış müddəaların tam və dəqiq şəkildə icra olunması ilə mümkündür.
“Danışıqların effektivliyi razılaşdırılmış öhdəliklərə tam sadiqlikdən və onların dəqiq yerinə yetirilməsindən asılıdır. Bu yolda irəliləyiş qəbul edilmiş məsuliyyətlərə praktiki riayət etməklə ölçüləcək. Razılaşdırılmış mətndən kənar bəyanatlar danışıqların irəliləməsinə kömək etmir”, - deyə, prezident vurğulayıb.
#İran #Pezeşkian #prezident #danışıqlar

Media is too big
VIEW IN TELEGRAM
🛑 Dünya Kuboku matçı öncəsi 🇮🇷 iranlılar arasında gərgin anlar ⚽️🔥
2026-cı il Dünya Kuboku çərçivəsində keçirilən İran–Belçika qarşılaşması öncəsi Los-Ancelesdə İslam Respublikasının tərəfdarları və əleyhdarları arasında gərginlik yaşanıb.
Sosial mediada yayılan görüntülərdə milli komandaya dəstək vermək üçün stadiona gələn və rəsmi İran bayrağı daşıyan şəxslərlə hakimiyyət əleyhdarları arasında fiziki qarşıdurma baş verdiyi görünür.
Məlumata görə, İran millisinin Dünya Kubokundakı əvvəlki oyunlarında da stadion girişlərində tərəflər arasında mübahisələr qeydə alınsa da, bu dəfə qarşıdurma fiziki toqquşmaya çevrilib.
Bildirilir ki, tərəflər arasında qarşılıqlı təhqirlər, foto və video çəkilişləri ilə bağlı mübahisələr, eləcə də görüntülərin internetdə paylaşılması ilə bağlı hədələr tez-tez yaşanır.
درگیری شدید بین مخالفان و موافقان جمهوری اسلامی در حاشیه بازی با بلژیک
#İran #futbolazakeşləri #DünyaKuboku #gərginlik #qarşıdurma

🔥1
Ekoloqlardan xəbərdarlıq: “Xəzər dənizinin səviyyəsi kəskin azalır” 🌊🆘
İranın ətraf mühit qurumları Xəzər dənizində müşahidə olunan sürətli su azalması ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək, bölgənin ən mühüm ekosistemlərindən biri üçün artan risklər barədə xəbərdarlıq ediblər.
İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının Dəniz Çirklənməsinin Tədqiqi və Nəzarəti Departamentinin rəhbəri Omid Sədiqinin sözlərinə görə, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən bəri ümumilikdə təxminən 2,5 metr aşağı düşüb.
Onun bildirdiyinə görə, bu azalmanın təxminən 1 metri yalnız son dörd-beş il ərzində baş verib ki, bu da prosesin son dövrdə əhəmiyyətli dərəcədə sürətləndiyini göstərir.
Mütəxəssislər dayazlaşmanın ekoloji və iqtisadi nəticələrinin qarşısını almaq məqsədilə regional fəaliyyət planı üzərində iş aparıldığını bildiriblər. Sənədin bu yay Tehranda keçiriləcək beş Xəzəryanı ölkənin COP7 sammitində müzakirəyə çıxarılması nəzərdə tutulur.
#Xəzərdənizi #susəviyyəsi #ekoloqlar #xəbərdarlıq

😱2🤮1
🇮🇷 İranda edamlara etiraz olaraq məhbuslar aksiyaya başladı ✊🗣
İranın müxtəlif həbsxanalarında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına başlayıb.
İnsan haqları təşkilatlarının yaydığı məlumata görə, bu gün səhər saatlarından etibarən ölkənin 57 zindanında saxlanılan məhbuslar etiraz məqsədilə qida qəbulundan imtina ediblər.
Bildirilir ki, aksiyanın əsas məqsədi beynəlxalq ictimaiyyətin və insan hüquqları təşkilatlarının diqqətini İranda artan edam cəzalarına yönəltməkdir.
Məlumatda qeyd olunur ki, təkcə iyun ayında ölkədə 134 nəfər dar ağacından asılıb. Aclıq aksiyası hər həftənin ikinci günü keçirilən etiraz kampaniyasının bir hissəsidir və təşkil olunan 126-cı aksiyadır. Etirazın 24 saat davam edəcəyi qeyd edilir.
#İran #edamlar #məhbuslar #etiraz #aclıqaksiyası

👍1🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “🇺🇸 ABŞ ilə danışıqlar fasilədən sonra davam etmədi”
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında İsveçrədə keçirilən İran–ABŞ danışıqlarının gedişatı ilə bağlı yeni təfərrüatları açıqlayıb.
Onun sözlərinə görə, İran, ABŞ və iki vasitəçi ölkənin iştirakı ilə keçirilən dördtərəfli görüş saat 15:00-da başlayıb və təxminən bir saat yarım davam edib.
Bəqayi bildirib ki, tərəflər görüşün yarım saatlıq fasilədən sonra davam etdirilməsi barədə razılığa gəlsələr də, bu müddətdə ABŞ rəsmilərinin təhdid xarakterli açıqlamaları ilə qarşılaşıblar. “Bundan sonra dördtərəfli görüş yenidən çağırılmadı və müzakirələr vasitəçilər üzərindən mesaj mübadiləsi formatında davam etdi”, – deyə o qeyd edib.
Bəqayi əlavə edib ki, Tehran milli maraqlarını müdafiə etmək və məqsədlərini irəli aparmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə davam edəcək və bu mərhələdə vasitəçilər üzərindən mesaj mübadiləsini məqsədəuyğun hesab edib. (Snn.ir)
#İran #XİN #ABŞ #danışıqlar

Qalibaf: “🇮🇷 İran Hörmüz boğazını idarə edəcək” 🌊
İran parlamentinin sədri və ABŞ ilə Ali Danışıqlar Komitəsinin üzvü Məhəmmədbağır Qalibaf Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlama verib.
İranın dövlət televiziyasına müsahibəsində Qalibaf bildirib ki, son proseslərdən sonra boğazdakı vəziyyət dəyişib və əvvəlki vəziyyətə qayıtmayacaq.
Onun sözlərinə görə, ABŞ ilə əldə olunan razılaşmalar çərçivəsində Hörmüz boğazından keçən gəmilər üçün təhlükəsizlik zəmanəti məqsədilə xüsusi rabitə xətti yaradılıb.
“Bu marşrutla bağlı narahatlığı olanlar həmin xətt vasitəsilə əlaqə saxlaya bilərlər. Biz, boğazın administratorları olaraq, məsələləri həll edəcəyik”, – deyə Qalibaf vurğulayıb.
İran rəsmisinin bu açıqlaması ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hörmüz boğazından onlarla ticarət gəmisinin maneəsiz keçdiyini bildirməsindən sonra səsləndirilib.
#İran #Qalibaf #Hörmüzboğazı

🤮3
🇮🇷 Xameneyinin vida mərasimi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi 👳♂️⚰
Bu gün Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran ölkənin mərhum ali lideri Əli Xameneyi ilə vida mərasimi zamanı iştirakçıların çoxluğu, isti hava şəraiti və təşkilati çətinliklərin müəyyən risklər yarada biləcəyini bildirib.
Çəmranın sözlərinə görə, mərasimdə iştirak edən hər kəsin tədbiri əvvəldən sonadək izləməsi mümkün olmayacaq. Buna görə də vətəndaşlara mərasimin müxtəlif hissələrində və fərqli vaxtlarda iştirak etmələri tövsiyə olunub.
“İnsanlar marşrutlarını bölməli və mərasimdə mərhələli şəkildə iştirak etməlidirlər”, – deyə o bildirib.
Tehran Şəhər Şurasının sədri əlavə edib ki, belə genişmiqyaslı tədbirlərin keçirilməsi müəyyən təhlükələrlə müşayiət olunur və təşkilati məsələlər lazımi səviyyədə həll edilməzsə, ciddi insidentlərin baş vermə ehtimalı var.
#İran #ƏliXameneyi #vidamərasimi #vətəndaşlar #xəbərdarlıq

🔥2😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Nüvə danışıqları üçün əvvəlcə öhdəliklər yerinə yetirilməlidir”
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı danışıqların başlaması Anlaşma Memorandumunda nəzərdə tutulan bəzi öhdəliklərin yerinə yetirilməsindən asılıdır.
Bəqayi mətbuat konfransında qeyd edib ki, memorandumun müddəalarına əsasən, bu məsələlərin İsveçrədə 60 gün ərzində müzakirə olunması nəzərdə tutulsa da, danışıqların başlanması üçün əvvəlcə müəyyən bəndlərin icra vəziyyəti qiymətləndirilməlidir.
Onun sözlərinə görə, İran tərəfi həmin öhdəliklərin tam yerinə yetirilməsinə çalışır.
Bəqayi əlavə edib ki, İsveçrədə keçirilən son görüşdə nüvə proqramı ilə bağlı geniş və detallı müzakirələr aparılmayıb.
“Amerika tərəfi öz ümumi mövqeyini açıqladı, biz də buna uyğun cavablarımızı verdik. Onlar eyni zamanda sanksiyalarla bağlı bəzi məsələləri gündəmə gətirdilər”, – deyə o vurğulayıb.

🇮🇷 İran 🇮🇶 İraqın silahlı qruplarla bağlı qərarını dəstəklədi
Dünən İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əl-Sadiq bildirib ki, Tehran İraq hökumətinin silah gəzdirmək hüququnun yalnız dövlət qurumları ilə məhdudlaşdırılması istiqamətində atacağı istənilən addıma hörmətlə yanaşır.
Diplomat vurğulayıb ki, silahlı qrupların tərksilah olunması və ya onların gələcək fəaliyyəti ilə bağlı qərarlar İraqın daxili məsələsidir.
“Bu, İraqın daxili işidir və biz İraq hökumətinin bu məsələ ilə bağlı qəbul etdiyi hər hansı qərara hörmət edirik”, – deyə əl-Sadiq bildirib.
Bununla yanaşı, İran səfiri qeyd edib ki, hakimiyyət bəzi silahlı qrupların silahlarını saxlamaqda israrlı olmasının səbəblərini və onların təhlükəsizliklə bağlı narahatlıqlarını da nəzərə almalıdır.
Açıqlama İraqın yeni baş naziri Əli əl-Zeydinin ölkədə silah üzərində dövlət inhisarının yaradılması istiqamətində atdığı addımlar fonunda səslənib.
#İran #səfir #İraq #silahlıqruplar #qərar #dəstək

🇮🇷 İranda bank sistemində ciddi problemlər yaranıb 🏦
Bu gün İranda bank sistemində genişmiqyaslı texniki problemlər qeydə alınıb. Yerli media və sosial şəbəkə istifadəçilərinin məlumatına görə, səhər saatlarından etibarən ölkənin bir sıra banklarının xidmətlərində ciddi nasazlıqlar müşahidə olunur.
Məlumata əsasən, problemlər ödəniş terminalları, mobil bank tətbiqləri, onlayn xidmətlər və elektron ödəniş keçidlərinin fəaliyyətinə təsir göstərib. Bir çox istifadəçi pul köçürmələrinin həyata keçirilməsində çətinliklərlə üzləşdiklərini, əməliyyatların emalında gecikmələrin yarandığını və bəzi onlayn xidmətlərin əlçatmaz olduğunu bildirir.
Nasazlıqlar ölkənin iri maliyyə qurumları olan Saderat, Sepəh, Tecarət, Resalət və Mellət banklarının xidmətlərini əhatə edib.
Bəzi müştərilər problemlə qarşılaşmış banklar vasitəsilə köçürmə əməliyyatlarının müvəqqəti olaraq mümkün olmadığını bildirirlər.
گزارش از اختلال گسترده در سامانه های بانکی کشور
#İran #bank #maliyyə #problem

🇮🇷 İran prezidenti 🇵🇰 Pakistana səfər edib
Bu gün İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı Pakistanın paytaxtı İslamabada səfər ediblər. İran nümayəndə heyətini hava limanında Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Şahbaz Şərif qarşılayıblar.
Səfər çərçivəsində tərəflər arasında ikitərəfli münasibətlərin, iqtisadi və ticarət əməkdaşlığının, eləcə də regional məsələlərin müzakirə olunacağı gözlənilir. (IRNA)
مسعود پزشکیان رئیس جمهوری اسلامی ایران دقایقی قبل با استقبال آصف علی زرداری رئیس جمهور و شهباز شریف نخست وزیر پاکستان وارد اسلامآباد پایتخت این کشور شد
#İran #Pezeşkian #prezident #XİN #səfər #Pakistan

❤1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Bölgədə kollektiv təhlükəsizlik üçün bütün ölkələrlə dialoqa hazırıq” 🤔
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bölgədə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi və təmin olunması məqsədilə bütün ölkələrlə dialoqa hazır olduqlarını bəyan edib.
Bəqayi mətbuat konfransında bildirib ki, İran hər zaman region ölkələrinin təhlükəsizliyinin məhz regional əməkdaşlıq yolu ilə təmin edilməsinin tərəfdarı olub.
Onun sözlərinə görə, region ölkələri daimi qonşular kimi qarşılıqlı etimad və anlaşmaya əsaslanan təhlükəsizlik mexanizmləri formalaşdırmalıdırlar.
İran rəsmisi qeyd edib ki, Tehran bu prinsipə sadiqdir və daha əvvəl də region dövlətləri arasında təhlükəsizlik məsələləri üzrə geniş dialoqun aparılmasını təklif edib.
Bəqayi vurğulayıb ki, İran xarici hərbi qüvvələrin iştirakı olmadan bölgədə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş istənilən təşəbbüsü dəstəkləyir. (Snn.ir)
#İran #XİN #təhlükəsizlik #dialoq

🤮1
🇺🇸 Tramp: “🇮🇷 İran nüvə yoxlamalarına razılıq verib” ☢️
Bu gün ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasındakı paylaşımında İranın gələcəkdə ən yüksək səviyyəli nüvə yoxlamalarına tam şəkildə razılıq verdiyini bildirib.
O bildirib ki, bəzi media qurumları Vaşinqtonun əldə etdiyi nəticələrin əhəmiyyətini azaltmağa çalışır.
Tramp qeyd edib ki, İranın etdiyi güzəştlər nəzərə alınaraq Hörmüz boğazında blokadasının qaldırılmasına qərar verilib. O, zərurət yaranacağı təqdirdə blokadanın bərpa edilə biləcəyini vurğulayıb.
Prezident əlavə edib ki, ayrılan vəsaitlər və ya sanksiyalar çərçivəsində əldə olunan maliyyə xüsusi depozit hesabına yönləndiriləcək. Bu vəsaitlərdən yalnız ABŞ-dən ərzaq və tibbi ləvazimatların, və kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə olunacağı bildirilib.
Tramp İranın ciddi humanitar problemlərlə üzləşdiyini deyərək, yardım göstərilməsinin vacibliyini vurğulayıb və İranla aparılan danışıqların "yaxşı getdiyini" qeyd edib.
#ABŞ #Tramp #İran

🇮🇷 İran və 🇵🇰 Pakistan təhlükəsizlik əməkdaşlığını müzakirə edib
Bu gün İran prezidenti Məsud Pezeşkian İslamabada səfəri çərçivəsində Pakistan Ordusunun komandanı, feldmarşal Asim Munirlə görüş keçirib.
Görüşdə İranın xarici işlər naziri Abbas Əraqçı da iştirak edib. Tərəflər görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, xüsusilə siyasi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın mövcud vəziyyətini müzakirə ediblər.
Söhbət zamanı təhlükəsizlik sahəsində İran və Pakistan arasında koordinasiyanın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Habelə, regional təhlükəsizlik məsələləri, son geosiyasi proseslər və iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. (IRNA)
#İran #Pezeşkian #Pakistan #ordukomandanı #feldmarşal

🇺🇳 BMT ekspertləri: “🇺🇸 ABŞ–🇮🇷 İran sazişi insan haqlarını nəzərə almalıdır”
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato və bir qrup müstəqil ekspert ABŞ və İran arasında müharibəyə son qoyulmasına yönəlmiş mümkün razılaşmanın insan haqları məsələlərini nəzərə almalı olduğunu bildiriblər.
Ekspertlər yaydıqları birgə bəyanatda anlaşmanı ehtiyatla alqışlasalar da, insan haqları sahəsindəki problemlərin diqqətdən kənarda qalmasının ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
May Sato bildirib ki, İrandakı insan haqları vəziyyəti nəzərə alınmadan bağlanacaq hər hansı saziş davamlı sülh yarada bilməz.
Ekspertlər vurğulayıblar ki, yalnız geosiyasi maraqlara xidmət edən, lakin İran xalqının hüquq və tələblərini nəzərə almayan istənilən razılaşma həqiqi sülh sazişi hesab oluna bilməz. (Amerikanın Səsi)
#BMT #ekspertlər #ABŞ #İran #razılaşma #insanhaqları

👍2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda hökumət muzdluları yenidən hicab ovuna çıxıb 👮♂🧕👩🦰
İranda sosial mediada yayılan görüntülər ölkədə məcburi hicab qaydaları ilə bağlı yeni gərginlik yaşandığını göstərir.
Məlumata görə, Tehran şəhərinin Mehrabad bölgəsində İslam Respublikasının ideologiyasını dəstəkləyən bir kişi ilə məcburi hicabdan imtina edən qadın arasında mübahisə yaranıb.
Hadisə zamanı həmin şəxsin qadına qarşı sərt ifadələr işlətdiyi, onu qanun pozuntusunda ittiham etdiyi və polis müdaxiləsi ilə hədələdiyi bildirilir.
Qadının isə özünü müdafiə edərək ona yönələn təhqirlərə cavab verdiyi, eyni zamanda qarşı tərəfə daha nəzakətli şəkildə müraciət etməyin mümkün olduğunu, təhqir əvəzinə “xanım, bu geyim tərzi düzgün deyil” kimi ifadələrdən istifadə edilə biləcəyini dediyi qeyd olunur.
جنگ حجاب دوباره به خیابانهای تهران رسید
#İran #hökumətmuzlusu #qadın #məcburihicab #zorakılıq

❤1👏1🤬1
🇮🇷 İranda siyasi məhbus müxalifətə və 🇪🇺 Avropa mediasına səsləndi: "Harada idiniz?" 🗣
İranın Rəşt şəhərindəki Lakan həbsxanasında saxlanılan siyasi məhbus Mehdi Meskin-Nəvaz ölkə xaricindəki İran müxalifətinə və Avropa mediasına ünvanlanmış kəskin tənqidi məktub yayımlayıb.
Müəllif xaricdəki müxalifəti və Avropa mediasını illər öncə İslam Respublikasının mahiyyəti və əməlləri barədə edilən xəbərdarlıqlara vaxtında məhəl qoymamaqda ittiham edir. Heç bir addım atmayıb, indi isə mövcud vəziyyətə görə günahkar axtardıqlarını bildirir.
O, "Siyasətçilər bizi öldürmək üçün Səddama kimyəvi silahlar verəndə siz harada idiniz?" sualını verərək, Qərbin keçmiş siyasətini və müxalifətin buna qarşı susmasını tənqid edir.
Meskin-Nəvaz qeyd edir ki, bəziləri rejimin nəsihətlə zülmdən əl çəkəcəyini düşünürdülər.
Lakin rejimin illərdir xalqa "Həbs, əmlakın müsadirəsi, internetin məhdudlaşdırılması və edam", özünə isə "Sərvət, mülk, azad internet və hakimiyyət" prinsipləri ilə yanaşdığı indi hamıya bəlli olub.

❤2